Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə4/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   2   3   4   5   6   7   8   9   ...   76

Səyavuş  S ərxa n lı----------------------------------------------------------
Biz  yatan  beşiyin  öz  qucağında 
Yatır  babaların  üç  körpə  qolu.
Yatır  körpələrim...
Min  arzu,  həvəs
Yuxuya  dalıbdır  üç  çarpayıda.
Yatır  üç  otaqlıq  gülüş,  səs,  nəfəs,
Yatır  üç  ocaqlıq  qayğı  payı  da.
Yatır  üç  yolçusu  üç  qəlbi  dağın,
Yatır  üç  ürəyin  eşqi,  nifrəti.
Anamız  günəşin,  qoca  torpağın 
Yatır  üç  dünyalıq  sözü,  söhbəti.
Nəsillər  gələcək...  Üç  dostun,  yarın,
Körpəlik  yuxusu  hələ  yarıda...
Bizə  baba  deyən  gül  balaların,
Hələ  yuxudadır  ataları  da.
Üç  ulduz  yolunun  min-min  yoxuşu,
Üç  işıq, 
üç  çinar, 
üç  həyat  yatır.
Yatır  körpələrim,  yatırlar  hələ,
Üç  ümman, 
üç  təzə  kainat  yatır.
Hidayət  ORUCOV, 
şair-dramaturq, 
Əməkdar  İncəsənət 
Xadimi
m
« у »
-----------------------------------------------------------   Vətən,  səslə  oğlunu
SƏRXANLI  SƏYAVUŞU  ANARKƏN...
Səyavuş  Sərxanlı  ilə  tanışlığımız 
60-cı  illərin  əvvəllərinə  təsadüf  edir.
O  illərdə  “Azərbaycan  gəncləri”  qəze­
ti  çap  olunurdu.  Səyavuşun  o  qəzetdə 
gedən  silsilə  şeirlərini  oxuyandan  son­
ra  bu  cavan  oğlanın  yazı  üslubu,  həya­
ta  baxışı  və  təfəkkürü  mənim  diqqəti­
mi  özünə  cəlb  etmişdi.  Sonralar  (yəni,
1967-ci  ildən  sonra)  S.Sərxanlı  “Ul­
duz”  jurnalında  işə  qəbul  olundu  və 
qısa  müddətdə jurnalda  açılmış  “Ölüm 
sevinməsin  qoy...”  rubrikasının  təməl- 
çisi,  aparıcı jurnalisti  kimi  fəaliyyət  göstərdi.  Bu  ilə  qədər  isə  biz 
artıq  qələm  dostu  kimi  biri-birimizə  çox  yaxınlaşmışdıq  və  bu  üz­
dən  müxtəlif  görüşlərdə  birgə  çıxışlar  edirdik.  Bu  dostluğun  tə­
məlini  bərkidən  bir  hadisəni  heç  unuda  bilmirəm.  Yadımdadır, 
1967-ci  ilin  sonları  idi.  Mən  “Semaşko”  adına  xəstəxananın  ya­
xınlığında  yaşayırdım.  Səyavuşun  kirayədə  qaldığı  ev  də  bizim 
evə  çox  yaxın  idi.  Bir  gün  telefon  zəng  çaldı.  Dəstəyi  qaldırdım 
və...  Səyavuşun  səsini  eşitdim:  “Söhrab  əmi,  sənə  bir  işim  dü­
şüb”.  Soruşdum  ki,  təzə  şeir  yazmısan?  Dedi,  elə  şeir  kimi  bir 
şeydir.  İcazə  ver,  evə  gəlim,  sözümü  deyim.  Dedim,  buyur,  gəl. 
Bu  vaxt  Məmməd  Araz  öz  həyat  yoldaşı  Gülxanımla  birgə  bizdə 
idi.
Səyavuş  gəlib  içəri  keçəndə  Məmməd  Arazı  gördü  və  ondan 
elə  bir  nərilti  qopdu  ki,  ev  silkələndi.  O,  M.Arazı  çox  sevirdi.  De­
di  ki,  nə  yaxşı  ki,  bir  yerdəsiniz.  Elə  ikinizi  də  m ənə  elçiliyə  get­
mək  üçün  evimizə  dəvət  edirəm.  Gülxanım  bacı  incə  bir zarafatla: 
“Deynen  ki,  biri  də  belə  bədbəxt  oldu  da!”  Hamı  bu  zarafata 
qəhqəhə  çəkdi.  Axşam  Səyavuş  bizi  elçi  gedəcəyimiz  evə,  sev­
diyi  Elmira  xanımın  yaşadığı  mənzilə  gətirdi.  Yolda  daha  bir  dos­
tumuz,  elçiliyə  dəvət  almış  Abbas  Abdulla  da  bizə  qoşuldu.  Ha-
S O i ?


mımız  bir  ailə  kimi  qız  qapısını  döydük.  Səyavuş  Sərxanlı  isə  qa­
pının  arxasında  dayandı  (O,  sanki  utandığından  özünü  hamıdan 
gizlətməyə  çalışırdı).  Biz  içəri  keçdik.  Hamı  yerini  tutdu.  Süfrəyə 
nəzər  salanda  ilk  növbədə  nəzərimizi  cəlb  edən  süfrə  mədəniy­
yəti  oldu.  Bu  evdə  ləyaqətli  bir  ananın  olduğunu  zənn  edib,  gəli- 
nimizin  anasının  gəlməsini  tələb  etdik.  Qəfildən  hamının  sevin­
cinə  sanki  su  səpildi,  üzünə  kədər  çökdü.  Sən  demə,  Elmiranın 
ana  və  atası,  nəslin  ağsaqqalları  sayılan  bu  iki  xeyirxah  insan  çox 
yaxın  zamanlarda,  ikisi  də  bir  ildə  (6  ay  fərqi  ilə)  dünyalarını 
dəyişiblərmiş.  Bu  xəbər  bizi  bir  şair  kimi  çox  sarsıtdı.  Mən  bir 
böyük  qardaş,  bir  dost  kimi  ərklə  ayağa  qalxıb  məclisi  açıq  elan 
etdim  və  öz  ürək  sözlərimi  dedim.  Hamının  razılığı  ilə  Elmira 
xanımı  məclisə  dəvət  etdik.  Səyavuşun  böyük  qardaşı,  rəhmətlik 
Zeynal  müəllim  üzüyü  gəlinin  barmağına  keçirdi  və  yemək-içmək 
başlandı.  Məclis  o  qədər  səmimi  keçirdi  ki,  oturanların  hamısı 
biri-birinə  məhrəm  kimi  müraciət  edirdilər.  Bu  səmimilikdən  idi 
ki,  mən  anama  həsr  etdiyim  bir  şeirimi  oxudum.  Şeirin  məzmunu 
belə  idi  ki,  uzun  illərin  ayrılığından  sonra  ana-bala  telefon  simlə­
rində  görüşür,  bir  oğul  “ana”  deyib,  hönkürür,  bir  ana  “bala”  de­
yib,  qəşş  edir.  Bu  hüzün  onsuz  da  dərdli  olan  ocaqda  hamının  ya­
rasının  közməyini  qopartdı.  Məmməd  Araz  köməyimə  çatdı.  Bir 
lirik  şeir  oxuyub  hamının  dadına  çatdı.  Yavaş-yavaş  üzlər  gülüm­
səməyə  başladı.
Ümumiyyətlə,  Səyavuş  Elmiranı  çox  istəyirdi.  O,  bizə  hər  şeyi 
danışırdı,  elə  hey  onu  tərifləyirdi.  Amma  bunun  müqabilində  el­
çilik  mərasimindən  sonra  düz  iki  il  biz  Səyavuşu  görmədik.  Son- 
ralar  bildik  ki,  onu  tez-tez  SSRİ  məkanının  ucqar  yerlərinə  eza­
miyyətə  göndərirmişlər.
Səyavuş  Sərxanlı  60-cı  illərdə  poeziyamızın  gənclər  qolunun 
ən  istedadlı,  ən  coşqun  şairi  idi.  O  vaxtlar  bir  misra  hamının  ağ­
zında  zərbi-misala  çevrilmişdi:  “Qaytar  mənim  sevgimi”.  Səyavuş 
o  dövrdə  həm  ən  istedadlı,  cəsur,  bütün  poeziya  mövzularına  mü­
daxilə  etməyi  bacaran  bir  şair,  həm  də  gözəl  publisist  idi.  Məhz 
poeziyası  ilə  yanaşı  onu  oxuculara  sevdirən,  həm  də  publisistik
« İ S ?
Səyavuş  Sərxa n lı
-----------------------------------------------------------------------------------
yazıları  idi.  Səyavuşun  artıq  bişmiş,  yetkin  şair  kimi  fəlsəfi-lirik 
mövzulara  müraciət  etməsi  onu  nəinki  oxucularına,  hətta  bütün 
Azərbaycan  xalqına  sevdirmişdi.  “Ulduz”  jurnalı  deyəndə,  ilk 
növbədə  göz  önündə  Səyavuş  Sərxanlı  canlanırdı.
Ümumiyyətlə,  mən  S.Sərxanlıda  bir  xüsusiyyəti  müşahidə  et­
mişdim.  O  da  şairin  ədəbi  müşahidəçilik  xüsusiyyətinə  malik  ol­
ması  idi.  Mənə  elə  gəlirdi  ki,  o,  dünyanı  öz  aləminə  köçürür,  son­
ra  onu  özününküləşdirib  istədiyi  kimi  oxucuya  çatdırır.  Səyavuşun 
isə  poetik  aləmi  çox  zəngin  idi.  O,  predmeti,  hadisəni  və  məfhu­
mu  istədiyi  rəngdə  təsvir  və  tərənnüm  etməyi  çox  ustalıqla  baca­
rırdı.  Bundan  başqa  onun  daha  bir  qəribə  xüsusiyyəti  vardı  -  
üzündən  təbəssüm  heç  vaxt  əskik  olmazdı.  Onun  şaqraq  qəhqə­
hələri,  ağ  dişlərinin  mirvari  sırası  heç  yadımdan  çıxmır.  Gülüş, 
təbəssüm  ona  çox  yaraşırdı.  Bu  xüsusiyyət  onun  poeziyasında  da 
öz  əksini  tapmışdı.  Səyavuş  son  dərəcə  nikbin  şair  idi.  Səyavuş 
poeziyasına  göstərdiyi  vəfalılığım,  öz  dostlarına  da  göstərməyi 
bacarırdı.  O,  dostluqda  çox  vəfalı  idi.
Bir dəfə  Sumqayıtda  Məmməd  Araz,  Səyavuş  Sərxanlı  və  mən 
birlikdə  həmkarlar  ittifaqının  xahişi  ilə  ədəbi  görüşə  getmişdik. 
Fəhlələrlə  görüş  başlayanda,  sədr  birinci  çıxışı  mənə  verdi.  Mən 
ayağa  duranda  Səyavuş  həm  zarafat,  həm  də  ərkyana  dedi:  “Yol­
daşlar,  çox  xahiş  edirəm,  birinci  sözü  mənə  verəsiniz”.  Mən 
əyləşdim.  Səyavuş  tribunaya  gəldi  və  dedi:  “Ay  camaat,  biz  də­
fələrlə  üçlükdə  görüşlərdə  olmuşuq.  Bu  şairlər məndən  qabaq  şeir 
oxuyanda,  mənə  elə  gəlir  ki,  onlardan  sonra  şeir  oxumaq  mənə 
yaraşmaz.  Ona  görə  də  icazə  verin,  əvvəlcə  mən  şeir  oxuyum, 
sonra  da  istər  şeir,  istərsə  də  poema  oxusunlar,  onlara  söz  verək”.
Amma  nədənsə,  Səyavuş  dərhal  şeir  oxumadı.  Elə  hey  bizi 
təriflədi.  O,  dedi:  Mən  iki  qardaş  şairin  arasında  qalmışam.  Mən 
sanki  Astara-Culfa  körpüsünə  bənzəyirəm  bu  iki  şairin  arasında  -  
biri  Naxçıvan,  o  biri  Təbriz.  Gün  o  gün  olsun  ki,  körpünün  gö­
türüləcəyi  günün  şahidləri  olaq.
Bu  mövzuda  xeyli  danışandan  sonra  Səyavuş  şeirlərini  oxudu.
Azərbaycan  RespublıK^ıPrezidentmJn
İ ş l ə r W a W
PREZİDENT  KİTABXANASI
------------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu
sevgi  şeirlərinə  görə


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə