Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə66/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   62   63   64   65   66   67   68   69   ...   87

Valideynlərinə   ehtiram   nümunəsini   Rəbb   İsa   Məsih
vermişdir.   Müjdəçi   Luka  deyir  ki,   İsa  Məryəm  və  Yusifə
«...itaətli idi» (Luka 2, 51).
Məhəbbət
 öhdəliyi 
uşağın   valideynlərinə
minnətdarlığından gəlir. Ana övladını əzablarla dünyaya
gətirir,   xəstələnəndə   neçə-neçə   yuxusuz   gecələr   və
narahat  anlar  yaşayır.  Ata  və  ana uşağını  yedirmək və
geyindirmək   üçün   işləyib   zəhmət   çəkirlər.   Övladın
məhəbbəti   isə   valideynləri   sevindirmək,   pis   davranışla
onları kədərləndirməmək, onların maddi və ruhani rifahı
üçün qayğı göstərmə cəhdi ilə ifadə olunur. Valideynlərə
görə dua etmək lazımdır, zəruriyyət olanda onları tövbə
və   məbədə,   Evxaristiyaya   gətirmək   yaxud   keşişi   evə
dəvət   etmək   lazımdır.   Həmçinin   valideynlərin   ad
günlərində də onları yada salmaq lazımdır.
Müqəddəs   Yazı   valideynlərə  itaətin  əhəmiyyətini
vurğulayır:   «Ey   övladlar,   Rəbdə   olduğunuza   görə
ata-ananıza   itaət   edin»   (Ef   6,   1).   «Rəbdə»   sözünün
mənası odur ki, xeyirxahlığı öyrədən böyüklərin həmişə
sözünə   baxmaq   lazımdır,   lakin   onlar   pis   işlər
öyrədirlərsə,   onların   sözünə   baxmaq   olmaz,   çünki
adamlardan çox Allaha tabe olmaq vacibdir. Valideynlərin
hakimiyyəti   mütləq   deyil,   çünki   hər   bir   uşaq   Allaha
məxsusdur. 
Uşaqlar   müstəqil   yaşa   çatana   qədər   valideynlərin
sözünə baxmalıdırlar. Müstəqil yaşa çatanda  isə uşaqlar
özlərini   zəhmətləri   ilə   təmin   etməyə   başlayacaqlar   və
valideynlərinə   yalnız   məhəbbət,  hörmət,   ehtiram   və
kömək   borcları   qalacaq.   «Böyüyərək   uşaqlar
~ 425 ~
425


valideynlərinə   hörmət   göstərməkdə   davam   etməlidirlər.
Onların   arzularına   qarşı   çıxmamalı,   məmnuniyyətlə
məsləhətlərini   istəməli   və   ədalətli   nəsihətlərini
dinləməlidirlər.   Valideynlərə   hörmət   övladın   daimi
borcudur» (KKK 2217).
Həyat   yolunun   seçimində   uşaqlar   valideynlərinin
məsləhətinə qulaq asmalıdırlar, lakin qərarı onlar özləri
qəbul   edirlər.   Valideynlər   oğullarına   yaxud   qızlarına
seçdikləri adamla ailə qurmağa, onlara həyatlarını Allaha
xidmətə həsr etməyə məcbur edə bilməzlər, lakin həm
də bunu qadağan etməyə onların ixtiyarı yoxdur.
«Dördüncü   əmr   artıq   böyümüş   uşaqlara   onların
valideynlərinə   münasibətlərindəki   məsuliyyəti   xatırladır.
Onlar   valideynlərinə   qoca   yaşlarında   və   xəstəlikləri
zamanı,   tənhalıq   yaxud   ağır   günlərində   bacardıqları
qədər   mənəvi   və   maddi   dəstək   göstərməlidirlər»   (KKK
2218).
Müqəddəs   Yazı   böyüklərə   ehtiram   göstərməyi   əmr
edir:   «Yaşlıların   qarşısında   ayağa   durun,   ağsaqqallara
hörmət eləyin» (Lеv 19, 32).
Rəbb     valideynlərə   ehtiramsızlığın   ağır   nəticələri
barədə  xəbərdarlıq  edir:   «Atasını  tərk  edən  Allaha  küfr
edənlə eynidir və öz anasını əsəbiləşdirən şəxs Rəbdən
lənət   alır»   (Sir   3,   16).   «Kim   ki   atasına   rişxənd   edir,
anasının   sözünə   xor   baxır,   dərələrdəki   qarğalar   onun
gözlərini   deşəcək,   qartal   balaları   onun   bəbəklərini
yeyəcək» (Sül 30, 17).
«Ata-anana   hörmət   et»   –   bu   sözləri   İngiltərənin
~ 427 ~
427


hökumət   başçısı   Müqəddəs   Tomas   Mor   yaxşı   anlayırdı.
Onun   atası   məhkəmədə   məşvərətçi   idi.   Məhkəmə
iclasının əvvəlində dövlət başçısı zala daxil olanda hamı
ayağa   qalxır   və   onun   öz   yerində   əyləşməzdən   əvvəl
atasına   yaxınlaşıb   ona   baş   əyərək   ondan   xeyir-dua
diləməsinə riqqətlə baxırdı.
Yüksək   gəliri   olan   bir   adam   çox   sadə   yaşayırdı.
«Pulunu hara xərcləyirsən?» – deyə bir dəfə dostu ondan
soruşdu. «Hara? Bir hissəsini borclarımı qaytarıram, bir
hissəsini faizə qoyuram», – deyə o cavab verdi. «Başa
düşmürəm», – deyə dostu çiyinlərini atdı. «Bax, – deyə o
izah etməyə başladı, – mən gənc olanda valideynlərim
təhsil və tərbiyəmə böyük pul xərcləyirdilər, indi isə mən
onlara   bu   borcu   qaytarıram.   Uşaqlarımın   təhsil   və
tərbiyəsi isə indi böyük xərc tələb edir. Bu, qocalığımda
mənə faiz verəcək kapitalımdır».
Valideynlərin öhdəliyi 
«Bu   əmr   valideynlərin,   qəyyumların,   müəllimlərin,
rəhbərlərin,   dövlət   məmurlarının,   hakimlərin   –   başqa
adamlar yaxud insan cəmiyyətləri üzərində hakimiyyətə
malik   olanların   borcunu   da   ehtiva   və   fərz   edir».
«Valideynlər üçün övladlarına tərbiyə vermək hüququ və
borcu birinci dərəcəli və ayrılmazdır» (KKK 2199, 2221).
Övladların   dünyaya   gətirilməsi   və   onların
tərbiyəsi  –   valideynlərin   əsas   hüququ   və   borcudur.
Övlad   arzulamayan   ər   və   arvad   İlahi   plana   qarşı   çıxır.
Allah ailəni məhz buna görə təsis etdi. Bu gün bir çox
~ 429 ~
429


ailədə   övladlarının   sayını   iki   yaxud   hətta   birə   qədər
məhdudlaşdırırlar.   Katolik   Kilsəsi   belə   düşüncələrin
fəlakətli nəticələri barədə xəbərdarlıq edir. 
Birincisi, ailədə bir yaxud iki övlad olanda əhalinin sayı
tezliklə   azalır,   çünki   hamı   evlənmir,   hamının   övladı
olmur, bəziləri  uşaqlıq  yaxud gənclik dövründə həyatla
vidalaşırlar. 
İkincisi, bir uşağın olması valideynin qocalıq çağı üçün
də böyük riskdir. Bir ailədə valideynlərin yeganə, gözəl
gənc   qızı   var   idi.   Lakin   bədbəxt   hadisə   baş   verdi   –   o,
avtomobil   qəzasında   öldü.   Valideynlərin   məyusluğunu
təsəvvür   edin   –   onların   daha   övladı   ola   bilməz,   onları
tənha, darıxdırıcı qocalıq, Rəbb Allaha şikayətlər gözləyir.
Bir   uşağın   olması   təhlükəsiz   də   deyil,   çünki   əgər   bu
yeganə   uşaq   böyüyəndə   nankor   və   pis   insan   olsa   və
valideynlərin   qocalıqda   qayğısına   qalmasa,   nə   olacaq?
Valideynlər   yeganə   uşağa   yaxşı   tərbiyə   verə   bilmirlər,
buna görə də çox vaxt tək oğul yaxud tək qız böyüyüb
xudbin   olur.   Bəs   əgər  övlad   xəstələnsə   yaxud   bədbəxt
hadisə nəticəsində əlil olsa, valideynlər özlərini necə hiss
edəcəklər?   Övladını   tənha,   xəstə   və   bacı-qardaş
köməyindən məhrum görən valideynlər özlərini necə hiss
edəcəklər? Övladların çoxluğundan qorxmaq lazım deyil,
çünki   uşaqlar   Allahın   xeyir-duası   və   nikahın   əsas
məqsədlərindən biridir.
Valideynlərin   növbəti   borcu
 övladları   təmin
etməkdir.   Sağlamlıq   və   inkişaf   üçün   zəruri   olanı
uşaqlara vermək lazımdır. Müqəddəs Yazı deyir: «Bədənin
sağlamlığı və salamatlığı qızıldan dəyərlidir və möhkəm
bədən   saysız   zənginlikdən   daha   yaxşıdır»   (Sir   30,15).
Uşaqların   qayğısına   qalmaq   lazımdır   ki,   xəstələn-
~ 431 ~
431


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə