dən biri dilinin şirin yerinə salıb, onu oğurladı. Biz də qaldıq ya
na-yana. - Pillələri enə-enə yalvar-yapış elədi. - Qadan alım, bir
az əlli ol. Gecikməsək, yaxşı bir gün gözləyir bizi. Günümüzün
də qəhrəmanı olacaq aşıq Ədalətin sazı.
Geyinib aşağı düşdüm.
- Səyavuş, bu əhvalat harada olacaq? - soruşdum.
- Burada, sənin qonşuluğunda - “Naxçıvan” mehmanxanasın
da.
- Bəs orada qalanlar şikayət etməzlər?
- Niyə eləyirlər ki? - dayanıb təəccüblə üzümə baxdı. - Pul
suz-parasız konsert veririk, yox gəlib bir şikayət də eləsinlər. -
Səsinin ahəngi dəyişdi. - Ədalət də işini biləndi. Qaldığı nömrə
mərtəbənin lap qurtaracağındadır. Özünün dediyinə görə qonşulu
ğunda da hələ heç kim yaşamır. Ona görə də hərdən dostları yığı
şır başına. Düz bir həftədir beləcə yaşayır Ədalət. Biletini almı
şam, iki gündən sonra gedəcək.
- Ay Səyavuş, Allah bədnəzərdən qorusun, yaman dostlaşmı-
sınız ha!
- A kişi, vallah, buna da darınanlar, qısqananlar var.
- Ay Səyavuş, istedadlıların taleyi həmişə belə olub.
- Ədalət sadə bir adamdır, mən də onun sazının vurğunuyam.
O çalanda hər şey yadımdan çıxır, dünya ilə doğmalaşıram. Həyat
mənə o qədər şirinləşir ki! Bunu Ədalət özü də yaxşı bilir. Ona
görə də Bakıya yolu düşəndə məni axtarıb tapır. Mən də ona
borclu qalmıram. Barəsində nə qədər yazsam da, qələm nə yoru
lur, nə də onun çalğısından doyur. Ədalət özü oxumur, ancaq... O
çalanda mənim əlimdə qələm başlayır cəh-cəh vurmağa, oxuma
ğa. Ədalət həmişə deyir: “Ay Səyavuş, mənim haqqımda bəlkə
qədərindən də çox yazılıb. O qələm sahiblərinin hamısına min
nətdaram, qabaqlarında baş əyirəm. Ancaq sənin yazdıqlarının
ətrindən heç vədə doya bilmirəm. Vallah, sözünün, qələminin acı
yam, qardaş”.
- Ədalətin sözü sənətkar sözüdür.
- Ona görə də barəsində bütün yazdıqlarını ona halaldır.
Səyavuş S ərxa n lı
-----------------------------------------------------------------------------------
- Onun dediyi də sənə halaldır.
- Ona da, sənə də minnətdaram.
O vaxtlar sənət aləminə təzəcə qədəm qoyan pöhrə cavanlar
da, şöhrətli, qüdrətli sənətkarlar da çox istəyirdilər Səyavuş Sər
xanlı onların barəsində qələm çalsın, nəsə yazsın. Bunu onlar öz
lərinə fəxarət sayırdılar. Bunun başqa önəmli bir tərəfi də var idi
ki, Səyavuş nə yazırdısa, səmimi-qəlbdən yazırdı. Özü də ilham
la, məhəbbətlə!
Ədalətin dilindən eşitmişdim ki, mənim barəmdə Səyavuş Sər
xanlı elə yazıb ki, adam düşünə bilməz bundan yaxşı necə yaz
maq olar, bundan o yana daha nəsə demək olarmı?
Bu bir həqiqət idi ki. Ədalətin gözündə Səyavuş bir ucalıq,
əlçatmazlıq qazanmışdı. Ədalət bunu hiss etsə də, fikrini sözə çe
virə bilmirdi. Bəlkə bu hissi, sevinci elə bir saz havası ilə deyərdi
ki, eşidənə möcüzə kimi gələrdi.
Nə isə... Gəlib yetişdik. Ədalət məni Səyavuşun yanında
görəndə gözlərinə inanmadı. Qırışığı açıldı.
- İkinizin də qadanızı alım, - dedi, - canım-ciyərimsiniz. Alla
hın köməyilə bu gün sözəsığmaz saatlar yaşayacağıq. Bunun nə
qədər uzanacağı sizdən asılı olacaq. Nə qədər ki, «çal, aşıq, çal»
deyəcəksiniz, mən də sazı sinəmdən ayırmayacağam. Havadan-
havaya simlər od alıb yanacaq.
- Ədalət, sənə min alqış! Dalıycan da bu alqışın qanadlı bir
məqaləsi gələcək. Özü də bəribaşdan deyirəm ki, çox ləngitmə
yəcəyəm.
- Ay Səyavuş, Allah sənə bu ürək genişliyincə sənət sevinc
ləri və xoşbəxtlik qismət eləsin.
- Sağ ol, ay gözəl Ədalət, ay sazın padşahı! Sənin elə bu
ürəkdən gələn alqışın mənim üçün ən böyük xoşbəxtlikdir.
Ədalət götürüb sazı kökləmək istəyəndə mən ustufca onun çiy
nini sıxdım. O, arif adamdı. Hiss etdi ki, nəsə demək istəyirəm.
Başını mənə sarı döndərdi.
- Qadan alım, ay Nahid müəllim, ürəyindən nə keçirsə, de
gəlsin.
___________________________________________ ________
Vətən, səslə oğlunu
- Ay Ədalət, qorxuram ki, burada - bu balaca otaqda sənin
qara sazından o ləzzəti ala bilməyək. Saz qoruq-qaytaq bilmir axı.
- Ə, ay Nahid müəllim, neyləyək, bir az astadan çalar, - Sə
yavuş əlini-əlinə vurdu.
- Ağlın başqa aşıqlara getməsin.
- Bu aydındır.
- Özün yaxşı bilirsən ki, Ədalət bir az havalanıb, qanad çır
panda özünü unudur, simlər alov saçır. Bir də başımızı qaldıranda
görəcəyik ki, qapının ağzı adamla doludur, hamısı da içəri keç
mək istəyir. Bura nə qədər adam tutar? Üç cüt, bir tək.
Deyəsən mən Ədalətin ürəyini oxumuşdum.
- Ay Nahid müəllim, mən də bayaqdan bu barədə'götür-qoy
eləyirdim. Dünən axşam başıma siz deyəndən də betər əhvalat
gəldi. Bütün dəhliz adamla dolmuşdu. Mən neyləyə bilərdim,
«Yanıq Kərəmi»lə canımı qurtardım. Sonra da inzibatçının xahiş-
minnətilə sazın köynəyini geyindirdim. Camaat başını bulaya-bu
laya dağılışıb nömrələrinə getdi. Mən də içimdən çırpına-çırpına
qaldım.
Səyavuş irəli yeridi və Ədalətlə qabaq-qənşər dayandı.
- Bir dəli şeytan deyir ki...
- Dəli şeytan nə deyir, ay Səyavuş? - Qolumu onun qoluna
keçirdim. - Hərdən şeytanın da sözünə baxmaq olar.
- Olmağına olar... - sözünün arxasını ləngitdi. - Qorxuram
ikiniz də mənə şəbədə qoşasınız.
- Niyə? - dedim.
- Fikirləşirəm ki, mehmanxanadansa, mənim yaşadığım ev da
ha əlverişlidir. Orada istədiyimiz kimi kefimizi çəkəcəyik.
- Bəs nə mane olur? - Ədalət soruşdu.
- Əslində heç nə...
- Düzünü de, ay Səyavuş, bəs onda niyə oxunu atıb yayını
gizlədirsən! - Qolunu sıxdım.
Gülə-gülə:
- Düzü budur ki, deyərsiniz şair gedib bir donuzotaran ermə
ninin qanadının altına girib.
Səyavuş S ərxa n lı
----------------------------------------------------------------------------------
- Bu da bizim taleyimizdi, - dedim. - Bu yolu mən də keç
mişəm, başqaları da keçib.
- Bu da bizim bədbəxtçiliyimizdi. - Səyavuşun səsi dəyişdi. -
Bu qırılmışlar Bakını başlarına götürüblər. Hamısı kənddən-kə
səkdən gəlib, burada özlərinə ev-eşik düzəldiblər. Gözün üstə qa
şın var, deyən də yoxdur. Ancaq gəl görək bunu biz eləyə bilə-
rikmi? İki daşı bir-birinin üstünə qoysaq, elə o gecə basarlar, əlli-
ayaqlı gedərik. Ancaq bunlara, bu ermənilərə hər şey olar. Hər
dən adama elə gəlir ki, biz gəlməyik, onlar isə ev sahibi. Bir dos
tum var, Tibb İnstitutunda oxuyur. Ona baş çəkməyə getmişdim.
O yazıq da mənim kimi erməni evində kirayənişin olur. Qon
şuluğunda da özü kimi rayondan gələn beş-altı tələbə ayda er
məniyə filan qədər kirayə haqqı verir.
- Bu söhbət çözələndikcə çözələnəcək, - dedi Ədalət.
Mən də onun sözünə qüvvət verdim. Yığışıb vestibülə düşəndə
tələbəlik vaxtı yataqxanada eyni otaqda qaldığım Səlim Piriyevə
rast gəldik. O, Mədəniyyət Nazirliyində işləyirdi. Saza çox armaq
- vurğun olduğunu bildiyimə görə onu da dəstəyə qoşduq.
Səyavuşun kirayə qaldığı ev Tibb İnstitutu yataqxanasının qən
şərində idi.
- Çatırıq! - Səyavuş uca səslə dedi. Döngədəki kafeni görən
də mənim əlim maşının qapısına uzandı.
- Mən düşüm, yaxşı bir kabab sifariş verim.
- Mən özüm qayıdaram indi. - Səyavuş adəti üzrə əllərini qo
şalayıb gur saçlarına çəkdi. - Bu olmadı ki, qonaq yeməyini də
özü ilə gətirir. Şair kasıb olsa da, öz qonaqlarını yola verə bilər.
Sağlığınıza bir çəllək əla Şamxor konyakım var. Sağ olsun qar
daşım Telman, heç vədə ehtiyatımı üzmür. Bunu da elə srağagün
göndərib. Elə bil ürəyinə damıbmış ki, qonaqlarım olacaq.
Aşıq Ədalət sürücünün yanında oturmuşdu. O, geri qanrıldı:
- Sən belə qardaşdan danış, ay Səyavuş müəllim. Nə işə baxır
bu şairin hər istəyini yerinə yetirən qardaş?
- Evdəkilər məni həkim eləmək istəyirdilər. Qələm qoymadı.
Telman qabağa durdu, ailəmizi sevindirdi.
s ö ?
------------------------------------------------------------------------------
Vətən
,
səslə oğlunu
Dostları ilə paylaş: |