Sərraf Şiruyə
54
Hərbi gedişləri öyrənirdilər,
Əsgəri borcuna and içirdilər.
Ey vətən, müsəlləh əsgərinəm mən,
Ən ağır səfərə mən getməliyəm!
Məni böyütmüsən bir igid kimi,
Döyüşə, səngərə mən getməliyəm!
Yağı yuvasını yandırmaq üçün,
Düşmən həmləsini sındırmaq üçün,
Sənin bayrağını qaldırmaq üçün,
Hər səmtə, hər yerə mən getməliyəm!
Qoy qanım yolunda tökülsün yerə,
Qovuşum müqəddəs o şəhidlərə.
Ey vətən, səninlə xoş müjdələrə,
Hər aydın səhərə mən getməliyəm!
Bir azca təsəlli tapmışdı ata,
Ümidlə baxırdı indi həyata.
Eldən eşitdikcə Əlinin adın,
Başını dikəldib Reyhan qadın.
Şükürlər edirdi uca Tanrıya,
Bir xoş xəbəri də qat bu haraya.
Niftalı da gəlsin, qəlblər sevinsin,
Qurbanlar kəsilsin, aşıqlar dinsin.
Ayrılıq belə düşdü
55
Bircə Mahı dərdi bəs edər bizə,
Təsəlli versək də öz-özümüzə.
Mahı dərdi bizimlədi həmişə,
Olub ürəyimiz çat vermiş şüşə.
Sınıb, töküləcək nə vaxtsa bu çat,
Elə əzəlindən belədir həyat.
Dünənki canlını bu gün öldürür,
Dünya öz yolunu belə bildirir.
Mahı da Tapdığı sevib, seçmişdi,
Xeyir-dua ilə gəlin köçmüşdü.
Belə gənc çağında əcəl haqlamış,
Əzizin ürəyi yara bağlamış.
Əvvəl Şəkər dərdi, sonra da Mahı,
Bu yazıq kişinin nəymiş günahı?
Bu ki, mərdiməzar işlər görməmiş,
Bir nəfərin xatirinə dəyməmiş.
Həmişə xeyirxax işlər görmüşdür,
Əl açıb, diz çöküb şükür demişdir.
Bir salavat verib Reyhan arvad,
Cəddi Peyğəmbəri o eylədi yad.
Sərraf Şiruyə
56
VI
ƏZİZ KİŞİNİN VƏFATI
Ömür bir axar çaydır,
Axar, geri qayıtmaz,
Ömür bir ildırımdır,
Çaxar, geri qayıtmaz.
Ömür əsən küləkdir,
Əsər, geri qayıtmaz.
Ömür susan ürəkdi,
Susar geri qayıtmaz.
Bir axar çaya dönüb,
Axdı Əzizin ömrü.
Döndü bir ildırıma,
Çaxdı Əzizin ömrü.
Bir əsən külək olub,
Əsdi Əzizin ömrü.
Döyünən ürək idi,
Susdu Əzizin ömrü.
Göyçə göyçəkləşir yazın son ayı,
Gəlir İlahinin gül-çiçək payı.
Yuyur ləçəkləri gecənin şehi,
Min ətir gətirir səhərin mehi.
Ayrılıq belə düşdü
57
Süsən, novruzgülü, lilpar, bənövşə,
Elə qonaq gələr ilkin həmişə.
Sonra lalə, nərgiz, qaymaqçiçəyi,
Bütün çiçəklərin gözəl göyçəyi.
Səpir ətirini tamam dörd yana,
Az qalır ki, ölülər də oyana.
Belə bir gündüzün axşam çağında,
Əziz vəfat etdi öz yatağında.
Son anda üzünü tutmuş Reyhana:
Hardadı gətirin o son nişana.
Reyhan gəlinə etdi işarə,
Niftalının məktubunu gətirə.
Sumaya bu evə gəlin gəlmişdi,
O Əlini, Əli onu sevmişdi.
Oxucum, bu haqda açacam söhbət,
Zərrəcə sıxmasın səni bu möhnət.
Əziz görən kimi üçkünc məktubu,
Dedi intizarım elə budu, bu!
Beləcə canını Əziz tapşırdı,
Arzu, istəyinə bir kilid vurdu.
Sərraf Şiruyə
58
Dayandı atanın həsrət ürəyi,
Əziz çox olmuşdu elin gərəyi.
Əvəzsiz eyliklər qoymuşdu elə,
Bəlkə danışmağa o gəlməz dilə.
Sovet qurulanda Ermənistanda,
“Kulak”lıq gedəndə bütün hər yanda.
Sovet sədri oldu bibisi Zeynəb,
Ondakı cəsarət, ondakı ədəb.
Onu ilk komsomol qadın etmişdi,
Sədr kürsüsünə belə yetmişdi.
Bu gün də anılır şöhrəti, adı,
Dar gündə olmuşdu elin imdadı.
Neçəsini saxlamışdı sürgündən,
Neçəsini qurtarmışdı pis gündən.
Hacı Kərəm, oğlu Kalvay Əmrahı,
Bir də ki, qardaşı həm İsmeyili.
Nağı bəyin sürgünüydü sabahı,
Zeynəbin olmasa xeyirxah meyli.
Babakişilərdən Məsim, həm Cəmşid,
Daşkənddə başbilən adam nə ki, var.
Onları da gözləyirdi bu kilid,
Bu tələbdən Zeynəb çəkərək hazar.
Ayrılıq belə düşdü
59
Qanuna söykədi hər qərarını,
Bunlar tutularsa kim işləyəcək?...
Nə var əllərindən alaq varını,
Gedin azadsınız – bax belə deyək.
Zeynəbin qərarı bəyənilmişdi,
Ali komandanlıq alqışlamışdı.
Çoxları da bəd fikrə gəlmişdi,
Satıb bəy, xanları qisas almışdı.
Zeynəbin etdiyi bu xoş əməllər,
Göstərişi idi Əziz kişinin.
Ona görə onu sevirdi ellər,
Ucundan tuturdu hər bir işinin.
Çox kiçik olsa da Əziz Zeynəbdən,
Ondan üstün idi ağıl, kamalda.
Bəzən o hirslənib çıxanda təbdən,
Köməyə gəlirdi Əziz bu halda.
Hər işin yönünü o göstərirdi,
Deyirdi – üz vermə çox komsomola.
Çünki komsomollar belə deyirdi:
Gərək sürgün olsun hər axund, molla.
Atdan salmalıyıq biz seyidləri,
Onların atını biz minməliyik.
Onlar dedikləri hər öyüdləri,
Bax indi onlara biz deməliyik.
Dostları ilə paylaş: |