Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə61/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   57   58   59   60   61   62   63   64   ...   76

Dünyada  təzə  bir  sevgi  var  deyə,
Doğulum  təzədən,  ölüm  təzədən; 
Sevməsək,  düşmənlər  şadlanar  deyə, 
Təzədən  sev  məni,
gülüm,  təzədən...
1971-ci  il
Səyavuş  Sərxa n lı
------------------------------------------------------------------
BİR  DƏ  O  HAVALAR 
ƏSMƏZ  BAŞIMDAN
Bir  də  o  havalar  əsməz  başımdan, 
Ağlamaz  bu  könül,  daha  ağlamaz;
Bir  az  duman  qalıb  o  göz  yaşından, 
Bir  az  da  buz  bulaq  -  daha  çağlamaz. 
Qismət  ki,
heç  nədən  alışan  oldu, 
Dolaşdı  bir  sevgi  macərasında;
Həyat  başdan-başa  pərişan  oldu,
Qaldı  öz  adıyla  qəm  arasında. 
Qurbanı  olduğum  dəli  məhəbbət 
Bir  də  səndən  ötrü  yırtarmı  yaxa? 
Yox,
gedən  qayıtmaz,  getdi  o  həsrət  - 
Mən  səni  sevmirəm,
Sevmirəm  daha.
Sənə  demirəm  ki,  itki  asanmış;
Sənsiz  çox  odların  çayı  keçilmiş. 
Sənsiz  -  gündüzlərin  ömrü  uzanmış, 
Sənsiz  -  gecələrin  boyu  kiçilmiş. 
Günlər  qayğı  olub  yağır  başıma, 
Qəmsiz  yaşayımmı  -  fikrimdə  sənsən. 
G özəllər  gözəli  çıxır  qarşıma,
Sənə  oxşayırmı  -  fikrimdə  sənsən.
д а ?
Vətən,  səslə  oğlunu
Şirin  xatirələr  gülüstanında 
Təklik  ümidini  bağlar  sabaha;
Bir  fəsil  örtülər  eşq  dastanında  - 
Mən  səni  sevmirəm,
Sevmirəm  daha.
Ayrılıq  özü  də  həyat  kimidir  - 
Fikrin  dumanında  itəni  olur.
Atılan  sevgi  də  övlad  kimidir  - 
Ömürlük  üz  tutub  gedəni  olur.
Sonra  ha  soraqla,  sonra  ha  çağır,
Harayın  daş  olub  quyuya  düşər.
İsmarla,  lap  ilan  dili  də  çıxar,
Qayıtmaz,
səhvlərin  baxıb  gülüşər.
İndi  başına  döy,  yeri,  əvəz  gəz,
(Eşqə  can  verilər,  əvəz gəzilməz!)
Dünyada  nə  var  ki  bu  dərddən  baha  - 
Mən  səni  sevmirəm,
Sevmirəm  daha!..
M əhəbbət  -  demə  ki,  boynu  buruqmuş 
Ağılı  aldadıb  qaçırar  sonra;
M əhəbbət  bir  ipək  boyunduruqmuş  - 
Sonra  üzə  çıxar  qançırı,  sonra.
Yox,  daha  baxmaram  dünyaya  küskün,
Onun  günəşinə,  ayına  qurban. 
Gəzib-dolaşmaram  ürəksiz,  üzgün,
Ömrün  harayına,  hayına  qurban.
Çətin  unudaram  o  çətin  anı,
Son  qoydu  sitəmə,
amana,  aha;
D incələr  bəlalı  könlümün  canı  - 
Mən  səni  sevirdim,
Sevmirəm  daha!..
1974-cü  il
д
а ?


Səyavuş  Sərxanlı
NƏVƏMİN  BİR  YAŞINA
Ay  işığı  nədir  sənin  yanında,
Gözəllikdə  təksən,  təksən,  İlahə!
Bu  yaş  çağı  nədir  sənin  yanında,
Sən  ulu  bir  gələcəksən,  İlahə!
Üz-gözündü  xatırladan  gündüzü,
Tellərinə  ulduz  düzüm,  gün  düzüm. 
İnsanların  arasında  ən  düzü,
Göydən  enmiş  bir  mələksən,  İlahə!
Gülüşlərin  ev-eşiyə  dolanda,
Ürək  dönüb  dünya  olur  bir  anda,
Körpə  səsi  göy  səsidir  cahanda,
Min  arzusan,  min  diləksən,  İlahə!
Böyü,  böyü...  bu  dünyanı  sən  tanı, 
Torpağını  düşməninlə  tən  tanı, 
Çəkəmməzsən...  deyəmmərəm  qəm  tanı, 
Hələ  zərif kəpənəksən,  İlahə!
Səsin  gəlir,  qəlbimizə  nur  dolur,
O  nə  dildi  danışdığın  sirr  dolu?!
Mən  gülləri  neyləyirəm  -   tez  solur,
Sən  canlıca  bir  çiçəksən,  İlahə!
Bakı,  2001-ci  il
ARİF  DÜNYASI
Xalq  artisti  A rif Quliyevə  həsr  olunur
“Bir  payız  günündə  görüşəndə  biz”,
Görsək  də  nə  yaşın  xəzanıdı  bu;
Qoşa  qanad  oldu  ürəklərimiz  - 
Uçduq,  qışdan  keçib  bahara  doğru!
Barışmaz  ayrılıq  havası  ilə,
Daşdan  da  məhəbbət  qoparandı  o.
Öz  ağlı-qaralı  dünyası  ilə 
Bizi  dünyamıza  qaytarandı  o.
Qəhqəhə  çəksə  də,
Gizli  yası  var,
Görən  hardan  alır  qüdrəti  belə?!
Onun  da  özünün  Otellosu  var,
Onun  da  özünün  Hamleti  belə...
Keçər  şirin  candan  -   ölüm  əlacsa,
Qəmiylə  qəbiristan  yaşını  ötər.
Düşmən  tapdağında  torpaq  gül  açsa,
Başına  dünyanın  daşını  tökər.
Göyü  də  sındıran  qəhqəhəsidir,
Duyun,  gülə-gülə  bulud  tək  dolun.
Hər  şaqraq  gülüşü  bir  pilləsidir,
Beşikdən  məzara  at  çapan  yolun!
Onu  tək  qalanda  görəsən  ancaq  - 
Yerişi-duruşu  sinə  dağlayar.
Sən  onun  sənətkar  taleyinə  bax:
Bir  gözü  güləndə,
Biri  ağlayar...
----------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Ruhu  göydən  gələr,  ahı  dərindən, 
Addımlayan  işıq  desəm  az  olar.
Hərdən  ala  gözdən,  kirpiklərindən 
Damla  asılmaz  ki,
Dünya  asılar!
Taleyi  odlardan  keçməyib  asan,
Ona  sərt  baxmayın,  qəlbi  qanayar!
Özü  yetimliklə  böyüyən  insan,
İndi  yiyə  durur  yetimxanaya.
Gülüş  qılıncıyla  biçsə  də  yası,
Bir  qəm  zəmisidir,
Sünbülü  dən-dən;
Bir  parça  Vətəndir  Arif dünyası,
Aşmışıq  dünyanın  üfüqlərindən.
Bakı,
21  noyabr  2005-ci  il
SİNƏSİ  SAZLI  DÜNYA
Aşıq  Ədalətə
Köyrək  körpə  qığıltısı,
Şahin,  tərlan  qıyıltısı,
Korun-korun  yanan  ocaq,
Yazlı  yaylaq,
buzlu  bulaq,
Dağ  uçqunu,
Aran  yolu,
Yerdən  uca,
Göydən  ulu  -
Ana  yurdun  telli  sazı.
Səyavuş  Sərxa n lı
------------------------------------------------------------------
Vətən,  səslə  oğlunu
Ümidlərin  lalə  bağrı,
Lal  daşın  da  dil  açımı,
Cığırların  gül  düzümü,
Dərələrin  sel  açımı,
Bağçaların  bal  qoxusu,
Əkinçinin  alın  təri,
Biçinçinin  bal  yuxusu. 
Gensinə,  tunc  düzənlərin 
İri  kəndli  əlindəki 
Qızıl  zəmi  -   ətir  camı,
Ana  yurdun  telli  sazı.
Bulaq  üstə  çıraqlanan 
Bulaq  gözlü  gözəllərin 
İntizarı,  həyəcanı  - 
Ana  yurdun  telli  sazı.
Elə  bağlı  ürəklərin 
Eldən  ayrı  çıxan  canı  - 
Ana  yurdun  telli  sazı.
Bir  ordudu,
Arxasında
El  dayanıb,  oba  durub,
Bir  dünyadı,
Başı  üstə
Dədə  Qorqud  baba  durub,
Bir  meşədi,
Kürə  kimi
bələnibdi  oda,  durub;
Uçub  gəlib  zümrüd  kimi 
Ədalətin  sinəsində
yuva  qurub
Ana  yurdun  telli  sazı.
Küləklər  də  minsə  ata,
O  haraya  çətin  çatar.
^
622
?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə