Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə41/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   37   38   39   40   41   42   43   44   ...   80

üçün,  insanın  bütün  mədəniyyətlərlə  təmasa 
girmək imkanı, hüquqi dillə desək, "mədəniyyət 
hüququ"  olmalıdır [143,  210].
1993-cü  ildə  Vyanada  insan  hüquqlarına 
dair  Ümumdünya  konfransında  qəbul  edilmiş 
Fəaliyyət  Bəyannaməsi  və  Proqramında  milli, 
regional  və  beynəlxalq  səviyyədə  iqtisadi,  sosial 
və  mədəni  hüquqların  tanınmasını  təmin  etmək 
üçün razılaşdırılmış səylərin zəruriliyi qeyd olun­
muşdur  [97].  Konfrans  təkidlə  bütün  dövlətləri 
yerli  xalqların  cəmiyyətin  bütün  aspektlərində, 
o  cümlədən  onlar  üçün  maraq  kəsb  edən  məsə­
lələrdə  tam  və  azad  iştirakını  təmin  etməyə  qa­
çırdı.
Beynəlxalq mədəni hüquq sisteminin təşəkkül 
tapmasında  və inkişafında  YUNESKO xüsusi  rol 
oynayır.  Öz  nizamnamə  səlahiyyətlərindən  və 
etik  missiyasından  çıxış  edərək  bu  beynəlxalq 
təşkilat  fəaliyyət  göstərildiyi  müddətdə  onun 
səlahiyyətlərini  əhatə edən bir sıra  normativ akt­
lar işləyib hazırlamışdır.
Nizamnaməsində  öz  əksini  tapmış  ideallara 
və  prinsiplərə  uyğun  olaraq  YUNESKO  mədəni 
hüquqların  və  beynəlxalq  mədəni  əməkdaşlığını 
həyata keçirilməsində xüsusi missiyaya malikdir. 
1950-ci ildə nəşr edilmiş "Azadlıq və mədəniyyət" 
adlı  topluda  BİHB-in  altı  mədəni  aspektləri 
haqqında fikirlər (mədəniyyət-insan hüququ, mü­
asir dünyada təhsil hüququ, məlumat azadlığı, ya­
radıcılıq hüququ, ədəbi və bədii yaradıcılıq azad-
/68
Sevda Ağamirzə qızı Əhədova
lığı,  elmi fəaliyyət azadlığı) ümumiləşdirilmiş və 
bu  da mədəni  hüquqlar haqqında yeni normativ 
aktların  hazırlanmasına  yeni  impuls  vermişdir. 
Bu normaların bəziləri  "Sərt hüquqlar"  (konven­
siya və razılaşmalar), bəziləri isə "yumşaq hüquq­
lar" (bəyannamə və tövsiyələr) kimi səciyyələndi­
rilir.  Onların  əksəriyyəti  mədəniyyət  sahəsində 
dövlətlərin  həyata  keçirməli  olduqları  tədbirləri 
nəzərdə  tutsa  da,  insanların  və  xalqların hüquq­
ları haqqında normaları da özündə ehtiva edirlər.
1960-cı  ildə  qəbul  edilmiş Təhsil Sahəsində 
Ayrı-seçkiliyə Qarşı Mübarizə Haqqında  Kon­
vensiya  YUNESKO-nun  ilk  normativ  aktların­
dan  biridir  və  onun  məqsədi  təhsil  sahəsində 
ayrı-seçkiliyin  ləğv  edilməsindən  ibarətdir. 
Burada  təhsil  sahəsində  bərabər  imkanların  və 
münasibətlərin  təmin  edilməsi  üçün  dövlətlər 
qarşısında  konkret  tövsiyələr  öz əksini  tapmış­
dır.  Təhsil hüququ  təşkilatın məramnaməsində 
də  öz  əksini  tapmışdır.  Belə  ki,  orada  bütün 
insanlara  təhsil  almaq  üçün  tam  və  bərabər 
imkanlar  yaradılması  əsas  ideal  kimi  bəyan 
edilmişdir  [81,  23].  Təhsil  hüququ  1990-cı  ildə 
Tailandın  Comtyen  şəhərində  keçirilmiş  təhsil 
üzrə  Ümumdünya  konfransının  "Hamı  üçün 
təhsil  haqqında  Ümumdünya  Bəyannamə­
s in d ə  də bir daha təsdiq edilmişdir (maddə 1).
İrq  və  irqi  xurafat haqqında  1978-ci  il  Bəyan­
naməsinin I bəndində qeyd edilir ki, bütün insan­
lar  və  insan  qruplan bir-birlərindən  fərqlənmək,
I6
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


özlərinə  bu  cür  baxmaq  və  belə  sayılmaq 
hüququna  malikdirlər.  Lakin  həyat  formaları­
nın  müxtəlifliyi  və  fərqlənmək  hüququ  heç  bir 
şəraitdə irsi xurafat üçün bəhanə ola bilməz; onlar 
nə  hüquqi,  nə  də  faktiki  baxımdan  hər hansı bir 
ayn-seçkilik praktikasına bəraət,  yaxud irqçiliyin 
ən  ifrat  forması  olan  aparteid  siyasəti  üçün  əsas 
ola  bilməzlər.  Mənşə  eyniliyi insanların müxtəlif 
həyat  tərzi  sürmək  imkanına  mane  olmur;  o, 
həmçinin, nə mədəniyyətlərin, mühitin, tarixlərin 
müxtəlifliyinə  əsaslanan  fərqlərin  mövcudluğu­
nu,  nə  də  mədəni  özünəməxsusluğu  qoruyub 
saxlamaq hüququnu  istisna  etmir.  Sənəd  dünya­
nın bütün  xalqlarının onlarm  ən yüksək intellek­
tual,  texniki,  sosial,  iqtisadi,  mədəni  səviyyəyə 
çatmaqlarına  imkan  verən  qabiliyyətlərə  ma­
lik  olduqlarına  bir  daha  təsdiq  edərək  xalqlarm 
nailiyyətlərindəki  fərqlərin müstəsna olaraq coğ­
rafi, tarixi, siyasi, iqtisadi, sosial mədəni amillərlə 
bağlayır.  Bəyannamə  tərəqqi  vasitələrindən 
bərabər istifadəni milli və dünya səviyyəsində, si­
vilizasiya və mədəni dəyərlərə hörmət mühitində 
şəxsiyyətin  və  kollektivin  çiçəklənməsini  qəbul 
edir [55].
Hazırda  beynəlxalq  mədəni  əməkdaşlıq  hü­
ququ  beynəlxalq  hüququn  mühüm  istiqamət­
lərindən  birinə  çevrilməkdədir.  Bu  baxımdan 
YUNESKO-nun  "Beynəlxalq  mədəni  əməkdaş­
lıq  prinsipləri  haqqında  Bəyannamə"si  xüsu­
si  əhəmiyyət  kəsb  edir.  1966-cı  il  noyabrın  4-də
Sevda Ağamirzə qızı Əhədova
170
Parisdə  qəbul  edilmiş  Bəyannamə  təhsil,  elm  və 
mədəniyyət  sahəsində  bütün  xalqların  əmək­
daşlığı  yolu  ilə  BMT-nin  Məramnaməsində 
müəyyənləşdirilmiş məqsədlərə,  sülhə və  rifaha 
tədricən  çatmağım  təmin  edilməsi  məqsədi  da­
şıyır  və  bütün  üzv  dövlətlərdən  Bəyannamənin 
müddəalarım  tətbiq  olunması  üçün  səy  göstər­
məyi tövsiyə edir [83].
Bəyannamədə  BMT-nin  nizamnaməsinə  mü­
vafiq.  olaraq  insan  ləyaqətini  qorumaq  üçün 
mədəniyyət  və  təhsilin  ədalət,  azadlıq  və  sülh 
əsasında geniş yayılması zərurətini vəbuna görə də 
xalqlarm üzərinə qarşılıqlı əməkdaşlıq şəraitində 
yerinə yetirməli  olan müqəddəs vəziyə qoyduğu 
xatırladılır,  bilik  və  ideyalarm  inkişafını  və  ya­
yılmasını  asanlaşdıran  texniki  tərəqqiyə  baxma­
yaraq,  başqa xalqlarm həyat tərzini  və  adətlərini 
bilməməyin xalqlar arasmda, bütün bəşəriyyətin 
dinc əməkdaşlığı və tərəqqisində əngəllər törətdiyi 
nəzərə  alaraq,  beynəlxalq  mədəni  əməkdaşlığı 
möhkəmləndirmək məqsədilə bu sahədə prinsip­
lərin elan edilməsinin zəruriliyi qeyd edilirdi.
11  maddədən  ibarət  həmin  prinsiplər  höku­
mətlərin,  hakimiyyət  orqanlarının,  mədəni  fəa­
liyyət  üçün  məsul  olan  təşkilat,  assosiasiya  və 
idarələrin  daim  rəhbər  tutması,  həmçinin  təd­
ricən  sülhə  və  rifaha,  bütün  xalqların  təhsil,  elm 
və  mədəniyyət  sahəsində  əməkdaşlığı  yolu  ilə 
BMT-nin  nizamnaməsində  müəyyən  edilmiş 
məqsədlərə nail olunmasını təmin etmək məqsədi 
daşıyır.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
Г7Г


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə