Səyavuş Sərxa n lı--------------------------------------------
QIŞ NAĞILI
Payızın dizini qış yerə vurub,
Sonuncu yarpaqlar yağır qar kimi.
Evlər
yollar boyu gör necə durub,
Üstünə qar yağmış qatarlar kimi!
Körpə uşaq kimi bələyir yeri,
Vurğunam göylərin ağ yağışına.
Tüstülər də minib qar xizəkləri,
Çıxıblar baharın axtarışına.
Görüş yerlərinin soyudu odu,
Çəmən kəfən geydi, gör bir nə işdi?
Qış sanki sehrkar İqor Kiodur,
Əlini qaldırdı,
dünya dəyişdi...
Qar gəlir - səmalar dümağ dəniztək,
Eşidir ürəyim sünbül səsini,
Gedirəm binalar sanki gəmitək
Keçirlər mənimlə qar dənizini.
Buludlar o qədər silkələnib ki,
Dərələr qar dolu xərək olublar.
Yer elə yumşalıb, pilələnib ki,
Qayalar ağlayan mələk olublar.
Dağlarda, düzlərdə çiçək yerinə,
Daşlana-daşlana
qar ləpələnib.
Körpə bulaqların bəbəklərinə
Daşlaşa-daşlaşa qar təpələnib.
s ö ?
Çaylar ağac olub yarpaqlanıblar,
Başaçıq dirəklər papaqlanıblar.
Sönüb qürubun da üfüq odları,
Dağlar dönüb olub qar buludları...
Qar gəlir...
Cığırlar hayanda yatıb?
Palıdlar meşənin çəkir fikrini.
Ağaclar
əlini hara uzadıb,
Qızınmaq istəyən adamlar kimi?
Qartal
qayaları salıb çiyninə,
Qışa təslim olmaz,
Qışlar zirvədə;
İki hökmdarın sultanlıq üstə
Ölüm-qan döyüşü başlar zirvədə!
Təbiət danlayır sanki anatək,
Qış körpü gətirir -
dağlar görüşür.
Bir duman topası
bir ağ sonatək
D ərədə rəqs edir, buzda sürüşür.
Qar gəlir...
Soyuqlar alır canımı,
Üşüyən fikirlər dolur başıma;
Təklik yaxalayıb ata-anamı,
Görən çəkibdimi ocaq başına?
Salam, a fikirli,
a qayğılı qış!
Səndə əfsanə çox,
macəra çoxdur.
S O ?
____________________________________
Vətən
,
səslə oğlunu
Düz-dünya dümağdır,
dünya - nağılmış,
Sanki yer üzündə heç hara yoxdur.
Yağır obaların qonaq azlığı,
Yolların, izlərin qubarı yağır.
Kənddə anaların hayansızlığı,
Şəhərdə qızların baharı yağır...
Səyavuş Sərxanlı
-------------------------------------------------------
ŞEİRLƏR
II HİSSƏ
Səyavuş Sərxanlı
HƏSRƏT QOŞMASI
Olmasın istəyin sona çatdığı,
Qəlbimin ötəri qəmə batdığı,
Həsrətin kükrəyib at oynatdığı
Çağlara, çağlara çağırın məni.
Baldırğanlı dərə çiçək-çiçəkdir,
Ürək harda olsa yenə ürəkdir,
Bəlkə Noylu bulaq, Göy tala təkdir,
Dağlara, dağlara çağırın məni.
Xəzan yarpaqlarla qızıl yol salar,
Heyva həsrətimdən hər il saralar.
Bağbanın gözləri yollarda qalar,
Bağlara, bağlara çağırın məni.
Duma harayıyla göyü çaşdıran,
Sevgilər selini aşıb daşdıran.
Daim insanları yaxınlaşdıran
Bahara, bahara çağırın məni.
Sönən bir ömürdən tutan əl olsam...
Dilsiz bir insana dinən dil olsam...
Nəyimə gərəkdir durğun göl olsam -
Axara, axara çağırın məni.
Həyat sevgisinin dönməz üzü var,
Köksümün nə qədər sönməz közü var,
Harda insanların ayaq izi var,
Bax ora, bax ora çağırın məni...
İLXIÇI ORUC, GÜLLÜ
YAYLIQ, YEL ATLAR
Bilməzdik bu dünya deyilən nədir,
Baharda, payızda, qarda-sazaqda,
Unudub qızları, çox qəribədir,
Elə danışardıq bu atlar haqda!
Atlar at deyildi - gözlər bir ocaq,
Atlar ildırımın qanadlanydı.
Atlar nağıllardan gəlmişdi ancaq,
Atlar qıratlardı, düratlarıydı.
Aylı gecələrin sınardı göyü,
Çürükcə diş kimi əsərdi töylə -
Təpikdən qopardı barıt, qan iyi
K əhər kükrəşəndə xallı bədöylə.
Çil ayğır can atsa qaya uçurar,
Alov saçılardı həmlələrindən.
İlxı eşim-eşim eşilər durar,
Quş kimi qalxardı sonra yerindən.
Səsi kal gələrdi Dəli Orucun:
- Bəsdi, qana düşün, a çərləmişlər.
Bəsdi, sizi görüm qayadan uçun,
Öldürdünüz məni, ay ölməmişlər!
Deməklə qurtarmaz Dəli Orucdan,
Qıyından göydəki qartal enərdi.
Gözümüz qorxmuşdu tunc oğlu tuncdan,
Qışda göy buzları qırıb çimərdi.
-------------------------------------------------------
Vətən, səslə oğlunu
Ш ?
Səyavuş Sərxanlı-----------------------------------------
Deyərdin sel durar, döş vursa selə
Dünyanın nə hökmü vardısa onda
Göy kimi gurlayan göy ayğır belə
Quzuya dönərdi onun yanında.
Daim qoçaqlığı ömür-gün sayıb,
Qorxunun üstünə əsən qışdı o.
Beş yaşlı oğlunu ata sarıyıb,
Bir dəfə cığıra buraxmışdı o!
Bir qız da varıydı -
şahlıq, saraylıq,
Ona mələk desən yenə azıydı,
O gözlər, o xallar, o güllü yaylıq
Ulduzlu göylərin bir parçasıydı.
Nağıla dönmüşdü o qız az qala,
Göy də ayağında min səcdə qılar.
O bir qala idi, alınmaz qala -
Çoxları basılıb qayıtmışdılar.
O qız inadların inadı idi,
Ölərdi minməsə ən dəli ata;
Sanki yel atların qanadı idi,
Qanadlı gəlmişdi sanki həyata.
Yellədə-yellədə güllü yaylığı
Hey xallı bədöyü çapıb gedərdi.
Vurğun baxışların od ayrılığı
Ələyərdi kəndə həsrəti, dərdi.
Elə çaparaq da yox oldu bir gün,
Bir atlı igidlə gedib dedilər.
Vətən, səslə oğlunu
Uşaqlıq elini qar basdı bütün,
Ayılıb yetimə döndük bir səhər...
Durmuşam çiynimdə dağdan ağır yük,
O əziz günləri çən-duman sarıb.
Tövləni ot basıb, divarlar sökük,
Maşınlar atları yığıb aparıb.
Gözləri dolubmuş həsrətlə, yaşla,
Tövləyə tutubmuş atlar üzünü.
Bir qoca dedi ki, Dəli Oruc da
Saxlaya bilmədi hönkürtüsünü.
Söndü kişnərtilər alovlar kimi,
O gündən çaylarda hıçqırıq qalıb.
O gündən yadigar, yadigar kimi
Sinəmdə bir dəli qışqırıq qalıb...
1975-ci il
ATA OCAĞIMIZIN QONAĞI
OLMUŞ ŞAİR DOSTLARIMA
Bu dağlarda səsi qalıb Məmməd Arazın,
Bu dağlara onsuz baxmaq mənə çətindir;
Cığırlarda izi qalıb Məmməd Arazın,
Cığırlara onsuz qalxmaq mənə çətindir.
Məhəbbəti, xoş qılığı külək olub,
Ətir səpib düz-dünyanın dodağına.
Səsli-səssiz qışqırığı şimşək olub,
Üfüq boyu sığmır bulud yatağına.
Dostları ilə paylaş: |