Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə73/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   68   69   70   71   72   73   74   75   76

Səyavuş  Sərxanlı----------------------------------------------
IV
Şaxdım,  vüqarlıydım  sıldırım  təki,
Sən  gəldin,  bilmədin  nə  qan  eylədin! 
Düşdün  taleyimə  ildırım  təki,
Gülüstan  ömrümü  viran  eylədin.
Kaş  hamı  beləcə  virana  qalsın,
Dünya  -   məhəbbəti  yorana  qalsın, 
Kimin  qəlbi  nədi,  qoy  ona  qalsın,
Sən  məni  dərdləri  yoran  eylədin.
Qəmsiz  olmamışam,  bu  ellər  bilir, 
Çənsiz  olmamışam,  o  sellər  bilir, 
Könlümə  yaraşıq  könüllər  bilir,
Sən  məni  basılmaz  qalan  eylədin.
Keçir  bu  dünyadan  sərxoş  küləklər, 
Qəm  kimə  arxadı,  qəm  kimi  təklər! 
Gölüydüm,  öpürdü  məni  çiçəklər,
Sən  məni  qayalar  yaran  eylədin!
Göz  yaşın  bulaqdan,  buzdan  sərin  ki... 
Tufandan  dəlidi  bu  günlərin  ki...
Elə  şirin  oldun,  elə  şirin  ki  - 
Bu  şirin  dünyamı  yalan  eylədin!
V
Sevə-sevə  ömrü  xəzan  bilmişəm, 
Sapsarıca  yarpaq  kimi  dözürəm. 
Məhəbbəti  dərdli  ozan  bilmişəm,
Gözü  bağlı  bulaq  kimi  dözürəm.
д а ?
Vətən,  səslə  oğlunu
Verin,  verin  acılara  noğulu,
Duyan  mənim  şahım  olsun,  mən  qulu... 
Bir  oğulam,  öz  elimin  oğulu, 
Dumanlanan  bir  dağ  kimi  dözürəm.
Məni  həsrət,  xoş  duyğular  yaratdı, 
Duyğusuzlar  ürəyimi  qanatdı.
Kim  dedi  ki  keflər  ömrə  qanaddı?
M ən  qəmlərə  dustaq  kimi  dözürəm.
Ay  oynada  -   gədə  yenə  şah  olmaz,
Can  yanmasa,  dil  bayrağı  ah  olmaz.
Bir  qız  kimi  xəzan  oldu  yazıq  yaz, 
Ölənlərə  ortaq  kimi  dözürəm.
Qəm   yükünü  kim  çəkməyə,  kim  çəkə? 
Ömür  nədir  -   ölüm  adlı  təhlükə!
Dünya  məni  ha  şumlaya,  ha  əkə  - 
M ən  torpağam,  torpaq  kimi  dözürəm.
VI
Ömrü-günü  kitab  kimi  varaqla,
Hər  ağızdan  çıxan  sözə  inanma. 
İnanırsan  -   ağlar  gözü  soraqla, 
Dünyasında  gülən  gözə  inanma.
Əsil  sevən  kölgə  olmaz,  sürünməz,
Uca  zirvə  yaltaq  duman  bürünməz,
Elə  yandım,  tüstüm  gözə  görünməz, 
İnanmırsan,  küldə  közə  inanma.
Mən  dostlara  aşinayam,  qanmışam,
Dost  yükünü  daşıyanam,  qanmışam.
д
а
?


Səyavuş  Sərxanlı--------------------------------------------
Mən  bugünü  yaşayanam,  qanmışam, 
Sabah  adlı  quru  düzə  inanma.
YII
Divlərin  dizini  yerə  vurmuşam, 
Divanə  olmuşam,  hardan  biləsən? 
Yüzünə,  mininə  saray  qurmuşam, 
Viranə  qalmışam,  hardan  biləsən?
Çobanın  qar  basan  dağından  ötrü, 
Bağbanın  yel  kəsən  bağından  ötrü, 
Yetimin  o  gizli  ahından  ötrü 
Buludtək  dolmuşam,  hardan  biləsən?
Yaşamaq  həsrəti  səndə,  məndədir, 
Dünyanın  günahı  qara  qəmdədir. 
Ölən  sevgilərim  bu  sinəmdədir, 
Qəbristan  olmuşam,  hardan  biləsən?
YIII
Sevmişəmsə,  yanmışamsə,  udmuşam, 
Qara  bulud  şimşəklədi-yaşadım.
Mən  üzümü  göy  üzünə  tutmuşam, 
Duma  səsi  lələklədi-yaşadım.
Biz  dünyanı,  dünya  bizi  yeyəsi...
Bir  sözüm  var  deyəsiyəm,  deyəsi: 
Bizdən  sonra  dünyamızın  yiyəsi 
Bir  gül  körpə  iməklədi-yaşadım.
Eşqə  düşdü  can  unutdu  aləmi, 
Gözlərinə  təpdi,  uddu  aləmi,
Vətən,  səslə  oğlunu
Həsrət  aldı,  ətir  tutdu  aləmi,
Boz  iydələr  çiçəklədi-yaşadım.
Yenə  könlün  sarı  simi  açıldı,
Od  fəğanı,  gül  nəsimi  açıldı, 
Qızlarımız  qönçə  kimi  açıldı, 
Pərilədi,  mələklədi  -   yaşadım.
Gönlümdədir  göy  suların  sel  üzü, 
Dilimdədir  kaman-tarın  tel  üzü, 
Haçan  güldü  taleyimin  gül  üzü?- 
Harda  həsrət  küləklədi,  yaşadım!
IX
Ömür-ölüm  savaşına 
Bayraq  kimi  gələcəyəm. 
Sev,  xəstə  düş,  göz  yaşma 
Yaylıq  kimi  gələcəyəm.
Dərdim-qəmim  az  olmamış, 
Qış  olmuşam  yaz  olmamış. 
Taleyinə  yazılmamış 
Varaq  kimi  gələcəyəm.
Gözlə,  gözlə,  gözlə  məni, 
Səslə,  səslə,  səslə  məni, 
İstə,  istə,  istə  məni- 
Bulaq  kimi  gələcəyəm.
Qəm-atından  düşən  deyil, 
Zülm  eləmək  peşəm  deyil, 
Zülmət  mənim  işim  deyil, 
Çıraq  kimi  gələcəyəm.


Səyavuş  Sərxanlı--------------------------------
Qurban  ollam  dönə-dönə... 
Xoş  günlərin  qalsın  sənə, 
Mən  gələndə,  dərdlərinə 
Ortaq  kimi  gələcəyəm.
X
Mən  ki  belə  sevdim  səni, 
Üfüqlər  yelkənim  olsun.
Sev  ki  məni,  sev  ki  məni- 
Daşlıq  da  çəmənim  olsun!
Biz  körpəyik,  həsrət  böyük, 
Dumalarıq  bölük-bölük, 
Dönüklükdü  ən  ağır  yük, 
Olsa,  o  yük  mənim  olsun!
Yaşamasaq  qəlbi  dolu,
Qəmi  dərin,  eşqi  ulu,
Bu  düyanın  Əli  yolu 
Sənə,  mənə  qənim  olsun!
XI
Gül  tökülür  ləçək-ləçək,
Min  aləm lər  dolandırır. 
Bizim  kimi  kim  biləcək 
Tarı  simlər  dolandırır?
Gördük  bu  qoca  dünyanı, 
Ömür  kəsib  darayanı;
Gör  nə  boyda  dəyirmanı 
Himlə-çimlə  dolandırır.
------------------------------------------  Vətən,  səslə  oğlunu
Yanan  bilir,  yaman  bilə,
Qanan  bilir,  nadan  bilə,
Dörd  yan  bilir,  vicdan  bilə- 
Kimi  kimlər  dolandırır?
Baxtdı  ömrün  baş  yiyəsi,
Kim  qazanıb,  kim  yiyəsi?
Hərə  bir  can  girləyəsi- 
Məni  qəm lər  dolandırır.
XII
Axır  tale  üzümüzü  ağartdı,
Harda,  necə-ay  baş  tacım,  soruşma.
Niyə  dünya  bu  nağılı  yaratdı,
Sən  oldunsa  qəm  əlacım,  soruşma.
Sən  ki  eşqə  titrəyənsən,əsənsən,
Deyəmmərəm  ümidimi  kəsənsən.
Bilsəm  yersiz  küsdürənsən,  küsənsən- 
Gedim  kimə  işıq  saçım,  soruşma.
Min  dünyadan  bir  dünyaya  gəlmişəm,
Milyon  kərə  doğulmuşam,  ölmüşəm.
Gen  dünyanı  sənsiz  tabut  bilmişəm,
N iyə  durum,  niyə  qaçım,  soruşma.
Sevildinsə,  aşılacaq  dağ  asan,
Sevirsənsə,  sən  də  bir  cür  tanrısan.
Sən  buludsan,  mən  torpağam-yağmasan,
Necə  durub  çiçək  açım,  soruşma.
«SI’ S ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə