tan poetikasının estetik səciyyələrini gətirdi və bununla da milli
jurnalistikamızda əsl kəşf etdi. Bu kəşfin çeşnəsindən neçə-neçə
gənc yazar günü bu gün də nur içir.
Səyavuş Sərxanlının təfəkkürü həmişə apaydın işləyirdi, id-
raki, düşüncəsi məntiqə söykənirdi. Lakin bu idrakla, bu təfək
kürlə onun qəlbi arasında çox uzun məsafə vardı. Çünki Səyavuş
Sərxanlının qəlbi hər vaxt beş yaşlı uşaq məsumluğunda idi.
Məsumluq Səyavuş Sərxanlının təkcə cəmiyyətdəki, kollek-
tivdəki, ailədəki davranışında nəzərə çarpmırdı. Bu mənəvi key
fiyyət onun hər cümləsinə, hər misrasına, hər sözünə hopmuşdu.
Onun nə şeirlərində, nə oçerklərində, nə publisist romanlarında
(məsələn, “Sibir nağılı”) qeyri-səmimi bircə kəlməyə də rast gəl
mirsən.
Səyavuş Sərxanlı ata mərdanəliyinə, ana qüdsiyyətinə söykə
nən, nəsil ülviyyətinə tapınan yaradıcı ziyalı idi. Atası Əli kişi
onun qürur dağı, anası Səadət xanım paklıq mücəssəməsi, son
beşik qardaşı Telman qürur qalası idi. Qəribədir ki, Səyavuş Sər
xanlı altmışı adlayan ömründə hansısa kürsüyə qalxmaq üçün
ləyaqətini zərrə qədər də “xərcləmədi”. Və ümumiyyətlə Səya
vuş anadan məmur doğulmamışdı. O, həm ruhən, həm düşün-
cəynən, həm də bütün varlığıynan azad sənətkar idi. Bu azadlıq
ənginliyinin daxilində kövrək sadəlik və bəlkə də kimlərəsə qey
ri-adi görünən sadəlik və sadəlöhvlük vardı. Məsələn, Səyavuş
Sərxanlı Kəlbəcər dağlarından dərdiyi zərif çiçəyi, Şirvan meşə
lərindən gətirdiyi kiçik budağı, dağ çaylarından yığdığı alabəzək
daşları, Göyçay narını, Ordubad cevizini, Sibirdən gətirdiyi ağca
qayın qabıqlarını bəzən illərlə evində saxlayardı. O gül güllüyün
dən, o budaq budaqlığından, o nar narlığından, o ceviz cevizliyin-
dən çıxardı, amma nə həyat yoldaşı Elmira xanımın, nə qızı Hic
ranın, nə oğlu Əlibəyin ixtiyarı yox idi ki, ona əl vursunlar, ya
atmaq istəsinlər.
Səyavuşun Şəmkirin şəhərə birləşmiş Sərxan kəndindəki ata
yurdunda çəpərin ayağından kəhriz şaqqıldayıb axırdı. Suyu göz
yaşı kimi dupduru, buz kimi sopsoyuq idi. Aylarla Bakıda “ilişib
S O ?
Səyavuş S ərxa n lı
---------------------------------------------------------------- -— -- ----------
qalanda”, özü demişkən, bumunun ucu kənd üçün göynəyəndə
Sərxana dönən Səyavuş yaya-qışa baxmazdı, mütləq o kəhrizdə
çimərdi və sanki bundan sonra ruhu coşardı, özü cana gələrdi.
Səyavuşun məclisliyi bir özgə aləmiydi. Bir yerdə olduğumuz
neçə ildə heç vaxt görmədim ki, süfrə başında kiminsə arxasınca
danışsın, kiminsə qeybətini eləsin. Söhbət zamanı sözünə, fikrinə
söykək tutmaq üçün şeir misraları söyləyərdi. Amma bu şeirlər
həmişə Əhməd Cavaddan, Səməd Vurğundan, Mikayıl Müşfiq
dən, Hüseyn Arifdən, Nəbi Xəzridən, Məmməd Arazdan, Musa
Yaqubdan... olardı. Nadir hallarda öz şeirindən misal çəkərdi.
Azərbaycanın bir sıra bölgələrinə birgə səfərlərimiz olub. Bir
də görürdün Səyavuş yoxa çıxıb. Ora Səyavuş, bura Səyavuş,
axtarırdıq, axtarırdıq... gəlib görürdük ki, çöməlib yerə, bir çiçəyə
tamaşa eləyə-eləyə dərin fikrə gedib. Yaxud çay daşının üstündə
oturub, qaynar gözlərini qayğılı-qayğılı zilləyib sulara. Belə vaxt
larda ona dəyməzdik. Handan-hana özü xəyaldan ayılardı, cibin
dən bir kağız vərəqi çıxarıb qeydlər edərdi. Sonra gələrdi məc
lisə və deyərdi-gülərdi, şaqqanaq çəkib, qıyya qoparardı. Bayaqkı
xəyalpərvər Səyavuşdan əsər-əlam ət qalmazdı. Sonralar həmin
qeydlərdəki fikirlər misra-misra şeirlərə süzülərdi.
Səyavuş Sərxanlı əvvəllər “Naxçıvan” (indiki “Həyat”) ote
linin həndəvərindəki liSovetski vyezd" deyilən ünvanda birotaqlı
mənzildə yaşayırdı. Biz dostlar üçün Bakıda o mənzildən böyük,
o otaqdan geniş yer yoxuydu. Hətta o evdə yeyib-içdiyimizin da
dına da dad çatmazdı. Bəzən o evdə 15-20 qonaq da olurdu və
hətta həmin müsafirlərin bir neçəsi orada gecələyirdi. Səyavuş
bunun fərqinə varmırdı. M ətbəxdə “məskunlaşan” ev sahibəsi El
mira xanım isə qonaqlara elə xoş sifət göstərərdi ki, deyərdin bəs
onotaqlı mənzildə yaşayır.
Səyavuşun süfrəsi başında kəndlərindəki bütün qohum-əqraba-
ları duz-çörək kəsiblər. Amma mən bir dəfə də görmədim ki, Sə
yavuş və ya Elmira xanım kiməsə üzünü turşutsun, dodaq sallasın.
Qonaq onların evlərinin tacı idi. O bir otaqda hərdən qəhqəhələr
o həddə çatırdı ki, deyirdin bəs bu saat tavan çökəcək, divar yan-
------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
lacaq, döşəmə çatlayacaq...
Bəzən adama elə gəlirdi ki, Səyavuş hansısa ictimai-sosial haq
sızlığa biganə qala bilir, dost xəyanətini unudur, yaradıcılıqda
gördüyü riyakarlıqlara laqeyd olmağı bacarır. Bu, qətiyyən belə
deyildi. Səyavuş, yuxarıda dediyim kimi, çox həssas adam idi və
hər cür riyakarlıqları bəlkə də hamıdan tez duyurdu. Duyurdu və
bütün ağrı-acını, keçirdiyi daxili-psixoloji sarsıntıları içində sax
layırdı. İllər boyu üzləşdiyi həyat amansızlıqlarını beynində eynən
götür-qoy edir, hər şeyə özünün haqq-mizan tərəzisində qiymət
verirdi. Bəlkə də elə buna görə Səyavuş Sərxanlının beyni aman
sız xəstəliyə düçar oldu.
Hərdən onu unutqanlıqda da qınağa çəkirdilər. Əslində mən və
bir neçə başqa yaxın dostları və çiyindaşı Elmira xanım bilirdik
ki, Səyavuş biganə və unutqan deyil. Səyavuş hər hansı qəmi pör-
şələnən ürəyində soyutmağı cəngavər kimi bacarırdı. Onu da bili
rəm ki, dəfələrlə Səyavuşun ata ocağında qonaq olmuş, atasına
ata, anasına ana demiş, öz evində günlərlə Elmira xanımın süfrəsi
başına yığılmış iki şair dostu vardı. O şair dostlarının ikisindən
əvvəl Səyavuş Sərxanlının şeirləri populyarlaşmışdı və sevilirdi.
Ancaq onlar Səyavuşa qəfildən, gözlənilmədən namərdcəsinə xə
yanət etdilər. Bu ağrı onun sağlamlığına çox baha başa gəldi. O
ağrının qəm yükünü Səyavuş özüylə bərabər Sərxandakı məzar
evinə apardı.
Mənim Səyavuşla bağlı çox xatirələrim var və onların arasında
oxuculara çatdırılması vacib olanları da çoxdur. Amma bu mə
qamda onları qələm ə almaq istəmirəm. Çünki gərək oxucular ilk
növbədə Səyavuş Sərxanlını mən gördüyüm kimi görsünlər ki,
sonrakı söhbətlərimiz öz məcrasına düşsün.
Qoy oxucular şair Səyavuşun, publisist Səyavuşun, torpaq vur
ğunu Səyavuşun, qəlbi uşaq yaşından çıxmayan Səyavuşun səmi
miyyətini və əsl nağıl qəhrəmanı olduğunu duysunlar...
Mənim dost kimi Səyavuşa bir borcum qalıb və təəssüf ki, o
mənəvi borcu heç vaxt qaytara bilməyəcəm.
Nədir həmin mənəvi borc?
< O ?
Səyavuş S ərxa n lı
----------------------------------------------------------------------------------
1976-cı ilin “Novruz”unun bayram axşamı idi. Vidadi küçəsi
ilə Maksim Qorki küçəsinin kəsişdiyi tində kirayədə qalırdım.
Tək idim. Əvvəldən qərarlaşmışdıq ki, bayram axşamını bir yerdə
olaq. Həmin gün tezdən Yevlaxdan məktəb dostlarım Rauf və Mi
sir bizə gəldilər. Necə deyərlər, paylı-püşlü, qazanlı-çömçəli gəl
mişdilər ki, bir yerdə bayramlaşaq. Açarı onlara verib işə getdim,
axşam saat 6-ya vədələşdik. İşdə telefonla Səyavuşla danışdım və
qonağım gəldiyi üçün axşam onlara gedə bilməyəcəyimi dedim.
Sevinib nərə çəkdi:
-
Veliki (m ənə uzun illər ya belə, ya da “İliko” deyib), lap
əla oldu, uşaqları da götür gəl. Saat yeddidə sizi gözləyirəm. Qur
tardıq!
Bunu deyib, dəstəyi asdı. Bilirdim ki, onu fikrindən döndər
mək müşkül işdi. Xülasə, axşam vədə vaxtı qazanlarımızı da özü
müzlə götürüb gəldik Səyavuşgilə. Gecədən xeyli keçmişdi, am
ma biz hələ süfrə başından durmamışdıq. Kefimiz yuxarıydı, de
yib-gülürdük. Düzdür, yemək-içmək qurtarmışdı, keçmişdik ça
ya... Səyavuş da yavaş-yavaş pivə içirdi. Rauf Səyavuşun vaxtilə
“Ulduz” jurnalında çap olunan “Ölüm sevinməsin qoy..." rubrikalı
yazılarını çox təriflədi. Şair uşaq kimi qızardı və hətta kövrəldi.
Həmin silsiləyə ara verməsinin səbəblərini danışanda başladı əsə
biləşməyə, çünki bu m əsələdə də onun yaradıcılığına pəl vuran
lar tapılmışdı. Gördüm ki, Səyavuş əməlli-başlı coşub. Onun kön
lünü almaq üçün dedim:
Səyavuş, elə bil ki, ölmüşəm, mənim haqqımda nə yazar
dın?
Özündən asılı olmayaraq cavab verdi:
İliko, Allaha and olsun, sən öl, gör sənin haqqında necə
yazıram. Bu, həmin silsilədə mənim son yazım olacaq. O yazını
çap eləməyən redaktorun lap...
Gördü ki, biz gülüşürük, elə bil yuxudan ayıldı, şaqqanaq çə
kib güldü: “Ay üzünə lənət”, deyib bir də güldü. Sonra həyat yol
daşına sarı çöndü:
Elmira, eyvandakı o başı xamırlını gətir. Bir sağlıq deyə-
------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
Dostları ilə paylaş: |