Səyavuş S ərxa n lı-------------------------------------------
Dolub boşaldıqca köksü yaylağın,
Gör neçə ürək dolu qayıdır;
Qalxanda sirliydi üzü dağların,
Enəndə “Kərəmi” yolu qayıdır.
Bəs necə! Ayrı cür əsdi küləklər,
Yer göyün, göy yerin ahəngi oldu:
Yığılıb daşındı güllər, çiçəklər,
İlkin sevgilərin çələngi oldu.
Kəkotu, qantəpər, yarpız, quzqulaq
Çəkər boxçalarda qışın fikrini.
Kövrəlib yamacdan baxır yalquzaq
Qoşundan gen düşən sərkərdə kimi.
Ayə, o aşığı bir əyləyin ki,
Bəs Əsli necoldu, de gerisini!
O cəngi zirvəni söylətməyin ki,
Yatağan dərəyə tökər hirsini.
Ulduzlar hayana axışıbdısa,
Yenə yeri-göyü çən əsib örtür.
Cavanlar kim ilə baxışıbdısa,
Yenə nənəmizin çənəsi ötür.
Dadlı, qiymətlidi bu gün həyat da,
Ürəklər - bir qızıl damcısı kimi.
Sallağı əyləşib ağsaqqal atda,
Dağ yolu qıvrılan qamçısı kimi...
Könül laləyanaq bir qız seç, - deyir,
Hər anda yüz cürə mənadı dünya.
Deyirsən bu gedən adi köç deyil,
Yerindən tərpənən dünyadı, dünya...
____________________________ Vətən, səslə oğlunu
Çiçəyə bələnib bu köçdə nə var,
Ətirdən bal lamb göz də, dodaq da.
G ecələr qol-boyun yatıb, a dağlar,
Səhər qəm çəkəsən bir şeir haqda!
Uşaqların qıyı köçdü bağlara,
Bulaqlar
Yaylağın qəhəri kimi.
İlahi bir hüzn çökdü dağlara,
Qız evi toyunun səhəri kimi...
Şəmkir-Galavan,
1984-cü il
***
Deyirsən yazdığın kənddəndir bütün,
Neynəyim, ömrümün hanası kənddir.
Onun gözləriylə baxdığım üçün,
Məni göz giləsi sanası - kənddir.
Yağdım, çox arzuya, əhdə calandım,
Yollarda-izlərdə oda qalandım.
Çox böyük şəhərlər gəzdim, dolandım,
Gördüm həyatımın mənası kənddir.
Çətin yad ellərdə gözüm islana,
Qürbət duyğularım dönməz dastana.
Ayağım çəksə də yüz gülüstana,
Gözümün-könlümün sonası kənddir.
İstər yer üzünə yüz yol doğulam,
Mən orda nağılam, orda noğulam.
« S İ S ?
Səyavuş S ərxa n lı------------------------------------------- _ _ _ _ _
Uzaq ünvanlara ögey oğulam,
Məni doğma bilib yanası kənddir.
Ona saz simidi səsim, sorağım,
Ağ kəfən kimidi onsuz varağım,
Bir qəfil qəzadan sönsə çırağım,
Anamtək birinci sınası kənddir.
Qardaş kürəyidi, bacı nəfəsi,
Məndən öncə uçur harayı, səsi,
Qoy böyük şəhərlər qürrələnməsin -
Hamısının atası-anası kənddir!
1978-ci il
TƏBİƏT AĞLAYIR,
DƏYMƏYİN MƏNƏ...
Atamın xatirəsinə
Üfüqlər alçalıb, daralıb yenə,
Kəsilib boyundan düzün, dağın da;
Yolların nəfəsi qaralıb yenə,
Çapır ildırımın aydınlığında.
Elə bil kəhkəşan çay imiş, daşıb,
Dağılıb göylərin ətəklərinə.
Ulduzlar dumduru şehə qarışıb,
Düşür çiçəklərin bəbəklərinə.
Göyə çəkilibdi göy qurşağı da,
Uçur islaq duma lap aşağıda;
Duman yaylığını alıb əlinə,
Təbiət ağlayır, dəyməyin mənə...
д а ?
Vətən, səslə oğlunu
Buludlar döşənib qanad-qanada,
Çırpır leysanını dağ aşa-aşa.
Bir insan səsi də bəsdir həyata -
Düz-dünya beləcə çağlaya, daşa.
Xəzəlli cığırlar qoşuldu neyə,
Qızıllı talaya göz yaşı axdı.
Bəlkə zümrüd səsli quş oldu deyə,
Qayalar çayları çiyninə taxdı.
Yas yox təbiətin bu yası kimi...
Kədər ömürlərdən nə istəyir, nə?
Bütün ölənlərin anası kimi
Təbiət ağlayır,
dəyməyin mənə...
Ağaclar kitabmış, sirli bir kitab,
Düşən yarpaqları yel varaqlayır.
Yağış da təkliyə gətirməyir tab,
Yağır, Məcnun kimi yar soraqlayır.
Yağır - səsi sərin, nəfəsi dərin,
Bir həzin məhəbbət yağışı yağır;
Bütün nakamların, sevilməzlərin
Kama yetənlərə alqışı yağır.
Yağır, arzulayır görən kim-kimi?
Bir qəlbə dəyiblər hardasa yenə;
Milyon il əvvəllər olduğu kimi
Təbiət ağlayır, dəyməyin mənə...
Yurdsuz adamlartək çöldə üşüyən
Bağların soyuğu canımdan keçir.
Arxların yerinə mənəm tövşüyən -
O sellər, o sular qanımdan keçir.
Asfalt yapıncıda küçə dincəlir,
Çaylar da sel geyib, əyni qalındı,
Torpaq yollarasa yazığım gəlir,
д а ?
Uşaqlıq çağımtək ayaqyalındı...
Görürəm,
duyuram,
sağam,
razıyam...
Amma razı adam deməyin mənə,
Mən ki, təbiətin bir parçasıyam,
Təbiət ağlayır,
dəyməyin mənə...
1977-ci il
Səyavuş Sərxa n lı
-------------------------------------------------------------- -------
SÜLEYMAN “SEGAH ’I
Müğənni S.Abdullayevə
Yarəb! Bu nə səsdi, yandı ağız, dil,
Həsrətin yolunu illərə saldı!
Sökülən bir sinə, tikilən bir el
Adımı-sanımı dillərə saldı!
Arazın yolunu daşdan eylədi,
O tayı, bu tayı huşdan eylədi.
Duma qatarını köçdən eylədi,
Yolundan ayırıb göllərə saldı.
Zümrüd qanadını seçdi vətəndən,
Bir atlı qoşuntək keçdi vətəndən.
Səni səndən aldı, məni də məndən,
Sellərin yönünü tellərə saldı.
Bir səməndər kimi girdi odlara,
Yandı tariximə, yandım adlara.
4 0
?
Vətən, səslə oğlunu
Zəngulə oxunu atdı yadlara,
Sarı sim mehrini ellərə saldı.
Gözümü yaş boğdu, dağları duman,
Durma, ömür getdi, ay dad, ay aman.
Şahin Səyavuşu qartal Süleyman
Göylərdən endirib çöllərə saldı!..
Şəmkir-Morul,
1983-cü il
MƏNİM QARABAĞIM
Rahat uyu, Xudu bəy...
Mənim Qarabağım dözümdü, tabdı,
İnam günəşidi min səhərimin,
Mənim Qarabağım bir daş kitabdı -
Düşübdü başına düşmənlərimin.
Uçur qartal kimi tarixə sarı,
O mənim səngiməz həyəcanımdı.
Yiyə durmayanda mərd oğulları,
Mənim Qarabağım çıxan canımdı.
Üstünə o qədər yellər əsdi ki,
Söndürə bilmədi çıraqlarını.
Tək elə Şuşanın adı bəsdi ki,
Utandıra “adlı” qonaqlarını.
Sanma şimşəklərdi, cəng elədilər -
“Cəngi”di qaynayan həyatı kimi.
Qundaqlar bələnmiş zəngulədilər,
Açsan, qıy çəkəcək “Heyratı” kimi!
Dostları ilə paylaş: |