Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə72/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   68   69   70   71   72   73   74   75   76

Açıl,  a  könlüm,  açıl!
Anamın  səsi  gəlir  - 
Ömrümüzün  dayağı,
Evimizin  bayrağı 
Qoca  atamla  birgə 
Qoca  həyətimizdə
Daş-divar  da  gül  açır...
VI
Bağlanırdı  restoran,
Keflilər  kefmdəydi...
Ana,  bu  vaxt  gözümə 
Canlı  bir  ağrı  dəydi:
Cansız,
qoca  bir  qarı 
Süfrələri  yığırdı.
Kövrələn  sümükləri 
Dərisindən  çıxırdı.
Onu  belə  görəndə,
Ana,  bağrım  qanadı.
Ana,  sənə  qurban  olum,
Axı,  o  da  anadı!
Səyavuş  Sərxanlı
---------------------------------------------------
VII
Qardaş!  Evimizə  yola  düşəndə, 
Yollar  layla  kimi  uzanıb  gedir... 
Gəlib  qapımıza  mən  yetişəndə, 
Görürəm  ürəyim  çoxdan  evdədir!
Hamı  yol  gözləyir...
Dost  da,  tanış  da...
Ç g S J jj,
Vətən,  səslə  oğlunu
Gərəkdi  bir  tənha  yuva  qızma.
Alışdır,
bala  dost,
ömrü  alışdır  - 
Bəlkə  yurd  qızına,
oba  qızına.
Səninlə  evimiz  qəm  dağı  yıxdı,
Səninlə  bəzəndi  kəndin  yolları;
M ən  şeirin  uçurumlu  yoluna  çıxdım,
Sən  ata  yurdunda  çıraq  ol  barı!
Qoyma  çıraq  kimi
qəlbini  sönə,
Rahatlıq  yükünü,  qardaş,  at,  yaşa;
Göz  desən,  gözümü  verərəm  sənə,
Təki  sən  narahat,  narahat  yaşa!
Xeyir-dua  kimi 
deyirəm  bunu  - 
Əməlin  ellərə  doğan  dan  olar;
H ər  oğul
nurlatsa  Ata  Yurdunu,
Vətən  başdan-başa  çıraqban  olar...
Şəmkir  -   Bakı, 
Şeirli  günlərim


Səyavuş  Sərxanlı
GÖRÜŞDƏN  AYRILIĞA
PROLOQ  ƏVƏZİ
Qəlbim  köksüm  altda  yaralı  düşüb, 
Bəxtin  yollarında  azanı  mənəm. 
Şerin  sel-suyundan  aralı  düşüb, 
Daşdan  damcı-damcı  sızanı  mənəm.
Söz  oddan  çıxmasa,  təzə-tər  olmaz, 
Göz  göyə  baxmasa,  gülümsər  olmaz, 
Hamı  Vurğun  olmaz,  Ələsgər  olmaz, 
Bir  dağ  döşünün  də  ozanı  mənəm.
Ulduzlar  hayana  axıb  getdilər?
Göy  sular  gözümdən  yağıb  getdilər, 
Qızlar  qatardanmı  baxıb  getdilər  - 
Gecikən  sevgilər  xəzanı  mənəm?
Nə  vaxtdı  dönmüşəm  bir  taxta  neyə, 
Bu  taxta  sinəmi  yandırım  deyə. 
Tüstülər  başımdan  çəkilir  göyə, 
Qəmlərin  qaynayan  qazanı  mənəm.
Şahbaz!  İlhamısan  min  dostun-yarın, 
Bahar  naləsinə  qoşul  suların.
Güldən  təmiz  olan  bu  duyğuların 
Yazanı  sən  oldun,  yozam  mənəm.
I
Sən  ağladın,  ürəyini  boşaltdın, 
Ağladınsa  -   saf,  bircəsən,  neyniyim?
д а ?
------------------------------------------  Vətən,  səslə  oğlunu
Mənim  dəli  bu  dünyama  daş  atdın, 
Sevməyəcək-sevəcəksən,  neyniyim?
Yaşayırsan  -   imdad  elə,  fəhm  elə,
Səhv  eləsən  yaxşılıqda  səhv  elə.
Yarandınmı,  yaratdınmı,  rəhm  elə,
Amanımı  durub  kəssən,  neyniyim?
Kim  ki  sevdi  -   dünyasını  yaratdı,
Göz  yaşından  dəryasını  yaratdı,
Mənaların  mənasını  yaratdı,
Sevilməsəm,  sevilməsən,  neyniyim?
Sevənim  var,  məndən  ötrü  divanə,
Gül  balalar  mərd  başıma  pərvanə,
Bir  pərvanə  uçub  gəlir  bir  şama,
O  da  sənsən,  o  da  sənsən,  neyniyim?
Kim  ki  sevmir  -   yanmır  ötən  günlərə,
Dərd  yüküdü  özü  boyda  bu  yerə.
Ulu  kəslər  demədimi  min  kərə:
Sevənlərə  əhsən,  əhsən,  neyniyim?
M əhəbbətə  gülənləri  görmüşəm,
Qoşun  çəkib  gələnləri  görmüşəm,
Bu  meydanda  ölənləri  görmüşəm,
Görk  deyilik  nə  mən,  nə  sən,  neyniyim?
Məhəbbətsiz  bir  ev  gördün,  yıx,  uçur,
Od  bağrından  duyğuları  sıx  uçur,
Eşqin  seli  açıldısa,  hazır  dur,
Qalacaqsan,  öləcəksən,  neyniyim?
д а ?


Səyavuş  Sərxanlı----------------------------------------------
Ölən  bulaq,  talan  çaylar  kimindir? 
Yalan  günlər,  solan  aylar  kimindir, 
Kimdi  bilən  hay-haraylar  kimindir, 
Hardan  bilim  biləcəksən,  neyniyim?
Dərddi-qəmdi  bu  dünyanın  xoş  günü, 
Qəmsiz  günlər  taleyimin  boş  günü. 
Narahatlıq  ömrün-günün  baş  günü,
Gül  yaxam  yana  çəksən,  neyniyim?
Gözlədiyim-bəklədiyim  çox  olub, 
Qəlbə  dağlar  yüklədiyim  çox  olub, 
Gözlərimlə  təklədiyim  çox  olub, 
Gözlərimdə  bu  gün  təksən,  neyniyim?
II
Fikrimdə-duyğumda  çiçəkləyənsən 
İl  nədir  -   yüz  ildən,  min  ildən  soruş, 
Rəngimi-rufumu  görmək  istəsən, 
Əlindən  saralan  o  güldən  soruş.
Nədir  gözlərimdə  belə  şehləyən?
Gidi  dünya  -   çəmən,  eşq  -   iməkləyən... 
İndi  nədir  məni  belə  təkləyən,
Zil  ötən,  bu  daşan  könüldən  soruş.
Ağrı  da  çəkən  var  gül  səhərinə,
Qarğu  da  deyən  var  qarğı  yerinə. 
Ləçəklər  yağanda  qədəmlərinə,
Ahını  qan  salan  bülbüldən  soruş.
Mən  sənsiz  zülmlər  qucağındayam, 
Arzunun,  gümanın  od  çağındayam.
Vətən,  səslə  oğlunu
Şehli  bir  həsrətin  ocağındayam,
Sən  məni  qor  dolu  o  küldən  soruş.
III
Sən  şirinsən,  demək  dünya  şirindin, 
N ə  yazından,  nə  qışından  doymaram. 
Öpə-öpə  günlərini  birbəbir,
Həsrət,  istək  yağışından  doymaram.
Çay  çəkilər,  dəniz  gedər  dünyadan, 
Yazıq  bahar  təmiz  gedər  dünyadan. 
Doğma  gedər,  əziz  gedər  dünyadan  - 
Baxıb,  baxıb,  baş  daşından  dünyadan.
Düşən  yarpaq  nə  söylədi  bilmədim, 
Dinməz  dodaq  gileylədi,  bilmədim, 
Ana  torpaq  nə  eylədi  bilmədim  - 
Ölüm  adlı  savaşından  doymaram.
Mən  bir  çayam,  axıb,  axıb  durullam, 
Yurd  yeritək  dəfələm ən  qurullam. 
Ataların  yel  atından  yorullam, 
Anaların  arxışından  doymaram.
Ney  fəryadı  dağı-düzü  taladı,
Quzu  həyat  əllərimi  yaladı,
Qara  zurna  oynadanda  göy  atı,
Ağ  yolların  ağ  başından  doymaram.
Sizə  verdim  göy  üzünü  -   sizindir, 
Gəlin  ayı,  oğlan  günü  sizindir,
Bu  dünyanın  toy-düyünü  sizindir,
Bu  dünyanın  göz  yaşından  doymaram.
д
а
?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə