Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə


Düşünmədən   müqəddəslərin   adını   çağırmaq   –



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə64/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   60   61   62   63   64   65   66   67   ...   87

Düşünmədən   müqəddəslərin   adını   çağırmaq   –
zarafatlarda,   qəzəbdə,   boş   söhbətlərdə   yaxud   söz
birləşməsi kimi onları istifadə edənlər bu günahı edirlər. 
Lənət  –   insanın   Allaha,   başqa   adamlara,   özünə,
heyvanlara, cansız əşyalara yaxud təbiətin təzahürlərinə
nifrət bildirməsidir.
Xainlik   –  günahını   edən,   Allaha   verdiyi   andı   yerinə
yetirməyən   yaxud   pis   bir   hərəkət   etməyə   and   içən
insandır.   Düşünmədən   Allaha   and   verən,   lakin   andını
yerinə   yetirməyi   daim   ləngidən   yaxud   heç   yerinə
yetirməyən Allahın müqəddəsliyini təhqir edir. Gileylənən
insan   bir   iş   onun   istədiyi   kimi   olmayanda   və   əzab
çəkməli   olanda   şikayət   edir,   Allaha   dolayı   yaxud
bilavasitə şikayət edir.
III. BAYRAM GÜNLƏRİNİ YADDA SAXLAYIB
TƏQDİS ET
«Şənbə   gününü   yadda   saxlayıb   təqdis   et.   Altı   gün
çalışıb   bütün   işlərini   gör.   Lakin   yeddinci   gün   Allahın
Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun,
qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir
iş görməsin» (Çıx 20, 8-10). İsraillilər üçün şənbə günü
bayram   idi.   Bu   bayram   onlara   dünyanın   yaranmasını,
Misir əsarətindən azad olduqlarını, həmçinin onlarla Rəbb
Allahın   arasında   bağlanan   Əhdi   xatırladırdı.   Lakin   vaxt
getdikcə   müqəddəs   günün   qeyd   olunması   yəhudilərdə
formal və cansız xarakter aldı.
İsa   Məsih   bizim   diqqətimizi   müqəddəs   günün   həqiqi
mənasına yönəldir: «İnsan Şənbə günü üçün deyil, şənbə
~ 409 ~
409


günü insan üçün yaradılıb» (Мark 2, 27). Özü haqda isə
dedi: «Bəşər Oğlu Şənbə gününün də Sahibidir» (Мark 2,
28).   İsa   çarmıxda   fidya   ölümündən   yəhudilərin   şənbə
günündən   sonrakı   növbəti   gün   dirildi.   Məsihçilər   üçün
Onun   Dirilmə   günü   –   yeniləşmə,   yeni   yaradılış,   Allahın
lütfündə   yeni   həyatın   başlanğıc   günüdür.   «Məsihin
Pasxası   sayəsində  
bazar
 
günü   yəhudi   şənbə   gününün
ruhani   həqiqətini   icra   edir   və   insanın   Allahda   əbədi
istirahəti barədə xəbər verir» (KKK 2175).
Əhdi-Ətiq öz rolunu Məsihin gəlişindən əvvəl icra etdi.
Biz məsihçilər artıq yəhudi dininin ayinlərinə deyil, Allahın
əmrlərinə tabe olmalıyıq. Çünki əgər biz Əhdi-Ətiq dininin
ayinlərini yerinə yetirmək istəsək, onun bütün tələblərini
yerinə   yetirməliyik:   sünnət,   müəyyən   günlərdə   yalnız
mayasız çörək yemək, donuz ətindən imtina və həmçinin
Talmudun   digər   kiçik   göstərişləri.   Lakin   Məsih   bizi
bunlardan azad etdi. Buna görə də biz məsihçilər Onun
Dirildiyi gündə müqəddəs günü  bayram  edirik.  Bu  günü
«Rəbbin günü» yaxud «Dirilmə» günü adlandırırıq, çünki
bu gün Rəbb ölülərdən dirildi.
Məsihçilər ən əvvəldən Dirilmə gününü müqəddəs gün
olaraq   bayram   edirdilər.   ІІ   əsrdə   Antioxiyalı   Müqəddəs
İqnati yazırdı: «Məsihçilər Rəbbin gününü bayram edirlər;
bu   gündə   Məsih   Öz   ölümü   və   dirilməsi   ilə   həyatımıza
xeyir-dua verdi».
Müqəddəs günü necə bayram etmək lazımdır? 
Birincisi,   ağır   və   qazanc   məqsədi   ilə   edilən   işdən
imtina   etmək   lazımdır.   «Sadiq   olanlar  
Rəbbin   Günü
 

başqa  bayram günlərində  Allaha  lazımi  pərəstiş  etmək,
~ 411 ~
411


Rəbbin Gününə xas olan sevincə malik olmaq, mərhəmət
işləri etmək üçün bədənlə ruhun zəruri olan istirahətinə
mane   olan   əməkdən   yaxud   fəaliyyətdən  imtina
etməlidirlər»   (KKK   2185).     Çox   vacib   səbəbə   görə,
məsələn, təbii fəlakət (yanğın, daşqın), şiddətli yağışdan
sonra   məhsulun   yığılması   səbəbindən  
Rəbbin   Günü
 

bayram günlərində ağır iş görmək günah deyil.
Yeraltı   bir   şaxtada   öküzlərin   üstündə   kömür
daşıyırdılar.   İstirahət   üçün   heyvanları   hər   gün   yuxarı
çıxarmamaqdan   ötrü   onlara   yerin   altında   tövlə
düzəltdilər.  Uzun müddət keçəndən sonra onları yuxarı
çıxaranda   gördülər   ki,   heyvanlar   kor   olub.   Eləcə   də
müqəddəs günü bayram etməyən insanlar ruhani korluq
və əlacsızlıq vəziyyətinə düşürlər.
İkincisi,  ruhu   yayındıran   və   günaha   aparan
əyləncədən imtina etmək lazımdır. Müqəddəs günü
layiqincə   bayram   etməyə   mane   olan   günah   daha   da
ağırlaşır, məsələn, spirtli içkilərdən sui-istifadə, ədəbsiz
əyləncələr, davalar.
Lakin   Allahın   bizi   müqəddəs   günlərdə   ağır   işlərdən
azad   etməsinin   əsas   səbəbi   Ona   lazımi   izzət   və
minnətdarlıq   bildirməyimizdir.   «
Rəbbin
 
Günündə
Evxaristiya bütün məsihçi həyatının imanda əsaslanması
və möhkəmlənməsidir. Buna görə təyin olunmuş bayram
günlərində  sadiq   olanlar   Evxaristiyada   iştirak
etməlidir...   Şüurla   bu   öhdəçiliyi   yerinə   yetirməyənlər
ağır   günah   edirlər»   (KKK   2181).   Müqəddəs   Messa
həyatımızın əsas anıdır, buna görə də Dirilmə və Bayram
günlərində   Müqəddəs   Qurbanın   təqdimatında   iştirak
etməyən   şəxs   özünü,   ailəsini   və   bütün   Ümumdünya
~ 413 ~
413


Kilsəsini   ağır   təhqir   edir,   Allahın   mərhəmətlərini   xeyli
itirir.
ІІ   Vatikan   Məclisi   öyrədir:   «Müqəddəs   Messa
mənbədir,   buradan   Katolik   Kilsəsi   yer   üzündə   Öz
tapşırığını icra etmək üçün qüvvət alır. Müqəddəs Messa
Kilsənin bütün fəaliyyətinin zirvəsidir».  
Bazar 
günlərində
müntəzəm   olaraq   Liturgiyada   iştirak   etməyən   yaxşı
məsihçini   təsəvvür   etmək   çətindir.   Müqəddəs   Messada
iştirak   edən   məsihçiyə   Rəbb   Allaha   və   adamlara
məhəbbətdə   Onun   iradəsini   yerinə   yetirərək   yaşaya
bilməsi   üçün   İlahi   dəstək   verilir.   Buna   görə   də  
bazar
günlərində   müqəddəs   Liturgiyada   iştirak   etmək   insanı
kamil, əbədi və gözəl olan səmavi Liturgiyaya, Üçbirliyə
və   Müqəddəs   Allahı   izzətləndirmə   Liturgiyasına
hazırlaşdırır.   Odur   ki,  
bazar
 
və   bayram   günlərində
müqəddəs Messada iştirak etmək vacibdir.
Biz   müqəddəs   günlərdə   Allaha  həmçinin  mərhəmət
işləri  ilə   də   sitayiş   edirik:   «Ənənəyə   və   məsihçi
salehliyinin   prinsiplərinə   uyğun   olaraq,  
Rəbbin   Günü
xeyirxah işlərə və xəstələrə, əlillərə, qocalara təvazökar
qulluğa   həsr   edilir.   Məsihçilər   həmçinin   ailəsinə   və
yaxınlarına   vaxt   ayıraraq,   qayğı   göstərərək   bu   günü
təqdis   edirlər.   Həftənin   digər   günlərində   bunu   etmək
qeyri-mümkündür.  
Rəbbin Günü  
düşünmə, sakitlik, kitab
oxuma və fikirləşmə günüdür, bunlar məsihçi həyatının
ruhani böyüməsinə imkan yaradırlar» (KKK 2186).
Müqəddəs   günün   bayram   edilməsi   insana   nə
verir?
Bayram
 
günündə
 
istirahət
 sağlamlığı
~ 415 ~
415


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə