Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə70/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   66   67   68   69   70   71   72   73   ...   76

Gümanlar  da  dara  çəkili  qalar, 
Dumanlar  da  gözə  çökülü  qalar; 
Ömrün  od  dəmləri,  alov  dəmləri 
Həyat  yollarına  tökülü  qalar  - 
Gənclik  qayıtmaz.
Ümid  haçalanar,  ikili  qalar,
Neçə  təzəcə  ev  tikili  qalar,
Arzular  sinəsi  sökülü  qalar  - 
Gənclik  qayıtmaz
Şimşək  qayalarda  sönər  qayıdar, 
Dalğa  sahillərdə  sınar,  qayıdar,
Yaz  şehli  telini  sanar  qayıdar  - 
Gənclik  qayıtmaz.
Avazımış  gedən,  çaparaq  gedən, 
Bulaqda  doğulan,  ümmanda  itən 
Çaylar  da  leysanla  dinər,  qayıdar,
Gənclik  qayıtmaz.
Göylər  öz  taxtından  enər,  qayıdar,
Gənclik  qayıtmaz.
Yollar  qəbristandan  dönər  qayıdar  - 
Gənclik  qayıtmaz!
Hamı  yol  gözləyir...  dost  da,  tanış  da, 
Gərəkdi  bir  tənha  yuva  qızına.
Alışdır,  bala  dost,
Ömrü  alışdır,
Bəlkə  ev  qızma, 
oba  qızına!
Səninlə  evimiz  qəm  dağı  yıxdı, 
Səninlə  bəzəndi
kəndin  yolları;
Səyavuş  Sərxanlı
--------------------------------------------------------
д а ?
M ən  şeirin  uçurumlu  yoluna  çıxdım,
Sən  ata  yurdunda  çıraq  ol  ban!
Dözməyib  yükünə, 
qayğılarına  - 
Kim  olub  o  deyən: 
yurdda  qalasan!
Bu  adı,  əzizim,  nə  öy,  nə  qına  - 
Ucaltmaq  çətindir,
Puç  etmək  -  asan...
O  kökə  bağlanıb
ömür  bəzənib,
O  kökdən  ayrılsam,
özün  de,  nəyəm?
Sənə  arxalanıb,  sənə  küsənib,
Mən  burda  yüksəliş  orbitindəyəm.
Burda  mənə  dəysə
dost  badalağı,
Sən  orda  büdrəmə,
əsmə,  qardaşım!
Hər  kəs  yaxşılığı  götürmür,  axı,
Sən  verən  əlini  kəsmə,  qardaşım.
Bir  quş  yuvasıdı 
sinəndə  ürək,
Böyüt  duyğuları,
kefin  çağ  olsun;
Əyninə  aldığın  ağ  xalatmtək 
Əməlin  ağ  olsun,
Üzün  ağ  olsun.
Sən  bir  kəndə  dayaq...
Ağar  od  kimi,
---------------------------------------------------  
Vətən,  səslə  oğlunu
д а ?


Demişəm  bir  dəfə, 
deyirəm  yenə:
Qəbiristan  yollan
bir  tabut  kimi
Yüklənsin  qoy  sənin  çiyinlərinə!
Elə  yan,  tükən  ki,
özünə  qalma!
Sən  belə  yanmaqla  min  il  yaşarsan. 
Paylan  ömürlərə  -  heç  özün  olma, 
Neçə  xəstən  varsa,  o  qədər  varsan. 
X əstələr  gözləyir...  həyət  qar,  soyuq; 
Nola,  bir  gələni-gedəni  ola!
Qış  günü
boynuna  isti  şalı  yox,
O  iynə  vurduğun  qolları  dola. 
Yorulub-eləsən,  zirvələrə  bax,
Ucal  qartal  kimi,
yağ  leysan  kimi.
Özün  deyibsən  ki,  gözləməyir  vaxt 
Açıq  damarlardan  gedən  qan  kimi!
Qoyma  çıraq  kimi  bir  ömrü  sönə, 
Rahatlıq  yükünü,  qardaş  at,  yaşa.
Göz  desən,  gözümü  verərəm  sənə, 
Təki  sən  narahat,  narahat  yaşa!
II
Yüz  dəfə  dönürəm  o  doğma  kəndə,
İlk  dəfə  gəlibdir  adam  elə  bil.
Öz  ata  evimdə,  ata  evimdə 
Oğul  yox,
qonağam,  yadam  elə  bil.
< c O ?
Səyavuş  Sərxanlı
--------------------------------------------------------
Qəlyan  tüstülətmir  atam  bayaqdan,
Məni  tüstülədir,  məni,  sanıram.
Çay  qoyub  ocağı  qalamır  anam,
Ömrümə  od  vurur,
M ən  ki  yanıram!
Gəlmişəm...
Balaca  uşaqlar  üçün
Təzə  əmi  gəlib,  ya  dayı  gəlib.
H əyətə  onların  maraq  qoşunu,
Başıma  həsrətlər  halayı  gəlib.
Qəlbimə  o  qədər  qüssə  dolur  ki...
Bu  necə  olur  ki,  necə  olur  ki  - 
Odun  daşıdığın,  yemlik  yığdığın 
dərəyə,  düzə,
Gecə  səhərəcən  laylanı  çalan 
ulu  kəhrizə,
Ömrə  çox  bənzəyən  payıza,  yaza,
Evdən  dünyamıza  ilk  körpü  olan 
güllü  doqqaza,
Tüstüsü  düz  çıxan  yastı  damlara,
Əlinin  qabarı  gül  adamlara,
Kənddəki  hər  evə,
hər  yola, 
tinə,
Ömrün  o  balaca  planetinə 
Vurula-vurula...
Şeir  doğmalaşır,
Adam  yadlaşır?
Şeir  doğmalaşır  -
Anam  yadlaşır,
Şeir  doğmalaşır  -
Atam  yadlaşır?!
Gəldik...
---------------------------------------------------- 
Vətən,  səslə  oğlunu
« S O ?


Arxamızca  çırpındı  əllər,
Kimlərin  yaş  dolu  baxışı  qaldı;
Dərədə  yelləncək  quran  şəlalə, 
Zirvələrin  gürşad  yağışı  qaldı. 
Gümandan,  arzudan  yanıqlı  kimi 
zəndlər  də  qaldı, 
Əyindən  atılmış  sınqlı  kimi
Kəndlər  də  qaldı...
Dünən  yığışmışdı  bizə  yazanlar,
Yenə  bu  həsrətdən  deyirdi  onlar:
Biri  deyirdi  ki,  anasızam  mən,
Yetimə  bənzərmiş  anasız  aləm;
Biri  deyirdi  ki,  yazıq  anamı 
Heyif ki,  sinəmdə  dəfn  etməmişəm; 
Biri  deyirdi  ki,  atam  qocalır,
Biri  deyirdi  ki,  baxmayın,  yenə 
Bizi  böyük  bilib,
Onlar  ucalır:
Biri  deyirdi  ki,  olmazdı  dərdim 
Özümü  onlara  qaytara  bilsəm;
Biri  deyirdi  ki,  anam,  əzizim 
Gözüm  görə-görə  uçur  əlimdən.
Biri  üz  tutmuşdu  qoca  cahana  - 
Gör  niyə  fəryadlar  qoparıram  mən:
Sən  məni  dünyaya  gətirdin,  ana. 
Sənisə  dünyadan  aparıram  mən;
Biri  qoltuğuna  bir  povest  vurub,
Bir  yanda  buludtək  tutulub  durub, 
Deyirdi:
qalırıq  iki  gün  qonaq; 
Biri  deyirdi  ki,  qonaq  çağıraq,
Biri  deyirdi  ki,  gətirək  tamam,
Biri  deyirdi  ki,  gəlmirlər,  atam!
Birinin  səsini  apardı  dağlar:
tSZİ?
Səyavuş  Sərxanlı
---------------------------------------------------------
-  Ay  ana,  gözlə!
H ələlik  şəklimi  öpüb  əzizlə.
Yox,  yox,  yadımdasan,
üzündə  xal  var  - 
Sağ  üzündə  iki, 
sol  üzündə  bir...
Təbrizdə  bir  ana  hıçqırıb  ağlar,
Burdasa  bir  oğul...
N ə  qəribədir!
Ata-analartək  çağlayır  dəniz,
Oğullar  sahildir,
Oğullar  Vətən.
Günlər  qatarlanır  qayğılı,  səssiz,
Bir  söhbət  uzanır  yüz  səhərəcən.
Yığılı  yataqlar  dolur  qəm  ilə,
Soyuq  divarlardan  tənhalıq  yağır.
Yollar
qollar  kimi  uzanır  elə,
Oğul  haraylayır,  oğul  çağırır!
Kəndin  səsi  kimi  şəhərdəyəm  mən,
Bir  ömrü  nə  qədər  adam  düşünür;
Şeirlə  qol-qola  min  yerdəyəm  mən  - 
Hardasa,  uzaqda  anam  düşünür,
Qəlyan  tüstülədir, 
atam  düşünür...
III
Bizlərdə  adət  deyil  - 
Əsillik  varsa  qanda,
İnsaf,  mürvət  önündə,
Sərt  həqiqət  önündə
___________________________ _______ 
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə