Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə67/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   63   64   65   66   67   68   69   70   ...   76

Arxa  dursan  -  arxa,  addı,
Dosta  dostdu,  yada  yaddı,
H əsrət  körpü  kimi  atdı 
Bizi  dağlara,  dağlara.
Qonağı  ol,  qal  yanında,
Dözüm  dərsi  al  yanında.
Qatdanıbdı  zamanın  da 
Dizi  dağlara,  dağlara.
Aldı  göyü,  baldı  suyu,
Uyu,  könlüm,  toxda,  uyu;
Yol  gedəsən  ömür  boyu 
Üzü  dağlara,  dağlara...
IV
AMAN-ZAMAN  BİRCƏ  ANAM
Görüşəndə:  can  ay  bala,
Ayrılanda:  can  ay  bala...
Xoş  arzulu,  nur  diləkli 
qoca  anam.
Aydan  arı,  gündən  görklü, 
Aman-zaman  bircə  anam.
Daha  düşüb,  heysizləyir,
Qayğıları  əzizləyir,
Qəmi  azad,  qəlbiyüklü 
qoca  anam.
Durub,  durub  yol  gözləyir 
Aydan  arı,  gündən  görklü,
Aman-zaman  bircə  anam.
Bir  qaladı  dağda,  qala,
Ətəyində  ocaq  qala.
«seı*?
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------
Xəyalları  şümşürüklü 
qoca  anam.
Uğuruma  uğur  cala  - 
Aydan  arı,  gündən  görklü,
Aman-zaman  bircə  anam.
V
ÜZÜ  BƏRİ  ÇIXAN  CANIM
Üzü  bəri  çıxan  canım  - 
Dağlar,  salam.
İlk  eşqim,  ilk  həyəcanım,
Dağlar,  salam!
Şiş  papağı  ay  oraqlı,
Yollarınan  qolu  bağlı,
El  köçəndə  köksü  dağlı 
Dağlar,  salam!
Orda  yıxan,  burda  quran,
Bığlarını  oddan  buran,
Ayağı  gül,  başı  boran 
Dağlar,  salam!
Gecə  gəlirik  görək  səni,
Əl  bizimdi,  ətək  sənin.
Günah  bizim,  kötək  sənin  - 
Dağlar,  salam!
Karvanları  haya  basan,
Sarbanları  huya  basan,
Dövranları  çaya  basan 
Dağlar,  salam,  dağlar  salam!
_________________________________ - 
Vətən,  səslə  oğlunu
« 5 №


Oylaqları  naxış-naxış,
Yaylaqları  qönçəbaxış;
Bir  üzü  gün,  biri  yağış  - 
Dağlar,  salam.
Qonaqları  el  qoxulu,
Ay  qoxulu,  il  qoxulu,
Dost  məclisi  gül  qoxulu  - 
Dağlar,  salam,  dağlar,  salam!
Göy  sıldırım  yapıncımdı,
Ağ  ildırım  qılıncımdı,
Gəldim  gördüm,  qazancımdı  - 
Dağlar,  salam,  dağlar  salam!
Qartalına  qıyım  çatmaz,
Xəyalına  heyim  çatmaz,
Bir  yoldasan...  neyim  çatmaz  - 
Dağlar,  dağlar,  dağlar,  salam!
Bulud  keçdi,  döndüm  quşa,
Nur  calandı  ağla-huşa;
Hay  ver  balan  Səyavuşa;
Oğlum,  salam!
Dağlar,  salam!...
VI
SAZ  ÇALINA,  AY  AĞLAYA...
Dağ  başında,  ötənləri 
V araq lay a-varaqlaya,
Hər  qapıda  bitənləri 
Yadda  saxlaya-saxlaya;
Qamçılaya  qamçı  kimi,
Damçılana  damcı  kimi  -
« * S ?
Səyavuş  Sərxa n lı
--------------------------------------------------------
Saz  çalına, 
Ay  ağlaya...
Vətən,  səslə  oğlunu
Sayaqlaya-sayaqlaya 
Yollar  üçün  yaşamaqdan, 
Ayaq  yükü  daşımaqdan, 
Döyülməkdə  baş  olmaqdan 
Yetim  cığır  qançır  oldu,
Gül  torpağa  sancı  doldu  - 
Saz  çalına,
Ay  ağlaya...
Soraqlay a- soraqlaya 
Çox  ümidi  iman  kəsib, 
D ərələri  duman  kəsib;
Hanı  haça  duma  dəsi,
Qəm  doğrayan  qayçım  ham, 
Düyün  düşmüş  saçım  hanı  - 
Saz  çalına,
Ay  ağlaya...
Ayaqlaya-ayaqlaya 
Dərələri  leysan  döyə, 
Kişnərtilər  qalxa  göyə, 
Başından  göy  basıb  deyə, 
Yastılanıb  yallı  dağlar, 
Fikirli,  xəyallı  dağlar  - 
Saz  çalına,
Ay  ağlaya...
Çıraqlaya-çıraqlaya 
Dağ  boyda  bir  nəsil  vardı, 
Ulu  vardı,  əsil  vardı;
Getdi...  kimdi  yadigarı,
İşıq  sala  bizə  san?
в


Səyavuş  S ərxa n lı----------------------------------- ---------
Niyə  çökdü  dünyam  mənim  - 
Dağ  dözümlü  anam  mənim?
M ən  suallı,
Aləm sə  kar,
Saz  çalma,
Ay  ağlaya...
VII
İKİNCİ  BAYATI
Dağ  dalında  meşə  var,
M eşədə  bənövşə  var.
M ənə  belə  baxmayın,
Köksüm  altda  şüşə  var.
VIII
AXAN  ULDUZ  PƏRVANƏDİ
Başımda  bu  hava  nədi?
Görən  deyər  divanədi.
Axan  ulduz  pərvanədi 
Qayaların  çırasına.
Dünyanın  dan  yeri  sənin,
Səfərlərin  xeyri  sənin,
Sağlığını  görüm  sənin,
Sağlığını  yolda  sına.
Ömür  nədi  -  dəyirmandı,
Boş  keçdi  ki,  ömür  yandı!
^ 2 ?
Bircə  gəliş  yüz  dərmandı 
N eçə  dərdin  çarasına.
Yağış  keçir  səpə-səpə,
Güzgülənir  dərə,  təpə.
Topuqları  öpə-öpə,
G üllər  yaxır  xınasını.
Nurlu  başlar  əyilməsin,
Şax  duruşlar  əyilməsin,
Yaxşılara  göz  dəyməsin,
Gözəlliyin  gözü  sınar...
IX
ATLI  KEÇƏR  O  YOLLARDAN
Atlı  keçər  o  yollardan  - 
Ağarışa-ağarışa 
Ağ  yalmanlı  atlar  kimi 
Yollar  çıxar  dağ  başına  - 
Dolay-dolay,  burum-burum;
Atlı  keçər  o  yollardan,
Cavan-cavan,
igid-igid,
hər  biri  nə  -  bir  ildırım!
Qılınc  olar  sıldırımlar,
Tarix  üzü  bəri  dönər.
Ünvanından  küsüb  gedən 
Neçə  qeyrət,
Neçə  şöhrət,
Neçə  dastan  geri  dönər.
Atlı  keçər  o  yollardan  - 
Ağ  nallardan  günəş  doğar.
4 5 »
________________________________ —  
Vətən,  səslə  oğlunu


Qızıl-qızıl  o  cavanlar 
Ürək  deyil,
alov  sıxar!
Atlı  keçər  o  yollardan  - 
Qızılyarpaq  ağaclarım,
Qızıllalə  yamaclarım 
Dönüb  aylı  yaylaq  olar;
Uçunar  qız  bulaqlarım  - 
Ömür  subaylıq  olar,
Dünya  saraylıq  olar.
Atlı  keçər  o  yollardan,
Enm ək  istər  tərkinə  Ay,
Enə  bilməz,
gözü  dolar...
Atlı  keçər  o  yollardan  - 
Yaz  soraqlı  hava  kimi,
Dərman  kimi,  dəva  kimi.
Baxıb,  baxıb
onların  bu 
toz-dumanı  dalınca, 
Bir  oyanmış  qışqırıqtək  - 
Kəndin  arıq,  o  qaraca,
Ayaqyalın  uşaqları
atıb  dəftər-kitabını 
qaçacaq  çay  qırağına, 
kişnəşən  atlara  sarı!
Atlı  keçər  o  yollardan  - 
Soraq  çıxar  oğullardan...
Səyavuş  S ərxa n lı
----------------------------------------- -—
S O ?
___________________________________   Vətən,  səslə  oğlunu
X
SİRK  MEYDANI
Dünya  hey!
Ayrı  meydandı 
sirk  meydanı!
Hünərin  var,  onu  tanı.
Gözəl  qızlar  arasında 
Ayılar  -  boz  ada.
Meymunlar  -  atda,
İgidlər  -  piyada.
Ayını
öz  meşəsinə  ötürüncə 
Meymunları  yerə  gətirincə,
İgidləri
atlarına  yetirincə,
Çıxır  adamın  canı...
Dünya  gidi  dünyadı,  atam!
XI
ÜÇÜNCÜ  BAYATI
Sis  getdi  dəniz  oldu,
İz  getdi  Təbriz  oldu.
Sinəm  həsrət  yamacı,
Söz  bitdi,  nərgiz  oldu...
XII
QUŞLAR  ASILANDA  ZƏNGULƏSİNDƏN
Nərgizli  dağlara  getdi  nərgizim,
Nərgizlər  içində  itər,  qorxuram.
İpək  tellərini  bulağa  verib,
Bənövşə  xəyallı  bitər,  qorxuram.


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə