Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə75/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   68   69   70   71   72   73   74   75   76

Səyavuş  Sərxanlı-------------------------------- ----------------
XXI
Sapsanca  yarpaq  kimi  dözürdüm,
Qara  qışlı  bir  bag  oldum,  dözmürəm. 
Gözü  bağlı  bulaq  kimi  dözürdüm,
Dad  eyləyən  bulaq  oldum,  dözmürəm!
M ələr  quzum,  mənə  sarı  üz  tut  gəl, 
Olmuşları,  yeri-göyü  unut  gəl,
Ey  sinəsi  gülüstanlı  bulud,  gəl, 
Cadar-cadar  torpaq  oldum,  dözmürəm.
Dedim,  könül,  həsrətə  düş,  yaralan, 
Demədim  ki,  bir  yola  dön-qar  alan... 
Köçü  köçüb,  ocaqları  qaralan 
Ağlar  qalan  yaylaq  oldum,  dözmürəm.
Gəl  ki  əziz  qədəminə  gül  tökəm,
Yanıb,  yanıb  gözlərimdən  kül  tökəm,
O  mən  döyləm-yalan  deyəm,  dil  tökəm, 
Yalanlardan  qıraq  oldum,  dözmürəm.
Dumalar  da  küsdü-köçüb  getdilər,
Xan  Arazı  başçı  seçib  getdilər.
Boran  düşdü,  quşlar  uçub  getdilər,
Boş  yuvalı  budaq  oldum,  dözmürəm.
Eşqə  düşdüm,  qəm  döşünə  qatıldım, 
Oddan  çıxdım,  nə  odlara  qatıldım, 
Təbriz  kimi  unuduldum,  atıldım,
Bir  əsgərsiz  bayraq  oldum,  dözmürəm.
Qoşa  qanad  yeyin  uçar  küləkdən,
Şimşək  ola,  nə  çıxacaq  o  təkdən?
д
а
?
Vətən,  səslə  oğlunu
Şirinlikdən,  intizardan,  istəkdən 
Bir  çatdamış  dodaq  oldum,  dözmürəm.
Sənsiz  də  mən  yaranmışam  duyğudan, 
Səni  görüb  havalandım  yuxudan.
Daha  yanıq  neylərini  oxudan 
Sərxanlıyam,  dağ-dağ  oldum,  dözmürəm!..
EPİLOQ  ƏVƏZİ
Ömrün-günün  günü  gündən  xoş  gələ, 
Ötən  günlər,  ötən  çağlar  alınmaz. 
Gözlərimiz  ha  şehləyə,  yaş  gələ,
İlk  görüşə  yağan  o  qar  alınmaz.
Üzü  sənə  danışıram,  yar,  a  yar, 
Həkim  olar,  xəstə  döşü  yar  yarar.
Bir  qız  öptüm  əsə-əsə  bir  bahar,
Min  yaz  gələ,  həmən  bahar  alınmaz.
Sən  bu  qəmin  dadına  bax,  dadına, 
Ötən  günlər  bir-bir  düşər  yadına. 
Könlünü  tut  yüz  ayrılıq  oduna,
O  göz  yaşı,  o  intizar  alınmaz.
Oldu  nəsə...  ömür  düşdü  çaylığa,
Ah  bükürük  bu  gün  neçə  qayğıya, 
Yalvar,  yalvar-ahını  ver  qarğıya, 
Yenə,  tanrım,  köhnə  ahlar  alınmaz!
Üfüq  nəydi  -   gözümüzün  dan  yeri, 
Gözümüzdə  sökülürdü  dan  yeri... 
İstəyirsən  bu  gün  cənnət  san  yeri,
O  axşamlar,  o  sabahlar  alınmaz.
д а ?


Səyavuş  Sərxa n lı----------------------------------------------------------
Soruşma  ki,  daha  yazam,  ya  qışam,
Neçə  dəfə  kimi  deyib  yatmışam?
Sevib,  sevib...  günahlara  batmışam,
Ha  sevilim...  o  günahlar  alınmaz!
Şəmkir  -   Morul  kəndi, 
20-25  avqust  1982-ci  il
StüS?
XATİRƏ  ALBOMU


Səyavuş  Sərxanlı
Vətən,  səslə  oğlunu
Səyavuş  Sərxanlının  qardaşı  Telman  anası  Səadət 
xanım, 
həyat  yoldaşı  Tamilla  xanım  və  qızı  Pərvinlə
Şair  ailəsi  ilə  birlikdə
(.Ağdamın  Gülablı  kəndində  istirahət  zamanı)
'StPJS?
«SÜ2S?


Səyavuş  Sərxanlı
д а ?
Vətən,  səslə  oğlunu
Xalq  şairi  Məmməd  Araz,  Səyavuş  Sərxanlı  və  onun  qardaşı 
Telman  Sərxanda  xatirə  şəkli  çəkdirməyi  də  unutmadılar
Şair  Məmməd  Araz  və  Səyavuş  Sərxanlı  Şəmkirin 
sıra  ilə  düzülmüş  dağlarını  seyr  edərkən
д а ?


Səyavuş  Sərxanlı
İki  şairin  görüşü  -   iki  qəlbin  sevinci 
Səyavuş  Sərxanlı  İsa  İsmayılzadə  ilə
д а ?
Vətən

səslə  oğlunu
‘Yazarlar  ordusu  səf-səf düzülsün,  Hidayət  Orucov 
komandan  olsun!”  Soldan:  Hidayət  Orucov,  Nüsrət 
Kəsəmənli,  Səvavuş  Sərxanlı  və  Abbas  Abdulla
Xalq  artistləri:  Əbülfət  Əliyev,  Canəli  Əkbərov, 
Sovet  İttifaqı  Qəhrəmanı  Məlik  Məhərrəmov  və 
Səyavuş  Sərxanlı  əhali  ilə  görüş  zamanı
д
а
?


Səyavuş  Sərxanlı
Vətən,  səslə  oğlunu
Səyavuş  Sərxanlı  ilə  xalq  şairi  Məmməd  Arazın 
söhbəti  həmişə  maraqlı  olur
Sağdan:  İlham  Rəhimli,  Məmməd  Aslan  və 
Səyavuş  Sərxanlı.  Bakı,  Sahil  bağı


Səyavuş  Sərxanlı
S.Sərxanlı.  İtaliyada  səyahəti  zamanı
S Ü Ü ?
Vətən,  səslə  oğlunu
Xalq  şairi  Nəbi  Xəzri  və  Asif Ata  ilə
Soldan:  Səyavuş  Sərxanlı,  Əhəd  Muxtar,  Məmməd 
Araz,  İslam  Səfərli  və  Süleyman  Rüstəm
« s ö ?


Səyavuş  Sərxanlı
Soldan:  Vaqif Arzumanlı,  Tofiq  Bayram  və 
Səyavuş  Sərxanlı
«seii?
Vətən,  səslə  oğlunu
Soldan:  Səyavuş  Sərxanlı,  Əhəd  Muxtar,  Süleyman 
Rüstəm,  Sabir  Azəri  və  Aşıq  Şəmşir
Soldan:  Səyavuş  Sərxanlı,  Vidadi  Məmmədov, 
Əhməd  Cəmil,  Sabir  Azəri,  İsa  İsmayılzadə
t o ?


Səyavuş  Sərxanlı
Vətən

səslə  oğlunu
Şairin  qızı  Hicran  xanım
Şairin  nəvələri  -   Çingiz  Sultan-Sərxan  və 
İlahə  Sərxanlı
«ütüs?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə