IV FƏSİL
MƏDƏNİYYƏTLƏRİN DİALOQU
VƏ DİALOQ MƏDƏNİYYƏTİ
4 .1 . M ü a s ir d ö v rü n ç a ğ ırış la rı və
d ia lo q
S
on onilliklərdə beynəlxalq münasibətlərdə,
dünya proseslərində mədəniyyətin əhə
miyyətinin artmasını, mədəni irsin qorunması
haqqında diskussiyaların çoxalması, kulturolo-
giya elminin coşqun inkişafı, beynəlxalq və milli
səviyyədə mədəniyyətə aid çoxlu sayda aktların
qəbul edilməsi də sübut edir. Hazırda bəşəriyyət
öz inkişafının elə səviyyəsinə gəlib çatmışdır ki,
sosial həyatın əsas məsələlərini, mədəniyyət fak
torunu nəzərə almadan həll etmək mümkün de
yildir. Bəziləri mədəniyyətin rolunun artmasım
ideologiyaların əhəmiyyətinin azalması ilə izah
edirlər. Keçmiş sosialist sisteminin iflası postso
vet cəmiyyətlərində həlli vacib bir məsələni or
taya qoydu - insanların mənəvi birliyini təmin
etmək üçün hansı vasitələrdən istifadə etməli?
Humanitar elmlərdə bu problem mədəni identik-
lik problemi adlanır. İdenliklik —
insanın özünü
cəmiyyətin bir hissəsi kimi hiss etmək tələbatıdır.
Sovet imperiyası süqut etdikdən sonra bu tələbat
daha da kəskinləşdi. Kommunizm ideologiya
sını bizim necə qiymətləndirməyimizdən ası
lı olmayaraq, o müəyyən tarixi dövr şəraitində
cəmiyyətin bütövlüyünün, dövlətin qorunub sax
lanmasında əsas rol oynamış, birləşdirici qüvvə
kimi çıxış etmişdir. Məhz bu ideologiya onlarla
xalqı və etnosu fövqəlmilli əsasda birləşdirməyə
nail olmuşdur. Sovet ideologiyasının süqutundan
sonra ictimai inteqrasiya problemi ciddiləşməyə
başladı. Məhz belə şəraitdə mədəniyyətin
statusu
və rolu, hər bir sosial qrupun mədəni potensia
lı artmağa başlayır, mədəniyyət əsas birləşdirici
qüvvəyə çevrilir. Bu amil mədəniyyətlərarası di
aloqun əhəmiyyətini daha da artırır. Çünki dia
loq həm bir tərəfdən xalqlar arasında qarşılıqlı
əlaqənin əsası kimi, həm də onların mədəni po
tensialının üzə çıxarılması vasitəsi kimi çıxış edir.
Müasir tarix inkişaf mərhələsində dünyamızın
ən mühüm problemlərindən biri mədəniyyətlər
və sivilizasiyalar arasında dialoq problemidir. Bəs
mədəniyyətlərarası dialoqun mahiyyəti nədən
ibarətdir?
Dialoq, tamamilə yeni mədəni-tarixi pro
ses olub, mədəniyyətlər, sivilizasiyalar, xalqlar,
ölkələr arasındakı münasibətlərin yeni para-
diqması, sülh və dinc yanaşı yaşamaq uğrunda
Müasir dünyada mədəniyyətlərarası münasibətlər