dər də çox olmadı. İllərlə qəlbində yaşatdığı, əlyazması stolunun
üstündə qalaqlanan “Ağ dünya” romanı da kitaba çevrilmədi. O,
latın qrafikası ilə çap olunmuş heç olmasa bircə kitabının belə se
vincini yaşaya bilmədi.
Səyavuş Sərxanlı qədim Şəmkir torpağından qanadlanmışdı.
Doğulduğu o sazlı-sözlü diyarda ulularının uyuduğu torpağa qa
rışdı...
Qələm dostumuzun ömür-sənət manifesti beləydi: “Dünya
sevənlərindir”. Ürəkdən inanıram ki, şair, publisist və tərcüməçi
kimi böyük sevgi qazanmış Səyavuş Sərxanlınm bütün kitabları
cəmlənib, çəmlənib, özünün dediyi bu başlıq altında latın qra
fikası ilə nəşr olunacaq, gələn nəsillərlə yenidən görüşəcək, ülfət
bağlayacaqdır. Bilmirəm bu işi kim görəcək? Ömür-gün yoldaşı
Elmira xanımmı, oğlu Əlibəymi, qızı Hicran xanımmı?
Oxucular Səyavuş Sərxanlı sözü üçün qəribsəyiblər. Gəlin
onları qəribsəməyə qoymayaq.
O günü gözləyirəm ki, unudulmaz dostumun dediyim o kitabı
bir gün mənə də yetişəcəkdir.
Nahid HACIZADƏ,
yazıçı
Səyavuş S ərxa n lı
----------------------------------------------------------------------------------
« a ?
------------------------------------------------------------ Vətən, səslə oğlunu
BIR ARI ... ÇİÇƏYİN ÜSTƏ...
Tək yazılarından yox, ən xırda hə
rəkətlərindən belə istedadlı olduğu bi
linən, yəni, ilk baxışdan da istedadıyla
tanınan idi. Çox incə, zərif, sözün əsl
mənasında ürəkaçan yumoru vardı; sö
zü mənasıyla birgə göydə tutardı, ko
budluğun harada olduğunu bildiyinə
görə o səmtə yaxın düşməzdi. Mən
onun kobudluq etdiyini, əsəbilik gös
tərdiyini görmədim, ara-sıra buna şə
rait yaransa da... eləcə, əllərini yarıbü-
külü yanlara açar, başını bulaya-bulaya
dünya haqqında bir qatar fəlsəfi fikir söyləyərdi... kədərlənər,
yaraşıqlı çöhrəsi qaralardı... hərəmiz bir tərəfdən: - Qara Saşka,
Qara Saşka, - deyə-deyə güldürərdik, özünün sözü, dönəlgəsi ya
xın, yəni, tez yolagələn idi...
Son dərəcə azad adam idi, şairliyə lazım olandan da çox
azadlıq... mən elə bilirəm ki, yaşadığı bütün dövrlərdə bu azadlığı
əldə elədi, çünki həmişə sevgilər, doğmalıqlar əhatəsində oldu...
Əsl şair ömrü yaşasa da şairlik eləməyə az vaxt ayırdı, daha doğ
rusu, istedadı, hazırlığı qarşılığında az yazdı... yetmişinci illərdə
özü haqda belə deyirdi:
Hərə özü boyda canlı əsərdir, -
Siz məni tanıyın, siz məni duyun;
Məndən deyilənlər tərcümələrdir,
Gəlin məni tapın, məni oxuyun...
Səyavuş Sərxanlı bunu təsadüfi olaraq demirdi, öz gücünə
inandığı üçün deyirdi. Bilirdi nə deyir, ona görə də zarafatyana
yazdığı bir şeirində özünün cizgilərini dahiyanəliklə çəkirdi:
«
2 ?
Ömrün günlərində, - hücrələrində
Şeir, nəğmə dolu mücrülərində,
Mən özüm-özümü həbs eləyirəm.
Ömrün gündüzündə, gecələrində,
Boğub çox arzunu qönçələrində -
Mən özüm-özümə qəsd eləyirəm.
Hisslər daşqınından günü keçirib,
Bir az nəğmə verib,
Şeir içirib,
Dəcəl ağrıları məst eləyirəm...
Uzun müddət bir yerdə işləmişik, yaxına-uzağa səfərlərimiz
olub, bir-birimizə dərindən bələd idik, bütün bu dediyim xüsusiy-
yətləriylə yanaşı, qanrılıb arxaya baxaraq hər anına, hər saatına,
gününə hesabat verən idi; əllərini yarıbükülü yanlara açar: “...bir
şey bulamadım gün axşam oldu..." türkülərdən götürdüyü bu mis
ranı özünə lazım olduğu kimi dəyişib söyləyərdi. Çox duyğulu,
çox həssas, ürəyi çox-çox geniş olan bir adam idi. Heç kəs onun
kiminsə haqqında pis söz dediyini eşidə bilməzdi, xırdaçılıqlarla
işi yox idi...
Onun publisistikası, bu gün qətiyyətlə deyə bilərəm ki, geniş
tədqiqatlara layiqdir. Çünki Səyavuş Sərxanlı publisist kimi geniş
yaradıcılığa yeniliklər gətirdi. Bu yenilik hər şeydən əvvəl düşün
cə tərziylə, bu düşüncənin yeni ifadə formasıyla nəşr olunan gün
dən seçilməyə başladı. Onun publisistikasındakı doğmalıq birbaşa
yaddaşdan gəlirdi; bu, yaddaşımızdakı təmiz, arı-duru dilin səs-
lənməsiydi, ona görə də hamımıza təsir etmişdi.
1970-ci illərin ortalarında görkəmli neftçi Fərman Salmanova
həsr etdiyi “Sibir nağılı" silsilə məqaləsi doğrudan da böyük rəğ
bətlə qarşılandı. Ərəb-fars ifadələrindən təmizlənib yüngülləşmiş,
doğma insani münasibətlərlə zəngin detallar, hər şeydən əvvəl
böyük səmimiyyət, o dövrün oxucu baxışlarına ciddi təsir etmişdi.
Yaxşı yadımdadır, fikirləşirdim ki, Səyavuşda hadisələrə, qələmə
almaq istədiyi mövzulara bu yeni yanaşma tərzi hardandı...? Anla-
« ö t ?
Səyavuş S ərxa n lı
----------------------------------------------------------------------------------
dim ki, dediyim kimi bu, yaddaşdan, - çoxlarımızın xəbər tutma
dığı yaddaş məktəbindən gələn bilgi və doğmalıqdandı...
Elə bir dövr idi ki Aşıq Ədalət dahiyanə çalğısıyla könüllərə
hakim kəsilmişdi, yaddaşlarda az qala görünməz olmuş sazı uc
qarlardan, diblərdən - köşələrdən çıxarıb bayraq kimi dalğalan
dırırdı, artıq bunu, - bu ucalığı görməmək mümkün deyildi. Ya
zılar yazılırdı, şeirlər həsr olunurdu, dövlət tədbirlərinə qatılırdı.
Amma Səyavuş Sərxanlının Aşıq Ədalətə həsr etdiyi yazı dediyim
həmin ucalığı elə o səviyyədə də ifadə etməyi bacardı. İlk baxış
dan adicə görükən m əqalədə aşıq Ədalətin yaradıcılığının mö
cüzəsi və qara sazın yaşadığı, keçib gəldiyi minilliklər vardı, bu
yazıda hər şey qədim idi, hətta sözlər də, deyimlər də minillik
lərdən qalma idi.
Uzun müddət ayrı-ayrı yerlərdə işlədiyimizə görə görüşə bil
mirdik, günlərin birində təsadüfən görüşdük, necə vardısa eləcəy-
di, amma bir teli də düşmədən dəyişib yaşlanmışdı, tək gülüşün
dən başqa, gülüşü həmənkiydi, ikimiz də üzümüz-gözümüz dolu
su dinib-danışmadan bir-birimizə baxıb güldük... vəssalam, sonun
cu görüşümüz oldu...
İndi onun “Sevgi aydınlığında” adı altında yazdığı bir şeiri xa
tırlayıram:
Bir arı ölürdü çiçəyin üstə,
Apaydın, alagöz may səhəriydi.
Onu əzizləyən ləçəyin üstə
Günəşin qayğılı şəfəqləriydi....
“...bir arı ölürdü çiçəyin üstə...”
Ruhuna dərin hörmətlə:
Mövlud SÜLEYMANLI,
nasir
------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
Dostları ilə paylaş: |