Dəli Həsən təmkinli, tədbirli olması ilə seçilir. Eyvaz səmimiliyi ilə dəlilərin sevimlisi olur. Bəlli Əhməd təvazökarlığı, Dəmirçioğlu isə səbirli və dözümlülüyü ilə diqqəti cəlb edir.
Dastanı oxuduqca bu el qəhrəmanlarının əxlaqına, davranışına heyran olmamaq mümkün deyil. Sadə insanların, zəhmət adamlarının içindən çıxan bu igidlər öz başçılarına layiq insanlardır.
Eposdakı qadın surətlərinin oxşar cəhətləri çoxdur. Onların, demək olar ki, hamısı xotkar, şah, bəy, xan qızlarıdır. Haqqın, ədalətin, bərabərliyin, mənəvi azadlığın hökm sürdüyü Çənlibel hamı kimi, bu qızları da cəlb edir. Dəbdəbəli saray həyatından üz döndərib bu yurda gələn xanımlar burada sədaqət, vəfa, səmimilik görürlər. Koroğlu dəliləri ilə xoşbəxt ailə quran bu qızlar çətin anlarda ərlərinə arxa, dayaq olur, onlarla bərabər düşmənə qarşı vuruşurlar.
Ağıllı məsləhətləri, xeyirxahlığı ilə bütün dəlilərin hörmətini qazanan
Dostları ilə paylaş: |