Anasız qalsa da,
analara da
Analıq dərsini öyrədən olub.
Öz qisməti bilər - dara çəkilsə,
Yüz dərdi əridər, birini verməz.
Göyün ulduzları yerə tökülsə,
Onun bir şamının yerini verməz.
O yazıq mənə nə eləyibdi ki -
Yaz çağı dünyatək çıxıb qarşıma;
O yazıq mənə nə eləyibdi ki -
Xeyir-dua kimi yağıb başıma!
Qoruyub arını, etibarını,
Fırlanıb zamanın gərdişi kimi;
Tanrının qadınlıq duyğularını
“Unudub”
yaşayıb bir kişi kimi.
Pərvanə olubdu dərdi-sərimə,
Özünü nökərim bilməyib ancaq.
Mənim gedər-gəlməz sevgilərimə
Yanıb ürəyində, gülməyib ancaq.
Hamının üstündə bacıtək əsib,
Qəlbinə dəyirlər di gəl ki hərdən:
Küsüb, süfrəsində duz-çörək kəsib,
Sonra gədə çıxan nakişilərdən.
Gündüz - günəşin bil, gecə - ayın bil,
Böyük qadını da sevmək çətindir.
Qadın böyüklüyü - bir evin deyil,
Qadın böyüklüyü - məmləkətindir!
« г о ?
Səyavuş Sərxa n lı
---------------------------------------------------------
Vətən, səslə oğlunu
Yüz ev yaraşığı bir gül sonaydı,
Bir könül bəyənib hicranlıq oldu;
Getsə başqasına - evdi, anaydı,
Şair qapısında qurbanlıq oldu...
Niyə bu xəzanda
o, yazı andım -
Düşəndə bərk düşür ömür düyünə;
Yaxşı ki, mən onu gördüm inandım
Qadın ürəyinin böyüklüyünə...
1985-ci il
SƏN MƏNƏ DEDİN Kİ...
Sən mənə dedin ki, mərhəmət öyrən -
Ürəyin məzara dönməsin vaxtsız;
Sən mənə dedin ki, məhəbbət öyrən -
Köksünün gülzarı sönməsin vaxtsız.
Sən m ənə dedin ki... keçir ömür-gün,
Elə yan, közünə hayan tapılsın.
Düşünmək öyrən ki, özgələr üçün,
Səni də düşünən, duyan tapılsın.
Dedin qəmi öyrən, göynəyi öyrən,
Bir az da ovsunla ömrün dadını.
Dedin ki, sev məni, sevməyi öyrən -
Üzümə gələrlər yoxsa adını!
Dedin öyrənməmiş qeyrət çəkməyi,
Öyrən qaranı da, öyrən ağı da.
Öyrən uşaq kimi həsrət çəkməyi,
Öyrən böyük kimi ağlamağı da!
2
?
Ömrə gözəlliklər naxışı deyən
Bir şirin dil öyrən, xoş qılıq öyrən.
Pisi də ağladıb yaxşı eyləyən
Yaxşılıq, yaxşılıq, yaxşılıq öyrən!
Sən mənə dedin ki, qarda bahar var,
Ən dərin dərya da göz yaşıdı, bil!
Dünyadan heyrətsiz keçən adamlar
Dünyanın bir qara daşı da deyil!
Sən mənə dedin ki, əsir ol, əsir,
Yönü hara getsən, gəl mənə sarı!
Biri gecikirsə, biri tələsir -
Sən bacar şeirə çək bu ağrıları.
Dedin ki, özünə oxşamaq öyrən,
Dar gündə üstünə gülməsin heç kəs;
Sən mənə dedin ki, yaşamaq öyrən -
Həyatı üzünə gəlməsin heç kəs!..
Moskva - Bakı,
28 sentyabr 1979-cu il
Səyavuş Sərxanlı
---------------------------------------------------------------------
EH, YENƏ HƏSRƏTİN
GÖZÜMƏ DƏYDİ
Yarpaqlar töküldü yağış, qar kimi,
Meşəni həsrətə bələdi payız.
İl boyu yazdığı məktublardımı -
Eşqini torpağa ələdi payız?
Sənin həsrətinə büründü aləm,
O qumral saçların gözümə dəydi.
д а ?
Vətən, səslə oğlunu
Düşən yarpaqların biri deyirəm,
Məktuba dönəydi, səndən gələydi.
Sözümü doğru bil, səmimiyyət bil,
Dünya bağışlamaz hər avaz mənə;
M əhəbbət xətrinə qismətim deyil,
Nəzakət xətrinə məktub yaz mənə.
Yaz, X əzər eşqi var - sənsiz hönkürən,
Sən keçən yerlərin kefi duruldu;
Sən minən avtobus bildimi görən
Şəhərin ən şirin mahnısı oldu!
Yaz, ömrün yolunu qəfildən kəsən
Bir qəfil məhəbbət ağrılarından.
Yaz,
bircə qızının üstünə əsən
Dalğasaç ananın intizarından.
Yetər, üzdü məni adilik, yetər!
Qeyri-adiliyə əvəz ol, əvəz.
Eh, səni aldatmaq - ölümdən betər,
Özümü aldatmaq - ağlıma gəlməz!
Sərin ahlarımı öpsün duman, çən,
Bir də bu intizar düşərmi ələ?
Səni tanımışam - sevdiyim gündən,
Özümü tanıya bilmirəm hələ.
Yaz... nədən dərdini udar, ovudar,
Eşqin ayağına döşənər insan?
Onu sevənləri atar, unudar,
Onu sevməyəni düşünər insan?
д а ?
Səyavuş S ərxa n lı----------------------------------------------------------
Özgədən umuruq sevincimizi,
Karıq qəlbimizin bayram səsinə.
Görə bilməyirik öz incimizi,
Möhtacıq özgələr sədəqəsinə!
Bir payız saraldı - gözündə bahar,
Yay günü qəfildən yağan qaram mən.
Şeirlər qalırsa səndan yadigar -
Bəxtimə gör necə minnətdaram mən.
Uzaq duyğuların dalğası kimi,
Hərdən pəncərəmə külək dəyirdi.
Saralan bir nərgiz topası kimi,
Günəş də mənimtək qəribsəyirdi.
Məktub yaz, əzizim, məktub yaz mənə,
Onu qəlbim kimi açım oxuyum.
Bir dəfə, beş dəfə, on dəfə yenə
Öpüm, gözlərimin üstünə qoyum...
Riqa - Yurmala,
1975-1979-cu illər
GÖRÜŞLƏR, AYRILIQLAR
Mənim görüşlərdən acığım gəlir,
Görüşlər sevgini boğur dünyada.
Mənim görüşlərdən acığım gəlir -
Görüşdən
ayrılıq doğur dünyada!
Həsrətə düşürəm
sevirəm ancaq,
'S ü ! ?
Vətən, səslə oğlunu
Sevirəm - işığam,
baharam demək!
Qoy hicran ömrümdə çatsın min ocaq,
Hicranım var isə
Mən varam demək!
Vüsal çənə bənzər, dumana bənzər,
Uca duyğulan aldadıb boğar;
Həsrət
dünya görmüş insana bənzər,
Arzuya çağırar, eşqə çağırar.
Dünyadan ləzzət al, kam al deyən kəs,
Görüş - ədalətdi,
hicran - yüksəliş.
Ömrü görüşlərə həsr eləyən kəs
İtirib -
Özünü tapa bilməmiş...
Ey ağlı yuxulu, qəlbi ayıqlar,
Mən gördüm dünyanı qansızlayanda:
Görüşə gələndə uçan ayaqlar
Görüşdən dönəndə halsızlayanda.
Görüşlər... kim deyir xoşqılıqlıdı,
Xəzan duyğuları aparar gedər;
Görüşlər
ölümü yaxşılıqlıdı -
Yazıq bənövşəni qoparar gedər.
Dünya - görüşlərlə bir qəmxanadı,
Ayrılıqsız həyat - ömrün asanı...
Dostları ilə paylaş: |