müavini, şair Nəbi Xəzri üzünü mənə tutub:
- Nahid, sən qal, - dedi.
Keçib onunla üzbəüz oturdum.
- Əzizim, gəl səninlə işlərimizi
bəri başdan elə quraq ki,
xırmanda yabalaşmayaq.
- Nəbi müəllim, Allah o günü göstərməsin. Mənim ürəyim
deyir ki, hər şey yaxşı olacaq.
- Elə mənim ürəyim də belə deyir.
O, məni Radionun Ədəbiyyat şöbəsinin müdirliyindən yarı-
xoşluqla, yarıgüclə öz yanma - televiziyanın «Gənclik» baş redak
siyasına baş redaktor vəzifəsinə aparmışdı. Vəzifəm bir pillə yük
səlmişdi. Ancaq düzü, ədəbiyyat şöbəsi mənə daha doğma idi.
Yazıçıların, şairlərin içindəydim. Həm də müdir olduğum şöbə
radionun gözü sayılırdı.
Burada isə verilişlərin səddi-sərhədi bilinmirdi. Konkretlikdən
də danışmaq mümkün deyildi. Hiss edirdim ki, Nəbi müəllimin
mənə deyiləsi sözü çoxdur.
- Nahid, əzizim, - dedi, - nə gizlədim, sənin təzəcə qovuş
duğun bu baş redaksiya ki var, mənim yaralı yerimdir. İstəyirəm
ki, elə eləyəsən uzağı bir-iki aya hiss olunsun ki, bura təzə nəfəs
gəlib. Tamaşaçılar beziblər, şablon verilişləri görən kimi televi
zoru söndürürlər. Daha gözləmirlər içində nə var, mənası, məz
munu nədir.
- Nəbi müəllim, darıxmayın, yavaş-yavaş siz deyənlərin
hamısı olacaq.
- Niyə yavaş-yavaş?
- Gecə-gündüz axtarış lazımdır, istedadlı adamları gərək
verilişlərə cəlb edək ki...
- Mən elə bu barədə səninlə ürək söhbəti eləmək istəyirəm,
- Nəbi Xəzri çənəsini ovcuna aldı. - Bunu deyim ki, sizin iki
şöbədə - «Pioner və məktəblilər», eləcə də «Balacalar» redaksi
yalarında heç bir nigarançılıq yoxdur. Özün yaxşı bilirsən ki,
Tofiq Mütəllibov da, Fuad Tarıverdiyev də təcrübəli qələm sa
hibləridir. İşlərini də yaxşı qurublar. «Gənclər» şöbəsində isə çox
Səyavuş S ərxa n lı
------------------------------------------------------------- --------------------
acınacaqlı vəziyyət yaranıb. Orada başıpozuqluqdur. Axtar, ürə
yimizə yatan bir adam tap, gəlsin əl-ələ verib səninlə işləsin.
- Oldu, Nəbi müəllim, darıxmayın, - dedim. - Yaxın günlərdə
mən sizə geniş təkliflər planı verəcəyəm. Çalışacağıq ki, istedad
lı, zövqlü adamlar şöbə ilə sıx əməkdaşlıq etsin. Onlar işə ürək
dən qoşulanda, şöbədə əsl yaradıcılıq mühiti yaranacaq. Sonra da
ilk uğurlann sevincini duyacağıq.
Nəbi müəllim əlini irəli uzatdı:
- Uğurlar! Görürəm fikirlərimiz, düşüncələrimiz bir-birinə qo
vuşur. Çətinliklər də səni qətiyyən qorxutmasın. Nə kömək lazım
olsa, imkan daxilində edəcəyik.
- Nəbi müəllim, onda tezliklə qatarı relsə çıxara biləcəyik.
***
İlk ideya belə oldu ki, günlərə səpələnmiş xırda, gözə görün
məyən verilişləri həftəlik irihəcmli proqramla əvəz edək. Verili
şin adını «Səhər» qoymağı qərarlaşdırdıq. Aparıcılar Nurəngiz
Quliyeva (Nurəngiz Gün) və Rafiq Hüseynov nəzərdə tutulurdu.
Daimi müəlliflər sırasında şairlərdən Səyavuş Sərxanlı, Sabir
Rüstəmxanlı, gənc yazıçı-jurnalist Böyükxan Bağırov, tanınmış
fotoqraf Səidə xanım və bir sıra başqaları var idi.
Nəbi müəllim planı alıb baxdı-baxdı və sonra da götürüb sto
lunun siyirtməsinə qoydu.
- Ay Nahid, elə bil ürəyimi oxumusan. Ancaq ola bilsin ki,
nəsə ağlıma gəldi, əlavə elədim. Sabah qaytararam.
Mən ayağa qalxıb, getmək istəyərkən:
- Hara tələsirsən, otur, - dedi. Barmaqlarını daraqladı. - Yax
şı eləmisən ki, Səyavuş Sərxanlını da nəzərdə tutmusan. Bu
məqamda ürəklərimiz birləşir. Tanrı Səyavuşa gözəl istedad ve
rib. Şair kimi də, publisist kimi də yaşıdlarından onun qabağına
çıxan çətin tapılar.
- Nəbi müəllim, doğrudan da elədir. Səyavuşun qibtə ediləcək
qələmi var. Sağ olun ki, neçə il qabaq «Azərbaycan gəncləri» qə
zetində ona “Uğurlu у о Г yazmışdınız. İki şeiri də dərc edilmişdi.
« s ö ?
------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
- Adları bu gün də yadımdadır, - Nəbi Xəzri gülümsədi. -
“Cığır” və “Səslədi məni”. İkisi də müəllifin istedadından xəbər
verirdi. Səyavuş bu şeirləri mənə Şəmkirdən göndərmişdi. Onda
heç ali təhsili də yox idi. Rayonda çıxan “Ulduz” qəzetində kor
rektor işəlyirdi. Sən demə, Tibb İnstitutunu buraxıb, rayona qa
yıdıbmış. Bu şeirlərin mətbuatda dərc olunması Səyavuşa qol-
qanad verdi. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin
jurnalistika fakültəsinə daxil oldu. Bu onun yaradıcılıq inamının,
mütaliəsinin, əlaqələrinin genişlənməsində böyk təkan oldu. Sə
yavuş indi sevilən şairdir, publisistikası isə başqa aləmdir.
...Səyavuş Sərxanlı dəvətimizi, “Səhər” proqramında ədə
biyyat, mədəniyyətlə bağlı süjetləri aparmaq təklifini sevinclə
qarşıladı:
- Kasıb şair üçün bundan böyük nə yaxşılıq ola bilər, qar
daş? - dedi. - Tanınar, populyarlaşarsan, qonorar da öz yerində.
Gözün də heç kəsin, lap elə doğmalarının da əlində olmaz.
Özünü bir kişi qırığı hiss edərsən.
Səyavuş Sərxanlı televiziyaya gur səslə, qaynar nəfəslə gəl
di. Onun səsi də, ekran məlahəti də, savadı, biliyi, diksiyası da
bəyənildi. Çox keçmədi ki, o, auditoriya ilə doğmalaşdı. Artıq
uşaqdan-böyüyə kimi Azərbaycanın hər yerində onu yaxşı tanı
yırdılar. Tamaşaçılar onu ürəkdən sevdilər, alqışladılar.
Həmin illərdə o, artıq iki kitab - «Qayıt» və «Dünya
sevənlərindir» şeir toplularının müəllifi idi.
Bəlkə də o, televiziya ilə əməkdaşlıq elədiyi o çağlarda dün
yanın ən xoşbəxt insanı idi! Kim bilir, bəlkə də televiziyada bu
qədər əmək, zəhmət sərf etməsəydi, yalnız poeziya, ədəbiyyat
haqqında düşünsəydi, indikindən daha böyük, daha şöhrətli sə
nətkar olardı. Neyləyəsən, bu da bir şair bioqrafiyası, şair tale
yidir.
O, ədəbiyyat aləminə həyatın dibindən qalxmışdı. Xoşbəxtliyi
bu idi ki, təbiət ona fitri istedad vermişdi.
« S ä ?
Səyavuş S ərxa n lı
----------------------------------------------------------------------------------
Ailələri çətin dolanırdı. Atası dəmirçi idi. Çörəkləri daşdan
çıxırdı. Səyavuş balaca vaxtlarından yaxşı oxuyurdu. Zəkası ilə
yaşıdları arasında seçilirdi. Orta məktəbi qızıl medalla bitirdi. Bu
da ona könlü istədiyi ali məktəbə qəbul olunmaq imkanı verirdi.
O, bu imkandan istifadə etdi, tezliklə Tibb İnstitutu tələbələrinin
cərgəsinə qoşuldu. Ancaq bu sevinc uzun sürmədi. Səyavuş doğ
ma yurda döndü. Halal çörəyini öz zəhməti ilə qazanmağa
başladı. Nə iş qaldı ki, işləməsin! Tikinti idarəsində fəhlə, çilin-
gər, montyor, uşaq xorunun dirijoru, dram dəməyinin rəhbəri, qə
zetdə korrektor... Onun ürəyində isə poeziya işığı şəfəqlənirdi.
Səyavuşun qəlbi həmişə bu işığın cazibəsində, qanadında idi, uç
duqca, hey uçmaq istəyirdi. Universitetin tələbəsi olmaq da bu is
təklə bağlı idi.
***
Yazın yaya qovuşan vaxtı idi. Günortaya yaxın qapımızın zəngi
çalındı. Dumb gözlükdən baxdım. Səyavuş idi. Əlim dəstəyə
uzandı. Ürəyimdəsə nigaran suallar çırpındı: Görəsən nə olub?
Səyavuş məni elə-belə axtarmaz, özü də istirahət günündə?
Qapını açarkən gözlərindəki parıltı, sifətindəki işıq nigarançı-
lığımı alıb apardı. Salam-sabah elədik. Onu içəri dəvət elədim.
Gəlmədi.
- Nahid müəllim, demək bu gün evdəsiniz, hə?
- Ona oxşayır, ay Səyavuş...
- Oxşayır niyə?
- Ona görə belə deyirəm ki, bir də gördün zəng elədilər, ax
tardılar.
- Gərək bu zəng ehtimalını elə indi qabaqlayaq.
- Necə?
- Necəsi budur ki, aşağıda sizi gözləyirəm.
- Ay Səyavuş, adam qapıdan qayıtmaz, - dedim, - keç içəri,
bir stəkan çay iç. Sonrasına baxarıq.
- Yox, yox, qadan alım, yox, - əlini havada yellədi. - Ədalətin
behi-bazarı yox, istəyəni də çoxdur. Bir də gördün saz dəlilərin-
« a ?
___________________________________________________
Vətən
,
səslə oğlunu
Dostları ilə paylaş: |