Sərbəst iş ad: Sevinc soyad: Hüsüyeva kurs: 3



Yüklə 28,18 Kb.
səhifə5/6
tarix10.06.2022
ölçüsü28,18 Kb.
#89268
1   2   3   4   5   6
Müalicəvi palçıq ehtiyatlarının əhəmiyyəti və xarakterstikasi

Durandağ palçıq vulkanı

Umbakı qəsəbəsindən 20 km cənub-qərbdə yerləşən nəhəg vulkanın hündürlüyü 302 m-dir və ətraf yerlərdən 200 m yüksəlir. Məhsuldar qat çöküntülərindən təçkil onunan en dairəvi istiqamətli Bəridaş strukturunun şimal-qərb periklinalında bərqərardır. Vulkanın qeyd olunan ilk püskürməsi 1960-cı il 18 iyunda baş vermişdir. Sonrakılar 1968, 1986, 2001 və 2004-cü ildə olmuşdur.


2001-ci ildəki püskürmə xeyli intensivliy ilə seçilir. Vulkan yer səthinə 700 min kubmetr brekçiya tullayaraq 30,4 hektar sahə örtülmüşdür. Müşahidəçilərin məlumatına görə püskürmə güclü partlayışla başlamışdır. Qaz yanması və alov sütununun 200-250 m hündürlüyə qalxması və brekçiyanın vaxtaşırı tullanması ilə müşaiyət olunmuşdur. Püskürmə prosesi 1 saat davam etsə də, alovun yanması demək olar ki, 2 ay olmuşdur. Yarım maye vulkan brekçiyası qərbə doğru axaraq quruduqdan sonra çoxsaylı radial və konsentrik çatlarla doğranmışdır. Brekçiya ortüyünün qalınlığı 1,0-3,0 m çatmışdır. Sonuncu 2004-cü ilin paroksizmi zəif olmuşdur. Vulkan brekçiyasının həcmi 400 min kubmetr-dən az olsa da, 21 hektar sahəni örtmüşdür. 



2.Vulkan palçığı təbii müalicəvi preparatdır
Azərbaycan ərazisi palçıq vulkanlarının yayıldığı unikal regiondur. Şərqi 
Azərbaycanda və həmsərhəd Xəzər dənizi akvatoriyasında 350dən çox palçıq vulkanı mövcuddur. Onlar geoloqlara çox dərin kəşfiyyat quyusu kimi neft və qaz yataqlarının Yerin təkindəki axtarışında kömək edir. Bununla yanaşı, vulkan palçığı təbabətdə qiymətli müalicə vasitəsi kimi geniş tətbiq edilir. Spesifik komponentlərlə - mineral duzlar, üzvi birləşmələr, mikroelementlərlə zənginləşmiş müalicəvi xassələrə malik olub, insan orqanizminə faydalı təsir edir.Palçıq vulkanlarının yerləşdiyi ölkələrdə onun istifadə olunmasının qədim tarixi var. İtaliyada bu palçığı hələ XVI əsrdə, Rusiyada Taman yarımadasında XIX əsrin ortalarından başlayaraq tətbiq edirdilər. 13 palçıq vulkanı olan Gürcüstanda isə keçmiş SSRİ məkanında Ümumittifaq “Axtala” kurortu fəaliyyət göstərirdi. Vulkan palçığı müalicə üçün xammal kimi kurortdankənar şəraitdə Krımın poliklinika və xəstəxanalarında, Saxalin adasında da tətbiq edilir.Keçən əsrin 60cı illərində Azərbaycan Kurortologiya və Fiziki Metodlarla Müalicə ETİ-də (indiki Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu) tibb elmləri doktoru Fəridə Əfəndiyeva tərəfindən vulkan palçığının klinik tədqiqi başlanıb və nəticədə onun müalicə üçün istifadəsinin vacibliyi sübut olunub.
Azərbaycan ərazisində - Xəzərin qərb sahillərində vulkan palçığı geniş yayılmışdır. Burada 200-dən artıq palçıq vulkanı və onun çox böyük ehtiyatı var. AMEA Geologiya və Geofizika İnstitutu uzun illər ərzində Kurortologiya İnstitutu və akademiyanın digər institutları, xüsusilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Azərbaycanın vulkan palçıqlarında bioloji aktiv maddələrin (duzlar, qazlar, vitaminlər, fermentlər, hormonlar, biogen stimulyatorlar) aşkar edilməsi uçün müştərək elmi tədqiqatlar aparmışdır. Nəticədə bu palçığın ölkənin 15 tibb müəssisəsində müalicə təcrübəsində tətbiqinə nail olunmuşdur. Keçən əsrin 70-ci illərinin sonu və 80ci illər ərzində Abşeron yarımadasının Şorbulaq və Axtarma-Qaradağ, Qobustanın Pirəkəşkül və Daşgil vulkanlarının palçığı terapevtik təmayüllü xəstələrin müalicəsində Bakının poliklinikalarında, 3 saylı qadın məsləhətxanasında, 8-ci Kilometr yaşayış sahəsinin kosmetoloji müalicəxanasında, Abşeron yarımadasının sanatoriya-profilaktoriyalarında, Bahar vulkanının palçığı Ələt liman stansiyasının qovşaq xəstəxanasında, Babazənən palçığı Salyanın mərkəzi xəstəxanasında, Qaynarca vulkanının palçığı isə Qalaaltı kurortunda müvəffəqiyyətlə tətbiq olunmuşdur.
Vulkan palçığının yer üzərində olan palçıqlarla müqayisədə üstünlüyü öncə onun tərkibinin unikallığıdır: xırdalanmış, qaymağa bənzər, yumşaq gil kütləsi, yalnız özünə xas olan mineral birləşmələr, üzvi maddələr, bioloji aktiv komponentlərdən və buna uyğun xüsusi terapevtik təsirdən ibarətdir. Vulkan palçıqları neftli-qazlı rayonlarda yerləşdiyindən onların kimyəvi tərkibi, müalicəvi xassələri yerüstü mənşəli lil, torf, sapropel palçıqlarından fərqlənir. Dərinliklərdən çıxan vulkan palçığı yüksək biostimullaşdırıcı təsirə malik kimyəvi mikroelementlər və üzvi maddələrlə zənginləşir.
Digər tərəfdən, böyük dərinliklərdə antropogen təsirin olmadığı şəraitdə formalaşan vulkan palçığı daim yer səthinə çıxır və təbii ki, yüksək ekoloji təmizliyilə fərqlənir. Vulkan palçığında yod, bor, brom, manqan, litium, vanadium, mis, dəmir və s. müalicəvi cəhətdən faydalı inqrediyentlər müəyyən edilib. Onun tərkibində üzvi maddələrdən singenetik bitum, qatranlar, asfaltenlər, humin və fulvoturşular, eləcə də bəzi fermentlər aşkar edilib. Bundan əlavə, bu palçıqlarda müalicə zamanı orqanizmə səmərəli təsir göstərən bakterisid maddələr və başqa birləşmələr vardır. Bəzi göstəricilərə görə, vulkan palçıqlarının üzvi maddəsi müalicəvi Naftalan neftinə yaxındır.
Sonda bu palçıqların digər bir mühüm xüsusiyyəti onunla bağlıdır ki, onların kimyəvi tərkibi sabit olur, su ilə nəmlənən zaman quru palçıq özünün bütün faydalı xassələrini saxlayaraq, asanlıqla bərpa olunur və öz əvvəlki vəziyyətinə qayıdır. Beləliklə, müalicə üçün təkcə yenicə yer səthinə çıxmış deyil, həmçinin vulkan kraterində toplanmış və qurumuş palçıqdan da istifadə oluna bilər.
Özünün müstəsna yüksək balneoloji xassələrinə görə, vulkan palçığı bir çox xəstəliklərin - hərəkət aparatı, oynaqlar, onurğa sütunu, periferik-əsəb sistemi, dəri, mədə-bağırsaq traktı, şəkər diabeti, ateroskleroz və boyun osteoxondrozunun, LOR xəstəliklərinin müalicəsi zamanı, eləcə də ginekologiya, urologiya və kosmetologiyada istifadə edilir. Bu illər ərzində həkimlərə bir neçə müalicə üsulu təklif edilmişdir. Müalicədə üç palçıq preparatı istifadə edilir: maye (təbii palçıq məhlulu), quru toz və quru torf tozundan ibarət kombinə edilmiş palçıq preparatı. Maye palçıq məhlulu 1983-cü ildə kompres, vanna şəklində və elektroforez metodu ilə istifadə edilmək üçün təklif edilmişdir.
Uzun müddət günəş və kosmik şüalarla şüalandırılaraq aktiviəşdirilmiş quru sopka palçığı ikinci preparatdır. Həmin prosedur qurtardıqdan sonra uzunmüddətli təsiri təmin edən transdermal metod üçün nəzərdə tutulub. Bu, xəstəliyin davamlı müalicəsi üçün mühüm amildir.
Üçüncü palçıq preparatı dörddə-üç hissəsi palçıq tozu və dörddə-bir hissəsi üzvi maddələrlə zəngin torf tozu qarışığından ibarətdir.
Azərbaycanda quru vulkan palçığının istifadə edilməsinin “quru palçıqla müalicə” adlandırılan yeni üsulu yaradılıb. O, palçığın nano - hissəciklərinin dəri reseptorlarına və mərkəzi əsəb sisteminə transdermal təsiri ilə həyata keçirilir. Üsul xüsusilə uzunmüddətli xroniki xəstəliklər zamanı özünün yumşaldıcı və müalicədən sonra davamlı təsirinə görə effektlidir. Fototerapevtik şüalarla birləşmədə seqmentar palçıq təsiri aşağı nahiyələrin trofik xoralarının müalicəsi zamanı özünü doğruldub.
Azərbaycanda çoxlu sayda yüksək effektli vulkan palçığı mənbələri var. Onlar nadir hallarda ayrı-ayrı fiziki şəxslər tərəfindən istifadə edilir ki, bu da iflic olmuş azyaşlıların, misal olaraq hazırda müalicə oluna bilən (Odessa və Krım palçıq kurortları) xəstəliklər siyahısına aid olan uşaq serebral iflic xəstəliyinin və ümumilikdə palçıq terapiyası ilə müalicə olunan xəstələrin böyük qismini təmin edə bilmir.
Azərbaycanın bəzi rayonlarında yay vaxtında yerli əhali öz təşəbbüsü ilə birbaşa palçıq vulkanlarında “Misir” metodu palçıq terapiyasından istifadə edərək palçıq vannası qəbul edirlər. Belə xəstələr Xəzərin sahilində olan Ələt rayonunda yerləşən Bahar vulkanında, dənizin yaxınlığından istifadə edərək palçıq terapiyasını ortaqlı şəkildə su prosedurları ilə birlikdə aparırlar.
Respublikada palçıq terapiyası üçün müasir bazanın genişmiqyaslı istifadəsinə lazımi şəraitin yaradılması vaxtı çoxdan çatmışdır. Palçıq terapiya mərkəzini böyük vulkanların yerləşdiyi Xəzərin sahilində belə təşkil etmək olar. “Palçıq hamamı” təbii şəraitdə sanatoriya kimi fəaliyyət göstərə bilər. Öz “təbii laboratoriyalarında” dəyərli müalicəvi preparat yaradaraq, bir növ, həkimlərə əl uzadan təbiətdən niyə də yararlanmayaq?
Yarım əsrlik müalicəvi istifadəyə əsaslanaraq yuxarıda qeyd olunanlar, dünyada tanınmış Krım Evpatoriya təcrübəsindən çıxış edərək bizə deməyə əsas verir ki, Xəzərin sahilindəki vulkan palçığından il ərzində istifadə üçün palçıq kurortunun tikintisinə ehtiyac var.


Yüklə 28,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə