Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə49/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   45   46   47   48   49   50   51   52   ...   80

Əxz edilən mədəniyyətlərin elementləri mexa­
niki  olaraq  yad  mühitə  keçirilmir,  xalqm  men­
taliteti,  yerli  ənənələr  nəzərə  alınmaqla  tənqidi 
surətdə  emal  edilir.  Başqa  mədəniyyətin  yerli 
mədəniyyətə yad, qəbul edilməz digər elementləri 
isə tamamilə rədd edilir.
Mədəniyyətin  özü,  onun  daşıyıcılarının  həm 
öz  mədəniyyəti,  həm  də  əlaqədə  olduqları digər 
mədəniyyətlər haqqmda  təsəvvürlərindən  ibarət 
müəyyən  informasiya  potensialına  malikdir.  Ta­
rixi  inkişafı  prosesində  müxtəlif  mədəniyyətlər 
arasında  fasiləsiz  informasiya  mübadiləsi  baş 
verir.  Nəticədə  də  mədəniyyət,  özünəməxsus 
milli  ənənələr,  inanclar,  həyat  tərzi,  dünyagörü­
şü  ilə  yanaşı  beynəlmiləl  elementləri  də  özündə 
birləşdirməyə  başlayır.  Ancaq  eyni  zamanda  hər 
bir  mədəniyyət  digər  mədəniyyətlərlə  nə  qədər 
sıx  qarşılıqlı  təsirdə olsa  da, formaca milli xarak­
ter daşıyır. Eyni zamanda onu da nəzərə almaq la­
zımdır ki, bu və ya digər xalqm mədəniyyətinə xas 
olan bəzi elementlər digər xalqlar üçün cəlbedici 
olmadığmdan  milli  çərçivədən  çıxa  bilmirlər. 
Ən  yaxşı  halda  onlar  yalmz  mütəxəssislərə 
(ədəbiyyatçılara,  sənətşünaslara,  etnoqraflara, 
mədəniyyətşünaslara  və  s.)  məlumdurlar.  Lokal 
mədəniyyətin  daha  əhəmiyyətli  elementləri  isə 
milli  mədəniyyətin  sərhədlərini  aşaraq  dün­
ya  mədəniyyətinin  ayrılmaz  hissəsinə  çevril­
ir  və  onun  zənginləşməsinə  böyük  töhfələr 
verirlər.  Bu  baxımdan  mədəniyyətin  milli  və
Sevda Ağamirzə qızı Əhədova
гог
beynəlmiləl  aspektləri  arasında  qırılmaz  qarşı­
lıqlı  əlaqə  mövcuddur.  Yalnız  humanist  ideya­
ları,  ümumbəşəri  dəyərləri  özündə  əks  etdirən 
mədəniyyət nümunələri  dünya  əhəmiyyəti  daşı­
ya bilər,  digərləri  isə  əksinə,  taleyin sınağına  tab 
gətirməyərək yaddaşlardan silinirlər.
Öz  növbəsində  ümumdünya  mədəniyyətinin 
beynəlmiləl  əhəmiyyətli  hadisələri  milli  mə­
dəniyyətlərin  inkişafına  güclü  təkan  verir,  onun 
zənginləşməsində  etalon  rolunu  oynayırlar. 
Əlbəttə,  dünya  mədəniyyətinin  milli  mədə­
niyyətlərin  inkişafına  təsiri,  onların  özləri  qədər 
də mürəkkəb və çoxcəhətli hadisədir. Qeyd edil­
diyi kimi, xalqlar və onlarm mədəniyyətləri, dün­
ya  mədəniyyətinin  heç  də  bütün  elementlərini 
qəbul  etmirlər.  Bu,  xalqm  ənənələrindən,  inanc­
larından,  psixologiyasından,  həyat  tərzindən, 
hətta hökumətlərin mədəniyyət siyasətindən çox 
asılıdır. Bir qayda olaraq, yad mədəniyyətin yerli 
ənənələrə zidd olmayan elementləri mənimsənilir, 
həmin  ənənələrə  uyğun  olaraq  dəyişilir  və 
transformasiya edilir.
Tarixi  inkişaf  prosesində  müxtəlif  mədəniy­
yətlər  arasmda  fasiləsiz  informasiya  mübadiləsi 
gedir  ki,  bu  mübadilə  nizamsız  (spontan)  və 
məqsədyönlü  səciyyə  daşıya  bilər.  Müxtəlif 
dövrlərdə  və  şəraitdə  mübadilənin  intensivliyi, 
məzmunu,  forma  və  istiqamətləri  hər  bir  mə­
dəniyyət üçün  fərqli  xarakter  ola  bilər  ki,  bu  da 
mədəniyyətin  inkişafında  bütöv  bir  dövrü  və
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


onun  informasiya  potensialının  xüsusiyyətlərini 
müəyyənləşdirir.
Tarixən iki və bir neçə sosiumun mədəni dia­
loqu müxtəlif yollarla həyata keçirilirdi. Müxtəlif 
mədəni-iqtisadi  tiplərə  mənsub  sosiumlar  ara­
sında  (məsələn,  oturaq  və  köçəri  cəmiyyətləri 
götürək)  fəal  qarşılıqlı  təsir  prosesi  gedirdi. 
Müəyyən  amillərin  təsiri  altında  (müharibələr, 
epidemiyalar  və  s.)  bu  dialoq  müvəqqəti  kəsilsə 
də,  iqtisadi,  sosial,  mənəvi  və  mədəni  sahələrdə 
özünəməxsus  simbioz  şəraitində  həmişə  davam 
etmişdir.
Dialoq  təkcə  qonşu  xalqlar  arasmda  deyil, 
dünyanın müxtəlif regionlarında yaşayan xalqlar 
arasında da getmişdir.  Müntəzəm  ticarət-iqtisadi 
əlaqələr,  müxtəlif dinlərə  malik insanlann missi­
onerlik fəaliyyəti,  əkinçilik, sənətkarlıq, yazı, me­
marlıq nümunələrinin  əxz  edilməsi,  bir-birindən 
uzaqda yaşayan  xalqlar arasında mədəni-mənəvi 
mübadilənin inkişafına, mədəniyyətin yayılması­
na və dialoquna öz müsbət təsirini göstərirdi.
Nəzərə  almaq  lazımdır  ki,  bir-birilə  qarşılıq­
lı  əlaqəyə  girən  mədəniyyətlər  deyil,  müxtəlif 
mədəni  cəmiyyətlərə  mənsub  olan  insanlardır. 
Elə  insanlarm  özləri  bir  qayda  olaraq  müxtəlif 
mədəniyyətlərə  mənsub  olduqlarına  görə  deyil, 
onları  maraqlandıran  konkret  problemlərə  və 
onların  həlli  ilə  bağlı  öz  səylərini  birləşdirmək 
məqsədi ilə qarşılıqlı əlaqələr qururlar. Ona görə də 
Rusiya filosofu A.Hüseynov mədəniyyətlərin qar­
Sevda Ağamirzə qızı Əhədova
204
şılıqlı münasibətlərini fərdlərin və şəxsiyyətlərin 
qarşılıqlı  münasibətlərinin  modeli  əsasında 
həyata keçirilməsini zəruri hesab edir və qarşılıqlı 
hörməti  bu  münasibətlərin  əsası  olduğunu  qeyd 
edir.  İnsanlar  kimi  mədəniyyətlər  də  müxtəlif 
ola  bilirlər,  lakin  onların  dəyər  statusu  eynidir. 
İnsan və mədəniyyət bir-biri ilə qırılmaz surətdə 
bağlıdır,  insan necədirsə, onun mədəniyyəti də o 
cürdür.  Onun  həyat  tərzi,  maraq  və  məqsədləri 
tərbiyə aldığı mədəni mühitdən birbaşa asılıdır.
Bəşəriyyətin  bütün  tarixi  ərzində  müxtəlif 
sivilizasiyalar və mədəniyyətlər etnik-dövlət hü­
dudlarını  aşaraq  bir-biri  ilə  kontakta  girmişlər. 
Hər  mədəni  tipin  özünəməxsus  tarixi  mənşəyi; 
nailiyyətləri,  üstünlükləri  və  çatışmazlıqla­
rı  vardır.  Tarix  onu  da  sübut  edir  ki,  müxtəlif 
mədəniyyətlər  arasında  mübadilə  və  təmaslarla 
yanaşı münaqişələrə gətirib çıxaran ziddiyyətlər, 
qarşıdurmalar  da  mövcud  olmuşdur.  Qədim 
dövrlərdən  indiyə  qədər  müxtəlif  xalqlar  və 
millətlər  arasmdakı  qarşılıqlı  nifrət,  düşmənçilik 
və münaqişələr təkcə bu xalqlara saysız-hesabsız 
zərər və iztirablar gətirməmiş, həm də bütün dün­
yada  inkişafa,  sabitliyə  mənfi  təsir  göstərmişdir. 
Bəşəriyyət  bunu  unutmamalıdır.  Eqosentrik  ya­
naşma,  milli  separatizm  və  milli  müstəsnalığa 
sövq edən hərəkətlər tarixin gedişinə zidd olmaq­
la bərabər, həm də bəşəri barışa və tərəqqiyə qarşı 
yönəlmiş hərəkətlərdir.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə