məişət problemlərini həll etmək bacarıqlarının əldə
etməsini nəzərdə tutur.
Buna görə də adaptasiya bir-biri ilə sıx bağlı
olan psixoloji və sosial-mədəni amillərdən asılıdır
və son nəticədə insanların yeni mədəni mühitə in
teqrasiyasına öz təsirini göstərir.
Ünsiyyət prosesi akkulturasiya prosesinin
əsasını təşkil edir. Buna görə də akkulturasiya
prosesi yeni mədəniyyətə alışma vərdişlərinin
aşılanması kimi də başa düşülə bilər.
Bəşəriyyət mövcud olandan müxtəlif mədə
niyyətlərə malik insanlar arasında ünsiyyət prob
lemi tarixi bir zərurət kimi özünü göstərmişdir.
Zaman keçdikcə bu problem böyük miqyas ala
raq şəxsi münasibətlərdən qruplar, xalqlar, regio
nal dövlətlərarası münasibətlər səviyyəsinə qədər
qalxmışdır.
Sevda Ağamı'rzə qızı Əhədova
3 .2 . M ə d ə n iy y ə tlə rin q a rş ılıq lı ə la q ə s i
və q a rş ılıq lı tə s iri
Л Mədəniyyətlərin qarşılıqlı münasibətləri
IV -Ldünya mədəniyyətinin inkişaf tarixi
nin, eləcə də beynəlxalq münasibətlərin ən mü
hüm istiqamətlərindən birini təşkil edir. Dün
ya mədəniyyətinin məcmusunu təşkil edən
milli və ya regional mədəniyyətlərdən heç
biri boş yerdən yaranmır, əvvəlki nəsillərin
200
mədəni nailiyyətlərinə söykənirlər. Tarixi inki
şaf prosesində mədəniyyətin müəyyən ənənəvi
elementləri zamanın sınağına tab gətirməyərək
sıradan çıxır, digərləri əksinə həyatadavamlı ola
raq inkişaf edir, mədəniyyətin yeni təzahürləri və
nailiyyətləri ilə zənginləşirlər.
Heç bir mədəniyyət təcrid olunmuş şəkildə,
digər mədəniyyətlərin təsiri olmadan inkişaf
edə bilməz. İstənilən xalqın mədəniyyətinin in
kişafında və zənginləşməsində digər xalqların
mədəniyyətinin təsiri böyük rol oynayır. Öz ta
rixi inkişafında xalqlar bir-birləri ilə mədəni tə
masa girir, başqa xalqın mədəni nailiyyətlərinin
elementlərini yaradıcı şəkildə əxz edirlər.
Mədəniyyətlərin qarşılıqlı əlaqəsi və təsiri
müxtəlif və çoxcəhətli xarakter daşıyır. Başqa mə
dəniyyətin təsiri yerli mədəni ənənələrə və sosi
al-tarixi şəraitə cavab verirsə, asan qəbul olunur.
Digər hallarda milli və lokal mədəniyyətlərə xa
rici mədəni amillər ciddi göstərə bilmir. Özgə
xalqlarla, etnoslarla qarşılıqlı əlaqəyə girən xal
qın mədəniyyəti müxtəlif mədəni təsir qatları
nı özündə ehtiva edir. Müxtəlif tarixi şəraitdə,
müxtəlif
ölkələrdə, müxtəlif ənənələrə malik xalq
larda bu təsir müxtəlif forma və səviyyələrdə özü
nü göstərir. Əlbəttə, mədəni təsiri bəsit şəkildə, adi
riyazi əməl kimi, mədəniyyətləri toplamaq
yolu ilə
yeni mədəniyyətin yaranması kimi təsəvvür etmək
olmaz.
Müasir dünyada mədaniyyətlərarası münasibətlər