Azərbaycan Respublikasının milli qanunve
riciliyində milli azlıqların mədəni hüquqla
rı beynəlxalq hüquq normalarına tam uyğun
olaraq təsbit olunmuşdur. Konstitusiyanın 44-
cü maddəsinə əsasən hər kəsin öz milli mən
subiyyətini qoruyub saxlamaq hüququ, eləcə
də heç kəsin milli mənsubiyyətini dəyişdirməyə
məcbur edilə bilməz kimi hüququ imperativ nor
ma təsbit edilmişdir.
Konstitusiyanın and dilindən istifadə hüququ
nu nəzərdə tutan 45-ci maddəsinə görə hər
kəsin ana dilindən istifadə etmək, istədiyi dildə
tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul ol
maq hüququ vardır. Heç kəs ana dilindən istifadə
hüququndan məhrum edilə bilməz.
Son dövrlərdə mədəni hüquqların inkişafı
sahəsində dünya səviyyəsində müəyyən uğur
lar əldə edilsə də bu hüquqların məzmunu və
mahiyyətinin müəyyənləşdirilməsi ilə bağlı
problemlər hələ də qalmaqdadır. Mədəni hü
quqlar həm əməli, həm də nəzəri cəhətdən in
san hüququnun kifayət qədər işlənməmiş ka-
teqoriyalarındandır. Yalnız 1990-cı illərin ortala
rından başlayaraq YUNESKO bu sahədə müəyyən
addımlar atmağa başlamış, mədəni hüquqlar
haqqında bəyannamənin layihəsini hazırlamaq
üçün işçi qrupu yaradılmışdır.
1997-ci ilin sentyabrında təqdim olunmuş
layihədə mədəni hüquqların tanınması və hə
yata keçirilməsi, demokratik cəmiyyətlərdə mə
Sevda Ağamirzə qızı Əhədova
dəni özünəməxsusluğun inkişafı və müxtəlif mə
dəniyyətlərin ifadə olunması, mədəniyyətlərarası
dialoqun təşviq olunması üçün mühüm amil he
sab edilmişdir.
1998-ci ildə Stokholm şəhərində (İsveç) ke
çirilmiş "İnkişaf naminə mədəniyyət sahəsində
siyasət üzrə" Beynəlxalq konfransın da əsas mə
ramı mədəni hüquqların daha da inkişaf etdiril
məsi ilə bağlı səylərin birləşdirilməsi olmuşdur.
Konfransda qəbul edilmiş fəaliyyət planında vur
ğulanırdı ki, mədəni həyatın əlçatarlığı və onda
iştirak bütün cəmiyyətlərdə insanın əsas hüquq-
larındandır və hökumətlər Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin 27 maddəsinə uy
ğun olaraq bu hüququn tam həyata keçirilməsi
üçün şərait yaratmalıdırlar. Konfransda mədəni
hüquqlara dair mövcud aktların qiymətləndiril
məsi yolu ilə mədəni hüquqların siyahısını tərtib
etmək zəruriliyi də qeyd olunurdu [154].
Mədənihüquqnormalarının təkmilləşdirilməsi
ilə yanaşı, ən mühüm vəzifələrdən biri də mədəni
hüquqların və onunla əlaqədar hüquqi aktların
həyata keçirilməsinin təmin olunmasıdır. Bu sıra
da birinci növbədə mədəni hüquqların pozulması
na görə cinayət məsuliyyətinin artırılması, müva
fiq beynəlxalq proseduraların təkmilləşdirilməsi
durur. YUNESKO-nun mədəniyyət və inkişaf
üzrə Ümumdünya Komissiyası bu istiqamətdə
mühüm işlər həyata keçirir. Komissiya bir neçə
dəfə insanların, icmaların mədəni hüquqlarının
Müasir dünyada mədaniyyatlərarası münasibətlər
(85
pozulması hallarının artmasından öz narahatlığı
nı bildirmiş, beynəlxalq birliyin mədəni hüquq
ların müdafiəsi sahəsində daha təsirli addımlar
atmasının zəruriliyini vurğulamışdır [142, 282-
284). Bu məqsədlə YUNESKO tərəfindən bir neçə
prosedur və institusional mexanizmlər hazırlan
mışdır.
Ancaq bütün səylərə baxmayaraq insanların
mədəni hüquqlarının pozulmasına görə beynəl
xalq birlik tərəfindən indiyədək məcburedici hü
ququ sənəd qəbul edilməmiş və qəza mexanizmi
müəyyənləşdirilməmişdir. Mədəni hüquqların
hazırlanması və təkmilləşdirilməsi işi yalnız o
zaman səmərə verə bilər ki, insanlar və qruplar
onlardan faydalana bilsinlər. YUNESKO-da daxil
olmaqla beynəlxalq birliyin qəbul etdiyi fəaliyyət
planlarında və proqramlarında mədəni hüquqlara
əməl edilməsi və həyata keçirilməsi məsələlərinə
xüsusi diqqət yetirilir. Məqsəd mədəni hüquqların
daha yaxşı təmin olunması üçün müvafiq şəraitin
yaradılmasıdır. Bu məqsədlə bütün ölkələrdə
demokratikləşməni sürətləndirmək, mədəniyyət-
lorarası və dinlərarası dialoqu genişləndirmək,
mədəni plüralizmi və mədəni özünəməxsusluğu
möhkəmləndirmək üçün zəruri tədbirlərin həyata
keçirilməsi vacib məsələdir.
Son dövrlərdə imkansız və sosial cəhətdən
zəif qruplardan olan şəxslərə qarşı ayrı-seçkiliyin
qarşısının alınmasına da xüsusi diqqət yetirilir.
YUNESKO-nun "Təhsil sahəsində ayrı-seçkiliklə
Sevda Ağamirza qızı Əhədova
/86
mübarizə haqqında Konvensiyası (14 dekabr
1960-cı il) və tövsiyələri [82, 49-54, 116-120] az
lıqları və ayrı-ayrı şəxslərin təhsil hüququnun
müdafiəsini nəzərdə tutur. Bu aktların həyata
keçirilməsi həm təhsil sahəsində ayrı-seçkilik hal
larının aradan qaldırılmasına, həm də digər mə
dəni hüquqlarm təmin edilməsinə şərait yaradır.
Konvensiyanın həyata keçirilməsinə YUNESKO
nun İcraiyyə Şurasının təhsil sahəsində konven
siyalar və tövsiyələr üzrə Komitəsi nəzarət edir.
Komitə YUNESKO-nun nəzarətində olan bütün
sahələrdə - mədəniyyət, elm, təhsil sahəsində
baş verən insan hüquqlarının pozulması halları
na baxmaq səlahiyyətinə malikdir və bununla o
istənilən ölkədə mədəni hüquqların qorunmasına
birbaşa təsir göstərir.
İndiki və gələcək nəsillərin mədəni hüquqları
nın müdafiəsinin zəruriliyi həmçinin YUNESKO
nun 1997-ci ildə qəbul etdiyi "İndiki nəsillərin
//
Bəyannaməsində də öz əksini tapmışdır. Sənədin
2-ci bəndində qeyd olunur ki, insan hüququ
na və əsas azadlıqlara lazımi diqqət yetirməklə
yanaşı gələcək və indiki nəsillərin öz siyasi, iq
tisadi və sosial sistemlərinə münasibətdə tam
sərbəst seçimlərin etmək və öz mədəni və dini
müxtəlifliklərini qorumaq imkanına malik olma
larını təmin etmək üçün bütün səyləri göstərmək
zəruridir.
Müasir dünyada mədənıyyətlərarası münasibətlər
/87
Dostları ilə paylaş: |