Bu nurlu həyəcan, şirin təlaşlar,
Gözümdən gül kimi üzülən yaşlar..
Qoy yanım oduna, kül olum tamam;
O göy deyilən də,
Bu yer üzü də,
Ayrılıq,
intizar,
həsrət sözü də,
Eşqim də,
qəlbim də,
sənin özün də
M ənə yuxu kimi gəlir bu axşam...
-----------------------------------------------------_------------_NECƏSƏN'>1963-cü il
Səyavuş Sərxanlı
----------------------------------------------------- ------------
NECƏSƏN?
Günlərim leysandı, ürəyim çadır,
Döyülür aylarım, ilim, necəsən?
Nə əlim yetişir, nə ünüm çatır,
Mən kimdən öyrənim, bilim, necəsən?
Həsrətin keçilməz ormanlar təki,
Döyüldüm, sovruldum xırmanlar təki,
Gah yıxıb, gah da ki quranlar təki
Özümə dağ çəkir külüm, necəsən?
Sənə inanmışam, yenə inanım,
Oda qalanmışam, yenə qalanım,
Necəsən, başına dönüm, dolanım,
Necəsən, küsənim, gülüm, necəsən?
Təkliyim dağ olar, çənə bürünər,
Döşündə yol azan eşqim sürünər,
___________________________ Vətən, səslə oğlunu
Yataram, yanımda yerin görünər,
Özünə yetişməz əlim, necəsən?
Qalanar dumanım, çənim yolumda,
Ömrümə, sevgimə qənim yolumda;
Sən ey qurban olan mənim yolumda,
Gəlim qabağında ölüm, necəsən?!
1973-cü il
***
M əhəbbət - dünyadan bizə əmanət,
Dəymə, o mirvari qaşına dəymə.
Nə bülbülü ağlat, nə gülü göynət,
Dəymə, əbədiyyət yaşına dəymə.
Eşqim baş qaxıncım, adım-sanımdı,
Bu eşqin yolunda çıxan canımdı,
Gözümdən tökülən ürək qanımdı,
Dəymə, gözəlliyin yaşına dəymə.
Görənlər desin ki.,alışan budu,
Gecəsi- gündüzü pərişan budu,
Sinəsi həsrətdən o şan-şan budu,
Dəymə, həsrət dolu o şana dəymə,
M əhəbbət yolunu bir yol bilmişəm,
Min yol ağlamışam, bir yol gülmüşəm.
Bir yol görənəcən min yol ölmüşən,
Dəymə, gileyləri daşana dəymə.
Qıyma Sərxanlıya gənc yaşında sən,
Tökmə nahaq qanın göz-qaşınla sən,
Sən ki, ürəyimin düz başındasan,
Dəymə, ürəyimin başına dəymə!
Səyavuş Sərxa n lı
-------------------------------------------------
1975-ci il
***
Sən elə yatmısan, elə yatmısan...
Şehlərin qoynunda gül yatan kimi,
Hıçqırıb yorulub tel yatan kimi,
Ayın işığında göl yatan kimi...
Qalanıb saçların yastığın üstə,
Bağrımın başında həsrət dağıtək.
Ən şirin, ən qısa nə varki bizdə
İnsanın sevərək yaşamağıtək?!
Yatmısan, üzündə həzin təbəssüm,
Dənizə baş qoyub sel yatan kimi;
Nə dərin, nə sakit yatmısan, gülüm,
Qarlı gecələrdə el yatan kimi.
Sahilə yan alıb narahat qayıq,
Yuxu laylasını ləpələr çalır.
Ucsuz-bucaqsızdı bu rahat yuxun-
Baxıram, baxıram, gözüm qaralır;
Qaçıram dalınca, səbrim nəzilir.
Qaçıram, qaçıram... heyim kəsilir.
Uyu ki, dincliyin zamanı çatıb,
Duyğular dil açsın ilk bahar kimi;
________________________ ___ Vətən, səslə oğlunu
Yat gülüm, əzabla ömrü ucaldıb,
Səadət qoynunda yatanlar kimi...
1965-ci U
İKİNCİ ANA
Ha sənə desinlər kimin qadını,
Ha sənə desinlər kimin anası -
Mənəm elə çəkən sənin adını,
Mənəm yada salıb belə yanası...
Mənəm dan yerini çıraq eləyən
Ozan məhəbbətlər gülzarı üstə.
Mənəm qürubları bayraq eləyən,
Asan
m əhəbbətlər məzarı üstə.
Hardan biləydim ki, ayrılıq varmış-
Dərin duyğuluca,
Sərin gözlücə?
Elə sevməklə də ölmək olarmış,
Ayaq üstündəcə,
Diri gözlücə?
Hardan biləydim ki, ocaq həsrətim
Qaçan duyğulara ox olacaqmış?
İkinci anaymış-ilk məhəbbətim,
Ondan m əhəbbətlər doğulacaqmış!
O qızlar...
O gözlər...
Onlardan olmaz!
ч т
?
Səyavuş Sərxa n lı-------------------------------------------
Ay da sonalayın, seçin deyirdi.
Dünya çiçəkləri yığılıb hər yaz
Dünya sinəmizdən köç eyləyirdi.
Ah, necə istiydi daş da, topraq da!
O hənir hərdənbir qanımdan keçir.
(Düşünə-düşünə səadət haqda,
İnsan səadətin yanından keçir!)
Niyə ada uyub,
Ağıla uyub,
Könlümü bu boyda dünyaya açdım?
Gözünü açdığım bulağı qoyub,
Öpülən bulaqlar dalınca qaçdım!
Niyə kar olmuşam baxtım deyənə,
Niyə əvəzimə ötüb anadil?
Başıma min gözəl yığışa,
Yenə
O sirli şirinlik qayıdan deyil.
Sellə çağlamışam,
Yellə əsmişəm,
Ələnib getmişəm yağış-qar təki;
İlk eşqim!
Mən sənə çox tələsmişəm,
Bayrama tələsən uşaqlar təki...
1984-cü il
t o ?
Vətən, səslə oğlunu
BU GƏLƏN QATAR
Dilsiz baxışlarda dil açır bahar,
Çiçəyə bələnər dünya deyirəm;
İlk görüş gətirir bu gələn qatar,
İlk görüş gətirir...
Mən gözləyirəm.
Yayı qarşılayır nərgizli dağlar,
İstək olan yerdə nə kədər, nə qəm;
M əhəbbət gətirir bu gələn qatar,
M əhəbbət gətirir...
Mən gözləyirəm.
Payız yağışına qoşulur bağlar,
H ər qonan yarpağda inildəyirəm;
Göz yaşı gətirir bu gələn qatar,
Göz yaşı gətirir...
Mən gözləyirəm.
Rəhimlə, hüzünlə səpələnir qar,
K əfənə bələnir gözümdə aləm;
Ayrılıq gətirir bu gələn qatar,
Ayrılıq gətirir...
Mən gözləyirəm.
1984-cü il
Dostları ilə paylaş: |