Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə70/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   66   67   68   69   70   71   72   73   ...   87

əhəmiyyəti yoxdur. 
Kilsə   insan   həyatına   qarşı   olan   bu   cinayətə   kilsə
qaydaları   ilə   müəyyən   olunmuş   kilsədən   uzaqlaşdırma
cəzasını   tətbiq   edir.   «Əgər   abort   edən   məqsədinə   nail
olsa,   kilsədən   uzaqlaşdırmalıdır   (ekskommunikasiya)
latae   sententiae  (qanunun  özünün  gücü   ilə bağlanan)»
(KKK   2272).   Əgər   hamiləlik   ləğv   olunursa,   nəinki   ölən
uşağın   anası,   eləcə   də   buna   razılıq   verən   atası,   bu
proseduranı   həyata   keçirən   həkim,   həmçinin   ananın
bətnindəki   uşağın   öldürülməsi   barədə   qərarın   qəbul
edilməsinə   hədələri,   yaxud   məsləhətləri   ilə   təsir
göstərən başqa adamlar da Kilsədən uzaqlaşdırılmalıdır.
Hər   bir   həkim   təsdiq   edir   ki,   ananın   bətnindəki   döl
insandır.   Döllənmədən   başlayaraq,   hər   bir   insanın
tərcümeyi-halı belədir:
* 18-25 gün – ürək döyünməyə başlayır;
* 20 gün – sinir sistemi formalaşır;
*   45   gün   –   beynindəki   elektromaqnit   dalğaları   qeyd
olunur;
* 8 həftə – beyin və fizioloji sistem formalaşır;
*   9-10   həftə   –   uşaq   gözlərini   qıyır,   dilini   tərpədir,
yumruğunu sıxır;
*   11-12   həftə   –   uşaq   baş   barmağını   sorur,   mayeni
udur, tənəffüs orqanları inkişaf edir, dırnaqları yaranır;
* 16 həftə – göz qapağı yaranır.
Bunu   bilən   insaflı   və   hər   bir   həyatın   xilası   barədə
Hippokrat   andını   xatırlayan   həkim   ananın   bətnindəki
insanın həyatını məhv edə bilməz.
Tibb   elmi   hamiləliyin   ləğvinin   təhlükəli   prosedura
olduğunu   söyləyir.   Statistika   təsdiq   edir   ki,     daha   çox
qadın   ağır   doğuş   səbəbindən   deyil,   hamiləliyin   ləğvi
~ 457 ~
457


səbəbindən ölür. Bu prosedura qadının ölümünə səbəb
olmasa   da,   bir   çox   xəstəliklərin   səbəbi   olur.   Bəzi
ölkələrdə bətnindəki insan həyatını məhv etməyə qərar
verən hər bir qadın növbəti ərizəyə qol çəkməlidir:
Mən,
 
............................................................,
hamiləliyin   ləğvinə   qərar   verirəm   və   bildirirəm   ki,
mümkün   olan   növbəti   ağırlaşmalar   barədə
məlumatım   var:   uşaqlığın   deşilməsi,   qanaxma,
yoluxma,   həmçinin   xərçəngə,   venaların   tromb
iltihabına,   uşaqlıq   xaricində   olan   hamiləliyə,
hamiləliyə qabil olmamağa gətirib çıxaran eroziya. 
Tarix:
 İmza:
Bu, qadının psixikasına daha ağır təsir göstərir. Allah
ona güclü analıq hissi və incə ürək verib, buna görə də
öz   bətnində   canlı   uşağın   öldürülməsi   onun   psixikasına
ağır və unudulmaz təsir göstərir, bu da əsəbilik, vicdan
əzabı, depressiya və nevroz vəziyyətlərinə gətirib çıxarır.
Ürəyinin altında daşıdığı uşağını öldürəndən sonra qadın
(təşviq,   qərəzli   söhbətlər   yaxud   əri   və   yaxınları
tərəfindən təzyiqlər nəticəsində), əzab çəkir və çox vaxt
özü   bunun   səbəbini   anlamır,   çünki   vicdanın   səsini
boğmaq mümkün deyil. Qadın Allahın ona verdiyi analıq
təbiətinə,   uşaqlara   olan   məhəbbətinə   qarşı   gedərək
qəlbində   harmoniyanı   və   həyatın   sevincini   qoruyub
saxlaya bilmir.
Yer üzündəki birinci qətli yada salaq: Qabil öz qardaşı
Habilin   qanını   tökür.   Allah   ondan   soruşur:   «Qardaşın
Habil haradadır?» (Yar 4, 9). Vicdan səsinin təkrarladığı
bu   sual   Qabilə   çox   xoşagəlməzdir,   o   bu   barədə
fikirləşmək   və   danışmaq   istəmir,   bunu   unutmaq   istəyir
~ 459 ~
459


və   ona   görə   də   qəzəblə   cavab   verir:   «Məgər   mən
qardaşımın keşikçisiyəm?» (Yar 4, 9). Qabilin tövbə etmə-
diyini   görən   Allah   deyir:   «Sən   nə   etdin?   Qardaşının
qanının səsi torpaqdan Mənə fəryad edir... Buna görə də
bu torpaqda lənət almısan» (Yar 4,9-11). Eləcə də bu gün
Allah doğulmamış insanı öldürən ata və ananın vicdanına
daim  müraciət  edir:   «Övladın  haradadır?»  Onlardan  bir
çoxu qəzəblə cavab verir: «Nədir, bütün uşaqlara yemək
verməliyik?!  Bəs onların sayı üç yaxud dörd olsa, necə?
Bəs   Öz   ləzzətim   üçün   nə   vaxt   yaşayım?»   Onda   Allah
deyir:   «Siz   nə   etdiniz?   Uşağınızın   qanının   səsi   Mənə
fəryad edir!»
Bu   gün   ailələrin   əksəriyyəti   seçim   qarşısındadır:   öz
vicdanını   tapdalayaraq   uşaqdan   azad   olmaq   yaxud
qəhrəmanlığı   seçmək   –   bütün   çətinliklərə   və   pul
çatışmazlığına,   xəstəliklərə   və   zəif   sağlamlığa
baxmayaraq, Allaha etibar etməklə uşağı qəbul etmək.
Məsihin   sözlərinə   diqqət   yetirək:   «Kim   Mənim   adımla
belə bir uşağı qəbul edərsə, Məni qəbul edər» (Mat 18,
5).
Pulun   azlığı   barədə   deyə   bilərik   ki,   həyatda   ecazkar
paradoks   görünür:   bundan   çox   vaxt   varlı   adamlar
şikayətlənirlər və onların da ən az övladı olur. Mərhəmətli
Allah   isə   Onun   Əmrlərinə   uyğun   yaşamaq   istəyənlərə
kömək edir. Dünyaya gəlməmiş uşaqların öldürülməsinin
kökü insanların ürəyindəki günahlardadır. Zəngin adamın
pulu həmişə azdır, o, övladlarını deyil, pulu sevir. İmanlı
insan   isə   Allaha   ümid   edir,   Allah   da   onu   tək   qoymur.
Atalar sözü nahaq yerə demir: «Əgər Allah insana həyat
veribsə, ona ruzi da verib».
Dünyaya   gəlməmiş   övladını   öldürən   valideynlər   öz
~ 461 ~
461


xalqına və öz vətəninə də əl qaldırırlar. Öz övladını səmanı
və   günəşi   görməkdən   məhrum   edən   valideynlər   nəinki
özlərinə   və   öz   övladlarına,   həmçinin   vətənə   və
həmyerlilərinə Allahın cəzasını gətirirlər. Onlar öz xalqının
sayını azaldır, onu ola bilsin ən yaxşı oğul və qızlarından
məhrum  edirlər.  Tarixi  tədqiqatlar  təsdiq  edir  ki,  Katolik
Kilsəsinin ən yaxşı övladları, xalqın havadarları və alimləri
çoxuşaqlı   ailələrdən   gəlir.   Müqəddəs   Yekaterina   Siyenli
ailədə   iyirmi   beşinci,   Müqəddəs   Tereza   Avilalı   ailədə
doqquzuncu uşaq olub, Müqəddəs Foma Akvinalının beş,
Müqəddəs  İqnati  Loyolanın  on,  Müqəddəs  Bernardın  altı
qardaşı   və   bacısı   olub.   Böyük   şair   Lessinq   ailədə   on
üçüncü, məşhur bəstəkar Hayden on ikinci, rəssam Dürer
on yeddinci, Bencamin Franklin on yeddinci uşaq olub.
Spirtli içkilərdən sui-istifadə etmək  zəmanəmizin
ciddi problemlərindən biridir. Bu, təhlükəli dərəcədə artır,
insanı   ləyaqətdən   məhrum   edən   və   onu   heyvanlardan
aşağı   endirən   bu   günahın   nəticələrinə   qiymət   qoymaq
həddindən artıq çətindir.
Sərxoşluq   Allahı   təhqir   edir,   çünki   sərxoşluq
vəziyyətində Allahın «surətində» (Yar 1, 27) yaranan, yer
üzündə   bütün   məxluqların   ağası,   Allahın   övladı   və
Səmavi   Padşahlığın   varisi   olan   insan   könüllü   olaraq
ağıldan istifadə etmə qabiliyyətini (könüllü dəlilik) və öz
əməllərinə görə cavabdehlik hissini itirir. Müqəddəs Yazı
xəbərdarlıq   edir:   «Aldanmayın,   çünki   əxlaqsızlar,
bütpərəstlər,   zinakarlar,   fahişə   kişilər,   kişibaz   kişilər,
oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular
Allahın   Padşahlığını   irs   olaraq   almayacaq»   (1   Kor   6,
9-10).   İsa   Məsih   xəbərdarlıq   edir   ki,   spirtli   içkilərdən
~ 463 ~
463


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə