Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə65/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   61   62   63   64   65   66   67   68   ...   87

möhkəmləndirir.   Parlamentdə   çıxış   edən   bir   ingilis
həkim deyirdi: «İnsana yeddi gün ərzində istirahət etmək
zəruridir.   Daimi   fiziki   və   zehni   əmək   orqanizmi   dağıdır.
Müqəddəs   günü   bayram   etməyən   özünü   incidir   və
xəstələnmə təhlükəsinə salır. 
Rəbbin Günlərində istira
hət
nəinki dini borc, həyatı qorumaq üçün təbii öhdəlikdir».
Həddindən   artıq   məşğulluq   insanı   fiziki   və   ruhi
cəhətdən   yorur,   buna   görə   də   müqəddəs   gündə
qazandığı pulu insan dərmana xərcləyir.
Zəhmətdə   xeyir-dua.   Yorğunluğunu   almış   insan
özündə sülh və harmoniyaya sahib olur, buna görə də iş
günlərində daha səmərəli işləyə bilir. O öz işlərini daha
yaxşı planlaşdıra bilir, işdə qarşısına qoyduğu məqsədə
nail   olmaq   üçün   ən   yaxşı   yolu   tapır.   İştirak   edəndən
sonra   insan   sakitlikdə   işləyir,   əsəbiləşmir,   əməyinin
nəticələrini korlamır və buna görə də ən yaxşı nəticələrə
nail  olur.   Bundan  başqa o,  işində  Allahdan  kömək  alır,
çünki   Allahın iradəsinə uyğun olaraq çalışır. «Evi Rəbb
tikməzsə, bənnaların zəhməti boşa gedər» (Zəb 127,1).
Müqəddəs Ruhun  bu sözləri bizi öyrədir ki, insan öz
əməyində   Allahın   köməyini   diləməlidir   və   Ona   ümid
bəsləməlidir.   Lakin   insan   yalnız   özünə   ümid   etsə,
əməyinin   səmərəsindən   sülh   və   sakitliklə   istifadə   edə
bilməyəcək.   İsa   deyir:   «Beləliklə,   bu   sözlərimi   eşidib
onlara əməl edən hər kəs öz evini qaya üzərində quran
ağıllı adama bənzəyir...  Bu sözlərimi eşidib onlara əməl
etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız
adama bənzəyir. Yağış yağar, sellər gələr, yellər əsər və
o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət
olar»   (Mat   7,   24.   26   27).   Müqəddəs   Jan   Mari   Vianey
~ 417 ~
417


deyirdi:   «Yoxsullaşmağın   ən   asan   iki   yolunu   bilirəm   –
oğurlamaq və müqəddəs gündə işləmək».
Allaha   yaxınlaşdırır.   İnsana   müqəddəs   günü   təyin
edən   Yaradan   istəyirdi   ki,   bu   gündə   insan     Allahın
xatirəsini   özündə   yeniləşdirsin,   təqdis   edən   lütf
vəziyyətində   yaşamağın,   fəzilətli   həyatın,   dua   və
əməllərinə   görə   cavabdehliyin   zəruriliyini   dərk   etsin.
«İnsan   yalnız   çörəklə   deyil,   Allahın   ağzından   çıxan   hər
kəlmə ilə yaşayar» (Mat 4, 4), – deyə Xilaskar yadımıza
salır.   Həyatımızın   hər  bir   anı     Rəbbə   izzət  gətirməlidir,
lakin   xüsusi   «Rəbbin   günü»  
bazar
 
günü   olan   Dirilmə
günüdür.   «Rəbbin   günü»   –   bu,   həm   də   «bizim
günümüzdür», çünki Həqiqət mənbəyi olan Allah yalnız
bizim   xeyrimizə   görə   bizə   gündəlik   işlərimizi   və
qayğılarımızı   kənara   qoyub   daha   böyük   qüvvə   ilə   Ona
müraciət etməyimizi əmr edir.
Müqəddəs gündə Rozari duası üçün Müqəddəs Yazıları
və   başqa   katolik   kitabları   oxumağa   daha   çox   vaxtımız
olur   ki,   bu   da   imanımızı   və   məhəbbətimizi
möhkəmləndirir,   bizi   Allaha   yaxınlaşdırır   və   ruhani
həyatımıza səmərələr gətirir.
Ailəni   möhkəmləndirir.  Bizim   əsrdə,   xüsusilə   də,
Qərb   ölkələrində   ailə   birliyi   çox   zəifləyib.   Ata   və   ana
vaxtın çox hissəsini işdə keçirirlər, uşaqlar isə çox vaxt
bütün   günü   tək   qalırlar.   Buna   görə   də   ailədə   qarşılıqlı
əlaqələrin,   söhbətin,   birgə   naharların,   istirahətin,
həmçinin duanın çatışmazlığı hiss olunur. Heç kim və heç
nə insana ailəni əvəz edə bilməz. Çox vaxt müasir insan
özünü tənha hiss edir və ürəyində elə düşünür ki, onu
~ 419 ~
419


heç kim anlamır. Ailə bizim müqəddəs yerimiz və məktə-
bimizdir;   burada   ana   baş   keşiş,   ata   isə   qoruyucu
mələkdir.   Bütün   xəzinələrimiz   ailəmizdədir.   Ailə
məhəbbətindən   daha   şirin   və   möhkəm   məhəbbət   və
birlik   yoxdur.   Lakin   eləcə   də   dağılmış   ailədə   olan
nifrətdən daha böyük nifrət yoxdur.
Müqəddəs   günlər   ailə   birliyini   möhkəmləndirməyə
imkan yaradır. Müqəddəs Messada, ümumi duada, səhər,
nahar   və   şam   yeməyində,   ümumi   gəzintidə,   oyunda
birlikdə   iştirak   etmək   ailə   üzvlərinə   münasibətlərində
yenidən   bir-birlərinə   yaxınlaşmağa,   bir-birlərini
anlamağa,   sözlə, məsləhətlə, təsəlli ilə kömək etməyə
imkan yaradır.
Rəbbin Günündə
 yaxınlarımıza, dostlarımıza, həmçinin
tənha və xəstə insanlara baş çəkmək lazımdır.
IV. ATA-ANANA HÖRMƏT ET
«Dekaloqun ikinci lövhəsi dördüncü əmrlə başlayır. O,
məhəbbətdə   nizamı   əks   etdirir.   Rəbb   istədi   ki,   Ondan
sonra   biz   valideynlərimizə   hörmət   göstərək,   çünki
valideynlərimiz bizə həyat verib və Allahı tanıtdırıb» (KKK
2197).
Allah bizə insanları sevməyi əmr edir və bu  insanlar
arasında valideynlər birinci yeri tutur, çünki Rəbb onların
vasitəsilə   bizə   həyat   verdi   və   onlar  demək   olar  ki,   yer
üzündə   bizə   Allahı   əvəz   edirlər.   Valideynlərdən   sonra
qardaş və bacılarımız, həmçinin qohumlarımız məhəbbət
və hörmətimizə ümid edə bilərlər; bunların arasında baba
və   nənənin   xüsusi   yeri   var.   Müəllimlər   və   tərbiyəçilər
~ 421 ~
421


övladların   tərbiyə   məsələsində   valideynləri   tamamla-
yırlar,   buna   görə   də   şagirdlər   onlara   münasibətlərində
hörmət,   minnətdarlıq   və   itaət   göstərməlidirlər.   Rəbbin
dördüncü əmri bizi müdir və səlahiyyət nümayəndələrə
lazımi hörmətlə yanaşmağı öyrədir. Həmçinin Vətəni də
sevmək   lazımdır.   Katolik   Kilsəsi   və   onun   xadimləri   də
xüsusi ehtirama layiqdir. Kilsə ruhani anamızdır. O, Vəftiz
ayinində bizə ruhani həyat verib, başqa ayinlər vasitəsilə
isə bu həyatı bizdə dəstəkləyir və möhkəmləndirir.
Övladların öhdəlikləri
«Dördüncü əmr uşaqlara aiddir və onların ata və anası
ilə  münasibətlərini  müəyyən  edir»  (KKK  2199).  Uşaqlar
öz   valideynlərinə   ehtiramlarını  məhəbbət,   minnətdarlıq
və itaətlə göstərirlər.
Valideynlərə  ehtiram  göstərmək öhdəliyi ilk növbədə
təbii   ixtiyardan   gəlir.   Hətta   həqiqi   Allahı   tanımayan
xalqlar valideynlərinə hörmət edirlər.
Müqəddəs   Yazıdakı   dördüncü   əmri   yerinə   yetirənə
Allah   dəfələrlə   bol-bol   lütf   və   xeyir-dua   vəd   edir.   Ona
sağlamlıq və uzun ömür vəd edir: «Ata-anana hörmət et
ki,   Allahın   Rəbbin   sənə   verdiyi   torpaqda   ömrün   uzun
olsun» (Çıx 20, 12). Allah valideynlərinə hörmət edənlərə
xeyli   mərhəmətli   olacağını   vəd   edir:   «Atasına   hörmət
edən   günahlarından   təmizlənəcək   və   anasını   sayğı
göstərən kəs xəzinə tapmış adama bənzəyir» (Sir 3, 3-4).
Allah öz valideynlərini sevənlərə övladlarını yaxşı tərbiyə
verməkdə və onların dualarını eşitməkdə kömək etməyi
vəd   edir:   «Atasına   hörmət   edən   övladlarından   sevinc
görəcək və dua günündə eşidiləcək» (Sir 3, 5).
~ 423 ~
423


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə