Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə74/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   68   69   70   71   72   73   74   75   76

Səyavuş  Sərxanlı-----------------------------------------------
XIII
Qoşalaşıb  göy  üzünə  uçmuşuq,
Göy  ölübsə,  məndən  qanad  gözləmə. 
Biz  ki,  belə  bu  həsrəti  qucmuşuq, 
Rəhmdilə,  rahat  həyat  gözləmə.
İcazə  ver,  öz  dilimə  baş  əyim,
Öz  yurduma,  öz  elimə  baş  əyim, 
Yanım,  yanım,  öz  külümə  baş  əyim, 
Ocağımı  sönmüş,  boyat  gözləmə.
Sənli  başqa,  sənsiz  tamam  başqayam, 
Səninləyəm-sıralarda  başdayam,
Daş  qoyduğun  əziz  yerə  baş  qoyam; 
Çaylar  kimi  ötüm...  fəryad  gözləmə.
Gidi  dünya  qananlarla  dünyadı,
Yaşlı  gözdə  cansız  daş  da  mənadı. 
Damlanı  da  dərk  edəndə  dəryadı, 
Qanmayana  məndən  isbat  gözləmə.
Özün  boyda  bayramlara  dəyərsən,
Öz  sevginlə  ağır  başlar  əyərsən, 
Sevilməyi  bacarmasan  əgər  sən,
Onda  məndən,  məndən  imdat  gözləmə!
XIV
Qardı...  yağıb  qapımızı  o  kəsdi,
Ağ  bayraqlı  qara  qışa  inandım. 
Qarğışların  gileyləri  əbəsdi,
Yağışların  arxışına  inandım.
Vətən,  səslə  oğlunu
İnsan  öldü,  işi  bitdi  dünyanın,
Beş  qarışı  kama  yetdi  dünyanın. 
İnsan  gəldi,  insan  getdi-dünyanın 
Bir  quruca  qamışına  inandım
Ağılsız  baş  kimə  yardı,  bilmədim, 
Kimə  yazdı,  kimə  qardı,  bilmədim, 
Sevmədisə,  nə  apardı,  bilmədim, 
M ən  ağılın  faraşına  inandım.
Həsrətlərin  ağ  şamına  nə  deyim, 
Səhərinə,  axşamına  nə  deyim? 
Sevilənin  bayramına  nə  deyim, 
Sevilməzin  göz  yaşma  inandım.
Keflərimi  bəbəyindən  nalladım, 
Həsrətimi  dar  günümə  tulladım.
Ağ  qızları  öpə-öpə  yolladım, 
İnandımsa,  qaraşına  inandım.
Yatmışlara  qıylar  çəkən  sevginin, 
Köksümüzə  qəmlər  əkən  sevginin, 
Selə  dönüb-yıxan,  tikən  sevginin 
Bircə  həsrət  yağışına  inandım.
XV
Bir  məhəbbət  körpüsünü  adladım, 
Bir  ocağın  çiçəyini  sevmişəm.
Onu  nahaq,  özümü  haq  odladım, 
Köyrəklərin  köyrəyini  sevmişəm.
O  dağlara,  dağlar  ona  yaraşıq,
Gül  yapışan  topuqları  gür  işıq,


Səyavuş  Sərxanlı----------------------------------------------
Bir  işıqdı,  bir  işıqdı,  bir  işıq- 
Çıraqların  göyçəyini  sevmişəm.
Mən  də  oldum  eşqə  düşən,yol  azan, 
İndən  belə  yaşa  asan,  öl  asan;
Bir  xəzanam,  bir  xəzanam,  bir  xəzan- 
Daha  duma  lələyini  sevmişəm.
Bu  ağ  yolda  divanəlik  azdı,  az,
Bir  sevgiylə  qoca  dünya  dağılmaz! 
Daha  qürub  gözlərimdən  sağılmaz, 
Dan  üzünün  ləçəyini  sevmişəm.
Aya  deyin  göyə  mənsiz  baxmasın, 
Çaya  deyin  daha  mənsiz  axmasın, 
Sinəm  necə  qabarmasın,  qalxmasın, 
Bir  m ələklər  mələyini  sevmişəm!
XVI
Dünyaları  sizə  verdim,  yaşayın, 
Dərdlərimin  dəryasına  dəyməyin. 
Dəryaları  sizə  verdim,  yaşayın, 
Gözlərimin  dəryasına  dəyməyin.
Mənim  qəmlə  onun  mənlə  işi  var, 
Həsrətlərdən  od  sinəmdə  meşə  var,
İlk  sevgidən  əzəl  ana  döşü  var,
İlk  sevginin  mənasına  dəyməyin.
Məhəbbətsiz-al  səhər  də  zil  axşam, 
Sevməzlərə  lap  məhəttəl  qalmışam! 
Ömür  boyu  mən  pərvanə,  siz  də  şam, 
Ümidimin  çırasına  dəyməyin
« s o ?
------------------------------------------  Vətən,  səslə  oğlunu
XVII
Səsim-ünüm  yetməyirdi  heç  hara,
Səni  sevdim,  şəkər  oldum,  bal  oldum. 
Dərdsiziydim,  qəmsiziydim  biçara,
Dərdə  düşdüm,  Rüstəm  oldum,  Zal  oldum.
Qıy  çəkməsən,  onda  həyat  heç  nədi,
Kimlər  dindi,  kimlər  mısıb  dinşədi!
Ömür  yazıq  kəhər  olub  kişnədi,
Mən  yazıq  da  ayağında  nal  oldum.
H ərə  əkdi  səhvlərini  özüyçün,
Gözdən  tökdü  şehlərini  özüyçün.
Dostlar  çəkdi  keflərini  özüyçün,
Mən  də  belə  ağlar  oldum,  qal  oldum.
Danışırdım  göylə  çölün  düzündə,
Dərdlərimi  duydum  ayın  gözündə,
Boz  dünyanın  toylu-yaslı  üzündə 
Yana-yana  özüm  boyda  xal  oldum!
XVIII
Ölüm  haqdı  -   addımbaşı  bizimdi,
Az  ömürlü  büsatları  qoruyaq.
Ulu  göyün  nur  yağışı  bizimdi,
Nuru  geçən  həyatları  qoruyaq.
Qoça  yerin  qar-yağışı  nə  deyir,
Ayın,  günün  gül  baxışı  nə  deyir?
Gör  dağların  sel  naxışı  nə  deyir,
Yanıb  sönən  fəryadları  qoruyaq.
«
j ö
?


Ulu  göylər,  en  kömək  ol,  tək  mənəm, 
Bir  çaylağam,  sellər-sular  yüklənən. 
İmdada  yet,  haqq  yolunda  təklənən 
Səbrləri,  inadları  qoruyaq.
Ömrümüzü  dar  günlərdən  geçirən, 
Şirin  zəhər,  acı  şərbət  içirən,
Bir  gün  bizi  gül  çiynində  köçürən 
Qara  gözlü  övladları  qoruyaq.
Söz  demirəm  ki,  daş  ataq,  baş  tutaq, 
Söz  deyirəm-söhbətlərdə  yaşadaq. 
Sevgisizin  quyusuna  daş  ataq, 
Sevənləri-qanadları  qoruyaq.
XIX
Dünya,  əgər  son  əlacın  ölümsə,
Adım  sevgi  azarına  yazılsın!
Bir  adam  ol,  bir  bizə  də  gülümsə, 
Qıyma,  ömür  ah-zarına  yazılsın.
Dünya,  sirdə  sənə  çatan  deyiləm,
Mən  ki  sənin  anan,  atan  deyilən,
Mən  ki  səni  alıb-satan  deyiləm,
Qoyma  adım  bazarına  yazılsın.
Mən  dağlara  atam  kimi  vuruldum,
Gül  bağlara  anam  kimi  vuruldum, 
Vurğunlara  adam  kimi  vuruldum,
Adım  insan  gülzarına  yazılsın.
Selə  dönüb  tüstülənib  yox  olsam 
Sevənlərin  cərgəsindən  çıxılsam,
Səyavuş  Sərxanlı
---------------------------------------------------------
Sevəmməyib,  qəm  dağından  yıxılsam,
Səsim  Kərəm  məzarına  yazılsın.
XX
Günlərimi  sayıb,  səni 
Aya,  ilə  qısqanıram.
Sevib  səni,  duyub  səni,
Şirin  dilə  qısqanıram.
Qəlbə  axan  yaş  oldun  ki,
Yananlara  baş  oldun  ki,
Elə,  elə  xoş  oldun  ki,
Belə,  belə  qısqanıram.
Könlü  sənə  verən  gündən,
Qərib  gündən,  Kərəm  gündən,
Gül  üzünü  görən  gündən 
Səni  gülə  qısqanıram.
Kəmərini  bel  öpəndə,
Tellərini  əl  öpəndə,
Gül  bədəni  tül  öpəndə,
Səni  tülə  qısqanıram.
Mən  demirəm  çağlayanam,
Gecə-gündüz  ağlayanam,
Adi  neyəm  -   dağlayanam,
Tək  bülbülə  qısqanıram.
Sinən  qönçə  boşlayandan,
Gül  açmağa  başlayandan,
Ellər  səni  xoşlayandan 
Səni  elə  qısqanıram.
Sənsiz-  günə  gecə  deyim,
Bir  yaxın  dur,  incə  deyim:
Bir  könülsən,  necə  deyim,
Min  könülə  qısqanıram?!
---------------------------------------------------- 
Vətən,  səslə  oğlunu
«
3
?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə