Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə56/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   52   53   54   55   56   57   58   59   ...   76

Səyavuş  Sərxa n lı-----------------------------------------------
İLK  SEVGİYƏ  ELEGİYA
Üfüqdə  od  tutub  alışan  səhər,
Qoy  kərəm   sayağı  əssin  küləklər; 
Yanar  ürəyimdə  dağdan  ağır  qəm,
Bir  köhnə  məzarı  səcdə  gəlmişəm.
Buludlar  toqquşur  yenə  başımda, 
Dəryalar  sinəmdə  baş-başa  dəyib.
Hələ  sahibi  tək  o  baş  daşı  da 
Köhnəlib,  saralıb  yana  əyilib!
O  qara  saçları,  dəli  saçları 
Çıxıbdı  məzardan  göy  otlar  kimi. 
Boylanıb,  boylanıb  yollara  sarı 
Məzar  da  dolubdu  buludlar  kimi.
Təklik  kimsəsizlik  yurd  salıb  onda, 
Görən  heç  yoxdumu  gəlib  gedəni? 
Məzar  elə  durub  əli  qoynunda- 
Görkəmi  ağladıb,  sızladır  məni.
Əzəldən  belədi  dünyada  qayda,
Ölən  unudulur  bir  aya,  ilə;
Can-can  deyənlərdən  ona  nə  fayda, 
Yenə  mən  gəlmişəm  məhəbbətimlə.
Niyə  yaşayırsan,  soruşun  niyə?
Dərd  əysin  qəddimi,  yumaq  olum  mən; 
Razıyam  sevgimə  qovuşum  deyə,
Soyuq  cəsəd  olum,  torpaq  olum  mən.
Eşit...  göz  yaşıyla  dinir  görüşlər, 
Qucmuşam,  başdaşın  qucağımdadır.
4 0 ?
Vətən,  səslə  oğlunu
Dustaq  xatirələr,  dustaq  öpüşlər 
M əhəbbətin  viran  otağındadır.
Tənha  yer  altında  nə  arayırsan? 
Ürəyim  dumanda-çəndə  qalıbdır;
O  vaxtdan  gedibsən,  qayıtmayırsan, 
Odlu  öpüşlərin  məndə  qalıbdır.
Nə,  olar  bircə  yol  eşit  səsimi,
Bir  qaldır  başını,  gör  kimin  gəlib? 
Parçala  qəlbimi,  al  nəfəsimi,
Üstümə  dağ  boyda  dərd-qəmim  gəlib!
Yenə  gözlərimdə  qara  geyib  gün, 
Başıma  torpaqmı-daşmı  töküm  mən? 
Sənin  bircə  anlıq  oyanmağınçun 
Gözümdən  illərlə  yaşmı  töküm  mən?
Qan  ağlar  ürəyim,
Qan  ağlar  gözüm,
Sən  orda,
Mən  burda
Boyun  burmuşuq.
Aramız  bir  qarış  olsa  da  bizim, 
Gülüm,  dünyalarca  uzaq  durmuşuq.
Bir  qalx,  bu  nə  yuxu,  bu  nə  yatışdı, 
Məzarda  nə  ağır  yatarmış  insan! 
Səsimdən  başımın  tükü  qalxışdı, 
Qəbiristan  oyandı  fəryadlarımdan.
Səni  qolum  üstə  çox  gəzdirərdim  , 
Çiynimdən  əbədi  bəs  hara  getdin?
4 Ö ?


Səyavuş  Sərxanlı----------------------------------------------------------
Axdı  qurğuşuntək  qəlbimə  dərdim,
Məni  tənha  qoydun,  məzara  getdin.
Bir  vaxt  çiçək  kimi  yaraşdıq  bağa,
O  yeri  xəzan  tək  gəzirəm  indi.
Arzulardm  mənə  ana  olmağa,
Ana  tək  üstündə  əsirəm  indi.
Milyon  arzu  verib,  milyon  da  duyğu,
Bu  lal  sükutunla  məni  harayla.
Uyu,  körpə  balam,  rahatca  uyu,
İsti  göz  yaşımın  laylalarıyla.
Nə  deyim  həyatın  qanunlarına,
Niyə  vaxtsız  saldı  hicrana  məni?
Sən  vurdun  ömrünü  məzarla  sona,
Atdın  bir  səngiməz  tufana  məni.
Yaşadın  müqəddəs  arzu  diləklə,
Eşqim  sona  yetdi  solan  çiçəklə,
Sənsiz  sinəmdəki  bu  saf ürəklə 
Qovar  qapısından  zamana  məni.
Mən  isti  bir  kürə,  sən  soyuq  bir  daş,
Yanıb  tüstülənir  gözlərimdə  yaş.
Deyirəm  bu  tale,  bu  ürəklə,  kaş 
Anam  doğmayaydı  cahana  məni...
Şəmkir  -   Sərxan  obası, 
1963-cü  il
SÜZ5?
MƏHƏBBƏT
Qışda  sustalan  ney  yazda  dirilmir,
Gözlər  qeybə  çəkib  incilərini;
Ocağın  ovsunu  saza  verilmir,
Bülbüllər  göynətmir  qönçələrini;
Dünya  gülüstandı,  qəbristan  deyil,
Nə  saray  hörülür,  nə  kərpic  düşür;
Daha  o  çağ  deyil,  o  dastan  deyil,
Günlər  elə-belə  gəlib  ötüşür  - 
Nə  vaxtdı
M əhəbbət  şeiri  yazılmır!
Kişi  məhəbbəti  azalıb  deyə,
Ulu  qadınlıq  da  çəkilib  göyə.
Qızlar  ucuzlaşıb,  çox  ucuzlaşıb,
Oğlanlar  ad  gəzib,  uğursuzlaşıb.
Bir  adam  ağrıya,  amala  deyil,
Sərvətə,  yalana-talana  baxır.
O  evdə,  bu  evdə  kamala  deyil,
Stola,  arxaya-filana  baxır.
Uzaqdır  ürəkdən,  mərdlikdən  uzaq- 
Atılan  sevgiyə  sərgi  deyənlər;
Sevib-sevilənlər  evində  dustaq,
Gəlib  başa  keçir  sevilmeyənlər!
Nə  vaxtdı
göz  gülüb,  könül  yaz  olmur,
Bir  həzin  məhəbbət  şeiri  yazılmır.
Füzuli!  Halına  ağlayan  gərək,
Necə  qurban  gedim  gördüklərimə?
Müşfiqi  bəbəkdə  saxlayan  gərək,
Rəhmət  deyən  gərək  Əli  Kərimə!
_____________________________________Vətən,_səslə_oğlunu_S_O'>______________________ ____________  
Vətən,  səslə  oğlunu
S O ?


M əhəbbət  havası  dəyişib  bir  az, 
Qadası-qovğası  dəyişib  bir  az;
Bir  az  odu  azlıq  adamı  açmır,
Bir  az  modabazlıq  adamı  açmır;
Bir  az  da  kərəmlik  yerində  deyil,
Bir  az  da  sənəmlik  yerində  deyil; 
Leylilik...  adamın  gülməyi  gəlir, 
Məcnunluq...  adamın  ölməyi  gəlir; 
Daha  xəzanlı  bağ  heç  nə  demir  ki! 
Ötüşüb  duması,  nərgizi  solub;
Daha  göz  yaşları  çiçəkləmir  ki, 
Görüşlər  modalar  sərgisi  olub!
Daha  xoşlayırlar  usta  dilləri,
Acı  yalanlara  bal  qatmaq  asan;
Yalvarıb  öpməli  qızıl  əlləri 
Qızıla  bələyib  aldatmaq  asan...
Dünya
Görüşlərə  qız  ötürsə  də, 
Düzümlü  təriflər  gözə  girsə  də, 
Hüzünlü  məhəbbət  şeiri  yazılmır.
Hamı  yelə  uçur
kəpənək  kimi,
Mənliyin  sərt  üzü  yuxalıb  bəlkə?
Yağışdan  sonrakı  göbələk  kimi 
Sevgi  şairləri  çoxalıb  bəlkə?
Ürəyə,  vicdana  bir  pərsəng  kimi 
Görüşdən  göz  yaşı  çıxılıb  bəlkə 
Bir  əsl
məhəbbət  şeiri  yazılmır?!
Həsrətin  boyatlıq  təhlükəsi  var
Səyavuş  Sərxa n lı
----------------------------------------------------------
4 0 ?
Qazanlar  örtülü  qaynayan  yerdə!
Dastanlar  gül  kimi  saralıb  solar 
Ozanlar  qəlbini  qıymayan  yerdə;
N ə  axşam,
nə  səhər,
nə  çiçək,
nə  qar.
Bir  həsrət  işığı  yaymayan  yerdə 
Beş-on  məhəbbətli  aktrisalar 
M əhəbbət  rolunu  oynayan  yerdə- 
Füzuli!  Halına  ağlayan  gərək!
Müşfiqi  bəbəkdə  saxlayan  gərək,
Rəhmət  deyən  gərək  Əli  Kərimə.
Nə  vaxtdı  qış  günü  dünya  yaz  olmür- 
Bir  həzin  məhəbbət  şeri  yazılmır...
_________________________________
Vətən,  səslə  oğlunu
GECİKMİŞ  ETİRAF
Mən  ki,  yaxşılığa  qapı  açıram,
Bəs  niyə  yaxamdan  əl  çəkmir  bu  qəm? 
Evə  çan  atmaqçün  evdən  qaçıram, 
Bilmirəm,  bilmirəm...  niyə,  bilmirəm?!
Bilmirəm  evimə  nə  dəyibdi  ki,
Qatarlar  dalınca  gözüm  uzanıb.
O  yazıq  mənə  nə  eləyibdi  ki  - 
M ənə  bala  doğub,
bəla  qazanıb...
M ərhəm ət  toxumu  səpib  qara  da,
Daşı  da  dindirib-söylədən  olub.
4 0 ?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə