Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə65/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   61   62   63   64   65   66   67   68   ...   76

Səyavuş  S ərxa n lı----------------------------------------------
***
Ömrünü  qoşub  neyə,
Bağlandığı  hər  şeyə
ürəklə  bağlanıb  o.
T əpədən-dımağacan
Şeir  silahlanıb  o.
Ürək  qanıyla 
şair
təzə  gözəlliklərə 
Təzə  yollar  açandır.
T əpədən-dımağacan
İşıqdı,  titrəyişdi,  duyğudu,  həyəcandı.
Qələm -dəftəri  deyil,
Uğuru,  taleyidi
yanır,  yanır  əlində.
Gecə  yuxuları  da 
Misraların  selində.
Odur  qürub  çağının, 
dan  yerinin  atəşi.
Sinəsindən  boy  verir 
M əhəbbətin  günəşi,
şeiriyyətin  günəşi...
-   Nataşa,  Nataşacan!
-   Yenə  oyatdın  məni?
-   Nataşa,  bir  qulaq  as,
Təbrik  edirəm  səni:
İlham  gəldi  indicə 
Şeir  yazdım  gör  necə?
-  Sən  oxu,  eşitmirəm,
Yatmaq  üçündür  gecə...
S O ?
____________________________  Vətən,  səslə  oğlunu
Yorğun-arğın  əsnəyib,
Döndü  üzü  divara.
Yıxıldı  şair  evi, 
od  düşdü  duyğulara.
Yatır  evin  xanımı,
Yatır  birinci  gözəl.
Saray  balında  -   bahar,
Evdə  saralan  xəzəl.
“Gecə  yatmaq  üçündür,
Sən  oxu,  eşitmirəm”...
Pəncərənin  önündə 
Susur  heyrətlə  aləm.
Sanki  inləyir  gecə,
“Gecə  uzun,  ay  batmaz”.
Oyaq  şair  könlünü 
Öz  şeiri  də  oyatmaz!
O  sinədən  od  aldı,
Qalxdı,  ucaldı  sənət.
Bir  qanadı  -   el  qəmi,
bir  qanadı  -   məhəbbət.
Dünyadı,  nə  deyəsən,
Rəhmi,  insafı  yoxdur.
Ürək  tonqal  olsa  da,
Otaq  yenə  soyuqdur.
Yıxılır  şair  evi, 
qəm  çökür  duyğulara.
Yatır  şair  qadını,
Yatır  üzü  divara...
Oyaq  şeirin  nurunda 
uyuyur  bal  dəlisi.
Rusiya  qızlarının
S O ?


Ən  şahı,  sevməlisi.
Yuxuda  gülümsəyir,
Yenə  nə  olub  belə?
...Yenə  saray,  yenə  bal,
Yenə  Dantesdi  gələn!
Dantes,  Dantes...  bu  barən 
Başdan-başa
qan-qada.
Yuxusundan  eləyib 
Cavan  qızlar  bir  yana,
yaşlı  qadınları  da.
Şux  yerişli,  duruşlu,
Ucaboy,
qamçıbədən,
Göl  kimi  mavi  gözlü,
Göy  kimi  sirdə  itən.
Kişi  gözəlliyinin
şirinliyi,  şöləsi; 
Sərxoş  saray  əhlinin 
M əhəbbət  zəlzələsi!..
Hamı  tək  ona  baxır,
O  baxır  tək  birinə.
Natalyanın  gözləri
keçib  yenə  girinə. 
“Sənsiz,  sənsiz,  onu  bil,
Mənim  bir  günüm  yoxdur,
Ölüm  var,  dönüm  yoxdur!”
“Yox,  nə  deyər,  nə  deyər  xalq? 
Sən  Allah  boğun  getsin
bu  arzunun  səsini. 
Qəlbim  sənindir,  ancaq
bədənim  özgəsinin...”
Səyavuş  S ərxa n lı
------------------------------------------------
4 0 ?
Yuxusunda  nazlanır 
Valsların  qucağında.
Bir  şehli,  bir  ətirli,
Yuxulu  gül  kimidir 
səhərin  bu  çağında.
Gah  gülür, 
gah  inləyir, 
gah  sıxılır  divara.
Yıxılır  şair  evi,
Səs  düşür  qapılara.
Necə  daraldı  göylər,
Necə  düşdü  duman,  sis?
Qara  bir  kölgə  kimi 
Gəzir  otaqda
Dantes!
Onun  qədəmindədir 
Taleyin  sərt  pilləsi.
Onun  qədəmindədir  - 
Otuz  yaşda  dul  qalan 
Rusiya  gözəlinin
dəbdən  düşən  şöləsi...
Şair  yer  tapa  bilmir,
Qəlbi  aldada  bilmir,
Qəmi  ovuda  bilmir!
Köksünün  ağrısını 
Gözünə  sıxa-sıxa,
Ayaqları  ucunda
adladı  yan  otağa.
Öpdü  dörd  balasının
aya  oxşar  üzündən;
Ö ?
----------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Öpdü  dodaqlarından,  əllərindən,  gözündən; 
Durdu  dörd  çarpayıya 
Ata  baş  daşı  kimi.
Ulduzlar  tökülürdü
çöldə  göz  yaşı  kimi...
Eh  kimin  nə  vecinə,
Kimdi  gələn  köməyə?
Şair  borc  içindədir,
Can  yığılıb  xirtdəyə!
Dünya  xəyal,  duman,  sis;
Bir  yandan  da  bu  bəla  -   bu  əcnəbi, 
bu  Dantes!
Gününə  bax,  gününə  - 
Saraya  kimlər  axır?
G əlm ələr  başa  keçib,
Vətən  qıraqdan  baxır!
Evdə  hər  şey  yad  kimi,
Sirli,  sözlüdür,  durub.
Borc  şığıyıb
ley  kimi
Rahatlığı  uçurub.
Hanı,  hanı?
Evin  qabaqkı
o  xoş  havası  hanı?
Otaqların  gül  üzü,
Bayram  libası  hanı?
Çökdü  göy,  qopdumu  ay?
Niyə  pəncərələrdə 
Ulduzlar  güllənməyir?
Güllər  açmır  od  kimi?
t O ?
Səyavuş  Sərxa n lı
------------------------------------------------------------------
Neçə  aydı,  neçə  ay,
Nə  gələn  var,  nə  gedən  - 
Piano  dillənməyir;
Otağın  bir  küncündə
qaralır  tabut  kimi...
Zaman  soyuyub, 
daha
Əsmir  insaf küləyi.
Gündüz  çıraqla  da  gəz  - 
Tapa  bilərsənmi  bir
m ərhəm ətli  ürəyi?
Oğul  danır  atanı,
Ana  qalıb  tənha,  tək.
Qardaş  qaçır  bacıdan,
Dostlar
didərgin  külək,
Hamısı  da  dolanmaq,
Çörək  ehtiyacından.
Can  verən  tapılardı,
Pul  verən...  hanı  heyi?
Borc  alandan  ağırdı
Borc  verənin  çəkdiyi...
Aləm  qarışıq,  soyuq.
Ötən  çağdan  iz  də  yox.
Təkayaqlı  dərd  kimi 
Zaman  mürgü  içində.
Oyaqdı  şair,  oyaq  - 
Köksü  bürkü  içində.
Yapışır  qıvrım-qıvrım
qıvrılan  saçlarından;
Can  -   ada,
Qayğı  -   dəniz;
Bir  yandan  da  bu  baron,
t O ?
----------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Bu  əcnəbi,  bu  iblis,
Dantes,  dərd-bəla  Dantes!
M əclislər  uzun-uzun...
Dörd  bala,  neçə  qohum 
göz  dikib  bir  qələm ə  - 
xərc  deyir,  kömək  umur.
Şairsə  aslan  kimi
sığmayır  qəfəsinə, 
od  qatıb  nəfəsinə, 
söyür,  kimisə  söyür, 
Kimdənsə  ürək  umur.
Varı-yoxu  ürəkdir,
Onu  aldada  bilmir.
Beş-üç  şahıdan  ötrü
ilhamı  sata  bilmir.
O  bilir,  duyur,
görür  -
Dan  yerindən  gözəldir 
istedadın  dan  yeri;
Haramdır  ləyaqətə,
M əhəbbətə,  saflığa,
Həqiqətə  xəyanət,
Haramdı  söz  alveri!
“Tunc  atlı”sı  üç  ildi 
Yatır  siyirtməsində;
Neçə  şer,  poema,
Dram  yan-yörəsində.
Halal,  hazır  əsərlər 
Çap  üzü  görsə  əgər  - 
Gözü  çıxmış  bu  qəm  də 
Çıxıb  bu  evdən  gedər!
Borc  da  dəyirman  kimi 
Üyütməz  ümidini.
m
?
Səyavuş  S ərxa n lı
-----------------------------------------------
Göz  önündə  balalar 
Sovulmaz  qönçə  kimi.
Vətən,  səslə  oğlunu
Otaqda  gözə  dəyən 
Nə  varsa,  qaldı  yarı.
Günə  bax,  dirliyə  bax  - 
Satdı  büllur  qabları.
Satdı  ömürdən  baha 
Dostları  -   kitabları!
Yazdı  ki,  atasına,
Orda  batmayın  yasa, 
Mixaylovskini  satın,
Yaxşı  pul  verən  olsa...
Ömrünün  son  ayları 
Elə  borc  dedi  durdu.
Ötən  duma  alayı 
Borcu  çatmayanların
gileyitək  uçurdu. 
Şair  titrəyir,  əsir  - 
Ailə  borc  içində,
Arvad  bala  tələsir.
Allah  bəla  göndərib 
Peterburqa  Dantesi!
Başında  bir  fikir  var,
Daha  əymir  qəddini  - 
Üfüqlərə  calayıb 
Qəlbinin  sərhəddini.
O  fikir  doğulandan 
Rahatdı  səma  kimi,
Azaddı  hava  kimi...
Şair!  Saxla  fikrini!..
s m ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə