Səyavuş S ərxa n lı---------------------------------------------------------------
demişkən: “Nə ömrə acıyır, nə yaşa dünya!”
***
Səyavuş Sərxanlı ilə qəlbən, ruhən bir-birimizə çox yaxın idik,
dostlaşıb, doğmalaşmışdıq. O, bizim evin əziz adamı idi. Ancaq iş
elə gətirmişdi ki, mən onun qapısını heç vədə açmamışdım. O,
hərdən bununla bağlı gileyini gizlətmirdi.
Bir gün özümüz də bilmədən evlərinin qabağında üz-üzə gəl
dik. Göz qırpımında qartal kimi qanadlanıb üstümə yeridi:
- Nahid müəllim, kasıbın da Allahı var, - dedi, - öz ayağınla
gəlib bizim tərəflərə çıxmısan. Dünya dağılsa da səni buraxdı
yoxdu, qalxacağıq bizə.
- Qalxmağına qalxarıq, ancaq...
- Ancağı-mancağı yoxdur, qardaş, heç bəhanə-zad axtarma.
- Ə, Səyavuş, əliboş ayıbdır axı? Gedək heç olmasa bir qutu
konfet alaq.
- A kişi, konfet-zad nəyə gərəkdi? - Qolumdan bərk-bərk ya
pışıb, evə sarı dartdı. - Gedək, gedək! Mən də darıxırdım, Allah
səni yaman yetirdi. Oturub bir az dərdləşərik. Xeyli təzə şeir yaz
mışam, sənə oxumaq keçir ürəyimdən. İkimizdən başqa evdə heç
kim olmayacaq.
- Bəs arvad-uşaq haradadır?
- Kitabımı çapa hazırlayıram. Sağ olsunlar, mənə şərait yara
dıblar.
- Öz aramızdır, ay Səyavuş, bəlkə də səni bu dünyada Elmira
xanım kimi başa düşən ikinci bir adam yoxdur.
Mənim sözüm ürəyincə oldu.
- Düz sözə nə deyəsən. Elmira mənim yolumda çox əzablar
çəkib, ömrünü şam kimi əridib, məni yaşadıb. Bütün taleyimlə,
yaradıcılığımla həyatım boyu ona minnətdaram.
- Qardaş, onda bu səmimiyyətinə görə mən sənin qulluğunda
hazır!
- Allahına qurban olum, niyə ürəyimi üzürsən, bunu bayaqdan
Ç J38JO
Vətən, səslə oğlunu
de də!
- Əsas budur ki, saqqızımı oğurladın.
- Onda getdik.
O, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun nəzdin
dəki ikiillik kurslarda oxuyanda, hər dəfə ezamiyyətə gedərkən
onu mütləq axtarıb-tapırdım. Ən azından günaşırı görüşürdük. Gö
rüş yerimiz də adətən «Baku» restoranı olurdu. Orada mənim Alik
Rəsulov adında yaxın qohumum yaşayırdı. Səyavuşla da tanış et
mişdim. Bərk dostlaşmışdılar. Alik də şeir-sənəti sevən bir gənc
idi. Söz-söhbətləri tuturdu. Həmişə də bir-birini itirib-axtarırdılar.
Səyavuş onun barəsində həmişə xoş sözlər deyirdi: «Alik ürəyə
yatan oğlandır. Ona möhkəm bağlanmışam. Hardasa mənə qərib
liyi unutdurur».
Bir dəfə iş elə gətirdi ki, Səyavuşla görüşmyə macal tapma
dım. Hər saatım hesabda idi. Şair dostumuz İlyas Tapdıq Mosk
vaya kursa getmişdi. Tərslikdən buz bağlamış səkidə sürüşüb qı
çını sındırmışdı. Xeyli vaxt idi ki, xəstəxanada yatırdı.
Mən Moskvada çıxacaq kitabımın tərcüməsini gözdən keçir
məli, həm də İlyası xəstəxanadan çıxarıb, qatarla Bakıya gətirmə-
liydim. Moskvada havalar qarlı-çovğunlu keçirdi. Gözümə dur
muşdu ki, qoltuq ağacının köməyilə hələ güclə addım atan İlyası
təkbaşına dəmiryol vağzalına necə aparacaq, vaqona necə qaldırıb
rahatlayacağam. Xəstəxana şəhərin ucqarında idi. Taksi tutub yola
düzəldim. Fikirli-fikirli maşının pəncərəsindən çölə baxırdım, gö
züm səkidən gəlib-keçən adamlar arasında bir tanış, həmdəm ax
tarırdı. İşıqfor yananda maşın dayandı. Gördüm ki, Səyavuş pal
tosunun boynunu qaldırıb, qarşı tərəfdən bizə sarı gəlir. Elə bil
üstümə gün doğdu. Həyəcanımı saxlaya bilmədim. Sürücüyə
sevinclə dedim:
- Qardaş, yaşıl işıq yananda maşını sağa verib, saxla! Dostumu
götürüb gəlirəm.
Maşından düşüb səkiyə atıldım.
t e a ?
- Səyavuş, Səyavuş!
Məni görəndə uşaq kimi sevindi. Qucaqlaşıb öpüşdük. Tezcə
də onu çəkib maşına oturtdum.
- İndi hara gedirik? - soruşdu.
- Xəstəxanaya, İlyas Tapdıq sürüşüb ayağını sındırıb. İki ay
olar. İndi gedirik onu çıxarmağa.
- Ay aman, nə pis iş olub, - rəngi avazıdı. - Gör ha, heç xəbə
rim olmayıb. Yanma gedib-gələrdim, yemək aparardım.
- Daha keçib. Əsas budur ki, işlər yaxşılığa doğru gedir.
- Nə yaxşı, nə yaxşı, - dedi Səyavuş.
Yol boyu çox şeydən danışdıq, çox mətləblərə toxunduq.
- Səyavuş, - dedim, - əlinə gözəl fürsət düşüb, çalış burada
jurnallarla, qəzetlərlə, nəşriyyatlarla əlaqə qur. Şeirlərini çap et
dir, kitab buraxdır. Başqa respublikalardan olan şairlərlə yaxınlaş,
dostluq elə. Sənə gələcəkdə çox kömək olar.
- Bunlar çox vacibdir, - deyə mənim fikirlərimə şərik çıxdı. -
Gərək vaxtı küləyə verməyək.
Qar getdikcə şiddətlənirdi. Mənzil başına çatdıq. Yuxarı, dör
düncü mərtəbəyə qalxdıq. İlyası belə xəstə, sınıxmış vəziyyətdə
görəndə Səyavuş varından yox oldu. Bərk qəhərləndi.
- Şair, qadan alım, fikir-zad eləmə, işdi olub, neyləyək, - dedi
İlyas Tapdıq.
***
Səyavuş bizi qatara mindirdi. Fit səsi eşidilənə kimi bizdən
ayrılmadı. Qatar tərpənəndə onu perronda bizə əl eləyən gördük.
İlyas Tapdıq dedi:
- Səyavuş öz yaşıdları arasında bəlkə də hamıdan istedadlıdır.
Müəyyən məsələlərdə təvazökarlığı əl-qolunu bağlayır. Başqaları
kimi ütük olsaydı, ola bilsin Azərbaycanın indi ən çox tanınan
şairlərindən biri olardı. Özünə də ürəyi istəyən kimi gün-güzəran
düzəldərdi. Ailəsini çox çətinliklə dolandırır.
Səyavuş S ərxa n lı
----------------------------------------------------------------------------------
t e a ?
Vətən, səslə oğlunu
Tanrı Səyavuş Sərxanlıya dünyaya, insanlara sevgi dolu ürək
və qanadlı istedad vermişdi. Qəlbinin yelkənini poetik söz dün
yasına açmış, onunla ürək-ürəyə verib doğmalaşmışdı. Səyavuş
üçün dünya poetik sözdən başlayırdı. Könlü həmişə sirli-sehrli
sözün sorağında idi. Deyirdi:
Şeir sorağında yandı ömür-gün,
Çaylar adlamışam, dağlar aşmışam.
Dünyanı qəlbimə gətirmək üçün,
Baş alıb dünyadan uzaqlaşmışam.
Səyavuş ürəyəyatımlı ilk şeirlərindən, qaynar nəfəsli, cazi
bədar publisistik yazılarından yetərincə sevilmiş, geniş auditoriya
qazanmışdı. Səsi gah gənc şairlərin Almatıda pərvazlanan poeziya
festivalından, gah Sibirdə keçirilən sovet ədəbiyyatı günlərindən,
gah da Pribaltikada düzənlənən Azərbaycan poeziya günlərindən
gəlirdi...
Səyavuş tanındıqca, populyar olduqca daha da sevilir, şöhrətlə
nirdi.
Savadı, biliyi, mədəniyyəti, yetkin qələmi onun qarşısında ge
niş üfüqlər açırdı. O, taleyini əvvəllər “Ulduz”, sonra da “Azər
baycan” jurnalı ilə bağlamışdı. Ən yüksək vəzifəsi şöbə müdiri
idi. Gözü-könlü tox, səmimi, mehriban, qayğıkeş bir insan kimi
tanınırdı!
“Ulduz” jurnalında çox sevilən rubrikası var idi - “Ölüm se
vinməsin qoy". Bu rubrikaya görə jurnal əldən-ələ gəzirdi. Sə
yavuşun cazibədar dili, hisslərinin, duyğularının saflığı, duruluğu
və insana tükənməz məhəbbətinin ülviliyi oxucuların qəlbini tit
rədirdi.
O, yorulmaz, sönüb-səngiməz bir istəklə yazıb-yaradırdı. Şeir
ləri, oçerkləri, publisistik yazıları, yol qeydləri kitablara çevrilir,
oxuculara üz tuturdu. Coşqun istedadı, qüdrətli qələmi və çağla
yan yazmaq ehtirası ona oxucuları kitab yağışına tutmaq imkanı
verirdi. Ancaq bunu etmədi. Buna görə də kitablarının sayı o qə-
' a t a ?
Dostları ilə paylaş: |