8387
SƏYAVUŞ SƏRXANLI
VƏTƏN, SƏSLƏ
OĞLUNU
9eso
k ə s i
Prezidentinin
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
£>
Redaktor:
Əli HƏSƏN
Səyavuş Sərxanlı. “Vətən, səslə oğlunu”.
Bakı, “Şərq-Qərb”, 2010, 432 səh.
Tanınmış söz ustası, qüdrətli şair-publisist Səyavuş Sərxanlının "Və
tən, səslə oğlunu” adlı şeirlər kitabında vaxtilə onunla çiyin-çiyinə
çalışmış, dostluq etmiş görkəmli şair və nasirlərin ürək sözləri, xatirələri
qeyd olunur, şeirləri oxuculara təqdim edilir.
Vətənə məhəbbət, torpağa bağlılıq, vətənpərvərlik hissləri şairin
şeirlərinin əsas qayəsini təşkil edir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-34-416-5
© Səyavuş Sərxanlı, 2010
I
ÖN SÖZ
Ömür-gün deyirəm, nə təhər ucuz
laşmış, Səyavuş. Kimin təmkin yaşı
çatdı, kimin yubiley günü yetişdi, ki
min yazı, kimin payızı, kiminin qışı...
Hər şey, hər yadda qalmalı, tarix qarış
mış dünyamızın sıxıntıları içində əri
yib gedir; təkcə özü ərimir, bizi də
özüylə əridib yox eləyir.
Onsuz da xalqın ən sakit, nisbi fira
van günündə də şair ömrü qayğılar,
əndişələr çəmbərində yanıb çökür. Bu
nu özün daha tutarlı deyirsən:
Şeir sorağında yandı ömür-gün,
Çaylar adlamışam, dağlar aşmışam.
Dünyanı qəlbimə gətirmək üçün
Baş alıb dünyadan uzaqlaşmışam.
Ağlın kəsəndən dərdlə yoldaşlıq, qayğıyla qardaşlıq eləmisən.
Bundan bezikmək nədi, qatlaşdığın möhnəti bir yaşamaq vasitəsi
bilmişən: “Gözümə yaş səpir səsi küləyin; Ölsün o adam ki, həs
rəti yoxdur...”. Eh, sən də arzulamağa şey tapdın. Ürək nəyə me-
yillənsə, ayaqlar da bizi onun üstünə aparar.
İyirmi beş il bundan əvvəl Vidadinin qəbri üstündə ürəyinin
fəryadını xatırladım. Onda öz şəxsi faciənə, millətinin kütləvi ma
təminə açıq-aşkar yas saxlamağa səni qoyardılarmı?! Sovet şairi
də “o f ’ deyə bilərdimi?! Vidadi bir bəhanəydi; səni fəryada gə
tirən özgə dərdindi, xalqının səngiməz, qaysaqlamaz yaralarının
sızıltıları idi.
Bir quş kimi uçub gəldim həyata,
Bir quş kimi intizaram qanada.
Çağırmayın qəm yurduna can ata,
Öz qəmləri sıralanmış könlümü!
Onda iyirmi beş yaşın vardı. Qətlimizə fitva verənlərin və on
ların əlaltısı olan soydaşlarımızın rəzilliyindən gözü qorxanlar bu
şeirin başı üzərindəki “Vidadi” sözünü bir pərdə kimi götürüb ata-
caqlarına, səni dərdlərinlə birgə ittiham edəcəklərinə ehtiyatlanır
dın.
Başım üstə qəh-qəh çəkib zaman hey!
Döyüb yağış, döyüb dolu, duman hey!
Gülüstanlar yada salmaz aman hey! -
Düzlərinə qar ələnmiş könlümü!
Həqiqətən, şeirin axarında Vidadi rəhmətlik yaddan çıxırdı.
Meydanda sən qalırdın - bütün ələminlə, hər nöqtəsindən belə
burxulmuş ürəyinlə. Əvvəldən-axıracan misraların oxucunu hal
dan-hala salır, tənqidçilər demiş, dünyada bir işıqlı nöqtə qoymur
dun qala. Sənin o poetik məngənəndə tıncıxdığımız bu amansız
məqamda sonuncu bəndlə kürrük eləmiş bir yaz yağışından sonra
gülümsəyib dünyaya boylanan Günəş kimi misraların ümid do
nuna bələnirdi:
Mən ölsəm də bölünəcəm min yerə:
Qayıdacam Yer üzünə min kərə!
Məşəl kimi qaldıracam göylərə -
Öz ağlından bağrı yanmış könlümü!
Bu şeirdən sonra neçə-neçə gözəl tərənnüm şeirləri yazmısan.
Amma bu həqiqət də qəlbinə dəyməz ki, möhnət üstündə daha
həssas köklənirsən. Bu, sənin dünyanın acizliyindən irəli gəlmir.
Səni yaxından tanıyanlar bilir ki, sən gəzəri bir ovuc Vətən tor
Səyavuş Sərxa n lı
-----------------------------------------------------------------------------------
« 1 2 ?
pağısan: sızıltın da, şövqün də, fərəhin də bu müqəddəs torpaqdan
qaynaqlanır:
Torpaq axtarıram, bir ovuc torpaq;
Sıxanda Xaqani hayqırsın onda!
Torpaq axtarıram, zəlzələ salıb,
Qandallar, zəncirlər qırılsan onda!
Neçə illər əvvəldi. Onda hələ erməni murdarlığı fışqırıb üzə
çıxmamışdı. “ £/
zm
bəri baxan dağlar” poemanda Qarabağın ba
şında qopacaq zəlzələnin gəlincik sədasını az qala hər misranda
verməyə çalışırdın.
Mənim Qarabağım dözümdü, tabdı!
İnam Günəşidi min səhərimin!
Mənim Qarabağım bir daş kitabdı -
Düşübdü başına düşmənlərimin.
Bu ilk zəndindən sonra, qəribədir, dünyanın Xocalı vəhşətini
və millət sahiblərinin üzqaralığını necə görə bilmişdin?
Uçur qartal kimi tarixə sarı,
O, mənim səngiməz həyəcanımdı.
Yiyə durmayanda mərd oğulları,
Mənim Qarabağım çıxan canımdı.
Sonra... sonra da o gündən baxıb bu günü aydınca görə bilirmiş
və son sözünü də o başdan demək istəyirmişsən. Həqiqi təmiz
ilhamla baş-başa qalanda şairlərə də vəhy gəlir, daxildən bəsirət
gözləri açılır və gələcək hadisələri xəbər verirlər:
Şair - mərmi canlı torpaqdı axı,
Qorxusuz bir şair - sınmış qanaddır!
Qoruna bilməyən Vətən torpağı
Düşmənə doğmadı, doğmaya yaddı/
-----------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
«
12
?
Dostları ilə paylaş: |