Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə69/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

Səyavuş  Sərxa n lı-------------------------------------------------
gələcəyəm.
Güllü  doqqaz  -  qabağıma  yüyürən, 
X atirələr  -  şadlığından  heyirən,
Gözlə,
gözlə,
gələcəyəm.
Qarğaların  bayram  yurdu,  a  qozlar, 
Duma  kimi  qatarlanan  novruzlar,
Gözlə,
gözlə,
gələcəyəm.
Tüstüləri  göyə  dirək  kəndimiz, 
İtirmərəm  mən  duz-çörək,  kəndimiz, 
Sağlıq  olsun,  gözlə jörək,
Gözlə,
gözlə,
gələcəyəm.
XXI
DAĞLAR  HƏMƏN  DAĞDI,  ANA...
Qalan  qaldı,  köçən  köçdü,
Dağlara  qar  yağdı,  ana.
Duma  keçdi,  lələk  düşdü,
Ağ  saçından  ağdı,  ana.
Sazlı-sözlü  könül  oldum,
Söz  dəydikcə  tel-tel  oldum.
------------------------------------------   Vətən,  səslə  oğlunu
Zəm ilərdə  sünbül  oldum,
Baxt  üzümə  baxdı,  ana.
Di  gəl  sinəm  sancır  nəsə...
Üstünüzdə  əsə-əsə,
Hara  getdim,  nə  sirdisə,
Gördüm  kədər  sağdı,  ana.
Ürək  yandı...  odu  sönməz,
Ruh  tərlandı,  göydən  enməz;
Hayıf,  o  çağ  geri  dönməz,
Bu  çağ  ayrı  çağdı,  ana.
Qocalıb  gedənlər  bizik,
Ölənlər,  itənlər  bizik,
Daş  olub  bitənlər  bizik,
Dağlar  həmən  dağdı,  ana...
Şəmkir  -   Bakı  -   Moskva, 
aprel-sentyabr,  1979-cu  il
SONBEŞİK
Cərrah  sonbeşiyimiz  -   Telmanı 
elimiz-obamız  üçün  yaradan 
baxta  baş  əyərək...
I
Nağıllı  bir  işdi 
sonoeşik  olmaq...
Bu  baxt 
hər  zamanın


vaxtına  düşmür.
Yurdda  hayan  olmaq, 
ev-eşik  olmaq  - 
hər  doğulan  oğlun
baxtına  düşmür!
Qəbri  nurla  dolsun  Fatma  nənənin, 
Dəymədi  o  sənə,
Saxladı  səni;
Alıb  bir  ocağı
əlindən  qəmin 
Böyük  bir  taleyə
bağladı  səni...
Qoy  gülsün  gözlərin, 
ucalsın  başın,
Xoş  gündən,
Dar  gündən
gur  gəlsin  səsin;
Sonuncusu  gəldin  yeddi  qardaşın  - 
Böyük  qardaşlara  Ata  əvəzi...
Bir  ocaq  dağıdı,
Bir  sinə  dağı  - 
Kinin  ki,
qara  daşcan 
xisləti  olmur.
Ata  ocağını  yarıtmaq,  axı,
Hər  yetən  oğulun  qisməti  olmur!
Rəhmdir  çırağı  zülmətin,  çənin, 
Gərək  kor  gözlərin  kökü  oyula;
O  “ara  həkimi”  Fatma  nənənin 
Adına  yol  düşə, 
heykəl  qoyula!
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------
д а ?
Vətən,  səslə  oğlunu
Dəymədi  o  sənə,
Saxladı  səni  -
Tanrı  payı  kimi
bəxş  etdi  bizə;
Böyük  bir  taleyə  bağladı  səni,
Sən  də  çıraq  tutdun  taleyimizə.
Sonbeşik,  sonbeşik  olmalıyammış...
Eh,  niyə  sözümdə
pünhan  olum  mən?
Sonbeşik  sən  oldun,
a  bağrı  yanmış,
Sənin  dərdlərinə  qurban  olum  mən!
Sonbeşik  olsaydım,
sonbeşik  əgər,
Çoxdan  qəbrdəydi  eşqim,  ilhamım; 
Sonbeşik  olsaydım  - 
M ən  sənin  qədər 
Qoruya  bilməzdim  ata-anamı.
Şair  söz  deməklə  danlaq  qazanar, 
Hər  ocaq
hər  dərdli  sözə  sığınmaz. 
Bəlkə  də  el-oba  ömrü  uzanar,
Di  gəl,  ata-ana  ömrü  uzanmaz.
Sonbeşik  olsaydım...  dinən  ürəkdi, 
Mən  çaşıb  qalardım  divanə  kimi; 
Gəlib
Məni
buz  ocaqda  kim  gəzəcəkdi 
külə  dönmüş  pərvanə  kimi?
< д а ?


...Yəqin  bağçamıza  son  bahar  gəlib, 
Qızıl  yarpaqlara  qar  yağır,  ilk  qar. 
Evlərdi  boylanan  sanki  dikəlib, 
Duruşu  pərişan,  gözü  intizar. 
Gözətçi  damların  yuxusu  gəlir, 
Ucalan  tüstülər  -  nizəsi  kimi.
Xəzəlli  bağların  qoxusu  gəlir 
Atamın
tənbəki  kisəsi  kimi. 
Xəyalım  çırpınar  o  yerdə  titrək,
Bir  tənha  ömürdən  heyif alar  şər; 
Dəcəl  uşaqlığım
göy  tüstülərtək 
G əzər  budaqlarda,
heyvalar  düşər.
O  vaxt  qar  deyildi
elə  o  yağan  -
Dərdimdi,
qatırdı  qışda  yuxumu;
Xizəklə  üstündən  uçduğum  yarğan 
Yəqin  qulağına  taxıb  qorxunu...
Evdən  o  bulağın  düz  gözünəcən 
Mənim  ürəyimdi
nəzilib  gedən;
İlk  şahım  o  qızın  buz  sözünəcən 
Dünya  həniriydi
kəsilib  gedən.
Dərd  olub  bir  ürək  açıqlığım  da, 
Mən  yaz  diləmişəm, 
m ənə  qar  qalıb;
Səyavuş  Sərxa n lı
------------------------------------------------------
Dilimdəki  qənd  də, 
eh...  sancmağım  da 
Moruq  kollarından
yadigar  qalıb!
Ölərdim  bu  saat, 
bax  bu  an,
bu  gün  -
Bu  şair  ölümü  əhv  olunsaydı  - 
Ölərdim,
ölümü  yığşırmaq  üçün 
Kənd  yolu  m ənim lə  dəfn  olunsaydı.
Yaşamaq  çətindir,  ölməyə  nə  var!
Qəmlər!  Xoş  günlərə  şam  düzənsiniz!
Eh,  sizə  yazığım  gəlir,  a  dağlar,
Siz  ölə  bilməyib,
can  üzənsiniz...
Göydən  köməyi  var  yal-yamacın  da,
Səbri
bulaq  olur,  göz  yaşı  olur;
Yaxşı  ki,  quruyan  tək  ağacın  da 
Öz  canı
özünə  baş  daşı  olur.
Sağlıqlar  əlindən  yığıldıq  cana,
Şərab  deyiləndə
bir  şey  görmədik;
Ömür,  yol  qonşusu  pir  dağdağana 
Bir  yol  əl  uzadıb
salam  vermədik.
Kəhriz  ağlamayır  -   Ana  ağlayır;
Ölənləri  qardaş-bacı  bilmirik.
----------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Yaxşı  ki,
təbiət  bizi  saxlayır,
Biz  ki  onu  ömrün
tacı  bilmirik!
Yenə  od  xəyallar,
sərsəm  ümidlər 
yığıldı  başıma, 
dayaq  ol  görüm;
Balası  bələklə  doğulan  tutlar 
H ələ  sağ  durursa,
sən  sağ  ol,  görüm!
Ac  qaldıq,  leş  üçün  biz  leylənmədik, 
İndi  de,  nə  üçün  biz  teylənirik:
Ac  qaldıq  -
çörəkdən  gileylənmədik, 
Yenə  insan  deyə  gileylənirik.
Dünya  -   güzgülənən  şüşəsi  kimi, 
İstərsən  qoruyaq,
istərsən  -   qıraq;
İnsanlıq  xatirə  meşəsi  kimi:
Yolumuz  dumanlı,
qəlbimiz  -   çıraq!
Ürək  köyrəlir  ki,  yaşamaq  budu, 
Duyğulu  bircə  an  bir  qərinədir.
O  yarpaq  buludu,
o  çovğun  odu
Dağılan  fıkirdi,  xəyaldı,  nədi?
Qəlyan  tüstülədir  atam  obaşdan,
Atamın  ömrünün  xəzan  çağıdır.
Durub
inək  sağır
anam  obaşdan  -
Anamın  ömrünün  xəzan  çağıdır.
Səyavuş  S ərxa n lı
--------------------------------------------------------
385
%?
Bir  toy  həsrətində  bir  oba  qalmış,
Yer  də  fikirdədir,
Göy  də  fikirdə.
Ata-anam  kimi
vaxtsız  qocalmış 
H əyə  də  fikirdə,
ev  də  fikirdə.
Bağlara  xal  düşür,
Yollar  ağarır,
Kənd  marığa  yatan  pələngə  dönmüş;
Qovaqlar  tuşlanıb  buluda  sarı,
Ayağa  çəkilən  tüfəngə  dönmüş.
Asanmı  ürəkdə  arzu  bitirmək?
İl  ötdü,
neçə  qəm
sazağa  düşdü,
Anamın  toy  etmək,  gəlin  gətirmək 
Həsrəti
bir  il  də  uzağa  düşdü.
Dumalar  keçərlər  harayla,  hayla,
Dumalar  daşı  da  qubarlandırar.
Gənclik  qayıdarmı?
Qıyla,  ha  qıyla!
Ömürdən  ötənlər
ömrü  yandırar...
Çox  dedim  qəlbimə;
havayı  yanma,
Bu  od  gərək  olar,
sonranı  düşün;
Ü rəyə  gələnlər  azalır,  amma 
Ömürdən  gedənlər  çoxalır  hər  gün.
----------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə