Məclis karvanım çəkər məstliyə,
Yaxamdan əl çəkməz nigarançılıq:
Bir ana
bu toya gəlibmi görən?!
Görüm, a bəy, toyun mübarək olsun
Sözlü, alqışlıdır qapıdan girən;
Bu - saz yağışıdır, pərişan, həzin,
O - yaz yağışıdır çöldə hönkürən:
Bir ana bu toya gəlibmi görən?!
Gərək qol götürüb oynayam bu gün,
Gərək yol götürüb qaçam dünyadan -
Bir köhnə daxmanı muştuluq üçün:
Mən orda doğmayam, burdasa yadam
Xiffət ilim-ilim itirib məni,
Məgər dost toyunda sevinməz adam?
Bu necə duyğudur götürüb məni;
Boyuna doğmayam,
Toyuna yadam!
Keçir ürəyimdən bir dəli istək,
Dayana musiqi, qopa zəlzələ;
Bir ana boylana qapıdan titrək,
Bir ana oynaya -
Toya toy gələ!
Bir əli quransa dahi dünyanın,
Bir əli ölümdü, itimdi axı;
Yeri müqəddəsdi daim ananın,
Toylar da anasız yetimdi, axı!
Mağar gözlərimdə qarışıb, axır,
Kim isə güc verir sərxoş səsinə:
Səyavuş Sərxanlı
---------------------------------------------------------
д а ?
Bir ögey ananın sağlığı qalxır
Bir doğma ananın qəm zirvəsinə.
Vüsaldı açılan, həsrətdi solan,
Bəy, gəlin oturub kövrək, utancaq.
Burda toy çalmır,
Çatlayır salon -
Hardasa bir ana ağlayır ancaq!..
Bakı - Səadət sarayı
1974-cü il
____________________________________
Vətən
,
səslə oğlunu
BACIM XATA YA YA
Başına döndüyüm ulu kəhrizin
Başında başımın tacı bir ev var.
Gözütox, könlütox, görkəmi həzin,
Qonaq-qarasının acı bir ev var.
Nəvə-nəticəsi səhv eləyəndə,
Anamın qəlbinə ağrı dəyəndə
Atam aradabir bikefləyəndə,
Tüstüsü zəhərdən acı bir ev var.
Kəhrizi ötdükcə gündə min hava,
Tökülüb başına yığışar oba.
Gəlib-gedəninə doğmaca yuva,
Qohuma-qonşuya bacı bir ev var.
Gedən oğulları səsli-soraqlı,
Durub yol gözləyər ocağa bağlı,
Günləri tanrıya- torpağa bağlı,
Kədəri boyundan uca bir ev var.
д а ?
Səyavuş Sərxanlı------------------------------------------------------ --
Yazı güldə itər, payızı çəndə,
Kövrələr göyünə durna gələndə.
Buludu yarılıb sel töküləndə,
Haça ildırımdan saçı bir ev var.
Bu qoca dünyada çiyni oraqlı,
M əhəbbət boxçalı, qayğı yaraqlı,
Sonbeşik oğuldan əli çıraqlı,
Qəlyanı dumanlı qoca bir ev var.
Şəmkir - Sərxan obası
8 may 1977-ci il
Məmməd Murada...
Ayrılıq duyanda gülləri əsdi,
Yerin hər qarışı dedi: qayıt gəl.
Yağdı, nəğməsiylə yolumu kəsdi,
İsti yaz yağışı dedi: qayıt gəl:
Dərədə dalımca yüyürüb qalan,
Şəlalə yaylığı əriyib qalan,
Çatmayıb, yorulub, kiriyib qalan
Çayın yalvarışı dedi: qayıt gəl.
Torpağın qanadı açıldı göyə,
Daş da az qaldı ki, dura yeriyə.
Bir ata qayğısı çəkdi geriyə,
Bir ana alqışı dedi: qayıt gəl.
Maral aysayağı baxdı taladan,
Elə ay kimi də axdı taladan.
Bir qartal qıy çəkdi Pəriqaladan,
Kəkliyin çağrışı dedi: qayıt gəl.
G ecələr bu yerdə yol azsan əgər,
Güllərin çırağı sənə bəs elər.
Səni səsləm əzlər istəməsələr-
El- oba nə yaxşı dedi: qayıt gəl!
Çəkdi dumanını üzünə meşə,
Küsəni biz belə gördük həmişə.
Çəm ən ipək oldu, qayalar şüşə,
Bulağın göz yaşı dedi: qayıt gəl.
Alışıb yanırdı üzü güllərin,
Qızlarda qalmışdı gözü güllərin,
O sözü güllərin, özü güllərin
Bənövşə baxışı dedi: qayıt gəl.
Gülməz gözəllikdən göz ayrılanda,
Bülbülün bağrından köz ayrılanda.
Dağın ətəyində biz ayrılanda,
Dolan dost baxışı dedi: qayıt gəl.
Torpağa can olan, daşa can olan,
Ömrə qanad olan yaşa can olan,
Əhdi, etibarı başacan olan
Ürəyimin başı dedi: qayıt gəl.
Zaqatala,
1976-cı il
________________________ ___________
Vətən, səslə oğlunu
?
Səyavuş Sərxanlı
MƏZAR İÇİNDƏ ÇIRAQ
Ə.Kərimin xatirəsinə
I
Sahibsiz kitablar ağladı sənsiz -
keçini-keçinə, avazıya-avazıya.
Çoxu inanmadı, çaşıb baxdı darvazaya:
Birdən Əli də gələr şairin dəfninə?
Ancaq tabutdaydı
Ürəklərə paylanmış dəfinə...
II
İnsan kimi öldü.
Şəkil kimi soldu.
Şair kimi söz alıb
dillənə bilsəydi əgər,
Deyərdi: ağlamayın,
Bu da bir iş idi, oldu!
III
Bir yetim yer var söz qatarında
Kimsəsiz yurd kimi ağlar.
Ağlar bir parça qara torpaq
Bir parça qara dərd kimi ağlar.
O nə heyrətli andı:
Dünyaya tək gəlsə də,
Dayananda karvan kimi dayandı.
Çıraq kimi keçdi,
Kəhkəşan kimi yandı.
Ordan başlandı çoxunun yolu,
« S İ2 İ?
Vətən
,
səslə oğlunu
Ordan çoxu təzədən doğuldu-
Özü də bir azca
Əlisayaq oldu.
Nəğmə daşqınlarına
Bir qızıl qanad olan
Gör necə yatdı?
Bu sirli yatış
çox yatanları oyatdı!
İnsanlıqdan, həyadan,
Sadəlikdən yoğrulan,
Sakit ildırım olan -
Şeirimizin zirvəsindən tökülən
Şəlalə səsli oğlan
ana sinəsi bilib,
uzandı quru yerə,
Gözümüz görə-görə...
IV
Qulağıma səs gəlir:
Bizə
şeir gətir, Əli;
Üz-gözü işıqlanır
Öz ilahi nuruyla -
Yaxşı, deyir,
Yadıma düşsə, deyir.
V
Çuvalda nə gizlədibsən,
Görünmürmü ucu, dünya?
Yığ üzündən təbəssümü,
Ay biclərin bici dünya!
ç O ?
Dostları ilə paylaş: |