Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə66/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   62   63   64   65   66   67   68   69   ...   76

Səyavuş  Sərxanlı
Üzü  döndü  hamının,
Hamının  döndü  üzü.
Alışan  varaq  kimi
kösöyləndi  yaddaşı, 
tüstüləndi  gündüzü. 
Bir  də...  dostlar  neyləsin,
Dostun  nə  günahı  var?
Bu  insaf deyilənin 
Üstündə  Allahmı  var?
Bir  belə  ki  qəmlərə,
Əzablara  tuşdu  o  - 
Çox  sərt  olmuşdu, 
yaman
dözümsüz  olmuşdu  o!
Dost  yolunda  sonacan 
hamı  naza  dözəmməz.
Özgəyə  gün  ağlayıb,
Kimdi  özündən  keçən  - 
Ömrə  verilmir  əvəz!
Könül  xaraba  qaldı  - 
Dostun  yaxası  kimi 
açılıb  bağlanmadı 
daha  tez-tez  qapısı.
Elə  o  gedən  oldu 
gedənlərin  hamısı.
Hara  getdi  o  çağlar,
O  təpərli,  qəhərli,
O  şəhərli  dodaqlar?
Hara  getdisözlərin 
Güllərlə  dilləşməsi?
Hara  getdi  ürəyin 
ağılla  güləşməsi?
Hara  getdi  o  vədlər,
Çağırışlar,  dəvətlər?
Soyuyanda  dost  əli,
N iyə  sınmadı  göylər?
Söhbət...  tostlar...
Şeirlər
Karvanını  çəkmədi 
Daha  səhərə  qədər...
Daha  səhərə  qədər 
Natalya  yan  otaqda
yuxusunu  qatmadı.
Daha  səhərə  qədər 
Uşaqları
qanadlı
şeirlər  oyatmadı.
Daha  əw əlkisayaq 
İşıq  dolu, 
od  dolu
Fikirlər  toqquşanda,
ev  qopmadı  yerindən.
Divarlar  tərləmədi 
Birdən  bir  həftə  çəkən
mübahisələrindən...
H ərə  getdi  bir  yana,
Çəkildi  öz  qınına, 
hərə  bu  evdən  bir-bir,
kəsəndə  ayağını  - 
bulud  gəldi,  qar  aldı 
Şeirin  aydınlığını.
Endi  evə  duman, 
sis...
Bir  yandan  da
bu  Dantes!
Yox.  Dünya  döndü  deyən?
Bu  cür  yaşamaq  olmaz;
---------------------------------------------------- 
Vətən,  səslə  oğlunu


Xilas  olmalı,  xilas!
Xilas  olmalı,  xilas!
Bu,  qadınım...  O,  borclar... 
Bu  dostlar,  o  da  ki,  çar... 
Hara  dönürsən  -   kələk, 
Hara  dönürsən  -   hiylə. 
Ürəklilər  boğulur 
Ürəksizlər  əliylə.
Şair  olan  sürünməz,
Şair  belə  yaşamaz;
Xilas  olmalı,  xilas!
Xilas  olmalı,  xilas!
Ü rəyə  qəm  içir  getsin  - 
Birincilər  yorulanda. 
Eli-günü  köçür  getsin, 
Birincilər  vurulanda... 
Aman,  şair!
Aman,  şair!
Oyan,  şair!
Getmə,  dayan,  dayan, 
dayan,  dayan,  şair!
Sən  ki,  təzə  hava  qatdın 
Şeirin  ilahi  səsinə, 
Rusiyadan  ilk  addımladın 
Dahilərin  cərgəsinə  - 
Yaxasını  odla  yırtan 
G ecələrə  rəhmin  gəlsin, 
Ürəyində  növbə  tutan 
Qönçələrə  rəhmin  gəlsin! 
Qurban  olsun  sənə,  şair, 
Çar  özü  də,
Səyavuş  S ərxa n lı
---------------------------------------
çarın  sərxoş  sarayı  da.
Rəqslərdən  bihuş  olan
gizli  həzzlər  alayı  da!
Borca  görə  qəm  eləmə, 
borc  qayıdar:
Bu,  qadındır,
O,  böhtandır  - 
Şair  bir  az  ayıq  olar!
H ər  uğura  calanmayan 
qismətindir  ulu  şeir;
Tanrı  üzün  göylərdədir  - 
O  göylərə  rəhmin  gəlsin;
Adın,  sözün  loğman  kimi 
dərman  kimi
evlərdədir  -
O  evlərə  rəhmin  gəlsin.
Rəhmin  gəlsin  m əhəbbətə  - 
sənsiz  neynər?
Rəhmin  gəlsin 
Tamaşası  göz  istəyən,
Dürlü-dürlü  söz  istəyən 
Təbiətə  -   sənsiz  neynər?
Nevanın  boz  sinəsindən 
Dəriləndə  ağ  dumanlar,
Sızıldayıb  gün  altına 
Səriləndə  göy  ormanlar,
Qulağını  yola  tutan 
Ağcaqayın  meşələri 
Həsrətindən  sındıranda
əl-qolunu  -  şüşələri,
Tabaq-tabaq  göy  ulduzu,
Göz  yaşıtək  sayrışanda,
Çiçəklərin  büllur  gözü
----------------------------------------------------  
Vətən,  səslə  oğlunu
s u s ?


İnci  yığıb  alışanda,
Baxıb,  baxıb  bu  dünyaya 
Ayın  beli  əyiləndə,
Axııb,  axıb  bu  dünyaya  - 
Çayın  neyi  yeyiləndə,
Ulu  göydə  dalğa  kimi 
Ağ  buludlar  yeriyəndə,
Döş  istəyən  çağa  kimi 
Ağ  şim şəklər  kiriyəndə, 
M əhəbbətin  gül  nəfəsi 
Saçılanda  yerə-göyə,
Dörd  balanın  qöncə  ağzı 
Açılanda  “ata!”  deyə  - 
Kim  sıxacaq  de  onları 
Ürəyinin  köz  başına?
Kim  qoşacaq  yazanları, 
yozanlan,
ozanları
naləsinə,
nərəsinə,
çağrışına?!
Dayan,  şair!
Oyan,  şair!
Birincilik  işığında 
Allah  olub  sən  yazanda  - 
Təksən,
təksən,
təksən,
təksən;
Dünya  şeiri  qarşısında 
Öz  yerinə  -
Təkliyinə  cavabdehsən!
Səyavuş  S ərxa n lı
----------------------------------------------------
<{
611
?
Vətən,  səslə  oğlunu
“Moyka-2”  1  yolu...
H əm ən  yolla  geriyə 
İki  karate  dönər:
Birində  yorğun  gözəl,
Birində  yaralı  ər!
Birinin  vals  havası 
İşıq  səpir  yoluna.
Birinin  ölüm  girib,
qara  ölüm  -   qoluna! 
İyirmi  yeddisi  yanvar...
H ər  yan  -   Cahan 
qardı,
qardı,
qardı,
qar!
Tabut  şamları  kimi
yanır  ağcaqayınlar...
EPİLOQ  ƏVƏZİ
Ölümün  sahili  var  -
O  günün  sahili  yox! 
Zülümün  sahili  var  -
O  günün  sahili  yox. 
Ədavətin,  nifrətin,
M əhəbbətin,  hörmətin,
Qışın,  payızın,  yazın,
Dünyada  toyun,  yasın 
Sahili,  sahili  var  - 
O  günün  sahili  yox...
1. 
Y a r a lı  P u şk in in   c a n   v e r d i y i  e v


Səyavuş  S ərxa n lı--------------------------------------------------------
Bir  ölü  gözü  kimi 
açıq  qalan  o  günə 
Zaman  da  bir  an  deyil;
O  gün  çəkib  özünə  - 
həyatın  özü  kimi
bitib  qurtaran  deyil.
Dünya  durduqca 
O  gün 
İllər,  əsrlər  aşır  - 
Şeirlə,  şairlərlə 
Addımlayır  yanaşı L
Moskva  -   Leninqrad, 
Yanvar,  1980-ci  il
ANALI  DAĞLAR
Dağlardan  dərdiyim  bu  çiçəkləri 
Anamın  adına  bağışlayıram...
M üəllif
I
BAYATI
Dağlar  hər  şey  yetirməz,
Yetirdisə,  itirməz,
İtirdisə,  bitirməz  - 
Aman  hey!
II
OBAMIZIN  BAYRAMI
Dur,  a  könül,  qatar  getdi,  haqlayaq,
Gedək  odlar  torpağına  baş  çəkək.
Ayrılığı  yolda  yoraq,  saxlayaq, 
Gedək  vüsal  sorağına  baş  çəkək.
'ətən,  səslə  oğlunu
Dünya  batıb  nərgizlərin  ətrinə,
Ay  səpilib  həsrətlərin  çətrinə,
Gedək  əziz  m əhəbbətin  xətrinə 
Bulaqların  dodağına  baş  çəkək!
Davamsızdı  bu  ömür-gün  yollan, 
Döşümüzə  qataq  bütün  yollan, 
Balasızdı,  soyuyubdu  qollan,
Gedək  ana  qucağına  baş  çəkək.
Dağdan  ağır  müdriklərin,  pirlərin, 
Vüqarı  şax,  sözü,  işi  birlərin,
Nuranilik  taxtındakı  ərlərin 
Gedək  hikmət  çırağına  baş  çəkək.
Dur,  ağ  günə,  qəmə  ortaq,  dur  görək, 
A  noğul  bəy,  Saday  Budaq,  dur  görək, 
M aarif Soltan,  körpə  bulaq  dur  görək, 
Gedək  dağlar  oylağına  baş  çəkək.
Obamızın  bayramları  bizik,  biz, 
Üzülməsin  ətəyindən  əlimiz.
Gedək  görək  nə  təhərdi  elimiz,
Gedək  ata  ocağına  baş  çəkək...
III
YOL  GEDƏSƏN  ÖMÜR  BOYU
Dikilibdi  yerin-göyün,
Gözü  dağlara,  dağlara.
Hal  əhlidi  -  gözəlliyin 
Sözü  dağlara,  dağlara.


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə