Ömrün başdaşıtək nidası həzin -
Ürək ağrımasın,
Ürək neyləsin?!
Canını kölgətək daşıyanların
Uğuru boş vədə, sözə dönübsə,
V ətəndə vətənsiz yaşayanların
Göz yaşı ovcunda közə dönübsə,
Suyu zəqqumdursa, sevdası həzin -
Ürək ağrımasın,
Ürək neyləsin?!
Beşikdən məzara bir körpüyəm mən,
Mən çəkən yükləri çəkməsin heç kim.
Bu yorğun yaşımda bir körpəyəm mən.
Uçan dumanlara qoşulub eşqim,
Butası xəzanlı, vidası həzin -
Ürək ağrımasın,
Ürək neyləsin?!
Hər elin qartaldan bir qıyı varsa,
O zirvə oğullar doğru sayılsın.
Qızıldan qiymətli can aparırsa,
Əzrayıl birinci oğru sayılsın,
Göy üzü darısqal, yer üzü həzin... -
Ürək ağrımasın,
Ürək neyləsin?!.
Sınmasın o doğma dağların beli,
Batmasın qanadım Kürdə, Arazda.
Qoru Nüvədini, Zəngəzur eli
Mahir oğulları qoru bir az da!
Cəfası göynərti, səfası həzin -
Ürək ağrımasın,
Ürək neyləsin?!.
Bakı, 2005-ci il
Səyavuş S ərxa n lı
-------------------------------------------------------------------
POEMALAR
Səyavuş Sərxanlı
SAHİLSİZ GÜN
“Ved Puşkina ubili, potomu çto svoyey smertyu on
nikoqda bı ne umer, j i l bı veçno... ”
Marina Svetayevanın məktublarından...
PROLOQ ƏVƏZİ
Paris... Senator evi...
Zəng vurulur Dantesə:
- Evə tez gəlin!
- N ə var?!
- Ağır xəbərdi, müsye;
Qızınız...
- Ad günüdür...
Gəlin,
- özünü asıb!
- Necə?
Ağlımı azıb?!
- Sinəsində kağız var,
Bircə barmaqdı o da:
- “Puşkinimin qatili
Atam imiş... Əlvida!..”
Senator çökdü birdən,
Od bürüdü canını.
Düz iyirmi il əvvəl
Şeirə atılan güllə
Tapdı öz ünvanını...
Gecə-gündüz qar yağır,
Ay çıxıb göydən baxır -
Vətən, səslə oğlunu
Yenə daş kimi ağır,
Vaxt kimi qapqaradı
Peterburq gecələri.
Dərd qovur adamları,
Qəm boğur küçələri.
Dildə bir şair adı -
Ələm basıb damları.
Ulduzlar avazıyıb,
Yanır qüssə şamları...
İki kareta çıxır
Bir qapıdan nə vaxtdı;
Birində
ev xanımı
şad, asudə, bəxtəvər
evə qayıdacaqdır:
O birində
dərdli ər -
ha gözlə,
gözlə,
gözlə,
Gözlə, qayıdacaqdır!
Qadın gedir talaya,
gedir xizək sürməyə,
dünyadan zövq almağa
Kişi gedir duelə -
Gedir
bütün dünyanın
cavabını verməyə,
Gedir xilas olmağa!
Ağ maral gözü kimi
Açıldı ağ bir səhər.
Atlandı,
hazır durdu
Qapılan döyməyə
gözlənilən
bir xəbər.
İyirmi yeddisi yanvar...
hər yan
Cahan
qardı,
qardı,
qardı,
qar;
Ağ ayların içində
Ən ağır aydı yanvar!
İyirmi yeddisi
yanvar,
Sırsıradı çöl-bayır.
Buza dönüb daş-divar.
Tabut şamları kimi
Yanır ağcaqayınlar...
Durdu son yuxusundan
Şair pərvanə kimi.
Yer üzü gözlərinə
Dəydi viranə kimi.
Ağlı-huşu dağınıq,
Könlündə bir gəzən var.
Fikrində, xəyalında
Xəzan, xəzan, xəzan var.
Hüzn dolub səsinə,
Səbrin kasası daşıb.
Ürəyi sinəsinə
Mərmi kimi yapışıb.
«so?
Səyavuş S ərxa n lı
--------------------------------------
Daha ömrün bu həddi
Sakit keçilən deyil.
Olan olubdu, daha
Dünya vecinə deyil!
Demək belə... ağ düzə
qızıl qan ələnəcək.
Bu dueldən bir ev yox,
Bir ölkə silkələnəcək!
Namus... ömrün dan yeri,
Qeyrətlər ona çəkir.
Namusa bax, şairi
Qatil roluna çəkir.
Ürəiynə od kimi
Çatıb həyəcanını;
Bəxtə bax, qismətə bax.
Şimal da soyutmayıb
Afrikalı qanını!
Bədbəxtdimi görəsən
o kəslər, kim sələr ki,
dərdin yanından keçir?
Xoşbəxtdimi görəsən
o kəslər, kimsələr ki,
Ağılsız yar yolunda
Şirin canından keçir?
Yox, ayn gündü bu gün -
Gözəl almayaydı kaş!
Ruhunda yanğı, təlaş,
Bu qəminə baş əydi,
bu səhvini qorudu.
Adını, şöhrətini, şərəfini qorudu.
Demək belə - bu gün
yönü qaramı, ağmı?
Barmaq, tətik, kim bilir,
« S O ?
----------------------------------------------------
Vətən, səslə oğlunu
Bir taleyin bu yolla
Eyni açılacaqmı?!
Xəyalında yüz şeir...
O şeirin işığında
əyri, parlaq tətiyi
çəkib ayağa, baxır.
Könlü nurla dolsa da,
Qaşından-qabağından
qar yağa-yağa baxır.
Qaçır dodağı birdən,
Fikri uzağa gedir;
Şeir yazan əllərə
Bilən bilir qələm nə.
Ölüm nə, silah nədir!
***
Qanında-iliyində
qəhrəmanlıq havası,
Çoxdan döyüş gəzirdi
Şeirin bu şir balası.
O ölmək istəyirdi,
hünər göstərib,
ölmək.
Zaman sıxırdı onu.
Daralmışdı meydanı;
Tək gəzib dolanırdı
pələnglər sayağı,
tək!
Canı bezar olmuşdu
adiliyin yükündən,
didərgindi öyündən.
Baxmaq istəyirdi o
Özünə, özgələrə
Səyavuş S ərxa n lı
-------------------------------------------------
4 0 ?
Böyüklüyün, sərtliyin,
Qurbanlığın göyündən.
Bölmədi Rusiyanı
Bir yol doğma, ögeyə.
Döyüşlərə can atdı -
Vətən, sənin yolunda
qanım halaldı deyə!
Fələksə öz işində,
Saydığını sayırdı.
Tale şair qətlinə
Bir əsgər gülləsi yox,
Güllədən də sərt olan
Bir gözəllik ayırdı!
Rosset, Rayevskaya,
K em ...1 getdi işinə.
Natalya Qonçarova
Bədrlənmiş ay kimi
yanğı saldı döşünə.
Natalya - Yelenaydı,
Troyalı Yelena!
O da gəlib tuş oldu
Şeirin bu şah oğluna.
Qismət belə dolaşdı,
Vaxtı belə qar aldı -
Şair onu
Danteslə,
Ölümüylə
bir aldı!
----------------------------------------------------
Vətən, səslə oğlunu
1.
P u ş k in in s e v d i y i v ə d o s tlu q e td iy i q a d ın
4 0 ?
Dostları ilə paylaş: |