düyü Eyvazı dar ağacında asılmaqdan xilas edəcəkdir.
Təxminən 3-4 əsr bundan öncə Koroğlu gedib öz Eyvazını
ölümün pəncəsindən qurtardı, onu yaşatdı. Biz isə öz eloğlumuzu,
nəinki Şəmkirin, hətta bütün Azərbaycanın öyünə biləcəyi iste
dadlı şair-publisistimizi, görkəmli yazıçı-jurnalistimizi, yaxşı tər
cüməçimizi, ən nəhayət, mehriban insan və hər kəslə səmimi dost
olmağı bacaran Səyavuş Sərxanlım XXI əsrin astanasında qoruya
bilmədik, onu elə gözümüz görə-görə ölümün ağuşuna verib, cə
mi-cümlətanı 63 yaşında, hələ cavanlıq təravəti çöhrəsindən çə
kilməyə macal tapmamış 2 iyul 2005-ci ildə əbədiyyətə yola sal
dıq. Peyğəmbər ömrü yaşadı Səyavuş Sərxanlı...
Buna xəstəlikmi günahkardır, yoxsa ona bu xəstəliyi “pripiska”
edən, hamını özünə doğma sanan bu səmimi, alicənab insanın is
tedadına qarşı qəlbində həsəd, paxıllıq hissi yaşadan, üzdə özünü
ona dost göstərib, arxada ayağının altını qazıyan, ancaq öz m əna
feyi üçün çalışıb bu fitri istedadlı şəxsə mənəvi zərbələr vuran
xəbis xislətli karyeristlərmi? Maraqlı sualdır, elə deyilmi? Ancaq
nə qədər maraqlı da olsa bu sualın cavabı olan bircə şey gün kimi
aydındır. Ötən əsrin 60-cı illərində Azərbaycan ədəbi mühitində
bədii publisistikaya yeni ruh, yeni nəfəs və yeni təravət gətirən
istedadlı və alovlu Azərbaycan şairi artıq sıralarımızda yoxdur. O,
zamanın girdabına elə düşdü ki, onu hətta canından da artıq sev
diyi Şəmkirin sıra ilə düzülmüş, başı ərşə dayanan dağları da xilas
edə bilmədi. Həyatdan köçəcəyini hiss edəndə isə onun son tə
səllisi bu oldu ki, onu doğma yurdda dəfn edəcəklər. Odur ki, ya
xınlarına: “...Məni o dağların qoynunda, Sərxanda dəfn edərsi
niz...”, - söylədi.
***
Deyirlər, şairin ömür-gün yoldaşı Elmira xanım hər dəfə Şəm-
kirə - onun qəbrini ziyarət etməyə gedəndə Nigarsayağı üzünü
dağlara tutub öz Səyavuşunu dağlardan soruşursa da, lakin nə dağ
lar, nə də bir başqaları onun səsinə səs, ününə ün verə bilmirlər.
Çünki nə zəmanə Koroğlu zəmanəsi deyil, nə də o zamanlar Ni
gar xanımın gördüyü qoç Koroğlu da daha yoxdur...
•SEäü?
Səyavuş S ərxa n lı
-----------------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
Qarşımda Səyavuş Sərxanlının ölümündən sonra işıq üzü gör
müş “Məni soruşan olsa...” adlı şeirlər kitabı durur. Həmin ki
taba ön söz yazan şair Məmməd Aslanın yazdıqlarını oxuyuram:
“...İndi haqqüçünə publisist yazılar yazan, özü də yaxşı yazan
xeyli qələm sahiblərimiz var. Amma bunu heç kim unutmayıb ki,
iyirmi il əvvəl bizim aramızda insanı alıb aparan, gözəl publisist
yazılar yazan ancaq sən idin. Necə də məhsuldar işləyirdin, nə
təhər hərarətli yazırdın!.. ”.
Bəli, bir neçə il öncə Azərbaycan xalqı özünün daha bir gör
kəmli oğlunu itirdi... Bu itkinin ağırlığı o qədər dərindir ki, bunu
sözlə ifadə etmək mümkün deyil. Düzdür, mətbuat səhifələrində
bu itkiylə bağlı çoxlu yazılar getdi. Səyavuş Sərxanlı qələmindən
bəhrələnənlər, onun istedadına pərəstiş edən qələm sahibləri və
əsl dostları bu ağrını onun yaxınları ilə yaşadılar. Ancaq bu, artıq
gec idi. Sağlığında ona zərbə vuranlar öz zərbələrini vurmuş, onu
ən yüksək dövlət mükafatlarından, fəxri adlardan məhrum etmək
üçün dəridən-qabıqdan çıxmış və istədiklərinə nail olmuşdular.
Bəlkə də elə bu zərbələrin təsirindən, ona qarşı mütəmadi edilən
həmlələrdən, qadağalardan cana doydu şair qardaşımız, müəllimi
miz. Bu fani dünyada yaşamağı artıq saydı. İstəmədi ki, kimlə
rinsə zərbələrinə yenidən tuş gəlib mənəvi zərbələr alsın. Heç
istəmədi...
Artıq dörd ildir ki, o, sıralarımızda yoxdur. Aradan ötən bu
neçə ildə onun yoxluğunun cəfasını çəkən bir vəfalı həyat yoldaşı
Elmira xanım olubdur, bir də yaxın qohumları və biz Səyavuş
Sərxanlı qələminin pərəstişkarları. Onsuz ötən bu dörd ildə qəl
bimi göynədən nisgili, ağrı-acını qələmin gücü ilə izhar etməyə
tələsməyib, şairin ailəsinə baş çəkməyi qərara aldım.
Qzı Hicran xanımın evində rəhmətlik Səyavuş Sərxanlının
həyat yoldaşı Elmira xanım ilə üzbəüz əyləşib ondan sonra qalan
nisgili bölüşürük. Söhbətimizdən onun həyat yoldaşına qarşı hələ
də nə qədər istəkli olduğunu duyuram. Deyirlər, torpağın bir üzü
4 6 3 ?
soyuq olur. İnsan elə ki, dünyasını dəyişdi, torpağa tapşırıldı, ona
qarşı olan məhəbbət də, istək də soyuyur. Yalan sözdür. Əsl
məhəbbət, sevgi heç də unudulmur. Çünki Elmira xanımla söhbə
timizin əvvəlində də, sonunda da yalnız bunu hiss etdim ki, onun
ərinə qarşı qəlbində bəslədiyi sevgi, istək, məhəbbət nəinki soyu
mayıb, əksinə, daha da çoxalıb, artıbdır. Mən bu ülvi m əhəbbət
qarşısında heyrətə gəldiyimi gizlədə bilmədim.
Sonra biz Elmira xanımla birgə Səyavuş Sərxanlının keçdiyi
ömür yoluna qısa nəzər saldıq. Ailə albomunda onun m üxtəlif
vaxtlarda, saysız-hesabsız sənət adamları, yaradıcı şəxslərlə, dost
ları ilə və s. insanlarla çəkdirdiyi şəkillərə baxdıq. Elmira xanıma
nə qədər ağrılı-acılı olsa da, həmin illəri onunla birgə yaşadıq.
Ərinin keçdiyi ömür yolundan yana-yana danışdı Səyavuş m üəl
limin vəfalı qadını. Sözündən başa düşdüm ki, Elmira xanıma tə
səlli kimi Səyavuş müəllimin ona yadigar qoyub getdiyi iki balası
- qızı Hicran və oğlu Əlibəy qalıbdır, bir də yazıb ərsəyə gətir
diyi və işıq üzü görmüş səkkiz kitabı, habelə çoxlu sayda publisist
yazıları. Bu kitablarının adlarını isə qızı və həyat yoldaşı əzbər
dən birnəfəsə sadaladılar: 1. Qayıt; 2. Dünya sevənlərindir; 3.
Mənim nərgizli dünyam; 4. Anamın səsi gəlir; 5. Duz-çörək; 6.
Yormaz bu yollar məni; 7. Göy suların sultanı; 8. Məni soru
şan olsa...
Elmira xanım söylədi ki, o, ən yüksək dövlət adlarına və
mükafatlarına layiq olsa da, lakin hər dəfə onun adı mükafata təq
dim olunanda hansısa sehrli çubuğun gücü ilə son anda bu müka
fatlar başqa adamlara paylanırdı, fəxri adlar özgələrə verilirdi. Elə
şairin ömrünün son 15 ilini poeziya şöbəsinin müdiri kimi çalış
dığı “Azərbaycan” jurnalının 80 illik yubileyi ilə əlaqədar təltif-
olunmada da belə oldu. Səyavuş Sərxanlının adı son anda müka
fata təqdim olunanlar siyahısından çıxarıldı. Elmira xanım: “Ona
mənəvi zərbə vurmaq istəyənlərə Səyavuş həmişə öz nikbinliyi
ilə qalib gəlirdi” deyərək, həyat yoldaşının özünə qarşı olan bu
qərəzli mövqedən sınmadığını, əksinə, həmişə nikbin olduğunu,
haqq-ədalətin nə vaxtsa öz yerini tutacağını düşündüyünü bildirdi.
O, kəlbəcərli el şairi Şücaətin təbirincə desək:
Səyavuş S ərxa n lı
------------------------------------------------------------------------------------
Mənim muzeyim də, mətbuatım da
Elin ürəyidir, el də bəsimdir.
ifadəsi ilə razılaşaraq, belə xırdalıqlara əhəmiyyət vermirdi. Ona
nə qədər maneələr olsa da, bununla belə o, öz istedadı sayəsində
iki dəfə “Qızıl qələm ”, habelə “Məmməd Araz” və “N.Ostrovski”
ədəbi mükafatlarına layiq görülmüşdü. Səyavuş Sərxanlı SSRİ
Yazıçılar İttifaqının Oçerk və Bədii Publisistika Şurasının üzvü
idi. Ən başlıcası isə o, xalqın məhəbbətini qazanmışdı. Elə bir
məhəbbətini ki, bu məhəbbəti xalqın ürəyindən silmək mümkün
deyildir. Lakin o, üzdə özünü ona dost kimi göstərib, arxada aya
ğının altını qazıyanları da tanımış, onlara gülmüş, öz sözünü şeirin
dili ilə hər dəfə bu xəbis xislətli üzdəniraq “dostların” sinəsinə
süngü kimi sancmışdı:
Hələ kefiniz kök, halınız xoşdur.
Hərəniz bir ciyər parası kimi.
Haçan qayıtsanız, yeriniz boşdur
Sinəmdə bir güllə yarası kimi!..
Elmira xanım həyat yoldaşı ilə bağlı xatirələrini danışarkən,
sözarası ərinin ölümündən sonra ona mənəvi dəstək olan insanla
rın da adlarını sadaladı. O, Səyavuş Sərxanlını heç zaman unut
mayan sədaqətli dostlardan - Hidayət Orucovun, Akif Hüsey
novun və Ağababa Rzayevin adlarını xüsusilə vurğuladı.
Söhbətimizin sonunda Elmira xanım dedi ki, o, adi həyat yaşa
madı. Özünəməxsus əsl şəxsiyyət ömrü yaşadı. Onun gülüşü şəf
faf, təbəssümü ilıq, baxışları nurlu idi...
Bütün mənalı həyatı boyu müxtəlif mətbu orqanlarda fəaliyyət
göstərsə də, ömrünün 15 ilindən çoxunu məhz “Azərbaycan”
jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışdı Səyavuş
Sərxanlı...
Ancaq Elmira xanımın bir təsəllisi də var. O, inanır ki, ömür-
gün yoldaşı Səyavuş öz şən, çılğın, sadə və mənalı ömrünü yeni
dən yaşamaq üçün nə vaxtsa geri dönəcək və bir şeirində söylə
diyi kimi üzünü hamıya tutaraq deyəcəkdir:
«
5
£
3
?
-----------------------------------------------------------------------------
Vətən, səslə oğlunu
Dostları ilə paylaş: |