Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə64/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   60   61   62   63   64   65   66   67   ...   76

Ömrün  başdaşıtək  nidası  həzin  - 
Ürək  ağrımasın,
Ürək  neyləsin?!
Canını  kölgətək  daşıyanların 
Uğuru  boş  vədə,  sözə  dönübsə,
V ətəndə  vətənsiz  yaşayanların 
Göz  yaşı  ovcunda  közə  dönübsə,
Suyu  zəqqumdursa,  sevdası  həzin  - 
Ürək  ağrımasın,
Ürək  neyləsin?!
Beşikdən  məzara  bir  körpüyəm  mən,
Mən  çəkən  yükləri  çəkməsin  heç  kim.
Bu  yorğun  yaşımda  bir  körpəyəm  mən. 
Uçan  dumanlara  qoşulub  eşqim,
Butası  xəzanlı,  vidası  həzin  - 
Ürək  ağrımasın,
Ürək  neyləsin?!
Hər  elin  qartaldan  bir  qıyı  varsa,
O  zirvə  oğullar  doğru  sayılsın.
Qızıldan  qiymətli  can  aparırsa,
Əzrayıl  birinci  oğru  sayılsın,
Göy  üzü  darısqal,  yer  üzü  həzin...  - 
Ürək  ağrımasın,
Ürək  neyləsin?!.
Sınmasın  o  doğma  dağların  beli,
Batmasın  qanadım  Kürdə,  Arazda.
Qoru  Nüvədini,  Zəngəzur  eli 
Mahir  oğulları  qoru  bir  az  da!
Cəfası  göynərti,  səfası  həzin  - 
Ürək  ağrımasın,
Ürək  neyləsin?!.
Bakı,  2005-ci  il
Səyavuş  S ərxa n lı
-------------------------------------------------------------------
POEMALAR


Səyavuş  Sərxanlı
SAHİLSİZ  GÜN
“Ved  Puşkina  ubili,  potomu  çto  svoyey  smertyu  on 
nikoqda  bı  ne  umer, j i l   bı  veçno... ”
Marina  Svetayevanın  məktublarından...
PROLOQ  ƏVƏZİ
Paris...  Senator  evi...
Zəng  vurulur  Dantesə:
-   Evə  tez  gəlin!
-   N ə  var?!
-   Ağır  xəbərdi,  müsye;
Qızınız...
-   Ad  günüdür...
Gəlin,
-   özünü  asıb!
-   Necə?
Ağlımı  azıb?!
-   Sinəsində  kağız  var,
Bircə  barmaqdı  o  da:
-   “Puşkinimin  qatili 
Atam  imiş...  Əlvida!..”
Senator  çökdü  birdən,
Od  bürüdü  canını.
Düz  iyirmi  il  əvvəl 
Şeirə  atılan  güllə 
Tapdı  öz  ünvanını...
Gecə-gündüz  qar  yağır,
Ay  çıxıb  göydən  baxır  -
Vətən,  səslə  oğlunu
Yenə  daş  kimi  ağır,
Vaxt  kimi  qapqaradı 
Peterburq  gecələri.
Dərd  qovur  adamları,
Qəm  boğur  küçələri.
Dildə  bir  şair  adı  - 
Ələm   basıb  damları.
Ulduzlar  avazıyıb,
Yanır  qüssə  şamları...
İki  kareta  çıxır 
Bir  qapıdan  nə  vaxtdı;
Birində 
ev  xanımı
şad,  asudə,  bəxtəvər 
evə  qayıdacaqdır:
O  birində
dərdli  ər  - 
ha  gözlə, 
gözlə, 
gözlə,
Gözlə,  qayıdacaqdır!
Qadın  gedir  talaya, 
gedir  xizək  sürməyə, 
dünyadan  zövq  almağa 
Kişi  gedir  duelə  - 
Gedir
bütün  dünyanın 
cavabını  verməyə,
Gedir  xilas  olmağa!
Ağ  maral  gözü  kimi 
Açıldı  ağ  bir  səhər.


Atlandı,
hazır  durdu 
Qapılan  döyməyə 
gözlənilən
bir  xəbər.
İyirmi  yeddisi  yanvar...
hər  yan
Cahan
qardı,
qardı,
qardı,
qar;
Ağ  ayların  içində 
Ən  ağır  aydı  yanvar!
İyirmi  yeddisi 
yanvar,
Sırsıradı  çöl-bayır.
Buza  dönüb  daş-divar. 
Tabut  şamları  kimi 
Yanır  ağcaqayınlar...
Durdu  son  yuxusundan 
Şair  pərvanə  kimi.
Yer  üzü  gözlərinə 
Dəydi  viranə  kimi. 
Ağlı-huşu  dağınıq, 
Könlündə  bir  gəzən  var. 
Fikrində,  xəyalında 
Xəzan,  xəzan,  xəzan  var. 
Hüzn  dolub  səsinə,
Səbrin  kasası  daşıb.
Ürəyi  sinəsinə 
Mərmi  kimi  yapışıb.
«so?
Səyavuş  S ərxa n lı
--------------------------------------
Daha  ömrün  bu  həddi 
Sakit  keçilən  deyil.
Olan  olubdu,  daha 
Dünya  vecinə  deyil!
Demək  belə...  ağ  düzə 
qızıl  qan  ələnəcək.
Bu  dueldən  bir  ev  yox,
Bir  ölkə  silkələnəcək!
Namus...  ömrün  dan  yeri,
Qeyrətlər  ona  çəkir.
Namusa  bax,  şairi 
Qatil  roluna  çəkir.
Ürəiynə  od  kimi 
Çatıb  həyəcanını;
Bəxtə  bax,  qismətə  bax.
Şimal  da  soyutmayıb 
Afrikalı  qanını!
Bədbəxtdimi  görəsən
o  kəslər,  kim sələr  ki, 
dərdin  yanından  keçir?
Xoşbəxtdimi  görəsən 
o  kəslər,  kimsələr  ki,
Ağılsız  yar  yolunda 
Şirin  canından  keçir?
Yox,  ayn  gündü  bu  gün  - 
Gözəl  almayaydı  kaş!
Ruhunda  yanğı,  təlaş,
Bu  qəminə  baş  əydi, 
bu  səhvini  qorudu.
Adını,  şöhrətini,  şərəfini  qorudu.
Demək  belə  -   bu  gün
yönü  qaramı,  ağmı?
Barmaq,  tətik,  kim  bilir,
« S O ?
----------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Bir  taleyin  bu  yolla 
Eyni  açılacaqmı?!
Xəyalında  yüz  şeir...
O  şeirin  işığında
əyri,  parlaq  tətiyi 
çəkib  ayağa,  baxır. 
Könlü  nurla  dolsa  da, 
Qaşından-qabağından
qar  yağa-yağa  baxır. 
Qaçır  dodağı  birdən,
Fikri  uzağa  gedir;
Şeir  yazan  əllərə 
Bilən  bilir  qələm   nə.
Ölüm  nə,  silah  nədir!
***
Qanında-iliyində 
qəhrəmanlıq  havası,
Çoxdan  döyüş  gəzirdi
Şeirin  bu  şir  balası.
O  ölmək  istəyirdi, 
hünər  göstərib, 
ölmək.
Zaman  sıxırdı  onu.
Daralmışdı  meydanı;
Tək  gəzib  dolanırdı 
pələnglər  sayağı,
tək!
Canı  bezar  olmuşdu 
adiliyin  yükündən, 
didərgindi  öyündən.
Baxmaq  istəyirdi  o 
Özünə,  özgələrə
Səyavuş  S ərxa n lı
-------------------------------------------------
4 0 ?
Böyüklüyün,  sərtliyin,
Qurbanlığın  göyündən.
Bölmədi  Rusiyanı 
Bir  yol  doğma,  ögeyə.
Döyüşlərə  can  atdı  - 
Vətən,  sənin  yolunda 
qanım  halaldı  deyə!
Fələksə  öz  işində,
Saydığını  sayırdı.
Tale  şair  qətlinə 
Bir  əsgər  gülləsi  yox,
Güllədən  də  sərt  olan 
Bir  gözəllik  ayırdı!
Rosset,  Rayevskaya,
K em ...1 getdi  işinə.
Natalya  Qonçarova 
Bədrlənmiş  ay  kimi 
yanğı  saldı  döşünə.
Natalya  -   Yelenaydı,
Troyalı  Yelena!
O  da  gəlib  tuş  oldu 
Şeirin  bu  şah  oğluna.
Qismət  belə  dolaşdı,
Vaxtı  belə  qar  aldı  - 
Şair  onu 
Danteslə,
Ölümüylə
bir  aldı!
----------------------------------------------------  
Vətən,  səslə  oğlunu
1. 
P u ş k in in   s e v d i y i  v ə   d o s tlu q   e td iy i  q a d ın
4 0 ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə