Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə68/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   64   65   66   67   68   69   70   71   ...   87

fədakar   məhəbbətini   qəbul   etdi.   18   il   əzab   çəkəndən
sonra   onun   oğlu   Allaha   tərəf   dönür,   Katolik   Kilsəsinin
keşişi, sonra Yepiskopu, nəhayət, Müqəddəsi olur.
Ata   və   ana   uşağında   xasiyyət   tərbiyələndirməlidir,
buna   görə   onlar   xeyirxahlığı   tələbkarlıqla   birləşdirməyi
bacarmalıdırlar. Əks halda uşaq iradəsiz böyüyəcək. 
Öz   uşağına   mehriban   söz   deməyən,   istiqanlılıq
göstərməyən,   yalnız   övladdan   qeyd-şərtsiz   tabeçiliyi
tələb   edən   və   onları   bununla   daim   əsəb   gərginliyində
saxlayan valideynlər düzgün etmirlər. Belə münasibətdə
uşağı   ruhaniliyə   maraqsızlığa   və   hətta   nevroza   gətirib
çıxarmaq olar. Həmçinin uşaqlarına hər şeyi icazə verən
valideynlər   pis   edirlər,   çünki   bu   halda   uşaqlar   qəddar,
eqoist böyüyür. Məhəbbəti tələblə birləşdirmək zəruridir,
bunun üçün səy, fədakarlıq və övladlar üçün dua etmək
lazımdır.
Həddi-buluğa   çatan   uşaqların   özünə   peşə   və   həyat
yolu   seçmək   hüququ   var,   lakin   valideynlər   nəzakətli
məsləhətləri   ilə   onlara   kömək   etməyi   bacarmalıdırlar.
Xüsusilə, əgər onlar oğullarını yaxud qızlarını Allahın Ona
xidmət   etməyə   çağırdığını   (keşiş   yaxud   rahibə   olmaq)
görsələr,   sevinməlidirlər   və   onlara   çağırışın   səsi   ilə
getməyə   kömək   etməlidirlər.   Oğullarının   və   qızlarının
oxumaq üçün seminariyaya daxil olmasına yaxud rahib
olmasına   valideynlərin   mane   olmağı   Rəbb   Allahın
iradəsinə   qarışmaq   və   Məsihin   Kilsəsini   dağıtmaqdır.
Valideynlər
 
övladlarının
 
çağırışına
 
hörmətlə
yanaşmalıdırlar   və   uşaqlarına   onu   tanımağa   kömək
etməlidirlər.
Allahın   dördüncü   əmri   həmçinin   hökumətin
~ 441 ~
441


vətəndaşlara   olan   borcu   barədə   danışır:   «İctimai
hakimiyyət əsas insan hüquqlarına və azadlıqdan istifadə
etmək   üçün   zəruri   olan   şərtlərə   əməl   etməlidir»   (KKK
2254).
V. QƏTL ETMƏ
Yer   üzündə   ən   böyük   nemət   həyat   və   sağlamlıqdır.
Allah   Özü   bizim   həyat   və   sağlamlığımızı   müdafiə   edir:
«Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam…
Kim   insan   qanı   töksə,   onun   da   qanı   insan   əli   ilə
töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb»
(Yar 9, 5-6). Həyat və sağlamlıq insanın şəxsi mülkiyyəti
deyil,   Allahın   ənamıdır,   buna   görə   də   biz   həyatı
qorumalıyıq, onun qayğısına qalmalıyıq, ona ziyan gətirən
yaxud   təhlükə   törədən   hər   şeyi   özümüzdən
uzaqlaşdırmalıyıq.   Yer   üzündə   həyat   və   sağlamlıq   bizə
ona görə verilib ki, biz onları öz ruhani inkişafımız, lütfdə
və   Allaha  məhəbbətdə   böyümək   üçün   istifadə   edək   və
xeyirxah   əməllər   vasitəsilə   əbədi   həyatı   miras   alaq.
Buradan   da   müqəddəs   borc   yaranır   –   öz   həyatını   və
başqalarının həyatını qorumaq borcu.
«İnsan həyatı müqəddəsdir, çünki ən başlanğıcdan o
özündə Allahın yaradıcılığını daşıyır... Həyatın Hökmdarı
onun   əvvəlindən   sonunadək   yalnız   Allahdır;   heç   kimin
heç bir vəziyyətdə günahsız insanı məhv etməyə ixtiyarı
yoxdur» (KKK 2258).
Sağlamlığın   qayğısına   qalan   zaman   ifrata   varmaq
lazım   deyil   –   sağlamlığa   heç   qayğı   göstərməmək   və
həddindən artıq qayğı göstərmək (yəni ciddi xəstəlikləri
~ 443 ~
443


müalicə   etməmək   yaxud   özündə   xəstəliklər   axtarmaq,
həmçinin   özünü   müalicə   etmək)   düzgün   deyil.   Müvafiq
qaydada   qidalanmaq   və   geyinmək,   sağlam   gigiyena
normalarına   riayət   etmək,   xəstələnən   zaman   müalicə
olunmaq lazımdır. 
Allahın   beşinci   əmri   avtomobili   idarə   edərkən   və
küçəni keçərkən yol hərəkəti qaydalarına riayət etməyi,
özünün   və   başqa   insanların   həyatını   təhlükəyə
qoymamağı   öyrədir.   Üzrsüz   səbəbdən   öz   həyatını   və
sağlamlığını   təhlükə   altına   qoymaq   olmaz   (həyatı
təhlükəyə   salmağa   icazə   verən   üzürlü   səbəb   başqa
insanın   həyatının   xilasıdır,   ailənin   yaxud   vətənin
müdafiəsidir).   Şöhrətlənmək   arzusu   ilə   yaxud   yüngül
qazanc   əldə   etmək   məqsədi   ilə   öz   həyatını   təhlükəyə
qoymaq günahdır.
Hər   kəs   öz   həyatını   qorumaq   üçün   Allahdan   aldığı
hüquqa   və   borca   malikdir.   «Öz   həyatını   müdafiə   edən
şəxs   hətta   təcavüzkara   ölümlə   nəticələnən   zərbə
vurmağa   məcbur   olsa,   qətldə   təqsirkar   deyil»   (KKK
2264). Amma insan öz həyatını həyatına olan təhlükəyə
uyğun   müdafiə   etməlidir,   çünki   Allah   başqasının   da
həyatını qorumağı əmr edir. «Əgər öz həyatını müdafiə
edən insan lazım olandan daha təcavüzkarcasına hərəkət
edirsə, onun hərəkəti qeyri-qanunidir» (KKK 2264).
İsa   Məsih   Dağüstü   Vəzində   «qətl   etmə»   əmrini
xatırladaraq   könüllü   qəzəb,   nifrət   hisslərini   və   qisas
arzusunu   qadağan   edir   və   bizə   öz   düşmənlərimizi
sevməyi əmr edir. Bununla İsa Məsih bizə beşinci əmrin
mahiyyətini açır: «Siz qədim zamanlarda adamlara “qətl
etmə,   kim   qətl   edərsə,   mühakiməyə   məruz   qalacaq”
deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qardaşına
~ 445 ~
445


hirslənən
 
hər kəs mühakiməyə məruz qalacaq» (Mat 5,
21-22). 
Allahın beşinci əmri nəyi qadağan edir? 
«Allahın   Beşinci   Əmri   ağır   günah   olan   bilavasitə   və
qəsdən edilən qətli qadağan edir. Qatil və onun könüllü
cinayət   yoldaşları   fəryadla   səmalardan   qisas   istəyən
günahı edirlər» (KKK 2268). Yalnız Rəbb Allah həyat və
ölümün Hökmdarıdır. Buna görə də qətl həmişə ən ağır
cinayətlərdən biri hesab olunur və ciddi cəzalarla təqib
olunur.   Müqəddəs   Kitabın   ilk   səhifələrində   ilk   qətlin
dəhşətli   təsviri   ilə   rastlaşırıq   –   Qabil   öz   qardaşı   Habili
öldürür.   O   vaxtdan   etibarən   ilk   qatilin   mənfi   surəti
ailələrin, qəbilələrin və xalqların tarixində görünür.  İblis
«başlanğıcdan   qatil   idi»   (Yəh   8,   44).   Ürəyinə   bu   iblisi
buraxan qatil öz qardaşının qanını tökür. Qabil kimi hər
bir qatilin arxasınca qisas üçün fəryad edən qanın səsi
gəlir. «Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi
torpaqdan Mənə fəryad edir. Buna görə də bu torpaqda
lənət   almısan;   o   torpaq   ki   sənin   əlinlə   tökülən   qardaş
qanını   udmaq   üçün   ağzını   açdı»   (Yar   4,   10   11).   İnsan
həyatı Rəbbin yandırdığı sirli alovdur və onu qırmaq ən
ağır cinayətdir. Müqəddəs Yazı xəbərdarlıq edir: «...Qor-
xaqların,   imansızların,   iyrənclərin,   qatillərin,
əxlaqsızların,   sehrbazların,   bütpərəstlərin   və   bütün
yalançıların   aqibəti   isə   od   və   kükürdlə   yanan   göldə
olacaq» (Vəhy 21, 8).
Heç  kim qatil  olaraq   dünyaya  gəlmir  və  dərhal  qatil
olmur, amma buna tədricən gəlir. Əgər uşaq dua etmir,
günahlarını   etiraf   etmir  və   Evxaristiyanı   qəbul   etmirsə,
~ 447 ~
447


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə