cəm.
Elmira xanım dedi:
-
Qadan alım, ay Səyavuş, bəs döymü (Elmira özü şamaxılı
olsa da, Bakıda böyüsə də, çox sözləri Şəmkir ləhcəsində
işlədirdi)? Evi tikilmişin oğlu, savax açıl-açıldadı, hökmdümü?
Səyavuş bir mənə baxdı, bir Raufla, Misirə baxdı, şakəri üzrə
əlini daraq edib şəlalə saçlarını geriyə doğru tumarladı.
-
Elmira, sən Əbdürrəhman kişinin goru, xətrimə dəymə.
Gətir o andırı bura.
Elmira xanım kirimişcə ayağa qalxdı. Eyvana keçib başı
xamırlını gətirdi.
Səyavuş özü badələri doldurdu. Ayağa qalxıb başladı tost de
məyə. Son sözü bu oldu:
-
İliko, qardaşım Telmana da demişəm, Elmira da bilir. Mə
ni Sərxanda basdırarsınız. Bu, bir. İkincisi, evi tikilmişin oğlu, hə
lə Sərxan camaatı bilmir ki, bu Səyavuş Sərxanlı kimdir? Gərək
qəbiristanlıqda məni məzara qoymamış bir nitq söyləyəsən, bir
nitq söyləyəsən, ta nə bilim... Özün bilirsən dana... Qoy bütün
kənd dizinə vursun, başa düşsün ki, ayə, gör biz kimi itirmişik.
Əgər ürəksiz danışsan, başımı qaldırıb özüm bilirəm sənə nə de
yəcəm.
Bunları deyəndə gözləri nəmləndi. Boynumu qucaqlayıb
üzümdən öpdü.
Sağ ol, Veliki, dediyimi unutma - deyib, badəni başına
çəkdi.
...Səyavuş dünyasını dəyişəndə mən Sərxanda olmadım. Sonra
qəbiristanlığa getdim və hələ üstü götürülməmiş, heç torpağının
nəmi çəkilməmiş məzarı başında fəryadla onu harayladım...
Amma mən dediyimi eləmədiyim üçün Səyavuş da dediyinin
üstündə durmadı. Başını qaldırıb mənə baxmadı...
İlham RƏHİMLİ,
teatrşünas, Əməkdar
İncəsənət Xadimi
Səyavuş S ərxa n lı
----------------------------------------------------------------------------------
----------------------------------------------------------- Vətən, səslə oğlunu
SƏNİ SORUŞANLAR...
Məni xatırlayan,
Soruşan olsa •
Üzüm ellərədir,
Ünvanım şeir.
Kim məni tapanda
pərişan olsa,
Özümə tutduğum
divanım - şeir...
Bu həzin misralar ötən yay dünya
sını dəyişmiş mərhum şair qardaşım
Səyavuş Sərxanlının doğmalarının
qayğısı sayəsində işıq üzü görən “Məni soruşan olsa...” adlı kita
bından götürülmüşdür. Şair düz deyir, onun ünvanı şeirdir. Ünvanı
şeir olanlar isə ölmürlər. Elə Azərbaycan Yazıçılar Birliyinin Na
təvan adına klubunda fevralın 28-də şairin doğum günü müna
sibətilə keçirilən tədbir də bunu təsdiq etdi. Tədbirdə Səyavuş
Sərxanlı şeirinin ölməzliyindən, əbədiyaşarlığından danışıldı. Əl
bəttə, mənim məqsədim tədbir haqqında informasiya vermək de
yil. Məqsədim dostumun son kitabı haqqında ümumi təəssüratımı
və xatirələrimi yazmaqdır. Səyavuş Sərxanlı təkcə bir şair-pub
lisist kimi deyil, bir insan kimi mənim üçün əziz adam idi. Onu
ötən əsrin 70-ci illərinin əvvəlindən tanıyırdım. Xasiyyətindəki
həlimlik, çöhrəsindəki abır-həya işığı, böyük-kiçiklə ölçülü-biçili
rəftarı məni özünə cəlb etmişdi. Özü təvazökar, mənəm-mənəm
likdən uzaq, səmimi bir insan olduğu üçün şeirlərində də səmi
miyyət işığı vardır. Aşağıdakı misralar buna canlı misaldır:
Ey məni sevənlər, ey sevməyənlər,
Sizi düşünürəm, qurbanam sizə.
Dalımca yaxşı söz, pis söz deyənlər,
Qəlbimi döşərəm qədəminizə.
^
3
?
Nə fərqi var imiş - eyni yoldayıq,
Siz bir az qabaqda, mən bir az dalda.
Nə fərqi var imiş - eyni haldayıq,
Mən bir az qabaqda, siz bir az dalda...
Şübhəsiz ki, şair “eyni yoldayıq” dedikdə öz qələm yoldaşla
rım nəzərdə tutur. O, yaxşı bilirdi ki, sənət yolunda hamı qabaqda
ola bilməz. Bunun üçün darılmaq lazım deyil. Çünki bu yol Və
tənə, xalqa xidmət yoludur. Hərə bacardığı qədər, öz imkanı da
xilində elinə, obasına xidmət edirsə, bu özü təqdir olunmalıdır.
Səyavuş bu əqidənin sahibi idi. Ona görə də paxıllıqdan, dedi-
qodudan, qeybətdən uzaq adam idi.
Yadımdadır, 1973-cü ilin payızında Lənkərana ezamiyyətə get
mişdik. Oxucularla görüşlər keçirməliydik. Rayona çatanda bir
başa şair dostumuz Şəkər Aslanın yanına yollandıq. Məqsədimiz
onu da özümüzə qatmaq idi. Onsuz işimiz çətin olardı. Şəkər
Lənkəran şəhər partiya komitəsinin razılığını almağımızı məs
ləhət gördü. Çünki o, rayon qəzetinin baş redaktoru idi. İcazəsiz
bizimlə görüşlərə gedə bilməzdi. Ümumiyyətlə, hər bir görüş ra
yon rəhbərliyinin razılığıyla olmalıydı. Biz belə də elədik. Rayon
partiya komitəsinin razılığını alıb bir neçə kənddə olduq. Oxu
cular Səyavuşu hərarətlə qarşılayırdı. Çünki o vaxt Səyavuşu oxu
cular həm şair, həm də publisist kimi yaxşı tanıyırdılar. O gün
görüşləri başa çatdırandan sonra redaksiyaya qayıtdıq. Orda Şəkər
Aslanla xudahafizləşəndə o, Səyavuşdan xahiş etdi ki, sabah gə
ləndə “Leninçi” qəzeti üçün bir publisist yazı gətirsin. Biz Port-
İliçə - bizim evə (indiki Liman şəhəri) qayıtdıq. Gecə Səyavuş
evin artırmasında masa arxasında tənha oturaraq fikrə dalmışdı.
Birdən məni səslədi. Ona yaxınlaşanda həyətdəki heyva ağac
larının yarpaqları arasında ay işığından bərq vuran saralmış hey
vaları göstərərək dedi:
- Heyvaların hər biri gör necə də bir ulduz kimi parlayır! Hey
valara baxanda elə bil mən onları birinci dəfəydi görürdüm. Doğ
rudan da onların hər biri bir ulduza bənzəyirdi. Səyavuşun sözünü
təsdiqləyərək ondan tez də aralandım. Onu öz aləmindən ayırmaq
Səyavuş S ərxa n lı
----------------------------------------------------------------------------------
istəmirdim. Sabaha yazı hazırlamalıydı. Səhər yeməyi zamanı Sə
yavuş sevinə-sevinə Şəkər Aslanın tapşırığını yerinə yetirdiyini
dedi. Biz Lənkəranda bir neçə gün qaldıq. Həmin publisist yazı
“Ulduzlu gecə” adı ilə “Leninçi” qəzetində çap olundu. Biz Şəkər
Aslandan ayrılanda o, mənə dedi: - Bundan sonra Lənkərana gə
ləndə Səyavuşla gəl! Mən Şəkəri yaxşı tanıyırdım. Səyavuş xoşu
na gəlməsəydi, o, belə deməzdi. Səyavuş azdanışan, özünün-sö
zünün yerini bilən adam idi. Çıxışlarında da hər şey yerindəydi.
Şəkərin xoşuna gələn də elə bu keyfiyyətlər idi.
Səfər zamanı Səyavuş Lənkəranın ffisünkar gözəlliyinə hey
rətlə, acgözlüklə baxırdı. Bu, onun təbiət vurğunu, gözəllik aşiqi
olmasından irəli gəlirdi. Təsadüfi deyil ki, “Məni soruşan olsa..."
adlı kitabında toplanan şeirlərin bir çoxu doğma yurdunun axar-
baxarına, çölünə-çəməninə, gülünə-çiçəyinə, barına-bərəkətinə
həsr edilmişdir. O, nahaq yerə demirdi:
Zəriflik heç kəsə gəlməsin asan,
Torpağı sevməsən, mərhəmət umma.
Onun bir gülünə qurban olmasan,
Onun bir qızından məhəbbət umma.
Səyavuş təsadüfən bu qənaətə gəlməmişdi. O, şair intuisiyası
ilə dərk edirdi ki, “ Vətən çiçəkləri - bəxtin gülüşüdür". Ona görə
də fəxrlə deyirdi:
------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
Hərə bir çiçəyə könül veribsə,
Mən də nərgizlərin nəğməkarıyam.
“Nərgizlərin nəğməkarı” 63 il ömür sürsə də, nərgiz ömrü ya
şadı. Özlüyündə indiki zamanda şairin 63 il yaşaması bir o qədər
də az deyil. Ancaq Səyavuş nərgiz ömrü yaşadığı üçün dostları:
hayıf ondan, vaxtsız getdi! - dedilər. Səməd Vurğun demişkən:
“Şair olan qəm də yeyir”. Səyavuş da qəm yeyirdi. Çünki Qara
bağ boyda dərdimiz vardı. O, Qarabağın bugününü öz şair fəhmi
ilə çoxdan duymuşdu. Xudu Məmmədovun xatirəsinə həsr etdiyi
Dostları ilə paylaş: |