lı təsiri, qarşılıqlı zənginləşməsi onların hər biri
nin unikallığını qorunub saxlanılması şəraitində
təmin edilməlidir. Mədəni mühafizəkarlıq, başqa
mədəniyyətlə təması zamanı öz unikallığını itir
mək təhlükəsi, digər mədəniyyətlərə imperialist
münasibət, sülhə, əmin-amanlığa əsas təhlükədir.
Əsil və sabit sülh yalnız mədəni müxtəlifliyin
mövcud olduğu zəmində mümkündür.
Bəşəriyyətin getdikcə artmaqda olan müxtə
lifliyi, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı
əlaqələrin intensivliyi demokratiya faktorunun
xüsusi dəyər kəsb etməsini şərtləndirir. Məhz
demokratiya bəşəriyyətin gələcək, münaqişəsiz
inkişaf yolunun əsas təməli olmaqla, konsensus
və tolerantlıq mühitinin formalaşmasına imkan
yaradır.
Dialoq sivilizasiya və mədəniyyətlərin açıq
lığını tələb edir, açıq cəmiyyət idealı isə sosial
həyatın demokratik təşkili şəraitində təşəkkül
tapmış və möhkəmlənmişdir.
Müasir dünya prosesinin əsas meylləri ondan
ibarətdir ki, ənənəvi cəmiyyətlərin transformasi
yası və onların qabaqcıl ölkələr səviyyəsinə çat
ması, həm istehsal-texnoloji, həm də sosial-siya
si sahədə mövcud olan nailiyyətlərin mənimsə
nilməsi yolu ilə. mümkündür. Sonuncular arasın
da həyat fəaliyyətinin demokratik nizamlanması
formaları xüsusi əhəmiyyət kəsb edir.
Qlobal
problemlərin
həllinə
fövqəlmilli
səylərdən,
mədəniyyətlərin,
ölkələrin
dialo
gs?
Sevda Ağamirzə qızı Əhadova
qundan kənarda nail olmaq mümkün deyil
dir. Bu da öz növbəsində sivilizasiyalararası,
mədəniyyətlərarası, dövlətlərarası münasibətlərin
demokratikləşməsini tələb edir.
Tarixi təcrübə sübut edir ki, sivilizasiyon inki
şafın, ictimai quruculuğun və tənzimləmənin ən
yaxşı üstün forması demokratiyadır. Demokratiya
və liberalizm ideyalarının bütün dünyada geniş
yayılması həm də onu sübut edir ki, bəşəriyyət
yalnız onun mövcudluğu şəraitində ümumi
dil tapmağa, dialoqa girməyə qadirdir. Məhz
bərabərhüquqlu subyektlərin (fərdlərin, qrupla
rın, dövlətlərin, konfessiyalarm/mədəniyyətləHn,
sivilizasiyaların) əsas ünsiyyət forması və üsulu
olan dialoq demokratik prinsiplərə söykənməklə
qarşılıqlı anlaşmaya nail olmağa və qlobal
məsələlərin həllində konsensus əldə etməyə imkan
verir. Əlbəttə, dialoq iştirakçılarının bərabərliyi o
demək deyildir ki, qeyri-demokratik ölkələr, av
toritar və totalitar rejimlər demokratik ölkələrlə
bərabər perspektivlərə və imkanlara malik olma
lıdırlar. Sadəcə olaraq dialoq, xalqlar arasında si
yasi, mədəni əlaqələrə, həm də ölkələrin daxili si
yasi həyatına müsbət təsir göstərmək, xalqları de
mokratik dəyişikliklərə həvəsləndirmək, müsbət
təcrübədən yararlanmaq imkanı yaradır.
Tarixi təcrübə həm də onu göstərir ki, sabitsiz-
liyin,
sosial gərginliyin, kataklizmlərin gücləndiyi
məqamlarda demokratiya repressiv rejimlərin
yaranması üçün münbit şərait yarada bilər. De-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər