maların əsas amilinə çevrilir. Sivilizasiyalararası
münasibətlərin hansı meyli - qarşıdurma və
münaqişə, yoxsa dialoq və tərəfdaşlıq üstün
gələcəkdir? Bəşəriyyətin mənafeyi heç şübhəsiz
ikinci meylin qalib gəlməsini tələb edir. Çünki
məhz sivilizasiya və mədəniyyətlərin dialoqu
istənilən münaqişə təzahürünün (terrorizm, se
paratizm, ekspansiya, müharibə və s.) qarşısı
nı almağa, sülh mədəniyyətinin təşəkkül tap
masına şərait yaradır. Dialoq bütün digər lokal
mədəniyyətlərin mahiyyətini, mənafeyini və
başlıca dəyərlərini anlamağa və nəzərə almağı
kömək edir. Dialoq dəyərlər sistemi arasındakı
fərqlərin, hər bir mədəniyyətin və sivilizasiyanın
əhəmiyyətinin, müxtəlifliyinin düzgün anlaşılma
ması nəticəsində sivilizasiyaların qarşıdurmasım
aradan qaldırmağa, bu və ya digər sivilizasiya
nın universallıq iddialarını, öz dəyərlərini zor
la bütün dünyaya yaymaq, digər sivilizasiyala
rın özünəməxsusluğunu inkar etməyə yönəlmiş
cəhdlərinin qarşısım almağa qadiridir.
Qarşılıqlı təsirin və qarşılıqlı əlaqənin da
ha yüksək forması olan qlobal problemlərin
həllində sivilizasiyaların tərəfdaşlığı da dialoq
əsasında qurulur. Tərəfdaşlıq sivilizasiyaların
və mədəniyyətlərin qarşılıqlı anlaşmasının və
etimadının daha dərin, daha sabit səviyyəsini
nəzərdə tutur. Qlobal problemlərin həlli üçün zə
ruri olan ümumi strukturların yaradılması, im
kanların səfərbər edilməsi, səylərin birləşdirilməsi
Sevda Ağamirzə qızı Əhədova
гзг
varlı və yoxsul sivilizasiyalar arasında iqtisadi,
elmi-texniki sahələrdə təhsilin, mədəniyyətin,
informasiya-kommunikasiya texnologiyaların in
kişafında və mübadiləsində daha sıx əməkdaşlıq
mühiti yaradır.
Bu gün mədəniyyətlərin və sivilizasiyaların
dialoqu və əməkdaşlığın müxtəlif beynəlxalq qu
rumlar şəbəkəsi vasitəsilə müxtəlif təşkilatı for
malarda və hüquqi çərçivələrdə həyata keçirilir.
Ən böyük qlobal
struktur, heç şübhəsiz, Birləşmiş
Millətlər Təşkilatı və onun bölmələridir. Xüsusən
elm, təhsil, mədəniyyət sahəsində beynəlxalq
əməkdaşlığa rəhbərlik edən YUNESKO-nun bu
istiqamətdə rolu və xidmətləri böyükdür.
istənilən dialoq bir növ ünsiyyət forması,
müəyyən davranış qaydaları və mədəniyyətidir.
Dialoqun bu səciyyəvi cəhətləri hüquqda ehti
va olunur. Dünya mədəniyyətlərinin dialoqu
beynəlxalq münasibətlərin həyata keçirilmə for
masıdır ki, bu da öz ifadəsini müəyyən qayda
larda tapır. Mədəniyyətlərin dialoqu beynəlxalq
münasibətlərin forması kimi iki səviyyədə həyata
keçirilir - mədəniyyətlərin daşıyıcıları olan insan
ların dialoqu və mədəniyyətlərin nümayəndələri
olan dövlətlərin dialoqu.
Hüquqda insanların beynəlxalq dialoqu xü
susi mülkiyyət və şəxsi qeyri-mülkiyyət mü
nasibətləri vasitəsilə ifadə olunur. Bəşəriyyət
öz tarixi ərazisində bu münasibətlər sferasının
tənzimlənməsi üçün milli hüquq sistemlərinin
Müasir dünyada mədəniyyətlərarası münasibətlər