Səyavuşu yola gətirib, maşından düşdüm. Ona dedim ki, qo
naqları düşürüb, qapaqlı bir qab da götürüb geri qayıtsın, o vax
tacan kabab hazır olar. İsti-isti süfrəyə qoyarıq.
Aradan heç yarım saat da keçməmişdi ki, Səyavuş əlində dolu
qədəh qonaqlara «xoş gəldin» eləyirdi. Evin sahibi Samson kişi
də süfrə arxasında idi. Qəribədir, üzünü saqqal basmış, eni ilə
uzunu bilinməyən bu nataraz erməni bizimlə qaynayıb-qarışa bil
mirdi. Əvvəldən axıracan da bizimlə isinişmədi, yad gəldi, yad
da qaldı...
Deyəsən Şəmkir konyakı yavaş-yavaş qoparağımızı götürürdü.
Kefimiz kök, damağımız da çağ idi. Ədalətin çalğısı da əsl m ə
nada kef üstündən kef idi. Səyavuş qalxıb Ədalətə yaxınlaşdı.
- Ustad, şeir oxumaq istəyirəm.
- Oxu, qadan alım, oxu. Yaxşı şeir üçün ürəyim təşnədir. -
Havanı dəyişdi. - Sən oxumağında ol, mən də dalınca gəlirəm.
Bu məqamda söz saza bələdçilik eləməlidir. Yəni şair Səyavuş
Sərxanlı qabaqda, aşıq Ədalət də arxada dağlara qalxıb, gədikləri
aşmalıdır.
- Ə, sənin qadan alım, ay Ədalət, ay sazın şairi! - Səyavuş onu
istəklə qucaqladı. - Vallah, möcüzədi sənin bu qara sazın, mö
cüzə! Adamın gah ürəyini sökür, onu varından yox eləyir, gah da
qanadına alıb, ayın-ulduzun yanma qaldırır.
Səyavuşun təbi coşmuşdu. Şeiri-şeirə qoşurdu. Arada keçid
eləyəndə dedi ki, bu şeirlərin çoxu ilk dəfədir ki, oxucuya üz
tutur, işıq üzü görür.
- Niyə bu gözəl şeirləri yığıb ayrıca bir kitab eləmirsən? - de
yə soruşanda, şairin cavabı belə oldu:
- Kitablarımda bala-bala əridirəm. Bəlkə nə zamansa hamısını
məhəbbət ocağının başına yığıb qalın bir kitab elədim. Əsas budur
ki, belə şeirlər növbə gözləmir, aramsız yazılır. Özüm də bu
ümiddəyəm, ömrümün axırınacan da lirika ovqatı mənimlə ola
caq, heç vədə məndən ayrılmayacaq.
- Quzu kəsərəm sənin lirika yuvalanan o böyük ürəyinə, -
Ədalət saza ürəkdən gələn bir mizrab vurdu. Səyavuş isə səsinə
s e a ?
Səyavuş S ərxa n lı
----------------------------------------------------------------------------------
.
Vətən, səslə oğlunu
qanad verdi.
- Bu gün mənim ürəyimin də, şeirimin də bayramıdır. Özü də
ikiqat bayramdır. Ona görə ikiqat bayramdır deyirəm ki, Ədalət
kimi bir sənətkar sazı ilə mənim misralarımı narın-narın əzizləyir,
dostlar isə onu ürəyinə sıxır.
Ədalət şövqlə başını yellədi:
- Yaman dedin, ay Səyavuş müəllim! Əsl şair sözü dedin.
Ədalətin sazı bizi kövrəltsə də, sağlıqlar seyrəlsə də məclis
yenə öz şuxluğunda, öz dalğasında idi. Səyavuş əllərini ovxalaya-
ovxalaya şeirlə «Sarıtel» havasına qoşulmaq istərkən Samson ki
şinin «xuruşu» qalxdı. O, əlini qırmızı çuğundura bənzəyən sifə
tinə çəkərək:
- Ara, ay Sayavuş, sağ ol ki, bu gün bizi yaşatdın, - dedi. -
Sən yaxşı bilirsən ki, bu konyakı ermənilər icad eləyib. Şam-
xordan gəlsə də, əsl erməni konyakıdır. Çünki orada bunu elə
bizimkilər düzəldir. Ona görə belə ləzzət eləyir.
Səyavuş dönüb tərs-tərs ona baxdı.
- Ə, Samson kişi, məni cin atına mindirmə, sözünün dalma daş
qoy.
- Ara, bu Samson kişi sənə qurban, mən nə var onu da deyi
rəm. Hamı bilir ki, qabaqlar musurman içkidən uzaq qaçıb. Heç
vaxt konyak içməyib. Hərdən erməni kirvələri onları xəlvətcə
qonaq eləyib, «sağ ol» qazanıblar.
- Samson kişi, yığışdır özünü!
- Baş üstə, Seyavuşcan, baş üstə, - Samson yerində qurcalan
dı.
Yenə Ədalətin sazı, Səyavuşun sözü ürəklərimizi bir-birinə
qoşdu. Xeyli müddət saz ilə söz Kürlə Araz qovuşan kimi bir-bi
rinə qovuşdu, axdı, dalğalandı...
Sözündən, hərəkətlərindən açıq-aşkar hiss olunurdu ki, artıq
Samson kişinin «tormozu tutmur». Ona görə də dilini dinc saxlaya
bilmir, hərdən «gül» vururdu. Bu dəfə Ədalətə ilişdi.
- Ay Adalatcan, hələ indiyəcən sənin kimi saz çalan dünyaya
gəlməyib. Ancaq ruslar demişkən, burada bir «no» var. Bu da
ç№ 2 ?
ondan ibarətdir ki, sazın laylasını Sayat Nova çalıb. Sonra musur-
manlar saz çalmağı ondan öyrəniblər. Elə Aşıq Ələsgər də bir er-
mənistanlı kimi onun şagirdi hesab olunur.
Ədalət diksinən kimi oldu. Səyavuşun hirs beyninə vurdu.
Əsəbi halda irəli yeriyib, onun üstünə qışqırdı:
- Ə, Samson kişi, məni dəli eləmə, özün bilirsən ki, bu
Səyavuşun, - əlini sinəsinə vurdu, - çox beh-bazarı yoxdu. Gör
düyün o çəlləyi başında sındırıb, səni Şamxor konyakında çimiz
dirərəm, sonra da aşıq Ədalətin sazını başında çilikləyərəm. An
caq konyak da, saz da bizə lazımdı. Get sən xoma çək, bizim ke
fimizə soğan doğrama.
- Baş üstə, Sayavuşcan, günahkar konyak oldu, gərək sən də,
qonaqlar da bu qoca dəyyusu bağışlasınlar, - suyu süzülmüş halda
səndirləyə-səndirləyə çıxıb getdi.
Səyavuş ikrahla onun dalınca baxdı.
- Gərək erməninin başından yumruğu əskik eləməyəsən. Ba
laca üz göstərəndə, astar da istəyirlər.
***
Tanrı ona yaz seli kimi çağlayan gur istedad vermişdi. Bəzən
o, bunun fərqinə varmırdı. Düşünürdü ki, şairin var-yoxu onun
istedadıdır, yoxsa o şair olmaz ki?
Ona görə də istedadını cilalamaq, onu öz qəlbinin hökmü ilə
istədiyi məcraya döndərmək barədə heç fikirləşmirdi də! Hissi,
duyğuları nə deyirdisə, onun da dalınca gedirdi. Bəzən gözdən,
könüldən uzaq bir məkana çəkilib, coşub-daşan ürəyinin dolu,
pəmbə buludlarını yaz leysanı kimi kağız üzərinə sıxır, fit çala-
çala yenidən həyatın axarına düşürdü.
Ürəyində yaradıcılıq arzuları aşıb-daşırdı. İstedadı bu arzuları
gözəl əsərlərə çevirmək qüdrətində idi. Ancaq burası da var idi
ki, qələm götürüb inad göstərmir, “eləyərəm ” deyib, yazı stolun
dan dördəlli yapışmırdı. Buna görə də hərdən özünü qınayırdı.
Bir dəfə payız vaxtı Natəvan heykəlinin yanında üz-üzə gəldik.
Soruşdum:
Səyavuş S ərxa n lı
-------------------------------------------------------- --------------------------
Vətən, səslə oğlunu
- Qardaş, görünmürsən?
- Başım bərk qarışıqdır.
- Nə yazırsan, nə pozursan?
- Şeir də var, tərcümə də, publisistika da...
- Bəs “Ağ dünya”dan nə xəbər var?
- Xəbər deyəndə ki... - Əlini çənəsinə çəkdi. - Bu günlərdə
Yaltaya gedirəm - Yazıçıların Yaradıcılıq Evinə. Söz verirəm ki,
bu dəfə romanın kürəyini yerə qoyacağam. Bu barədə müsahibə
verməkdən də yorulmuşam. Evdə arvad-uşağın da yanında günah
kar kimi gəzirəm.
Neçə illər idi ki, dünya şöhrətli həmyerlimiz, Sibir neftini kəşf
edən əfsanəvi geoloq, Sosialist Əməyi Qəhrəmanı, Lenin müka
fatı laureatı Fərman Salmanovun keşməkeşli taleyindən, parlaq
ömür yolundan bəhs edən “Ağ dünya” adlı romanı üzərində işlə
yirdi. Fərman Salmanovun sorağı ilə neçə dəfə Sibirə getmiş, tay
qanı gəzib dolaşmış, günlərlə Surqutda qonaq olmuş, orada ça
lışan insanlarla ürək ürəyə vermişdi. Bu səfərlər barədə dəfələrlə
radioda, televiziyada çıxışlar etmiş, roman üzərində işindən danış
mış, qəzet və jurnallarda hər biri hekayədən də şirin oxunan
oçerklər, yol qeydləri çap etdirmişdi.
Bu yazıların sayı da çoxdur, sanbalı da. Ancaq biz uzun illər
bu romanın yolunu həsrətlə, intizarla gözləmişik. Həmişə də
inanmışıq ki, qələm dostumuz öz böyük istedadı ile ortaya ədə
biyyatımızda hadisəyə çevriləcək sanballı, siqlətli, oxucuların
əlindən düşməyəcək bir roman qoyacaq. Fərman Salmanovun çə
tin, romantika ilə dolu həyatı, uzaq Sibirdə, yad insanlar arasında
əfsanəvi hünərlər göstərməsi, dünyaya səs salması və bundan il
hamlanan Səyavuşun bizi heyrətləndirən, sevindirən, qanadlandı
ran poeziyası, publisistikası buna zərrə qədər də şübhə yeri qoy
murdu. Bəs bu əsər niyə başa çatmadı, yarımçıq qaldı?
Bu suala doğru-dürüst cavabı yalnız Səyavuş Sərxanlının özün
dən eşitmək olardı. O isə aramızda deyil, sıralarımızdan ayrılıb,
haqq dünyasına qovuşub. Neyləmək olar, həyat həyatdır. Bu da
şirin möcüzəli həyatın bir amansızlığıdır. Böyük Səməd Vurğun
<
5 0
?
Dostları ilə paylaş: |