Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə67/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   63   64   65   66   67   68   69   70   ...   87

məsinlər,   xəstəlik   baş   verərsə,   onları   müalicə   etmək
lazımdır   ki,   xroniki   xəstəliyə   çevrilməsin.   Valideynlər
övladlarını yaxşı yedirməli və geyindirməlidirlər. Pullarını
spirtli içkilərə, gözəl paltarlara, bahalı mebelə xərcləyən,
uşaqlarını isə kifayət qədər qidalandırmayan valideynlər
günah   edirlər.   Valideynlər   uşaqların   siqaret
çəkməməsinə, spirtli içki içməməsinə yaxud bundan da
betəri olan narkotik maddələr qəbul etməməsinə diqqət
yetirməlidirlər.
Lakin   valideynlərin   ən   əsas   borcu  övladlarının
mənəvi   və   dini   tərbiyəsidir.   «Valideynlər   öz
övladlarına   Allahın   övladları   kimi   baxmalı   və   onlara
şəxsiyyət   kimi   hörmət   etməlidirlər».   «Valideynlərin
vəzifəsi   övladlarına   dua   etməyi   öyrətmək   və   onlara
Allahın övladı olmaq çağırışlarını aşkar etməkdə kömək
göstərməkdir» (KKK 2222, 2226).
Hər bir uşaq ilk növbədə Rəbb Allaha məxsusdur və
onunla öz şəxsi mülkün kimi davrana bilməzsən. Uşağı
təmiz vərəqlə müqayisə etmək olar: onun üzərində həm
yaxşı, həm də pis yazı yazmaq olar. Yaxud uşağı mərmər
parçası ilə müqayisə etmək olar: ondan həm gözəl, həm
də   eybəcər   fiqur   düzəltmək   olar.   Hər   bir   uşaq   həm
müqəddəs,   həm   də   cinayətkar   ola   bilər.   Uşağın
tərbiyəsində ən əsas rolu öz nümunələri ilə valideynləri
oynayırlar.
Allaha imanı uşaqlarına ötürmək, onlara Onu sevməyi
və Ona dua etməyi öyrətmək, Onun əmrlərini icra etmək,
ətrafdakı   insanlara   hörmət   etmək,   vətənini,   təbiəti,
heyvanları   və   quşları   sevmək   –   valideynlərdən   yaxşı
bunları   heç   kim   edə   bilməz.   İnsanlar   doğma   evlərində
~ 433 ~
433


gördüyünü   və   eşitdiyini   həyatları   boyu   ürəklərində
xatırlayırlar.   Müqəddəs   Yazı   Tovinin   öz   oğlunu   necə
öyrətməsi   barədə   nəql   edir:   «Oğlum,   hər   gün   Rəbb
Allahımızı xatırla və günah etməyi arzulama. Mülkündən
sədəqə   ver   və   sədəqə   verəndə   heyfsilənmə.   Oğlum,
əxlaqsızlığın hər növündən çəkin. Atalarının tayfasından
özünə   arvad   al,   yadelli   arvad   alma.   Muzdurun   haqqını
özündə səhərədək saxlama, onu dərhal ver və sənə əvəzi
veriləcək» (Tov 3, 5-14).
Nümunə ən güclü təsir göstərir. Qədim atalar sözündə
deyilir: «Sözlər öyrədir, nümunə isə yola gətirir». Uşaqlar
valideynlərindən düşüncə tərzini, hadisələrin və faktların
qiymətləndirmə   üsulunu   götürürlər.   Onlar   valideynlərini
danışıq,   gediş,   geyim,   qidalanmada   təqlid   edirlər.   Öz
valideynlərindən  maddi   və   ruhani   şeylərə   dair  ən  əsas
olanı – yaxşı və pisi mənimsəyirlər. Qoy heç bir valideyn
fikirləşməsin   ki,   uşaqlar   onların   əməllərinə   uyğun
olmayan sözlərini eşidəcəklər.
Bəzi valideynlər təəccüblənir və şikayətlənirlər ki, nə
üçün uşaqları onlara hörmət etmirlər, yaxşı söz demirlər,
nadir   halda   onlara   baş   çəkirlər.   Bu   valideynin   ürəyinə
ağrı   gətirir,   amma   əksər   halda   təqsir   valideynlərin
özündə   deyilmi?   Əgər   valideynlər   övladlarına   Allahı   və
başqa insanları sevməyi öyrətməyiblərsə, onda uşaqlar
onları   da   sevməyəcəklər.   Müqəddəs   Ruh   deyir:   «İnsan
nəyi əkərsə, onu da biçəcək...» (Qal 6, 7).
Budapeştdə ölüm hökmünü yerinə yetirməzdən əvvəl
gənc   məhkumdan   onun   sonuncu   arzusu   barədə
soruşdular.   O   dedi:   «Hökmün   icrasından   sonra   şəklimi
çəkin   və   onu   atama   göndərin.   Onun   nümunəsi   məni
~ 435 ~
435


buraya gətirib çıxartdı».
Ata-anasında həqiqi məsihçiliyi görən uşaq xoşbəxtdir,
çünki   düzgün   hərəkət   etməyə   və   özündə   düzgün
xasiyyət tərbiyələndirməyə vərdiş edirlər. 
Bir yazıçı tez-tez uşaqlığını yada salırdı. Hələ balaca
ikən   anasının   çoxlu   dua   etdiyini   görürdü.   Bir   dəfə   o
soruşdu: «Ana, nə üçün sən bu qədər çox dua edirsən?»
O cavab verdi: «Oğlum, mən çox dua etməliyəm ki, sən
düz insan olasan». «Onda mən başa düşdüm ki, – deyə
yazıçı xatırlayırdı, – düz insan olmaq çox vacibdir və öz
xasiyyətim   üzərində   çalışmağa   başladım.   Anamın
sözlərini heç vaxt unutmaram».
Dini  tərbiyəni  uşağa əsasən  ana  verir,  keşiş isə  ona
kömək edir. Buna görə də uşaq danışmağa başlayanda
ona xaçı, ikonanı göstərmək, onları öpməyə vermək, xaç
işarəsi   çəkməyi   öyrətmək   və   sadə,   bir   neçə   sözdən
ibarət   olan   duaları   öyrətmək   lazımdır.   Sonra   övladları
məbədə katexizasiyaya göndərmək lazımdır. İlk Tövbə və
Evxaristiyada   iştirak   edəndən   sonra   isə   onların
müntəzəm   olaraq   katexizasiyada   iştirak   etmələrinə,
tez-tez tövbə etmələrinə və Evxaristiya qəbul etmələrinə
diqqət yetirmək lazımdır.
Məşhur  alman   naziri   Lüdviq   Vindxorstun   tanışı   daha
yaxşı   şəkil   çəkdirmək   üçün   hansı   poza   almasını
bilməyəndə   o   məsləhət   verdi:   «Uşağınızın   əllərini   dua
üçün qoyan anda çox yaxşı görünəcəksiniz. Bu, özümə
təsəvvür edə biləcəyim ən gözəl pozadır».
~ 437 ~
437


Övladlarının ürəyində xeyirxahlığa məhəbbət və şərə
qarşı   nifrət   olmağın   qayğısına   qalmaq   ata   və   ananın
həyatı boyu borcudur. 
Müqəddəs Lüdovikin anası kraliça Blanka tez-tez ona
təkrarlayırdı:   «Oğlum,   ağır   günah   etdiyin   barədə
bilməkdənsə ölümün barədə xəbər eşitmək mənim üçün
daha yaxşıdır». Bu sözlərlə o, oğlunun ürəyində fəzilətə
məhəbbət və günaha nifrət oyatdı. Sadə kasıb bir ailədə
skamyanın ayağı sındı. 
Oturacağa   dayaq   vermək   üçün   qız   yaxınlıqdakı
tikintidən   kərpic   gətirdi.   Amma   anası   kərpici   icazəsiz
götürdüyünü biləndə dərhal onu yerinə qaytarmağı əmr
etdi.   Qız   ömürlük   yadda   saxladı   ki,   özgənin   malını
götürmək olmaz.
Əlbəttə,   ola   bilər   ki,   valideynlərin   bütün   cəhdlərinə
baxmayaraq,   uşaqları   pis   yolla   getsinlər.   Amma
valideynlər   öz   nümunələri   və   tərbiyələri   ilə   iman   və
xeyirxahlığın   əsaslarını   uşağın   ürəyinə   qoyublarsa,
övladın   Allaha   qayıtmasına   ümid   ruhani   tərbiyə
verməyən valideynlərdən daha çoxdur. 
Müqəddəs   Avqustinin   anası   Müqəddəs   Мoniкa   oğlu
günahlı   həyata   başlayandan   sonra   18   il   ərzində   onu
duaları,   xahişləri   və   qınamaları   ilə   təqib   edirdi.   O   isə
anasından   qaçırdı,   amma   anası   onu   axtarıb   tapır   və
yenidən   öz   xəbərdarlıqları   ilə   onda   vicdanın   səsini
oyatmağa çalışırdı. Allah onun dualarını eşitdi və   onun
~ 439 ~
439


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə