SəRBƏst iŞ



Yüklə 1,76 Mb.
səhifə2/6
tarix14.04.2022
ölçüsü1,76 Mb.
#85432
1   2   3   4   5   6
Arzu-azərbaycan dili
İKT-Kurtoglu
Məncə, can yanğısıdır şeir, sənət, a dostlar.

Kimin ki, ürəyində bir yanğı var, bir od var,

O dərk edər sənəti,

İnsan məhəbbətidir yaradan hər sənəti...

Türk dünyası mövzusu Bəxtiyar Vahabzadənin əsərlərində böyük yer tutub. 1970-1990-cı illərdə yazdığı "Türküstan, Türküstan”, "Yunus İmrə”, "İstiqlal nəğməkarı”, "Əhməd Cavad”, "Böyük türkçü”, "Sənət sənət üçündür, yoxsa xalq üçün”, "Ey qocaman Türkiyə” adlı məqalə və məktubları, habelə poetik əsərlərində şair turançılıq, türkçülük və azərbaycançılıq baxışlarını, o cümlədən Azərbaycan-Türkiyə dostluq əlaqələrini təcəssüm etdirib. Bu yazılar sənətkarın Türkiyə görüşləri və türk ölkələrində çap olunmuş kitabları ilə bağlı yaranıb.



1990-cı illərin olayları Bəxtiyar Vahabzadəni də ciddi sarsıdıb. O, yazıb ki, "yanvarın 19-da gecə məlum hadisə baş verdi. Gecəni yata bilmədik. Səhər bir neçə deputat mənə zəng vurub, təcili Ali Sovetin fövqəladə sessiyasını çağırmağın vacib olduğunu dedi. Beynimə batdı. Ali Sovetə zəng vurdum və belə qərara gəldik ki, mən televiziya ilə çıxış edib deputatları sabaha - sessiyaya çağırım. Mən MK-ya gəlib gördüm ki, binanın qarşısında minlərlə adam dayanıb və dünənki qırğına etirazlarını bildirir. Mən də çıxış edib Kommunist Partiyasının üzvlüyündən çıxdığımı elan etdim. Telestudiyaya gəldim. Dedilər ki, studiyanın enerji blokunu rus əsgərləri dağıdıb. Çıxış etmək mümkün deyil. Studiyanın həyətində rus generalı, ətrafında isə televiziyanın bir neçə işçisi, o cümlədən şair Qabili və rejissor Nazim Abbasovu gördüm. Mən əsəbi vəziyyətdə generala yanaşıb onu dünənki qırğına, törətdiyi faciəyə görə yağlı sözlərlə təhqir edib üzünə tüpürdüm. Sonralar eşitdiyimə görə o, tapançaya əl atmış, məni vurmaq istəmiş, telestudiyanın işçiləri, xüsusən N.Abbasov ona mane olmuşdur”. Şair "Sessiya çağırmaq şəxsi təşəbbüsüm idi” müsahibəsində 1990-cı ilin "Şənbə gecəsindən”, özünün "Şənbə gecəsinə gedən yol” əsərindən, faciənin obyektiv və subyektiv səbəblərindən, sessiya çağırmaq zərurətindən, özünün və Xalq yazıçısı İsmayıl Şıxlının sessiyanı idarə etmələrindən, Heydər Əliyevin siyasi iradəsindən, onun əleyhdarlarının hiylələrindən və Heydər Əliyev fenomenindən söz açıb. Şair hesab edib ki, o zaman Azərbaycana qüvvətli bir adam rəhbərlik etsəydi, 20 Yanvar qırğını törənməzdi”. Bəxtiyar Vahabzadənin azərbaycançılığı həm də Heydər Əliyev və azərbaycançılıq bütövlüyü deməkdir.

Dövlət, bayraq və istiqlal mövzuları B.Vahabzadənin 1990-cı illərdə yazdığı məqalə, müsahibə və şeirlərində ifadə olunub. Şair 1960-1990-cı illərdə "Bayraq qalxdı”, "Xalqın səsi”, "Əgər qorun-masa istiqlalımız”,”Vətən məcnunluğu”, "Vətən var”, "Biz Vətənçün doğulduq”, "Azərbaycan”, "İki bayraq”, "Bayraq”, "Atatürk” şeirlərindəki həmin mövzuları 2000-ci illərin şeir və poemalarında da davam etdirib ("Xalqa”, Vətənə”, "Tanrı türkü qorusun”, "Vətən marşı”, "İstiqlal”, "Azadlıq savaşı”, "Vətən savaşı”, "Qarabağ”, "Vətəndən vətənə”, "Şəhidlər” və başqaları).

Bəxtiyar Vahabzadə Azərbaycanın dövlət müstəqilliyi, istiqlalı yolunda çox çalışıb. Təsadüfi de-yil ki, Ümummilli Lider Heydər Əliyev ilk "İstiqlal” ordenini ona və Xəlil Rza ilə Məmməd Araza verib.

Bəxtiyar Vahabzadə güclü poema və pyeslərin müəllifidir. O, bu əsərlərində müdrik və parlaq zəkasının üfüqlərini, milli özünüdərk və istiqlal məfkurəsinin əngin panoramını təzahür etdirib. Onun poema və pyeslərində azərbaycançılıq, türkçülük və milli müstəqillik ideyaları parlaq təcəssüm olunub. B.Vahabzadə 60-dan çox şeir kitabının, 10-dan artıq monoqrafiya, 20 poema və 9 pyes, 200-ə qədər elmi-nəzəri və publisistik məqalə, 12 cilddə "Əsərləri”n müəllifidir.

O, görkəmli müəllim-pedaqoq, ədəbiyyatşünas-alim, AMEA-nın həqiqi üzvü, akademikdir. Milli və bəşəri ədəbiyyatın müxtəlif sahələri üzrə elmi-nəzəri və publisistik məqalələr, dissertasiya və monoqrafiyalar yazıb, kitablar çap etdirib, dövrünün həssas publisisti olub, türk dünyasının sosial-mədəni həyatında yaxından iştirak edib. Türk alimləri də onun poeziya və publisistikası haqqında dissertasiya yazıb, monoqrafiyalar çap etdirib.

Bəxtiyar Vahabzadə ictimai xadimdir. O, uzun illər xalq elçisi kimi respublikanın sosial-siyasi və mədəni həyatında nüfuz sahibi olub, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında can-zəka yandırıb.

Dözüm köləlikdir, nökərçilikdir, Dözüm başdan-başa əzab –şikayət

Dözməmək – azadlıq, dözmək - əsarət.

(193, 72)



Dözüm sözünü mənfi məzmunda, «əsarət» mənasında yalnız B.Vahabzadə işlədib, o da uğurlu

alınıb.


Ümumiyyətlə, Bəxtiyar Vahabzadənin əsərlərindəki sino-nim sözlərin hər birinin öz üslubi dəyəri, estetik rolu vardır. Onlar şairin əsas fikir və qayəsinin bədii təcəssümü kimi çıxış edir. Azərbaycan ədəbi dilinə məxsus zəngin sinonim cərgəyə həssas və yaradıcı münasibət, buradan sözlərin mətləbə müvafiq olaraq seçilməsi şairin əsərlərinin bədii gözəlliyini, səlisliyini təmin edən bir amilə çevrilir.

Antonimlər. Dilin lüğət tərkibində mövcud olan sözlərin mühüm bir qismi öz mənalarına görə bir-birilə semantik əkslik münasibətində işlənən antonimlərdir. «Ümumi anlayışların təzadlı münasibətlərini, xüsusiyyətlərini əks etdirən antonimlər sinonimlər kimi sözün mənasını dəqiqləşdir- məyə kömək edir» (17, 77).

Antonimlər bədii üslubda maraqlı çalarlar yaratmaları ilə seçilir. Bədii əsərlərin dilində antonimlərin işlədilməsindən əsas məqsəd bu və ya digər hadisənin qiymətləndirilməsi zamanı onların arasındakı təzadlı fərqləri müəyyənləşdirməklə şərtlənir. «Anlayışların təzadlı müqayisəsi əşyaların əlamət və keyfiyyəti haqqında canlı təsəvvür oyadır, dinləyiciyə və oxucuya güclü təsir göstərir» (35, 63). «Ziddiyyətli həyat hadisələrini, münasibətləri vermək üçün antonim sözlər sənətkarın əlində ən dəyərli ifadə vasitəsi kimi özünü göstərir. Bununla yanaşı, antonim sözlər vasitəsilə bədii əsərlərin dilində təzad yaradılır ki, bunun da köməyi ilə əşya və surətlərin gözəl xarakteristikası əldə edilir» (39, 66).

Antonimlər Bəxtiyar Vahabzadənin əsərlərində mətnin bədii-estetik təsir gücünü artıran leksik vahid kimi mühüm yer tutur. Antonimlərlə şair bir tərəfdən öz təhkiyə dilinə, digər tərəfdən də perso- najların nitqinə canlılıq gətirir, emosional təsir, qüvvətli kontrastlar yaradır, əşya və hadisələri daha inandırıcı, obrazlı, təsirli əks etdirir, müxtəlif anlayışların bir-birlərinə əks, əlamətlərini qarşı-qarşıya qoyur. Antonim sözlər şairin təsvir və fikirlərində aydınlıq yaradan dil vahidləri kimi də qiymətlidir. Şair onların vasitəsilə rəngarəng məna incəlikləri yaratmaqla əsərlərin ideya məzmununun açılmasına, obrazların hərtərəfli səciyyələndirilməsinə, konfliktlərin düzgün ifadəsinə müvəffəq olur. Müəllif baş- qa hallarda olduğu kimi, antonimləri obrazların vəziyyəti və hadisələrin səciyyəsi ilə bağlı şəkildə, məqsədə müvafiq tərzdə işlədir.

Şairin əsərlərində işlədilmiş antonimlərin arasındakı ziddiyyətin dərəcəsi və səviyyəsi eyni deyildir. Bəzi antonim sözlər bir-biri ilə tam, bəziləri isə nisbi ziddiyyət təşkil edirlər. Antonim sözlərin bu xüsusiyyəti haqqında S.Cəfərov yazmışdır: «Antonimlik də sözlərin mənası ilə bağlıdır. Bu nöqteyi-nəzərdən müasir Azərbaycan dilindəki antonim sözləri, xüsusən də əks məna ifadəetmə cəhətindən yoxladıqda aydın olur ki, belə sözlərin bir çoxunda əksmənalılıq şərti və nisbi bir haldır» (35, 136).

Bəxtiyar Vahabzadənin əsərlərinin dilində mənaca bir-birinin tam ziddini təşkil edən sözlərə, mütləq antonimlərə tez-tez rast gəlmək olur. Müəllif həmin sözlərə, adətən, eyni mənanın zidd cəhətlərini daha kəskin göstərmək məqsədi ilə müraciət etmişdir.

Aşağıdakı mətndə antonimlərin sıralanmasına fikir verək:

Onda hökm verərdim ki,

bu yaxşıdır, bu yamandır,

bu doğrudur, bu yalandır,

Zidd qütblər arasında

Vurnuxmayıb,

gah qazanıb, gah yanmışam

Bu günsə mən arasında dayanmışam.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə