Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə69/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   65   66   67   68   69   70   71   72   ...   87

onda   özündə   qəzəb,   nifrət,   paxıllıq,   hərislik   və   qisas
hisslərinə qalib gələ bilmir, böyüyərək tədricən başqasını
öldürməyə qadir olur. Buna görə də valideynlər ən erkən
illərdən  uşaqlarda adamlara  və  heyvanlara  şəfqət hissi
tərbiyələndirməlidirlər.   Heyvanlara   əziyyət   verməyə
vərdiş   edən   uşaq   böyüyüb   alicənablıq   hisslərindən
məhrum,   «ürəksiz»   insan   olur   və   onun   zalımlığı   tez
yaxud   gec   insanlara,   həmçinin   öz   valideynlərinə   qarşı
təcavüzdə üzə çıxacaq.
Evtanaziya  («şəfqət» səbəbli  qətl)  Allaha  qarşı  ağır
günahdır. Allah hər bir insana həyat verir və onu Öz xilas
planı ilə təmin edir. «Evtanaziya niyyət və vasitələrdən
asılı olmadan bundan ibarətdir ki, əlilin, xəstənin yaxud
ölüm   ayağında   olan   insanın   həyatına   kənardan   son
qoyurlar. Evtanaziya mənəvi cəhətdən qəbuledilməzdir»
(KKK   2277).   Eləcə   də   əzab   çəkənlərin   özləri   ölüm
diləyəndə   evtanaziya   yolverilməzdir.   Məsihçi   imanı
öyrədir ki, əzab çəkənlərin yanında olaraq dua və əbədi
həyat barədə iman sözü ilə onları dəstəkləmək lazımdır.
Onlara əzablarını öz şəxsi və dünyanın günahlarına görə
cəza kimi qəbul etməyə vadar etmək, öz əzablarını İsa
Məsihin   çarmıxdakı   əzabları   ilə   birləşdirməyi   nəsihət
etmək lazımdır.
Müqəddəs   Yazı   döyüş   zamanı   yaralanan,   sağ   ikən
əsirliyə düşmək istəməyən, özünü öldürməyi qərara alan
ilk yəhudi padşahı Şaul barədə bəhs edir. Amma o dərhal
ölmədi və Amaleqli bir adamdan onu öldürüb qurtarmağı
xahiş   etdi,   o   da   bunu   etdi,   sonra   padşahın   tacını   və
qolbağını   Davuda   gətirdi   və   buna   görə   müəyyən   bir
mükafat yaxud üstünlük almağı arzulayırdı. Saleh qəzəbə
~ 449 ~
449


bürünmüş Davud ölümcül yaralı insanı öldürdüyünə görə
onu yerindəcə cazalandırmaq əmrini verdi.
İntihar  ağır   günahdır.   «İntihar   insanın   öz   həyatını
qorumaq   və   davam   etdirmək   kimi   təbii   meyllərinin
əleyhinədir.   İntihar   insanın   özünə   olan   qanuni
məhəbbətinə   tamamilə   ziddir.   İntihar   insanın   yaxınına
olan   məhəbbətini   təhqir   edir.   İntihar   Var   Olan   Allaha
münasibətdə məhəbbətə ziddir» (KKK 2281). Bir vaxtlar
bütpərəstlər özünü qurban verməyi mədh edirdilər, onu
cəsarətin əlaməti adlandırırdılar. İsa Məsih buna düzgün
münasibəti qaytardı. İntihar – insanın təbiətə qarşı (heç
bir heyvan özünü öldürmür), özünə və başqa insanlara
qarşı,   ən   əsası     isə     həyat   verən   Rəbb   Allaha   qarşı
günahdır.
İntihar   əzablardan,   utancaqlıq   yaxud   çətin
öhdəliklərdən   və   sınaqlardan   qaçma   cəhdidir.   İnsanlar
müvəqqəti   olan   hisslərin   (məyusluq)   təsiri   ilə   özünü
öldürürlər.   Bu   günahın   səbəbi   şəxsiyyətin   mənəvi
tənəzzülü, imanın itirilməsi yaxud «həyatdan bezmə» də
ola bilər. İntihar  çarmıxını daşımaqdan, Allahın iradəsini
yerinə   yetirməkdən   qaçmaq   cəhdidir.   Buna   görə   də
intihar insana layiq olmayan əməldir.
Bir   müəllim   parkda   hərəkətlərindən   böyük   həyəcan
keçirdiyi   görünən   bir   insana   rast   gəldi.   Müəllim   ona
yaxınlaşdı və onunla söhbət etmək istədi. O sərt cavab
verdi.   Lakin   ağıllı   müəllim   incimədi,   çünki   bu   insanın
qeyri-adi həyəcan vəziyyətində olduğunu hiss edirdi. Hər
halda  müəllim  söhbəti  başlaya  bildi   və  o  adam  intihar
etmək   istədiyini   etiraf   etdi.   Müəllim   soruşdu:   «Bunun
~ 451 ~
451


faydası olacaqmı?» Bu sözlər zavallını sarsıtdı və o özünə
gəldi. Həqiqətən, özünü öldürmək nə fayda verəcək? Bu
dünyanın əzablarından qaçıb iblis və rədd olunmuşlarla
birgə   cəhənnəmdə   əbədi   əzab   vəziyyətinə   düşməyə
gətirib çıxaracaq.
Müqəddəs Yazı intiharı çox dəhşətli bir şey kimi təsvir
edir. Padşah Şaul qılıncın üstünə atılır. Bundan əvvəl o,
məsləhət almaq üçün falçıya müraciət edərək Allaha öz
nankorluğunu   və   sədaqətsizliyini   göstərmişdi.   Xain
Axitofel atası padşah Davuda qarşı üsyan edən Avşalom
onun   məsləhətinə   qulaq   asmayanda   özünü   asır.   Öz
müəllimini   30   gümüş   pula   satan   Yəhudanın   özünü
öldürməsinin   təsviri   insanı   dəhşətə   gətirir.   İntihar
satqınların xəyanəti və günahıdır. Onlar Allaha, özlərinə
və yaxınlarına xəyanət edirlər.
Maddi ehtiyac üzündən bir ailədə ata özünü asdı və
arvadını   altı   övladla   tək   qoydu.   Qadın   məyus   olmadı,
böyük  çətinliklərlə  mübarizə  edərək  övladlarına  tərbiyə
verdi   və   onları   böyüdüb   xeyirxah   adam   etdi.   Burada
həqiqi   qəhrəman   kimdir:   məyusluq   hisslərinə   uyan,   öz
ailəsinə və Allaha xainlik edən kişi yaxud sadiq Allaha, öz
vicdanına və öz uşaqlarına sadiq qalan qadın?
Bir   neçə   onillik   bundan   əvvəl   Neapolda   nikahdan
əvvəlki gecə öz otağında knyaz Pinyaletti özünü güllələdi.
O   bunu   yazı   masasının   yanında   etdi;   həmin   masanın
üstündə   məsihçi   imanının   və   mənəviyyatının   məşhur
əleyhdarı   Nitşenin   kitabını   açıq   qoymuşdu.   Hamı   bir
təfsilata diqqət yetirmişdi: zavallının masasının üstündə
divarda   Allah   Anasının   ikonası   asılmışdı;   özünü
~ 453 ~
453


öldürməzdən   əvvəl   o,   ikonanı   divara   tərəf   çevirmişdi.
Allah   Anasının   baxışını   hiss   edərək   o   öz   xəcalətli
hərəkətini edə bilmirdi.
Hamiləliyin  ləğvi  Allahdan   qisas  üçün   fəryad   edən
günahlarla   bir   sıradadır.   Müqəddəs   Yazı   iddia   edir   ki,
Allah   ana   bətnindəki   hər   bir   insanın   həyatından
xəbərdardır:   «Mən   sənə   ananın   bətnində   surət
verməzdən əvvəl səni tanıdım, doğulmazdan əvvəl səni
təqdis   etdim»   (Yer   1,   5),   –   deyə   Rəbb   bildirir.   «İnsan
həyatına   döllənmə   anından   tam   hörmət   göstərilməlidir
və o müdafiə olunmalıdır. Mövcudluğunun birinci anından
insan   bütün   insan   şəxsiyyətinin   hüquqlarına   malik
olmalıdır,  bunların  arasında hər  bir günahsız  məxluqun
yaşamaq üçün pozulmaz hüququ da var» (KKK 2270).
Katolik   Kilsəsi   öz   başlanğıcından   hələ   dünyaya
gəlməmiş uşaqların həyatını müdafiə edir:  insanın dölü
inkişafının   birinci   fazasında  artıq  insandır.   Dölün   ləğvi
ananın   bətnində   öz   mövcudluğunu   başlayan   insanın
qətlidir.   «Didaxe»   kitabında   (On   iki   Həvarinin   təlimi)
oxuyuruq:   «Ananın   bətnində   dölü,   həmçinin   təzə
doğulmuş   körpəni   öldürməyəcəksən».   İkinci   Vatikan
Məclisi   deyir:   «Hamiləliyin   ləğvi   və   uşaqların   qətli
dəhşətli   cinayətlərdir».   Döllənmiş   həyat   barədə   Katolik
Kilsəsinin   təlimi   həmişə   dəyişməz   olaraq   qalır:   hansı
yolla icra edilməsindən asılı olmayaraq, mənəvi qanuna
qarşı olduğuna görə bilavasitə məqsəd yaxud vasitə olan
hamiləliyin ləğvi dözülməzdir. Yəni dölün yetkinliyinin (bir
neçə həftə, bir ay, üç yaxud daha çox ay, çünki insanın
həyatı   döllənmə   anında   başlayır),   həmçinin   hamiləliyin
ləğvinin hansı yolla olmasının (requlyasiya, «spiral», həb
yaxud   iynə   vurma   vasitəsilə   icra   edilən   abort)
~ 455 ~
455


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə