olur. İndiyədək 15-dən çox belə tövsiyə qəbul
olunmuşdur: Arxeoloji qazıntıların beynəlxalq
nizamlanma prinsiplərini müəyyən edən tövsiyə
(15 dekabr 1956-cı il); Muzeylərin kütləviliyin
təmin etmək üçün daha təsirli tədbirlərə aid
tövsiyə (14 dekabr 1960-cı il); Mənzərələrin və
yerlərin gözəlliyinin və xarakterinin qorunub
saxlanılması haqqında tövsiyə (11 dekabr 1962-
ci il); Mədəni dəyərlərin qanunsuz aparılması,
gətirilməsi və mülkiyyət hüququnun başqası
na verilməsinin qadağan edilməsi və qarşısı
nın alınmasına yönəldilmiş tədbirlər haqqında
tövsiyə (19 noyabr 1064-cü il); İctimai və özəl
işlərin aparılması nəticəsində təhlükəyə məruz
qalan mədəni dəyərlərin qorunub saxlanılma
sı haqqında tövsiyə (19 noyabr 1968-ci il); Milli
planda mədəni və təbii irsin mühafizəsi haqqın
da tövsiyə (16 noyabr 1972-ci il); Xalq kütlələrinin
mədəni həyatda iştirakı və ona töhfəsi haqqın
da tövsiyə (26 noyabr 1976-cı il), Mədəni dəyər
lərin beynəlxalq mübadiləsi haqqında tövsiyə
(26 noyabr 1976-cı il); Tarixi ansamblların qoru
nub saxlanılması və müasir rolu haqında tövsiyə
(26 noyabr 1976-cı il); Daşınar mədəni dəyərlərin
mühafizəsi haqqında tövsiyə (18 noyabr 1978-ci
il); Yaradıcı işçilərin vəziyyəti haqqında tövsiyə
(27 oktyabr 1980-ci il); Hərəkət edən təsvirlərin
mühafizəsi və qorunub saxlanılması haqqmda
tövsiyə (27 oktyabr 1980-ci il); Qeyri-maddi ir
sin qorunması haqqında Beynəlxalq Konvensiya
Sevda Ağamirzə qızı Əhədova
180
(2003-cü il); Mədəni özünüifadənin müxtəlif for
malarının qorunması və təşviqi haqqında (2005-ci
il) Konvensiya. Hazırda Azərbaycan Respublikası
bu konvensiyaların hamısına qoşulmuşdur.
1989-cu ildə YUNESKO “Folklorun qoru
nub saxlanılması haqqmda" tövsiyə qəbul etmiş
dir. Tövsiyədə göstərilir ki, folklor bəşəriyyətin
ümumi irsinin tərkib hissəsi, müxtəlif xalqların
və sosial qrupların yaxınlaşmasının və onların
mədəni özünəməxsusluğunun təsdiqinin mü
hüm vasitəsidir. Dövlətlərə öz ərazilərində həmin
tövsiyələrdə öz əksini tapmış prinsiplərin və təd
birlərin həyata keçirmələri üçün qanunverici və
digər tədbirləri həyata keçirmələri üçün çağırışlar
öz əksini tapmışdır [82,496].
Lakin bu məqsədlərdə yalnız xalqlar arasın
da əməkdaşlığın inkişaf etdirilməsi, bilik və in
formasiyadan azad istifadə etmə və mübadilə
şəraitində çatmaq mümkündür. Hələ 1950-ci il
də İtaliyanın Florensiya şəhərində imzalanmış
“Təhsil, elm və mədəniyyət xarakterli materialla
rın idxalı (ölkəyə gətirilməsi) haqqında" sazişdə
belə bir fikir vurğulanmışdı ki, ideya və biliklərin
sərbəst mübadiləsinin və bütövlükdə siviliza
siyaların istifadə etdikləri müxtəlif özünüifadə
formalarının ən geniş şəkildə yayılması intellek
tual tərəqqinin və beynəlxalq qarşılıqlı anlaşma
nın vacib şərti olmaqla bütün dünyada sülhün
qorunmasına imkan yaradır [82, 241]. Saziş bağ
layan dövlətlər maarif, elmi və mədəni xarakter-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
/8/
Ii materialların azad yayılması, həmçinin buna
mane olan istənilən məhdudiyyətlərin ləğvi və ya
azaldılması üçün birgə səylər göstərəcəklərini öz
öhdələrinə götürmüşdülər. Sonrakı dövrlərdə bu
prinsiplərin inkişafını özündə əks etdirən bir sıra
tövsiyələr, o cümlədən Müəllif hüququ haqqında
1952-ci il Ümumdünya Konvensiyası (1971-ci ildə
düzəlişlər edilmişdir), Rəsmi nəşrlərlə mübadilə
haqqında 1958-ci il Konvensiyası, Elmi-tədqiqat
işçilərinin statusu haqqında 1974-cü il tövsiyəsi,
Yaradıcı -işçilərin vəziyyəti haqqında 1980-ci il
tövsiyəsi, Ali məktəblərin müəllim kadrlarının
statusu haqqında 1997-ci il tövsiyəsi qəbul edil
mişdir. Bu və YUNESKO-nun qəbul etdiyi digər
aktlar elmi işçilərin, yaradıcı insanları mədəni
hüquqlarının inkişafına, maraq və mənafelərinin
qorunmasına kömək edən beynəlxalq hüquqi
baza yaradır [125, 50].
Milli azlıqların mədəni hüquqlarının təminatı
həm mədəni hüquqların, həm də "çoxmədəniyyətli
sistemlərin" inkişafı baxımından mühüm əhə
miyyət kəsb edir. Azlıqların mədəni hüquq
larının təmin edilməsi birinci növbədə onlara
münasibətdə ayrı-seçkiliyin qadağan edilməsini
nəzərdə tutur. Milli və sosial azlıqlara qarşı ayrı-
seçkiliyin qadağan edilməsi ilə bağlı müddəalar
insan hüquqlarına dair beynəlxalq paktlarda və
bəyannamələrdə, regional müqavilə və sazişlərdə
təsbit edilmişdir.
Milli azlıqların mədəni hüquqları Milli və ya
Sevda Ağamirzə qızı Əhədova
etnik, dini və dil azlıqlanna mənsub olan şəxslərin
hüquqlarma dair 1992-ci il Bəyannaməsində öz
geniş əksini tapmışdır. Sənədə görə milli azlıqlara
mənsub olan şəxslərin milli, etnik, mədəni, dini, dil
mövcudluğunun qorunub saxlanması öz mədəni
sərvətlərdən istifadə etmək, dininə sitayiş etmək və
dini ayinlərin icra etmək, ictimai və şəxsi həyatda
öz dilindən istifadə etmək və s. Bəyannamə milli
azlıqlann digər hüquqlan ilə yanaşı adı çəkilən
mədəni hüquqlarının təmin edilməsi sahəsində
dövlətlər qarşısında konkret öhdəliklər qoymuş
dur.
Azlıqlann, o cümlədən milli azlıqların mədəni
hüquqları ilə bağlı məsələlər Avropa Şurasının
1995-ci ildə qəbul etdiyi Milli azlıqlann müdafiəsi
haqqmda Çərçivə Konvensiyasında, 1992-ci il
Regional dillər və azlıqların dilləri haqqmda Av
ropa Xartiyasında da təsbit edilmişdir.
Çərçivə Konvensiyasında milli azlıqların və
onlara mənsub şəxslərin hüquq və azadlıqlarının
müdafiəsi insan hüquqlarının beynəlxalq mü
dafiəsinin ayrılmaz tərkib hissəsi olmaqla yana
şı, beynəlxalq əməkdaşlığın mühüm sahəsi kimi
qeyd olunmuşdur. İfadə olunma xüsusiyyətlərinə
görə həmin hüquq və azadlıqlar əsas etibarilə
digər beynəlxalq-hüquqi sənədlərlə eynilik təşkil
edir [36, 213-219].
Milli azlıqlann mədəni hüquqlarının təmin
edilməsi ilə bağlı müddəalar MDB-nin 1992-ci il
Minsk Konvensiyasında da mövcuddur.
Müasir dünyada mədəniyyatlərarası münasibətlər
/83
Dostları ilə paylaş: |