Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə63/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   59   60   61   62   63   64   65   66   ...   76

Səyavuş  S ərxa n lı-------------- -------------------------------------------------
BAYATILAR
Yüz  dərdimlə yüzəm  mən,
Məcnunsuz  bir  düzəm  mən;
Mənim  aylı  şairim,
Sən yoxsan,  günsüzəm  mən...
Uşaqlarımın  anası  Elmira  Əbdülrəhmarı 
qızının  çəkdiyi  bayatılardan...
Palıd  yanar,  köz  qalar,
Ürək  yanar,  söz  qalar.
Dünya  gidi  dünyadı  - 
Çay  ölər,  dəniz  qalar.
Qaldım  sükut  içində,
Yandım  umud  içində.
Ürək  canda  ovunmaz,
Şimşək  bulud  içində.
Qış  günü  də  yazam  mən,
Səsəm  mən,  avazam  mən.
Dağlar  aşıq  olubdu,
Sinəsində  sazam  mən.
Yenə  çıxdı  iri  ay,
Gördü  neçə  sirri  ay.
Gecəmin  iki  gözü,
Biri  sənsən,  biri  ay.
Ay  doğdu,  gölə  baxdı,
Yaz  ağzı,  çilə  vaxtı.
Küsmüşdük,  barışmadıq,
Neynirəm  belə  baxtı?
Şam  yanar  külə  dönməz, 
Su  donar,  gölə  dönməz. 
Sinəmdə  bir  sevgi  var  - 
Düymədi,  gülə  dönməz.
Ay  doğdu,  işıq  yandı, 
Dünya  yaraşıqlandı.
Aya  baxıb  ağladım,
Göz  yaşım  işıqlandı.
Ay  doğdu,  durdu  getdi, 
Taxtını  qurdu  getdi.
Sənə  çatmayan  səsim 
Elləri  yordu  getdi.
Ay  doğdu,  gölə  gəldi, 
Həsrətim  zilə  gəldi. 
Camaat  toy  içində, 
Mənimki  belə  gəldi.
Ay  doğdu,  qan  eylədi, 
Gör  nə  tufan  eylədi. 
Düz-dünyanı  bəzədi, 
Məni  candan  eylədi.
İz  getdi  Təbriz  oldu,
Sis  getdi  dəniz  oldu. 
Sinəm  həsrət  yamacı, 
Söz  bitdi  nərgiz  oldu.
Nur  doğar,  aya  dönər, 
Dünya  saraya  dönər. 
Anam  gəlib  çıxınca, 
Gecəm  laylaya  dönər.

5115
?
Vətən

səslə  oğlunu
f


Gün  doğdu,  dağa  düşdü,
Odu  yaylağa  düşdü. 
Qönçələrin  gül  ağzı 
Bala,  qaymağa  düşdü.
Yaz  oldu,  acdı  arı,
Qaynayıb  daşdı  an.
Baldodaq  qızları  da 
Gül  bilib  sancdı  an.
Qəm  məni  seçdi  hardan?
İl  gəlib  keçdi  hardan?
Bir  ah  çəkdim  xəlvəti,
Elə  səs  düşdü  hardan?
Dağlar  həyatım  mənim,
Elim  elatım  mənim. 
Qayasından  daş  düşər 
Qopar  bayatım  mənim.
Başın  üstə  göyəm  mən,
Daşın  üstə  neyəm  mən. 
Dağlar,  siz  əsilsiniz, 
Qonağam  mən,  nəyəm  mən?
A  duma,  telli  duma,
Avazlı,  dilli  duma.
Vətən  bircə  yaxşıdır,
Olma  min  elli,  duma!
Çay  nəyə  çatmır  görən?
Ay  niyə  yatmır  görən?
Eşqim  doğulan  yerdə 
Gün  niyə  batmır  görən?
Səyavuş  S ərxa n lı
------------------------------------------
------------------------------------------   Vətən,  səslə  oğlunu
Ay  üzü  bəri  dağlar,
Ömrün  səhəri  dağlar.
Sizi  niyə  soyundum,
Geydim  şəhəri,  dağlar?
Sinəm  varağa  döndü,
Sözüm  çırağa  döndü.
Bulaq  gördüm  qurumuş  - 
Gözüm  bulağa  döndü...
Ya  tanrım,  ağla  məni,
Baxtıma  bağla  məni.
Yerdə  gərəyin  ollam,
Göy  üzü,  saxla  məni.
Səs-sorağam,  ünəm   mən,
Toyam  mən,  düyünəm  mən,
Günahkaram  bu  yasda,
Bu  bayram  günündə  mən.
Dərdimin  gapı  hanı?
Səbrimin  sapı  hanı?
Barama  evi  qurdum,
Çıxmağa  qapı  hanı?
Nə  var  uşaq  döyməkdə?
Nə  var  böyük  öyməkdə?
Mən  elimi  sevməkdə,
Elim  məni  söyməkdə.
Can  bihuş  oldu  getdi,
Qəm ə  tuş  oldu  getdi.
Mən  həyata  vuruldum,
Həyat  quş  oldu  getdi.
'& İ 3 ?


Səyavuş  S ərxa n lı---------------------------------
Nə  gəzdim  şeirdə  mən? 
Göydə  m ənəm ,  yerdə  mən. 
Köçdüm,  torpağa  döndüm, 
Dil  açmaram  bir  də  mən.
Dünya  fikir-xəyallı.
Varmı  m ən  tək  bir  hallı? 
Tanrım  m əndən  yazıqdı, 
Mən  tanrıdan  zavallı.
Doğuldum  yaz  içində,
Sirli  libas  içində.
Gəlişimi  bilmirəm,
Gedişim  yas  içində.
Papağı  əyri  dünya, 
Gözümdə  səyri,  dünya.
K ef atından  düşməyən 
Qəbrimin  böyrü  dünya.
Bu  yar  qabağa  keçdi,
Dadı  dodağa  keçdi. 
Canımdan  çıxan  odlar 
Yardan  torpağa  keçdi.
O  ay  oraq  olaydı,
Yadlar  qıraq  olaydı. 
Xəzanda  tənha  yarpaq 
Yardan  soraq  olaydı.
Çox  verdin  ahdan,  Allah. 
Yersiz  günahdan,  allah.
Bu  günüm  belə  keçdi,
Saxla  sabahdan,  Allah!
4 6 3 4 ?
------------------------------------------   Vətən,  səslə  oğlunu
Bağın  cahanı  mənəm,
Bağbanın  canı  mənəm.
Qızılgül  geri  dursun,
Bağların  qanı  mənəm.
Sevgim  bərk  azar  oldu,
Yar  məndən  bezar  oldu.
Bu  dərd  azmış  ki  hələ,
El  dili  bazar  oldu.
Kim  ocağa  qəsd  elər?
Könlüm  odda  tüstülər;
Buxarıyam,  içimdən 
Qalxır  göyə  tüstülər.
Niyə  qonduq  budağa.
Ötdük  dodaq-dodağa?
Getdin,  qayıt  yiyə  dur,
M ən  dözəmməm  bu  dağa.
Daha  səsəm,  ünəm   mən,
Torpaqda  düyünəm  mən.
Anam  yazıq  deyərdi:
Dağdan  aşan  günəm  mən.
Qəlbim  əsmə-əsmədi,
Həsrət  arakəsmədi;
Yəqin  yar  gileylidi,
Yalvardım,  qar  kəsmədi.
Səsim  var  belə  göydə,
Dönmüşəm  selə  göydə;
Bu  yer  kəsik  başımdır,
Fırlanır  elə  göydə.
4 H 4 ?


Sevgi  təlaşsız  nədi,
Bu  üzük  qaşsız  nədi? 
Dünya  ki,  bulaq  dandı,
Bu  həyat  başsız  nədi?
Ağartma  birçəyini, 
G əzm ə  yar  göyçəyini: 
A nlar  uçdu  getdi,
Gül  tökdü  ləçəyini.
Vurğun  sayıla  bilər, 
Qəm dən  bayıla  bilər; 
Qoxlama  bənövşəni, 
Dağlar  ayıla  bilər.
Göylərə  səhər  qaldı,
Quşa  nəğm ələr  qaldı.
Diz  çöküb  bulaq  öpdüm, 
Gözləri  m ələr  qaldı.
Tanrı  bir  söz  demədi 
Dərdimə  döz  demədi; 
Göyündə  çaxan  şimşək 
Nur  verdi,  köz  vermədi.
M eşələr  göyçəklənir, 
Kol-kos  da  ləçəklənir; 
Dağlara  qar  düşəndə 
Həsrətim  çiçəklənir.
Məcnunlu  çöldün  axı, 
Sonalı  göldün  axı;
Mən  sənsiz  öləmməzdim, 
Sən  mənsiz  öldün,  axı!
Səyavuş  S ərxa n lı
-------------------------------------
< S O ( ?
------------------------------------------  Vətən,  səslə  oğlunu
Həyat  səbrimi  kəsdi,
Ayrılıq  yeli  əsdi;
M ən  tələsən  deyildim,
Ölüm  niyə  tələsdi?..
Şəmkir  -   Bakı
Şairin  son  şeiri
ÜRƏK  NEYLƏSİN?
Gözəl  insan,  Zəngəzurlu  Mahir  üçün...
Daha  dərdləşmirəm  mən  şərik  kimi, 
Gündüzlər  Günəşlə,  gecələr  Ayla.
Uzaqdan  əl  edən  şümşürük  kimi 
Gənclik  köçüb  getdi  hayla-harayla.
Bir  ney  eşidirəm  -  sədası  həzin,
Ürək  ağrımasın,
Ürək  neyləsin?!
Ahım  buluddadır,  dərdim  dərində,
Hər  qayğım  günümü  axşam  eləyir. 
Karvanlar  adlayan  Xudafərində 
Qarışqa  karvanı  bayram  eləyir.
Obası  ağlardı,  odası  həzin  - 
Ürək  ağrımasın,
Ürək  neyləsin?!
Birdimi,  ondumu,  min  sabahdımı,
Hər  günüm  qəlbimə  qara  qəm  əkir?
Qoca  qəbristandan  qopan  ahdımı,
Ruhların  yolunu  göylərə  çəkir?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə