Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə2/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   2   3   4   5   6   7   8   9   ...   76

Bəli,  “Qurbanı  olanda  doğulur  Vətən!”.  Yuva  sahib  quşundu! 
Dünyanın  əvvəlindən  belə  gəlib,  belə  də  gedəcək.  Mayan  qurd 
ikən  yatarsan,  aciz  qoyun  kimi  başqasına  yem  olarsan;  qarşıda 
quzu  saydığın  çalışıb-çabalayıb  bir  gün  də  sənin  üzərinə  qurd  ki­
mi  atılar.
...  Nə  qarışıq  zamana  gəldik  deyirəm,  Səyavuş.  Sənin  kimi  şair 
qardaşımızın  əlli  yaşında  gərək  ancaq  könülaçan  mətləblərdən 
söhbət  salasan,  yubiley  gecəsi,  təntənəli  görüşlər...  İndi  hansı 
oxucunu buna kökləmək olar?!  Elə  şairin  özünü  də  bu  təntənələrə 
qatmaq  çətindi.  Daha  doğrusu,  “təntənə”lərin  özü  süstəldi,  yox 
oldu.
Yoxsa,  sənin  şairliyini  bir  yana  atsaq,  alovlu  bir  publisist  kimi 
sənin  buna  haqqın  var!  İndi  haqqüçünə  publisist  yazılar  yazan, 
özü  də  yaxşı  yazan  xeyli  qələm  sahiblərimiz var.  Amma bunu  heç 
kim  unutmayıb  ki,  iyirmi  il  əvvəl  bizim  aramızda  insanı  alıb  apa­
ran,  gözəl  publisist  yazmı  yazan  ancaq  sən  idin.  Necə  də  məh­
suldar  işləyirdin,  nə  təhər hərarətli  yazırdın!  Az qala şeir oxumağı 
bizə  yadırğatmışdın.  Elə  özün  də  şeir kökündən  o  havaya  düşmüş­
dün.  “O  hava”  deyirəm,  ancaq  o  ifadənin  arxasında  dayanan 
mətləbi  düzgün  ifadə  etməyə  çətinlik  çəkirəm.  O  nəydisə,  nəsr 
deyildi,  elə  o  da  şeirdi:  qəlbindəki  şeir  alovunu  nəsə  məcbur  elə­
yib  bu  axara  -   nəsri  bir  fırtınaya  döndərmişdin.  Gah  “Bizdən  ayrı 
düşənlərdən”  birisinin  arxasınca  ürək  parçalayan  fəryad  qoparır, 
gah  unudulmuşlardan  birisinin  ruhunu  haraylayıb  diqqətimizə  çat­
dırır  (çatdırır  nədi,  dirildirdin  o  rəhmətlikləri);  gah  Pribaltikadan 
vurub,  Sibir ağdünyasına  qədər  ucsuz-bucaqsız  bu  ərazilərdə  duy- 
ğu-düşüncələrinlə  xəyalımızı  məftun  eləyirdin.  Hardan  yazsan, 
oranı  bizim  üçün  necə  də  doğmalaşdıra  bilirdin!  Bir  dəfə  yazı­
larının  birisində  (gərək  ki,  Şimal  yazılarındandı)  bir “səs”  kəlməsi 
ilə  başlamışdın.  Aman  Allah,  bir  kəlmənin  arxasınca  nə  qədər  at 
səyirtmək  olarmış!  Elə  sehrləyirdin  ki,  oxucu  ilk  cümləndən  sonra 
“bu  səs  uzandı”  deyə  onun  təfsilatından  keçə  bilmirdi:  əksinə,  o 
havadan  tez  ayrıldığına  təəssüflənirdi.
Sənin  o  yazılarında  “səs”,  əslində,  sənin  zağlı  silahın  idi,  elə
Səyavuş  S ərxa n lı
----------------------------------------------------------------------------------
-----------------------------------------------------------  Vətən,  səslə  oğlunu
bu  səsə  dönüb  sənə  diqqət  kəsilmişdik.  Şeirlərində  də  bu  “səs”ə 
tez-tez  qayıdırdın:
Ölüb-dirilmişəm  yüz  dəfə  azı  - 
Bir  səs  açılınca  dodaqlarımda.
Yaxud:
İndi  vulkanların  səsini  dinlə,
Təlaşsız  bir  ömür  bir  quru  səsdir...
Bir şeirində  də  deyirdin:  “Sinəmdə  bir dəli  qışqırıq  qalıb”:  xət­
rinə  dəysə  də,  o  publisist  düşüncələrdəki  “səs”inə  şeirinin  də  səsi 
çatmadı.  Hayıf o  “səs”dən!  Nədənsə,  getdikcə  o  qüdrətli  səs  ya­
vaşımağa,  uzaqlaşmağa,  adda-budda  eşidilməyə,  bir  sözlə,  səndən 
və  səninlə  birlikdə  mətbuatımızdan  çəkilməyə  üz  qoydu.  Qəd- 
rininmi  bilinmədiyindən  bezdin,  qardaş?!  Yalançı  təltifləri  səni 
sevənlərin  təqdirindən  üstünmü  saydın?!  Bu  gün  meydanda  şü­
caətlə  at  oynadan  neçə  qələm  əhlinə  örnək  olmusan,  Səyavuş.  Bi­
lirəm,  kimsə  bunu  razılıqla  qəbul  edəcək,  kimi  də...  Nəyinə gərək 
bu  kimilər?!  Ona  qalmış  bu  mübarək  adamlar  Füzulini  də  qəbul 
etmirlər.  Etməsinlər,  qardaş,  Füzulinin  nəyi  əksilər  ki?!
Bilmirəm,  niyə  tez-tez  əvvəlki  yazılarına  qayıdıram.  Ömrün  bu 
təmkin  çağının  sözünü  çox-çox  əvvəlcədən  demisən,  ona görəmi?
Nə  fərqi  var  imiş,  eyni  yoldayıq  -
Siz  bir  az  qabaqda,  mən  bir  az  dalda.
Nə  fərqi  var  imiş,  eyni  haldayıq,
Mən  bir  az  qabaqda,  siz  bir  az  dalda...
Əllini  haqladığında  kövrəldiyim  bu  yazını  elə  yuxarıdakı  ey­
hamlı  misralarınla  bitirmək  istəyirdim.  Başqa  bir  şeirindən  sərt 
misraların  etiraz  kimi  qarşımda  dikəldilər:
Ömür  dedikləri  sonsuz  xəzinə...
Durub  borc  almaz  ki,  adam  adamdan...
« L S ?


Nəyi  sevirdimsə,  sevirəm  yenə,
Nəyi  sevmirdimsə,  çıxıb  yadımdan.
Duyğularının  şeir  biçimi  orqanik  şəkildə  mükəmməldir.  Ancaq 
şəkli  cəhətdən.  Amma  “nəyi  sevmirdimsə,  çıxıb  yadımdan”  mis­
ran,  ay  Səyavuş,  vallah,  billah,  elə-belə  gəlişi  gözəl  deyilib;  mən 
səni  gözəl  tanıyıram  -   nifrətin  də  sevgin  kimi  həmişəlikdir...
Sənin  səsə  tələbindən,  səsə  heyranlığından  xeyli  dedim,  onun­
la  da  sənin  kövrək  ürəyinin  döyüntüləri  barədə  qeydlərimi  bitir­
mək  istəyirəm  (Görürsən,  bu  gün  də  səndən  danışıb,  sözümüzü 
qurtara  bilmirik;  inan  ki,  bundan  sonra  da  sonaladığım,  gözüm 
arxasınca  olan  bəndlərin,  misraların  var...  sonluq  olaraq  onlarla 
şeirindən  örnək  gətirə  bilərəm...).
Santel  zəmidən  uğultu  əsir  - 
O  səs  suyum  olub,  çörəyim  olub.
Sünbül  duruşundan  öyrəndiyim  sirr,
Ömür  duruşumda  gərəyim  olub!
Məmməd  ASLAN, 
1992-2009-cu  illər
P.S.  Bu  sözləri  şair  Məmməd Aslan  onun  50  illik yubileyi 
üçün  yazmışdı.  Fəqət  kitaba  ön  sözü  kimi  -   olduğu  kimi  daxil 
etməyi  ölümündən  bir  az  əvvəl  Səyavuş  Sərxanlının  özü  xahiş 
etmişdi  (Qalsaydı  indi  onun  67 yaşı  olacaqdı).
Səyavuş  Sərxa n lı
-----------------------------------------------------------------------------------
SƏYAVUŞ  O  DÖVRÜN  ƏN  QÜDRƏTLİ 
PUBLİSİSTİ  İDİ...
Mən  ilk  dəfə  Səyavuş  Sərxanlını 
Bakı  Dövlət  Universitetində  oxudu­
ğum  illərin  ilk  həftələrindən  tanımı­
şam.  O  vaxt jurnalistika  fakültəsi  filo­
logiya  fakültəsinin  nəzdində  idi.  Yax­
şı  yadımdadır,  indiki  Azərbaycan  Döv­
lət  İqtisad  Universitetinin  çox  da  bö­
yük  olmayan  akt  zalında  yeni  qəbul 
olunan  I  kurs  tələbələri  ilə  görüş  keçi­
rilirdi.  Əvvəlcə  müəllimlər,  fakültənin 
dekanı  Əlövsət  Abdullayev  və  başqa­
ları  çıxış  etdilər.  O  vaxt  tələbələr  adından  Səyavuş  Sərxanlı  da­
nışdı.  İndiki  kimi  yadımdadır,  onun  əynində  boz-qırmızı  rənglərin 
qarışığı  pencək  var  idi.  Çox  səmimi  çıxış  etdi.  O  da  yadımdadır 
dedi  ki,  bizim  sahə  çox  mürəkkəbdir,  çox  çətindir,  çox  həssasdır, 
çünki  biz  insan  tərbiyəsi  ilə  məşğul  oluruq.  O  vaxtkı  sovet  jur­
nalistikasının  qarşısında  duran  məsələlərdən  biri  də  məhz  insan 
tərbiyəsi  məsələsi  idi.  Düzdür,  mətbuatda  onun  imzasına  tez-tez 
rast  gəlsəm  də,  ilk  dəfə  Səyavuşu  mən  orada  gördüm.  Biz  onunla 
eyni  kursun  tələbələri  idik.  Sonralar  onunla  yaxından  tanış  olub, 
dostlaşdıq.  Bizi  bir-birimizlə  yaradıcılıq  telləri  bağlayırdı.  Səya­
vuş  məndən  bir  neçə  yaş  böyük  idi.  O  zaman  yazıçılar  ittifaqının 
katibi  işləyən  Nəbi  Xəzri  onun  barəsində  “Azərbaycan  gəncləri” 
qəzetində  “Uğur olsun"  məqaləsini  yazmışdı.  Nəbi  Xəzri  kimi  ta­
nınmış  bir  şairin  onun  barəsində  bu  cür  sözləri  yazması  o  dövrdə 
sensasion  bir  hadisə  idi.  Bu,  həm  də  gənc  şair  Səyavuş  Sərxan- 
lının  yaradıcılığına  verilən  böyük  qiymət  idi.
Onu  da  qeyd  edim  ki,  Səyavuş  məndən  və  mənimlə  bir  yerdə 
yataqxanada  yaşayan  Sabir  Rüstəmxanlıdan  və  başqalarından  da 
tanınmış  gənc  bir  şair  idi.  Biz  onunla  dostluq  edirdik.  Səyavuşla
___________________________________________________
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə