Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə35/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   31   32   33   34   35   36   37   38   ...   76

Arzular,  diləklər  xətayiləşib; 
“Avesta”  fəryadıydı  göydə  əriyən, 
“Karvan”  dağlarıydı  yerdə  yeriyən; 
Gördüm  ki,
Gördüm  ki,
Gördüm  ki,
O  gün
Ulu  xidmətlərə  baş  əymək  üçün 
Oğullar  -   fişənglər  xətayiləşib; 
Təbriklər,  çiçəklər  xətayiləşib,
O  qızlar  -   qəşənglər  xətayiləşib!
Bir  elə,  bir  elə  əziz  günüydü  - 
Evimdə  elimin  toy-düyünüydü... 
Dünya  üfüq  boyu,  ekvator  boyu, 
Əməllər  yol  boyu  çiçəkləyirdi.
Başını  göylərin  dizinə  qoyub,
Atalar  -  heykəllər  çiçəkləyirdi.
Atəşə  can  verən  səməndər  kimi 
Gördüm  yollar  uçur  Araz,  Kür  sarı. 
Qürbətdən  qayıdan  igidlər  kimi 
Qayıdıb  Gəncənin  darvazaları. 
Gördüm  göz  güldürüb,  könül  açaraq, 
Udduğum  hava  da  xətayiləşib. 
Gördüm  ağlı  yaraq,  ağısı  çıraq 
O  Qorqud  baba  da  xətayiləşib, 
Gördüm  çoxlarına  yamanam,  yadam, 
Çoxu  da  hazıra  nazir  dayanıb.
Bir  iri  meydanda
gördüm  ki,  atam, 
Koroğlu  Qıratla  hazır  dayanıb. 
Gördüm  ki,  nağıllar  həqiqət  olub, 
V ətənə  oğulluq  baş  sənət  olub! 
Kimsə  ulduz  olub  baxırdı  göydən,
"SÜS?
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------
Kimsə  çinar  olub  qalxırdı  yerdən.
Dünyada  nə  varsa,  atlı  kimiydi,
İldırım  çaxırdı  adi  gileydən;
Gördüm
Savalanın  qərib  adını 
Keçirdim  dağların  yeddi  qatından!
Gördüm  ki,  nobellər  mükafatını 
Mükafat  verirlər  Bakı  adından!
Qəfil  fərəhimdən  gördüm  gülürəm,
Gördüm  Bakımızda  dəyişib  aləm:
Köhnə  Universitet  binamızdakı 
Şeirsiz  pillələr  xətayiləşib;
Təzə  Akademiya  obamızdakı 
Xeyirsiz  qüllələr  xətayiləşib;
Konservatoriya  dünyamızdakı 
Sehrsiz  nəğm ələr  xətayiləşib...
Göyçəgöl  Göygölə  axdı  gözümdə,
Təbriz  çıraq  kimi  ağlıma  gəldi.
Təzə  bələklənən  qundaq  özü  də 
O  gün  yaraq  kimi  ağlıma  gəldi.
Nə  qədər  bulaq  var  dünya  üzündə  - 
Südlü  dodaq  kimi  ağlıma  gəldi.
Qartalın  qıyı  da,  ovun  izi  də 
Qanlı  varaq  kimi  ağlıma  gəldi...
Gördüm  ki,  analar  xətayiləşib,
Yanında  sonalar  xətayiləşib,
Yanıq  kərəmlərin,  sarıtellərin,
Qurbanı  olduğum  bizim  ellərin 
Göyündə  dumalar  xətayiləşib,
Neyində  mənalar  xətayiləşib,
____________________________________  
Vətən,  səslə  oğlunu


Səyavuş  S ərxa n lı-----------------------------------------------------------
Toyunda  xınalar  xətayiləşib,
Dünyada  dünyalar  xətayiləşib!
Çiçək  aparırdım  bir  Baş  Meydana,
Körpə  tumurcuqlar  od  qoxuyurdu;
Başımın  üstündə  göy  -   çıraqxana,
Ayağım  altında  yer  oxuyurdu.
Gördüm
Babaların  yolundan  tutub,
Qayıdan  bir  dövran  xətayiləşib.
Gördüm
Bir  oğlunun  qolundan  tutub,
Bütün  Azərbaycan  xətayiləşib!
Xətayi  yuxuma  gəlmişdi  o  gün,
Suları  yuxuma  calamaq  üçün...
Moskva  -   Şəmkir, 
1980-1981-ci  illər
İNSAN
Kimi  sevdik  gördük  yüklü  qatardı, 
Səbrimizi  çaldı-çapdı  apardı, 
Qayğıların  qaysağını  qopardı  - 
Soyuq  istək,
İsti  talan  olmaya,
İnsan  odur  oxşamaya  dünyaya, 
Verdiyini  geri  alan  olmaya.
Ayrılıqlar  gözümüzdə  yaş  kimi, 
Xoş  günlərdi  uçub  gedir  quş  kimi,
д а ?
Qara  günlər  qalır  qara  daş  kimi;
Belə  gediş,
Belə  qalan  olmaya.
İnsan  odur  oxşamaya  dünyaya,
Verdiyini  geri  alan  olmaya.
Qürub  qanı  bəbəyimdən  sağıla,
Ay  da,  gün  də  ürəyimdə  soğula.
Dost  ölməyə, 
yad  olsa  da,  sağ  ola;
Ürək  viran,
Ömür  yalan  olmaya  - 
İnsan  odur  oxşamaya  dünyaya,
Verdiyini  geri  alan  olmaya!
1984-cü  il
------------------------------------------------------  
Vətən,  səslə  oğlunu
QALA  UŞAQLARI
Uşaqlar  sürüşür  Cıdır  düzündə, 
Özümü  unudub  bu  yer  üzündə.
Gör  kimi,  gör  nəyi  düşünürəm  mən: 
Bakıda  xizək  al,  deyib  ağlayan, 
Könlünü  belə  bir  qara  bağlayan 
Oğlum  Əlibəyi  düşünürəm  mən.
Şəhərdə  qara  da  tamarzıyıq  biz,
Qar  da  bir  nağılın  yaraşığıdır.
Süd  kimi  bu  dağlar  dalğalı  dəniz, 
İgid  heykəl  idi  qayalar,  ulu.
Qışdan  baharadı  dünyanın  yolu  - 
Bağlarda  çiçək  də  qar  işığıdı!
д а ?


Uşaqlar  sürüşür  Cıdır  düzündə, 
Ürəklər  qanadlı  odlara  dönüb,
Hamı  bir-birini  ötmək  istəyir. 
Qayalar  kişnəşən  atlara  dönüb, 
Onların  dalınca  getmək  istəyir.
Bu  torpaq  rahatlıq  bilməyib  axı!
Nə  gəldi  ağlıma,  eşit  fikrimi: 
Xizəklər  dalınca  qar  tozanağı 
Bir  igid  endirən  paraşüt  kimi...
Böyüyür  dünənki  ölçük  quranlar, 
Yaxşı  gör  bu  quzu,  bu  kəlçələri  - 
Böyüyür  Qalaya  yiyə  duranlar, 
Böyüyür  Vaqifin  gözəlçələri.
Böyüyür  gözümdə  bu  dərə,  bu  dağ, 
Böyüklük  əzəldən  öz  elimdədir. 
Döyüş  meydanına  dönür  Qarabağ, 
Hamı  at  belində,  at  belindədir.
Niyə  at  belində  çıxmadı  canım, 
Bölündüm  süfrəmin  çörəyi  kimi? 
Yaxşı  ki,  baxdıqca  üfüqlər  boyu, 
Böyüyür  gözümdə  Azərbaycanım, 
Döyünür  dünyanın  ürəyi  kimi!
Şirin  yaş  varmı  ki  uşaq  yaşından? 
Bu  —  sabah  Babəkdi,
O  -   Tomris  oğlu...
Uçur  od  gülüşlər  dağlar  başından, 
Şaqqıldayıb  gedir  Təbrizə  doğru.
Baxan  bir  qoca  da  körpəyə  dönür, 
Dərdi  dilindədir  ahı  sərinin,
Səyavuş  S ərxa n lı
--------------------------------------------------------
____________________________  Vətən,  səslə  oğlunu
Uşaq  gülüşləri  körpüyə  dönür 
Baxtını  güldürür  Xudafərinin.
Uşaqlar...  umuda  umud  calayan!
Qoşulub  onlara
üşümürəm  mən.
Bakıda  xizək  al,  deyib  ağlayan 
Oğlum  Əlibəyi  düşünürəm  mən...
Şuşa,  1984-cü  il
KOROĞLU  HEYKƏLİ
Hərdən  dənizlə  də  baş-başa  yatın,
O  məni  duyana  qeyrət  səsidir,
Atası  dəryadan  çıxan  Qıratın 
Dalğalar  susmayan  kişnərtisidir.
Hərdən  nə  görürəm 
dərya  daşanda?
Gün  doğur  şəhərin  gör  harasından: 
Dayanıb,
Qılınclı  əli  qaşında
Koroğlu  boylanır  Qız  qalasından.
Bizdən  hünərlidi  hələ  mən  bilən, 
Kim  deyir  dünyadan  köçdü  Koroğlu? 
Hər  əsrin  önündən  nərəsi  gələn 
Bir  ayrı  karvandı,  köçdü,  Koroğlu!
O  gəlir,
Dağlara  duyğutək  gəlir,
ttıa?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə